MüƏllifdən II


XX FƏSİL XÜSUSİ İCRAA TLAR



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə257/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   253   254   255   256   257   258   259   260   ...   266

XX FƏSİL XÜSUSİ İCRAA TLAR 

dan,  məhkumun islah edilərək cəmiyyətə  yararlı bir şəxs kimi tərbiyə 

olunmasında  və  bununla  da  bütünlükdə  ədalət  mühakiməsinin 

qarşısında duran vəzifələrin həyata keçirilməsindən ibarətdir. 

Nəticə  etibarilə  hökmün  icrası  mərhələsinin  anlayışı  prosessual 

hüquq  baxımından  müəyyən  edilərkən  bu  mərhələdə  yerinə  yetirilən 

hərəkətlərin heç də hamısını əhatə etmək mümkün deyildir. Ona görə də 

belə  bir  fikirlə  razılaşmaq  lazımdır  ki,  hökmün  icrası  mərhələsinin 

anlayışına  bu  mərhələdə  həll  olunan  məhz  başlıca  məsələləri 

ümumiləşdirilmiş formada daxil etmək lazımdır. Yəni bu, o deməkdir 

ki,  bu  anlayışda  hökmün  icrası  mərhələsinin  məzmununu  təşkil  edən 

hərəkətlər  qruplaşdınimış  şəkildə  (prosessual  formada)  öz  ifadəsini 

tapmışdır. 

Hökmün icrası mərhələsinin mahiyyəti ilə əlaqədar olaraq bəzi pro- 

sessualistlər belə bir fikir söyləyirlər ki, bu mərhələ müstəqil olsa da onu 

digər  prosessual  mərhələlərlə  bərabər  tutmaq  olmaz.  Bu  fikir  onunla 

əsaslandmlır  ki,  hökmün  icrasına  qədər  cinayət  mühakimə  icraatının 

vəzifələri artıq yerinə yetirilmiş olur (106. s.27; 87. s.47). Amma belə bir 

mövqe ilə razılaşmaq qeyri-mümkündür. Ona görə ki, cinayət mühakimə 

icraatının ümumi vəzifələri prosesin hər bir mərhələsində özünəməxsus 

konkret  prosessual  formada  həyata  keçirilir.  Belə  ki,  CPM-in  8-ci 

maddəsində  nəzərdə  tutulan  cinayət  mühakimə  icraatının  vəzifələri  o 

zaman  tamamilə  yerinə  yetirilmiş  hesab  edilə  bilər  ki,  məhkəmənin 

hökmdə gəldiyi qərar real olaraq yerinə yetirilsin, bu isə ancaq hökmün 

icra edilməsinin başa çatdırılmasında ifadə oluna bilər. 

Nəzərə almaq lazımdır ki, cinayət mühakimə icraatının vəzifələrini 

təkcə cinayətin üstünü açmaq, təqsirli şəxsləri müəyyən etmək, habelə 

haqqında  cinayət  təqibi  apanlan  şəxsin  təqsirsizliliyini  sübuta 

yetirməklə məhdudlaşdırmaq düzgün olmazdı. Çünki əsas vəzifə təqsirli 

şəxslərə cəza təyin etmək və yaxud bəraət vermək deyil, onu real olaraq 

tətbiq etməkdədir. Əgər hökm çıxanlıbsa, lakin qanuni qüvvə aldıqdan 

sonra  icra  edilməyibsə,  mahiyyətcə  bu  o  deməkdir  ki,  həmin  iş  üzrə 

mühakimə icraatının vəzifələri yerinə yetirilməmişdir. Geniş mənada bu 

məsələyə  yanaşsaq  onda  görərik  ki,  hökmün  icra  edilməməsi 

bütövlükdə ədalət mühakiməsi vəzifələrinin yerinə yetirilməməsi kimi 

qiymətləndirilməlidir.  Bununla  da  sübuta  yetirilir  ki,  öz  prosessual 

əhəmiyyətinə  görə  hökmün  icrası  mərhələsini  prosesin  digər 

mərhələləri ilə müqayisədə heç də ikinci dərəcəli mərhələ hesab etmək 

olmaz. 





Mirağa Cəfərquliyev 

Hökmün icrası mərhələsinin vacibliyi bir daha onunla əsaslandınla 

bilər  ki,  əvvəlki  cinayət-prosessual  qanunvericiliyə  nisbətən  yeni 

qanunvericilikdə hökmün icrası mərhələsində məhkəmənin səlahiyyəti 

daha da genişləndirilmişdir. Yəni əvvəllər inzibati qaydada həll edilən 

bir sıra məsələlərin həlli yeni CPM-də məhz məhkəmənin səlahiyyətinə 

aid edilmişdir. Belə məsələlərə məhkumluğun götürülməsi, cəzaçəkmə 

müddətinin  ümumi  əmək  stajına  daxil  edilməsi,  məhkumun  xəstəliyə 

görə  vaxtından  əvvəl  cəzadan  azad  edilməsi  və  s.  bu  kimi  məsələləri 

misal gətirmək olar. Bütün bunlar bir daha ona dəlalət edir ki, hökmün 

icrası mərhələsi prosessual hüquq mənasında, eyni zamanda, məhkəmə 

təcrübəsi baxımından digər mərhələlərə nisbətən heç də az əhəmiyyətə 

malik deyildir. 

Hökmün  icrasının  xarakterik  cəhətlərindən  biri  də  bu  mərhələnin 

prosessual  mərhələlər  sistemində  tutduğu  yer,  yəni  onun  sonuncu 

mərhələ  olub-olmaması  ilə  bağlıdır.  Əksər  hallarda  hüquq 

ədəbiyyatında  hökmün  icrası  mərhələsinin  anlayışı  verilərkən  qeyd 

olunur  ki,  bu  mərhələ  cinayət  prosesinin  son,  yekunlaşdıncı 

mərhələsidir  (91. 

S.51). 


Lakin  belə  bir  fikirlə  razılaşmaq  bir  qədər 

çətindir, çünki hökmün icrası mərhələsi çoxcəhətli xüsusiyyətlərə malik 

olduğuna görə onun son mərhələ hesab edilməsi fikri o qədər də dəqiq 

deyildir.  Bizə  bəllidir  ki,  məhkəmələrin  hökm  və  ya  qərarlarına 

kassasiya qaydasında yenidən baxıla bilər ki, bu da qanuni qüvvə almış 

və icra olunmağa başlanmış hökmlərə aiddir. Belə çıxır ki, əgər hökm 

icra olunarkən ondan kassasiya şikayəti və ya protesti verilərsə yenidən 

işə  baxan  məhkəmə  cinayət  işini  xitam  edə  bilər,  hökmdə  nəzərdə 

tutulan cəzanı azalda bilər, məhkumu cəzanın çəkilməmiş hissəsindən 

azad edə bilər. Belə hallarda hökmün icrası mərhələsi başa çatdınimır, 

əksinə həmin mərhələ kassasiya qaydasında icraat mərhələsindən əvvəl 

mövcud  olur.  Bütün  bunlarla  yanaşı,  eyni  zamanda,  qeyd  etmək 

lazımdır  ki,  hökmün  icrası  mərhələsi  konkret  halda  iş  üzrə  icraatın 

yekun- laşdırıldığı son mərhələ ola bilər. Buna misal olaraq göstərmək 

olar  ki,  əgər  məhkum  məhkəmənin  hökmdə  təyin  etdiyi  cəzanı 

tamamilə  çəkib  qurtarıbsa  və  məhkəmənin  qəran  ilə  cəza  çəkməkdən 

azad edilibsə, belə halda hökmün icrası iş üzrə mühakimə icraatının son 

mərhələsini  təşkil  etmiş  olur.  Eyni  fikri  məhkumun  cəza  çəkməkdən 

azad  edilməsi  hallarına  da  şamil  etmək  olar.  Digər  bir  halda  bəraət 

hökm 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   253   254   255   256   257   258   259   260   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə