inkişaf nöqteyi-nəzərindən eyni səviyyədə olmasalar da, çox ehtimal ki, biri
digərinə nisbətən oxşar və yaxın olmuşlar.
Bunu qeyd etmək lazımdır ki, ümumiyyətlə, tarixçilər, xüsusilə əkinçiliyə
dair əsər yazmış olan müəlliflər öz əsərlərində torpaq mülkiyyətinin formaları,
sinfi mübarizə, istehsal üsulu və istehsal münasibətlərinə toxunmadan, ölkənin
əkinçilik üçün əlverişli olan təbii-coğrafi şəraitini, orada yetişdirilən məhsul
növlərinin sadəcə olaraq adlarını sadalamaqla kifayətlənirlər. Lakin F. Engelsin
göstərdiyi kimi, ―Bütün tarix indi də siniflərin antaqonizmi və mübarizəsi yolu ilə
davam edir. Həmişə hakim və tabe siniflər istismarçı və istismar olunan siniflər
mövcud olmuş, bəşəriyyətin böyuk bir əksəriyyəti həmişə ağır zəhmətə qatlaşıb
acınacaqlı həyat sürməyə məcbur olmuşdur‖
72
. Demək biz tarixi dövrlərdə
cəmiyyətin müxtəlif silklərə parçalanıb, insanların isə ictimai mövqelərinə görə
bir-birindən fərqlənməsini aydın-aşkar görürük. Lakin burjua tarixçilərinin sinfi
mövqeyi
onlara imkan verir ki, belə bir həqiqəti aşkara çıxarmış olsunlar.
Bütun Şərq ölkələrində olduğu kimi Atropatenada da köhnə istehsal
münasibətləri məhsuldar qüvvələrin yeni inkişaf səviyyəsinə uyğun gəlmirdi. Ona
görə də köhnə istehsal münasibətlərin nisbətən proqressiv və qabaqcıl
münasibətlərlə qanunauyğun şəkildə əvəz edilməsi zəruriyyəti qarşıya çıxırdı.
Mənbələrdə Misir və yaxud Assuriyada olmuş quldarlıq sisteminə
Atropatenada təsadüf edilmir. Bu ərazidə olmuş quldarlıq sistemi haqqında
məlumat verən ilk mənbə ―Matikan hazar-Dadistan‖dır. Orada qul termini əvəzinə
―bəndək‖ və ―ənşəhrik‖ sözləri işlədilmişdir
73
. III əsrdə Aralıq dənizi hövzəsinin
bütün sahəsini bürümuş quldarlıq sisteminin böhranı İrana da toxundu
74
. Sasanilər
dövründə dövlət, özünə qüvvətli ictimai dayaq yaratmaq məqsədilə dövlət
idarələrində, orduda xidmət edən şəxslərə və habelə ruhanilərə ehtiyaclarını
ödəmək məqsədi ilə torpaq ayırırdı.
Torpaq sahibləri əsas etibarı ilə qul əməyindən istifadə edirdilər
75
. Lakin
artıq III əsrdən etibarən quldarlıq sistemi get-gedə zəifləyib dağılmağa başlayır.
Torpaq üzərində şərti mülkiyyət formasının aşkara çıxması, uzunmüddətli
icarədarlıq bilavasitə istehsalçıları işlədikləri torpaq parçasına bağlayırdı. İranda
feodalizmin yaranmasına qulların bir hissəsinin azad edilməsinin də təsiri az
olmamışdır. Bir sıra mənbələrdə İranda, feodallaşma elementlərinin və feodal
münasibətlərinin aşkara çıxması V - VI əsrlərə aid edilir.
N.V. Piqulevskayanın göstərdiyinə görə feodalizmin möhkəmlənməsi V
əsrdən sonrakı dövrlərə aiddir. O, öz fikrini əsaslandırmaq üçün həmin əsrdə
Məzdəkin başçılığı ilə kənd icmalarında yaşayanların feodallara qarşı aparmış
72
K. Marks, F. Engels. Seçilmiş əsərləri, II cild, Bakı, 1953, s. 251
73
Матикан, с. 243. А. Периханян. К вопросу о рабовладении и землевладении в Иране
Парфиянского времени В. Д. № 4, 1952, с, 14 – 20.
74
N. V. Piqulevskaya. Göstərilən əsəri, s. 177.
75
Yenə orada.