Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   16   17   18   19   20   21   22   23   ...   74

Sasanilərin dövründə olan feodalizmin xüsusiyyətləri haqqında məlumatın 
az  olmasına  baxmayaraq  iri  feodallar  istər  yerli,  istərsə  də  mərkəzi  hakimiyyətə 
tabe  olmaqla  bərabər,  həm  də  hər  ikisinə  vergi  toplamalı  və  habelə  hərbi  xidmət 
göstərməli idilər
82

Nizamülmülk torpaq mülkiyyətinin qorunub saxlanması və  müqəddəsliyi 
haqqında  ―Ənuşirəvan  və  Azərbaycanın  hakimi‖  adlı  hekayətində  yazır  ki, 
―...hakim  özündən  ötəri  imarət  tikdirib  və  bağ  saldırmaq  istəyirdi.  Lakin  qarının 
daxması  və  həyətyanı  torpağı  bu  işin  icra  edilməsinə  mane  olurdu.  Qarının  öz 
mülkünü satmaq istəməməsinə baxmayaraq, hakim həmin daxma və torpağı zorla 
ondan aldı. Qarı Ənuşirəvanın yanına gedib şikayət etdi. Ənuşirəvan bir nəfəri işlə 
tanış olmaq üçün oraya göndərdi. 
Nəticədə  məlum  oldu  ki,  hakim  Xorasan,  Fars,  İraq  və  Azərbaycanda 
xeyli  karvansaraya,  yaşayış  binasına  və  malikanəyə  sahibdir.  Qarının  şikayəti 
qəbul edilib daxması və həyətyanı sahəsi özünə qaytarılmışdır
83

A. Kristensen göstərir ki, əyalətlərdə olan hakimlərin ―tiyul‖ və ―iqta‖lara 
olan münasibətləri lazımi qədər məlum deyildir. Lakin ehtimal etmək olar ki, əksər 
vaxt böyük ―tiyul‖  sahiblərinə  əyalətlərin  hakimliyini  tapşırırdılar. Ona görə ki, 
həmin  şəxslər  öz  əyalətlərində  geniş  torpaq  sahələrinə  və  həm  də  su  təsərrüfatına 
malik idilər
84

Sasanilər dövrünün ictimai təbəqələri haqqında məlumat verən Səid Nəfisi 
yazır:  ―Sasanilərin  dövründə  İran  əhalisi  dörd  təbəqəyə  bölünürdü.  Ruhanilər, 
hərbçilər,  idarə  işçiləri  (maliyyə  və  mülki  işlərlə  məşğul  olanlar),  əkinçi  və 
sənətkarlar‖
85

Müəllif  bu  dörd  qrupun  hər  birinin  öz  növbəsində  çoxlu  dəstələrə 
bölündüyünü  qeyd  edir  və  göstərir  ki,  hər  bir  dəstə  bir  ictimai  peşənin 
nümayəndəsi sayılırdı. Belə ki, ruhanilər qazilərə və məbədlərin başqa təbəqələrinə 
bölünürdü.  İdarə  işçiləri  dəbir,  hakim,  münəccim  və  habelə  şairlərə,  tacirlər, 
dükançılar  isə  dördüncü  qrupa  şamil  edilirdi.  Hər    bir    dəstənin    özünün    rəisi  
olmaqla    bərabər    onun    əlaltısı  olan  müfəttişlər  (müavini)  işləri  yerinə  yetirir, 
təhsildar  xərac  (vergi)  toplayır.  Usta  isə  şagirdliyə  nəzarət  edirdi
86
.  Tanserin 
məktubunda Sasanilərə tabe olan əyalətlərin  əhalisi ictimai  nöqteyi-nəzərdən dörd 
silkə bölünür: kahinlər, hərbçilər, dəbirlər və digər peşə sahibləri daxildir
87

Pəhləvi  dilində  yazılmış  ―Hacıabad‖  kitabəsində  I  Şahpur  ölkənin  yuxarı 
təbəqələri  qarşısında  ox  atır.  Burada  göstərilmiş  təbəqələr  bunlardır:  hakimlər 
(şəhrdarlar,  pəhləvi  dilində  ―şatre  daran‖),  daha  doğrusu,  İran  şahzadələri, 
                                                           
82
 Yenə orada, s. 54 – 55. 
83
 Nizamülmülk. Siyasətnamə. 
84
 A. Kristensen. Göstərilən əsəri, s. 32 – 33. 
85
 S. Nəfisi. Təməddün-e İran-e Sasani, Tehran, 1331. Müqəddimə. 
86
 S. Nəfisi. Göstərilən əsəri. Göstərilən əsəri, s. 2 
87
 Name-i Tanser, Tərcümei, M. Minəvi, Tehran, 1333, I 


