Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   17   18   19   20   21   22   23   24   ...   74

fikrini belə ifadə etmişdir: ―gizit‖in miqdarını bir dirhəm təyin etdilər. Ona görə ki, 
dehqan  (kəndli)  inciməsin, narazı olmasın‖
93

Sənətkarlardan  ildə  bir  dəfə  can  vergisi  tonlanırdı.  ―Gizit‖  Sasani 
imperiyasının ərazisində yaşayan xristianlardan alınırdı
94

Torpaq,  can  və  ―gizit‖  vergilərindən  başqa  ―fərvərdigan‖,  habelə 
―mehrigan‖ şənliklərində də hədiyyələr qəbul edilirdi ki, bunlar da öz növbəsində 
şahənşahın xəzinə gəlirinə aid idi. Səltənətə məxsus olan malikanələrdən və xalisə 
torpaqlarından,  xüsusilə  Ermənistan,  İran  qızıl  mədənlərindən,  habelə 
müharibələrdə  əldə  edilmiş  qarətdən  (qənimətdən),  gömrüklərdən  və  başqa 
mənbələrdən  də  külli  miqdarda  gəlir  əldə  edilirdi
95
.  Xosrov  Ənuşirəvan  peşə 
sahibləri  və  sənətkarların  da  can  vergisini  nizama  saldı.  Peşə  sahibləri  və 
sənətkarlar 20 yaşından 50  yaşına qədər vergi verməli idilər. Onlar varlarına görə 
bir  neçə  təbəqəyə  bölündü.  Ən  varlı  olan  sənətkar  12,  ondan  aşağı  olan  8,  daha 
aşağı  dəstə  6,  rəiyyət  isə  ildə  dörd  dirhəm  verməli  idi
96
.  Vergini  daha  müntəzəm 
toplamaq  məqsədi  ilə  ölkə  bir  neçə  zonaya  bölündü.  Zonalar  isə  ―ustan‖,  yaxud 
―kur‖ adlandırıldı. Hər ―kur‖ da öz növbəsində bir neçə rayona bölündü. ―Kur‖un 
vergi toplayanlarına ―gəbə‖ deyilirdi. Torpaq və can vergilərini nizama salan şəxsə 
―vastruyuşansalar‖  və  yaxud  ―vastruyuşbəz‖  adlanırdı.  Həmin  şəxslər  tacir  və 
sənətkarların  can  vergilərini  topladıqlarına  görə  ―hütuxşbaz‖    (peşə  və  sənət 
sahiblərinin rəisi)  ləqəbi də daşıyırdılar
97

Əli  Sami  öz    əsərində  həmin    məsələni    araşdıraraq  qeyd  edir  ki, 
―hütuxşbazlar‖  əsl  mənada  maliyyə,  kənd  təsərrüfatı  ticarət  və  peşə-sənət  naziri 
vəzifəsini  ifa  edirmişlər.  Xəzinədarlar  isə  ―gəncur‖  adlanırdı
98
.  Müəllif  sözünə 
davam edərək göstərir ki, dövlət müfəttişləri yoxsul kəndlilərə kömək edib onlarda 
əkinçiliyi  inkişaf  etdirməyə  maraq  yaratmaq    məqsədilə    şəhər,    qəsəbə    və  
kəndləri  gəzir  və qarşıda olan çətinlikləri aradan qaldırırdılar. Onlar əkin sahələri 
təbii  fəlakətlərə  və  müəyyən  xəstəliklərə  məruz  qalmış  kəndliləri  həmin  il  torpaq 
vergisindən  azad edirdilər
99

Səid  Nəfisi,  Əli  Sami  və  İranın  başqa  tarixçiləri  yuxarıda  göstərdiyimiz 
vergi  sistemində  olan  dəyişikliyi  proqressiv  və  zəhmətkeşlərin  mənafeyinə  uyğun 
bir  hadisə  kimi  təhlil  etməyə  səy  göstərir.  Halbuki,  yeni  vergi  sistemi  istər 
əkinçilərin,  istərsə  də  sənətkarların  iqtisadi  vəziyyətini  nəinki  yaxşılaşdırmırdı, 
bəlkə  əksinə,  onların  onsuz  da    qənaətbəxş  olmayan  iqtisadi  şəraitini  çətinləşdirir 
və  amansız  istismar  edilmələrini  daha  da  artırırdı.  Yeni  vergi  qanunu  formal  olsa 
da  bir  tərəfdən  əkinçiliyi  inkişaf  etdirir,  digər  tərəfdən  isə  tarlalardan  səmərəli 
                                                           
93
 Fordovsi. Göstərilən əsəri, s. 209. 
94
 Əli Sami. Göstərilən əsəri, s. 209. 
95
 Əli Sami. Göstərilən əsəri, s. 210. 
96
 Yenə orada, s. 211. 
97
 Yenə orada, s. 211 – 212. 
98
 Yenə orada. 
99
 Yenə orada, s. 212. 


surətdə istifadə edilməsinə imkan  yaradırdı. Lakin  əvvəlki sistemdən  fərqli olaraq 
əkinçinin  ixtiyarında  olan  torpaq  sahəsinin  istifadə  edilməsindən  asılı  olmayaraq 
həmin il kəndli dincə qoyulmuş torpağa da müəyyən edilmiş vergini verməli  idi. 
Bütün  bunlar  getdikcə  xalq  kütlələrinin  narazılığına  səbəb  olurdu.  Bu 
zaman  İran  hakimiyyətinə  tabe  olan  ölkə  və  vilayətlərdə  olduğu  kimi, 
Azərbaycanda  da  feodal  münasibətlərinin  möhkəmlənməsi  ilə  əlaqədar  olaraq 
kəndlilərin  vəziyyəti  gündən-günə  ağırlaşırdı.  Yuxarıda  göstərdiyimiz  kimi, 
torpaqdan  istifadə  edilib-edilməməsindən  asılı  olmayaraq  kəndli  hər  il  məhsulun 
bir hissəsi əvəzinə nəğd pul verməli idi. Digər tərəfdən əyanlar, ruhanilər və qoşun 
başçıları  (hərbçilər)  nəyin  bahasına  olursa-olsun  məhsuldar  torpaqları  öz  əllərinə 
keçirməyə  cəhd  göstərirdilər.  Azad  icmalar  dövlət  tərəfindən  də  sıxışdırılıb 
amansızcasına istismar edilirdi. Bir sıra icmalar üzərlərinə qoyulmuş yüksək vergi 
və  mükəlləfiyyətlərin  öhdəsindən  gələ  bilmədikləri  üçün  istər-istəməz  iflasa 
uğrayırdı. 
M.  Ravəndi  Sasanilər  hakimiyyəti  dövründə  dörd  silkin  (təbəqənin) 
mövcud olduğunu göstərir. Onlardan birinci-silkə şahzadələr, əmirlər, iri feodallar 
və  ruhanilər,  ikinci  silkə  hərbçilər,  üçüncü  silkə  dəbirlər,  dördüncü  silkə  isə  xalq 
kütləsini  təşkil  edən  kənd  və  şəhər  əhalisi  daxil  idi.  Bu  silklərin  hər  biri  də 
özlüyündə bir neçə qrupa bölünməklə ictimai təbəqənin bir peşə nümayəndəliyini 
təşkil  edirdi.  Hər  silkin  daxilində  işləri  idarə  etmək  üçün  başçılar  təyin  edilirdi. 
Ruhanilər silkini ―möbədlər möbədi‖, hərbçiləri ―spahbəz‖, dəbirləri isə ―dəbirbəz‖ 
idarə  edirdi. 
Şahzadələr, habelə tiyul və iqta torpaq sahələrinə malik olan kiçik əmirlər 
ölkənin  müxtəlif  əyalətlərini idarə  edirdi.  Lakin bu  hakimlər bilavasitə  şahənşaha 
tabe  idilər.  Bu  kiçik  şahlıqların  hökmranlığı  irsi  mahiyyət  daşıyırdı.  Lakin  onlar 
daxilən  müstəqil  olsalar  da  öz  ordularını  daima  şahənşahın  ixtiyarına  verməli, 
könüllü olaraq vergi ödəməli idilər
100

Sasanilər  dövründə  İran  bir  növ  konfederasiya  və  yaxud  müxtəlif 
dövlətlərdən  ibarət  olmuşdur.  Bunlara  Farsların  doğma  yurdları  olan  İran  (İran 
şəhr), digəri isə Sasanilər tərəfindən işğal edilib öz ölkələrinə birləşdirilmiş qeyri-
İran  (Əniran)  ərazisi  daxil  idi
101
.  Həmin  dövrdə  Azərbaycan  ərazisi  də  Sasanilər 
tərəfindən işğal edilib İran   ərazisinə  birləşdirilmişdir. 
――Tiyul‖  və  ―iqta‖  sahiblərinin  imtiyazları  haqqında‖  məlumatımız 
yoxdur.  Misal  üçün,  şahın  əyalətlərə  təyin  etdiyi  hakimlərinin  ixtiyarında  olan 
iqtalara olan münasibətləri məlum deyildir
102

Sasanilərin  dövründə  bəzi  mənsəb  və  peşələr  yenidən  keçmişdə  olduğu 
kimi irsi olaraq yeddi ailənin ixtiyarına keçir
103
. Bu ailələrdən birinci şahın başına 
                                                           
100
 M. Ravəndi. Göstərilən əsəri, s. 457. 
101
 M. Ravəndi. Göstərilən əsəri, s. 456 - 457. 
102
 A. Kristensen. Göstərilən əsəri, s. 133 – 140. 
103
 M. Ravəndi. Göstərilən əsəri, s. 453. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə