85
Tədris Planının tələblərini, digər tərəfdən isə şagirdlərin tələbatlarını (sinifdə hansı bacarığın
azlığı hiss olunur, şagirdlər nəyi bacarmırlar, nədə çətinlik çəkirlər, hər hansı bir konkret bacarığın
inkişafı üçün hansı şagird fərqli yanaşma tələb edir və s.) nəzərə alır. Bizim istiqamətimiz bəyan
edilmiş (statik) bilikdən prosedur (dinamik) biliyi keçməklə şagirdi şərti (funksional) biliyə
qədər aparmaqdır, çünki məhz bu sonuncu şagirdə imkan verir ki, öz biliyini adekvat şəkildə
müxtəlif
vəziyyətlərdə istifadə etsin,
beləliklə biliyi keçirsin, yəni transfer etsin.
Strategiyalar haqqında söhbətə başladıqda, müəllimlərə xatırladırıq ki, strategiya və metod
bizim materialda sinonim kimi istifadə edilir. Tədrisin metodu/strategiyası şagirdlərdə müvafiq
bacarığı inkişaf etdirmək üçün müəllimin məqsədyönlü bir əməlidir. Bir çox hallarda müəllimlər
fəallığı və metodu bir-birindən seçməkdə çətinlik çəkirlər. Fəallığa sual verilir: nə edirik?
(məsələn, şagirdlər mətnlə tanış olacaqlar), metoda/strategiyaya isə - necə edirəm? (məsələn,
şagirdlər mətnin oxunulması prosesində markerləşdirmə metodundan və ya “ikitərəfli qeydlər
gündəliyindən” istifadə edirlər).
Strategiyanın məqsədyönlü şəkildə seçilməsi üçün müəllim bilməlidir ki, hansı strategiya
hansı bacarığın/bacarıqların inkişafına xidmət edir. Məsələn, şagirdlərdə informasiyanın analizi
bacarığını inkişaf etdirmək istəyiriksə, ona mətnin məntiqi hissələrə bölünməsini təklif etməliyik,
bundan sonra bu hissələr arasında əlaqələrin göstərilməsini, hadisənin səbəbinin izah edilməsi və
ya gizli fikrin tapılması, axtarılmış məlumatda əsas məsələlərin eyniləşdirilməsi, məğzi və qeyri-
məğzi məlumatın fərqləndirilməsi, anlayışlar və ideyalar arasında əlaqələrin möhkəmlənməsi və s.
göstərilməlidir. Bunun üçün tez-tez sual verək – niyə? İmkan verək ki, koqnitik sxemlərdən istifadə
edilsin (məsələn, Ven diaqramı, təsnifat- kateqoriyalara ayırma cədvəli, anlayışlar cədvəli və s.).
Şagirdlərin tənqidi təfəkkür bacarığını inkişaf etdirmək istəyiriksə, o zaman materialı elə
çatdırmalıyıq ki, onlara fikir, mühakimə və fərqli şərhetmə imkanını verək, öz fikrimizi onlara
dolamayaq, fərqli fikirlər üzrə müzakirələr aparmaq, analiz etmək və qiymətləndirmək imkanını
verək. Bunun
üçün tez-tez diskussiyalara, debatlara onları cəlb etməliyik.
Çevik düşüncə, bir və ya bir növ vəziyyətdə öyrənilənin fərqli vəziyyətdə istifadə bacarığını
(yəni transfer bacarığı) inkişaf etdirmək üçün şagirdlərə konkret nümunələr yolu ilə göstərməliyik
ki, insanlar biliyin bir vəziyyətdən ikinciyə keçirilməsini necə bacarırlar; mövzunu öyrəndikdə
əvvəlcədən şagirdlərin mənimsənilmiş materialı istifadə etmək imkanları olacaq vəziyyətləri
bilməliyik. Əgər şagirdlərə anlatsaq ki, hansı vəziyyətlərdə öz biliklərini istifadə edə biləcəklər,
bununla onların motivasiyası artacaqdır, çünki onlar məsələnin praktiki dəyərini anlayacaqlar
(məsələn, riyaziyyatda öyrənilən statistikanın və məlumatların göstəricilərinin analizi
elementlərini coğrafiyada əhalinin miqrasiya məsələsi üzərində işləmək üçün istifadə edək ).
Müasir həqiqətlərdə yaradıcı-mütəfəkkir insanlara böyük tələbat vardır. Yaradıcılıq
təfəkkürü elə bir istiqamətli yolu bildirir ki, bu zaman beyində yaranan ideyalar məsələ