MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə259/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   255   256   257   258   259   260   261   262   ...   266

Mirağa Cəfərquliyev 

keçirilməsinin bir sıra spesifik xüsusiyyətləri vardır. Prosesin bir qrup 

prinsipləri (şərtləri) hökmün icrası mərhələsində də digər mərhələlərdə 

olduğu kimi və yaxud onlara çox yaxın bir prosessual formada həyata 

keçirilir. Belə prinsiplərə (şərtlərə) hakimlərin müstəqilliyi, mühakimə 

icraatının  yalnız  məhkəmələr  tərəfindən  həyata  keçirilməsi,  şəxsi 

həyatın toxunulmazlığı hüququnun təmin edilməsi, cinayət-mühakimə 

icraatının milli dildə apanlması, cinayət-mühakimə icraatının aşkarlığı 

kimi  prinsipləri  (şərtləri)  aid  etmək  olar.  Bir  sıra  digər  prinsiplər 

(şərtlər) də vardır ki, onlar prosesin digər mərhələlərindən fərqli olaraq 

hökmün  icrası  mərhələsində  özünəməxsus  prosessual  formada  həyata 

keçirilir.  Belə  prinsiplərə  (şərtlərə)  məhkumun  müdafiə  hüququnun 

təmin  edilməsi,  cinayət  mühakimə  icraatının  obyektivliyi,  cinayət 

prosesində  tərəflərin  çəkişməsi,  habelə  prosesin  digər  iştirakçılannm 

maraq və hü- quqlannın təmin edilməsi kimi prinsiplər (şərtlər) daxildir. 

Məhkəmə hökmünün icrası zamanı məhkumun hüquqlanmn təmin 

edilməsi  məsələsinə  qanunda  böyük  diqqət  yetirilmişdir.  Bu  barədə 

qanunda konkret olaraq göstərilir ki, məhkəmənin hökmü çıxarıldıqdan 

sonra  onun  icrası  qurtaranadək  məhkum  edilmiş  şəxs  aşağıdakı 

məsələlərə  dair  ərizə  ilə  məhkəməyə  müraciət  edə  bilər:  cəzanın 

çəkilməsinin  təxirə  salınması  haqqında;  xəstəliyə  və  ya  ittiham 

hökmünün icrası müddətinin başa çatmasına görə cəza çəkməkdən azad 

edilməsi haqqında; cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi 

haqqında;  cəzanın  çəkilməmiş  hissəsinin  daha  yüngül  cəza  ilə  əvəze- 

dilməsi  haqqında;  cəzaçəkmə  və  ya  tərbiyə  müəssisələrinin  növünün 

dəyişdirilməsi haqqında; amnistiyanın tətbiq edilməməsi və ya düzgün 

tətbiq edilməməsi haqqında; müalicə müəssisəsində saxlanılma vaxtının 

cəzaçəkmə  müddətinə  daxil  edilməsi  haqqında;  məhkumlu-  ğun 

vaxtından əvvəl götürülməsi haqqında; CPM-də nəzərdə tutulmuş digər 

məsələlər haqqında. 

Yuxanda  sadalanan  hüquqlann  hər  birisinin  məhkum  edilmiş  şəxs 

üçün  nə  qədər  əhəmiyyət  kəsb  etdiyini  şərh  etməyə  heç  bir  ehtiyac 

qalmır.  Göstərilən  hüquqlardan  hər  birisinin  həyata  keçirilməsinə 

CPM-in konkret bir maddəsi həsr edilmişdir (CPM-in 510-517-ci mad.). 

Məhkəmə hökmünün icrası zamanı məhkumun hüquqlanmn təmin 

edilməsi ilə bağlı bir sıra prosessualistlər hesab edirlər ki, yeni cinayət- 

prosessual qanunvericiliyinin bəzi müddəalan məhdudiyyət təşkil edir 



XX

 

FƏSİL

 

X

ÜSUSI ICRAA TLAR

 

—""

 

as

və  gələcəkdə  onlarda  dəyişikliklər  apararaq  təkmilləşdirmək  lazımdır 

(48).  Bununla  əlaqədar  qeyd  edirlər  ki,  yeni  cinayət-prosessual 

qanunvericilikdə  hökmün  icrasının  təxirə  salınmasının  dairəsi  əvvəlki 

qanuna  nisbətən  bir  qədər  məhdudlaşdınimışdır,  yəni  məhkumun 

cəzanın  çəkilməsinə  mane  olan  ağır  xəstəliyə  tutulması  hökmün 

icrasının  təxirə  salınmasının  əsaslanndan  biri  kimi  nəzərdə 

tutulmamışdır.  Arqument  gətirərək  göstərirlər  ki,  CPM-in  511  -ci 

maddəsində  xəstəliyə  görə  cəza  çəkməkdən  azad  etmənin  nəzərdə 

tutulması  ilə  kifayətlənmək  olmaz,  çünki  xəstəliyə  görə  hökmün 

icrasının təxirə salınması ilə həmin əsasla cəzanı çəkməkdən azadetmə 

anlayışlanm eyniləşdirmək olmaz. Biz bu fikri məqbul saymınq, çünki 

cinayət-prosessual  qanunvericilikdə  prosesin  bütün  mərhələlərində 

təqsirləndirilən  şəxsin  xəstəliyi  kifayət  qədər  nəzərə  alınmışdır. 

Məsələn,  CPM-in  53.1.4-cü  maddəsində  deyilir  ki,  “təqsirləndirilən 

şəxsin ağır xəstəliyi ilə əlaqədar cinayət prosesində iştirakı müvəqqəti 

mümkün  olmadıqda  cinayət  təqibi  üzrə  icraat  dayandınla  bilər”. 

Cinayət-Prosessual Məcəllənin digər bir maddəsində (304.1.2) göstərilir 

ki, “təqsirləndirilən şəxs onun məhkəmə baxışında iştirakını istisna edən 

ağır  xəstəliyə  tutulduqda  məhkəmənin  hazırlıq  iclasında  məhkəmə 

cinayət  işi  üzrə  icraatın  dayandıniması  haqqında  əsaslandınimış  qərar 

çıxanr.” Bunlardan başqa, CPM-in 319-cu maddəsinin ikinci bəndində 

məhkəmə  baxışının  təxirə  salınması  və  məhkəmədə  icraatın 

dayandıniması məsələləri ilə bağlı izah edilir ki, “təqsirləndirilən şəxs 

xroniki,  yaxud  digər  ağır  xəstəliyə  tutulduğuna  görə  onun  məhkəmə 

iclasına 

gəlməsi 

qeyri-mümkün 

olduqda 

məhkəmə 


həmin 

təqsirləndirilən  şəxs  sağalanadək  onun  barəsində  cinayət  işi  üzrə 

məhkəmə  baxışını  təxirə  salır  və  yaxud  icraatı  dayandınr”.  Nəhayət, 

yekun  məhkəmə  qərannm  çıxaniması  zamanı  CPM-in  348-ci 

maddəsində  göstərilmiş  hallarda  məhkəmə  baxışının  nəticələrinə  dair 

məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi 

tədbirlərdən birinin tətbiq edilməsi barədə qərar çıxanr. 

Beləliklə,  cinayət-prosessual  qanunvericiliyin  yuxanda  sadalanan 

müddəalanna əsasən belə bir nəticəyə gəlmək olar ki, hökm çıxanlana 

qədər  təqsirləndirilən  şəxsin  xəstəliyi  ilə  bağlı  məsələlər  cinayət 

prosesinin  hər  bir  mərhələsində  müvafiq  qaydada  həll  edilir.  CPM-in 

511-  ci  maddəsinə  gəldikdə  isə  burda  söhbət  cəzanın  icra  edilməsi 

mərhələsində  məhkumun  sonradan  ağır  xəstəliyə  tutulması  və  ya 

əvvəlki xəs 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   255   256   257   258   259   260   261   262   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə