AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
DÜNYA
SİYASƏTİ İNSTİTUTU
RAMİLƏ DADAŞOVA
DİPLOMATİK PORTRETLƏR
BAKI-«AVROPA»-2015
Elmi redaktor: T.ü.e.d., prof.
M.C.Qasımlı
Rəyçilər: T.ü.e.d., prof.
P.Q.Darabadi
S.ü.f.d.,dos.
K.C.Məmmədov
D-14.
RAMİLƏ DADAŞOVA . DİPLOMATİK
PORTRETLƏR. Bakı-«AVROPA»-2015,120 s.
Monoqrafiyada BMT-nin
Baş katibi olmuş
şəxslərin həyatı və diplomatik fəaliyyəti araşdırılmışdır.
Monoqrafiya beynəlxalq münasibətlər, tarix və
politologiya ixtisaslar
ı üzrə təhsil alan tələbələr, bu
ixtisaslar
ı tədris edən müəllimlər, beynəlxalq müna-
sibətlərlə, tarixi şəxsiyyətlərin həyatı və diplomatik
fəaliyyəti ilə maraqlanan geniş oxucu kütləsi üçün
n
əzərdə tutulmuşdur. Monoqrafiya “Diplomatik portret-
lər” fənnini tədris edən ali məktəblər üçün faydalıdır.
D
Qrifli n
əş
r
© «AVROPA» n
əşriyyatı-2015
4702060106-49
8032-2015
2
GİRİŞ
Beynəlxalq mübahisələrin diplomatik-siyasi yolla
nizama salınmasında tarixi şəxsiyyətlərin rolunun
araşdırılması həmişə aktuallıq kəsb etmişdir. BMT-nin
fəaliyyətində Katiblik mühüm yer tutur. Katibliyin
başında Təhlükəsizlik Şurasının tövsiyəsi ilə Baş Məclis
tərəfindən seçilən Baş katib dayanır. Baş katib 5 il
müddətinə seçilir, yenidən seçilə bilər. Hazırda mövcud
olan centlmen sazişinə görə Təhlükəsizlik Şurasının
daimi üzvləri olan ölkələrin vətəndaşları Baş katib
seçilə bilməzlər.
Baş katibin beynəlxalq münaqişəyə gətirib çıxaran
istənilən məsələni dövlət başçıları ilə müzakirə etmək
hüququ var.
Baş katib BMT-nin
Nizamnaməsindən irəli
gələn beynəlxalq hüquq normalarına əməl etməli, öz
işinin məsuliyyətini anlamalı və müstəqil fəaliyyət
göstərməlidir. Baş katibin müstəqil fəaliyyət göstərməsi-
nin vacibliyi BMT
Nizamnaməsinin 100-cü maddəsinin
1-
ci bəndində belə ifadə edilmişdir:”Öz vəzifələrini icra
edərkən Baş katib və Katibliyin heyəti hər hansı
hökumətdən və ya Təşkilat üçün kənar olan hər hansı
digər orqandan göstərişlər istəməməli və almamalıdır.
Onlar yalnız Təşkilat qarşısında məsuliyyət daşıyan
beynəlxalq vəzifəli şəxslər kimi onların statusuna təsir
göstərə bilən hər hansı hərəkətdən daşınmalıdırlar” (4,
s.55).
Təhlükəsizlik Şurası və Katiblik arasında
əməkdaşlığın möhkəmləndirilməsi sülh və təhlükəsizliyi
müdafiədə vacib amillərdən biridir. Baş katib sülh
5