Vispuran  (Vispəhran)  əsilzadələr  (vəzərgan)  və  azatlar
88
 (azadlar).  Ərəblər  ―azat‖ 
sözünü  ―əhrar‖la  əvəz  etmişlər.  ―Əhrar‖  sözünün  mənasına  gəldikdə  ―azad‖ 
deməkdir. 
Şahpurun kitabəsi Sasani dövlətinin tabeliyində olan əyalətlərin fəhristi ilə 
başlayır. Orada göstərilir ki, qərbdə Ermənistan, Gürcüstan, Kür vadisi bütünlüklə 
Qafqazda olan Allan keçidinə qədərki yerlər Şahpura tabe idilər
89
. İran arxeoloqu 
Əli Sami yuxarıda göstərdiyimiz Allan torpağını Aran və yaxud Albaniya ilə eyni 
yer  olduğunu  iddia  edir.  Halbuki,  Allan  müasir  Daryal  keçidi  ətrafına  deyilir  və 
allanlar  həmin  ərazidə  yaşayırdılar.  Alban  torpaqlarına  gəldikdə,  Qafqaz  dağı, 
Xəzər dənizi və Kür vadisini əhatə  edirdi. 
Sasanilər  dövrünün  vergiləri  haqqında  məlumat  verən  Əli  Sami  göstərir 
ki,  dövlətin  gəlirinin  ən  mühüm  hissəsini  ―xərac‖  və  ―kizit‖  vergisi  təşkil  edirdi. 
Torpaq və can vergiləri aşağıdakı qayda üzrə təyin olunurdu. Belə ki, hər mahalın 
əkin  sahəsinin  məhsuldarlığından  və  habelə  onun  mövqeyindən  (şəhərə  yaxın  və 
əksinə,  uzaq  olması  ilə  əlaqədar)  asılı  olaraq  məhsulun 
1
/
3
  -dən 
1
/
6
  həcmində 
toplanırdı
90

Vergilərin  bu  qayda  ilə  toplanması  bir  sıra  çətinliklər  törətdiyinə  görə 
əkinçiləri  narazı  salırdı.  Belə  ki,  dövlət  məmurları    öz    vəzifələrindən    istifadə  
edib,    məhsulun    vaxtında    yoxlanılıb    və    vergi      miqdarının  təyin  edilməsini 
ləngidirdilər. Bu səbəbə görə  də  məhsulun  xeyli  hissəsi tələf olurdu. Ona görə də 
Qubad  vergi  sistemini  dəyişdirmək  qərarına  gəldi.  Lakin  həmin  qərar  Xosrov 
Ənuşirəvanın  dövründə  həyata  keçirildi.    Əkin    sahələrinin  miqdarından  asılı 
olaraq  aşağıdakı  qaydaya  görə  vergi  təyin  edildi.  2400  kvadratmetr  (bir  ―cərib‖) 
əkin  sahəsindən  ildə  bir  dirhəm,  həmin  miqdarda  olan  üzümlüklərdən  8  dirhəm, 
yoncalıqlardan 7 dirhəm, çəltiklik (beş dankdan)  bir dirhəm, farsda olan hər dörd 
xurma  ağacından  bir  dirhəm,  hər  6  assuri  xurmasından  bir  dirhəm,  habelə  hər  6 
zeytun  ağacından  ildə  bir  dirhəm  toplanılması  təyin  edildi
91
.    Həmin  qanundan 
sonra  natural  şəklində toplanan məhsulun bir  hissəsi  pul vergisi ilə əvəz edildi. 
İkinci  bir  tərəfdən  vergi  məhsulun  həcminə  görə  deyil,  torpaq    sahələrinə    görə  
təyin  edilməyə  başladı.  Məhsulları  təbii  xəstəliklərə  məruz  qalmış  şəxslərə 
güzəştlər edilirdi
92
. Qeyd etmək lazımdır ki, atların bəslənilməsində istifadə edilən 
arpanın vergi miqdarı buğda ilə bərabər idi. Həmin vergilərin ən yüksək miqdarını 
eynilə Azərbaycan ərazisinə də tətbiq etmək olar. ―Gizit‖ və yaxud ―gəzid‖ arami 
mənşəli  söz  olub,  sonralar  fars  dilinə  keçmişdir.  Firdovsi  ―gizit‖  haqqında  öz 
                                                           
88
 S. Nəfisi. Göstərilən əsəri, s. 2. 
89
 Yenə orada. 
90
 Ə.Sami. Təməddün-e-Sasaniyan, I cild, Tehran, 1942, s. 209 - 220 
91
 Yenə orada, s. 209. 
92
 Yenə orada. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə