Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   12   13   14   15   16   17   18   19   ...   74

geniş  torpaq  sahibləri  idilər.  Bu  torpaqlar  irsi  olaraq  şah  nəslinin  adlı-sanlı 
şəxslərinin xüsusi mülkiyyəti hesab olunurdu
41

Məlumdur  ki,  Sasanilər  imperiyası  yarandıqdan  sonra  Atropatena  onun 
tərkibinə  daxil  edildi.  Bu  səbəbə  görə  də  biz  onun  iqtisadi  və  təsərrüfat  həyatı 
məsələlərini tədqiq etdikdə siyasi cəhətdən mərkəzi hakimiyyətə tabe olduğu kimi, 
iqtisadi  nöqteyi-nəzərdən  də  ondan  asılı  olan  bir  əyalət  kimi  nəzərdə  tutacağıq. 
Əlbəttə,  belə  olduqda,  o  dövrdə  İranda  olan  bir  sıra  islahat  və  başqa  qayda-
qanunları Atropatena ərazisinə də şamil etmək məqsədəuyğundur. 
Hər hansı bir ölkənin təsərrüfat həyatı məsələləri, xüsusilə onun əkinçilik 
və  maldarlığının  tarixi  öyrənilən  zaman  qismən  olsa  da  oranın  suvarma 
sistemindən  də  bəhs  etmək  vacib  və  zəruridir.  III—VII  əsrlərdə  Azərbaycanda 
mövcud  olmuş  suvarma  sistemi  haqqında  yazılı  məlumatın  olduqca  az  olması 
həmin məsələnin istənilən dərəcədə işıqlandırılmasını çətinləşdirir. 
Biz  Azərbaycanın  təbii-coğrafi  şəraitini  izah  etdiyimiz  bölmədə  yalnız 
həmin  ölkənin  su  ehtiyatı  mənbəyi  olan  çayların  adını  çəkməklə  kifayətləndik. 
Qeyd etmək lazımdır ki, Azərbaycanda əkin sahələri yalnız çaylar vasitəsi ilə deyil
həm  də  süni  kanallar,  habelə  kəhrizlər  vasitəsi  ilə  də  suvarılırdı.  Ümumiyyətlə, 
bütün Şərq ölkələrində, o cümlədən Azərbaycanda əkinçiliyin inkişafı tarixi  onun 
suvarma  sisteminin  inkişaf  səviyyəsi  ilə  əlaqədardır.  Süni  suvarma  sistemi,  onun 
Şərq  ölkələrindəki  əhəmiyyəti  haqqında  K.  Marks  yazmışdır:  ―Xüsusən    böyük 
səhradan  başlanıb  Ərəbistan,  İran,  Hindistan  və  Tatarıstandan  keçərək  Asiya 
yaylasının  ən  yüksək  vilayətlərinə  qədər    uzanan  geniş  çılpaq  səhralarda  iqlim 
şəraiti  və  torpağın  spesifikliyi,  kanallar  və  irriqasiya  qurğuları  vasitəsi  ilə  süni 
suvarma sistemini Şərq əkinçiliyinin əsasına çevirmişdir‖
42

―Matikan hazar-Dadistan‖ kitabının XXII fəslində də suvarma kanalları və 
onların  xüsusiyyətlərindən  bəhs  edilir.  Məlum  olduğu  kimi,  bu  kitab  Sasanilər 
dövrünün hüquqi qanun məcmuəsidir. Ona görə də həmin qanun məcəlləsində yeri 
gəldikcə kanalların çəkilməsi, ondan istifadə hüquqları və s. dən bəhs olunur
43

Məlumdur ki, quru və isti iqlim şəraitinə malik olan ölkələrdə yer səthində 
olan sular həmin ölkənin təsərrüfatını su ehtiyatı ilə kifayət qədər təmin edə bilmir. 
Azərbaycanın  da  bir  sıra  rayonları  belə  quru  iqlimə  malikdir.  Ona  görə  də  Şərqin 
başqa  ölkələrində  olduğu  kimi  burada  da  süni  suvarma  sistemi  qədim  tarixə 
malikdir. Təsərrüfatda kəhrizlərdən də lazımınca istifadə olunurdu. 
Süni suvarma  sistemi haqqında T. Bəhrami  Arriana  istinad edərək yazır: 
―İskəndərin canişinləri su bəndləri və bu bəndlərin nə məqsədlə tikilməsi ilə tanış 
olmadıqlarına  görə  belə  fərz  edirdilər  ki,  iranlılar  həmin  su  bəndlərini  özlərini 
                                                           
41
 Н. Б. Пигулевская. Города Ирана в раннем средневековье. М.-Л., 1966, с. 174 
42
 K. Marks, F. Engels. Seçilmiş əsərləri, I cild, Bakı, 1958, s. 328. 
43
 Matikan... 1 - 9 


düşməndən  müdafiə  etmək  məqsədilə  tikib  lazım  gəldikdə  isə  bəndləri  açıb 
düşmən ordularını məhv edirmişlər
44

Əl-Şüştərinin  yazdığına  görə  ―Hələ  İskəndərin  Şərqə  olan  yürüşündən 
əvvəl,  Şüştərdə  şəhərdən  kənarda  olan  ―Dariyan‖  adlı  su  kanalının  çəkilməsinə 
―Böyük Dara‖ (birinci Dara) tərəfindən başlanmışdır‖. Lakin işin qurtarması Dara 
ibn  Daranın  dövrünə  təsadüf  edir.  Həqiqətən  də  su  yaşayış,  həyat,  bol  məhsul 
deməkdir.  Su  olmayan  yerdə  kənd  təsərrüfatı  nemətlərinin  bol  olması  mümkün 
deyildir. 
Dini  kitab  olan  Avestada  suyun  müqəddəs  sayılmasından,  onun 
əhəmiyyətindən,  təmiz  saxlanılmasından,  əkinçilikdə  necə  istifadə  edilməsindən 
dəfələrlə söz açmışdır
45
. Həmin kitabın hissələrindən olan istər ―Qatlarda‖
46
, eləcə 
də ―Vəndidad‖da
47
 süni surətdə suvarma sistemi haqqında məlumat verilir. 
Lakin  Avesta  məşğul  olduğumuz  dövrdən  daha  qədim  olduğu  üçün  biz 
burada pəhləvi kitablarına istinad etməyi daha məqsədəuyğun hesab edirik. 
Pəhləvi  dilində  yazılmış  ―Matikan  hazar-Dadistan‖
48
 İranda  mövcud 
olmuş  süni  suvarma  sistemi  haqqında  ətraflı  məlumat  verən  ilk  mənbələrdən 
biridir.  Həmin  kitabda  əkinçiliyin  inkişafında  süni  suvarma  sisteminin  mühüm 
əhəmiyyətə  malik  olmasından  danışılır.  Şübhəsiz  ki,  süni  suvarma  sisteminin 
mövcud  olması,  xüsusən  mülkiyyət  formasının  nə  dərəcədə  yayılmasını  göstərən 
amillərdən  biridir.  Süni  suvarma  sisteminin  geniş  surətdə  inkişaf  etməsi  xüsusi 
mülkiyyət  formasının  mövcud  olduğuna  əsas  dəlildir.  Həmin  kitabın 
məzmunundan  aydın  olur  ki,  bu  sistem  V—VI  əsrlərə  aiddir
49
.  Dara  ibn  Dara 
tərəfindən  çəkilən  kanala  Parfiya  dövründə  əhəmiyyət  verilmədiyinə  görə  kanalın 
suyu qurumuşdur. Bu səbəbə görə də şəhərin ətrafında salınmış bağlar və bostanlar 
az müddət ərzində qurumaqla həmin ərazi xarabazarlığa çevrilmiş, şəhər və onun 
ətrafında  yaşayan  əhali  oradan  köçüb  getmişdir.  Sasanilər  hakimiyyət  başına 
gəldikdən  sonra    Babəkan  oğlu  Ərdəşir  yenidən  həmin  kanalı  təmir  etdirib  və 
şəhərin  abadlaşdırılmasına    başlamışdır
50
.  Lakin  Ərdəşir  vəfat  etdikdən  sonra  iş 
yarımçıq  qalmışdır.  Həmin  işi  onun  nəvəsi  olan  Şahpurun  oğlu  Hörmüz  davam 
etdirmişdir.  İranın  başqa  vilayətlərindən  bu  şəhərə  çoxlu  işçi  qüvvəsi 
köçürülmüşdür
51
.  Bu  faktı  qeyd  etməkdə  məqsədimiz  Parfiya    dövründən  fərqli  
                                                           
44
 Tağı Bəhrami. Tarix-e Kəşavərdzi İran, Tehran, 1330, s. 23; Appian Makedoniyalı İskəndərin 
səyahətinin tarixi, London, 1818. 
45
 Avesta, Kopenhagen, 1910, Vəndidad, XXII. 
46
 İbrahim Purdavud. Qatha, Bombey, 1927, s. 57 
47
 Matikan hazar-Dadistan, Bombey, 1940 
48
 Yenə orada, XXII,, 1-9, s. 238 – 243. Əl-Şüştəri 1344-cü ildə Kəlküttədə nəşr etmiş ―Təzkireyi-
Şüştər‖ əsərində su kanalları haqqında məlumat vermişdir. 
49
 Matikan, XXII, 1 – 9, s. 238 – 243. 
50
 Əl-Şüştəri. Göstərilən əsəri, s. 4 – 5. 
51
 Yenə orada. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə