MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə17/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   13   14   15   16   17   18   19   20   ...   266

G!?!r 

Mirağa Cdfərquliyev 

-

 



yeni cinayət-prosessual qanun cinayət işlərinə və cinayət təqibi ilə 

bağlı  digər  materiallara  məhkəmədə  baxılmasının  üçmərhələli 

(müstəsna  hallarda  -  dördmərhələli) sistemini nəzərdə  tutmuşdur. Bu, 

qəbul  edilmiş  yekun  qərarların  qanuniliyini,  əsaslılığını  və  ədalətlili- 

yini daha yüksək səviyyədə təmin etməyə yönəlmişdir; 

-

 



yeni  cinayət-prosessual  qanun  ölkəmizdə  ilk  dəfə  olaraq  andlı 

iclasçıların  iştirakı  ilə  ədalət  mühakiməsinin  həyata  keçirilməsini 

nəzərdə tutmuşdur. Andlı iclasçıların iştirakı ilə məhkəmə baxışına aid 

normalar  hələlik  tətbiq  edilməsə  də,  bu  institutun  nəzərdə  tutulması 

Azərbaycan  Respublikasının  ədalət  mühakimə  sistemi  üçün  olduqca 

mühüm yenilikdir; 

-

 

yeni  cinayət-prosessual  qanunvericilik  qətimkan  tədbirlərinin 



tamamilə yeni sistemini nəzərdə tutmuşdur. Qətimkan tədbirlərinin yeni 

sistemi  cinayət  prosesini  həyata  keçirən  orqanlara  imkan  verir  ki, 

şübhəli  və  ya  təqsirləndirilən  şəxsin  konkret  iş  üzrə  icraatı  həyata 

keçirən  orqanının  sərəncamında  qalması  və  qanunazidd  əməllərdən 

çəkinməsi daha səmərəli təmin edilsin; 

-

 



yeni cinayət-prosessual qanunvericilik əksər istintaq və prosessual 

hərəkətlərin  həyata  keçirilməsinin  tamamilə  yeni  qaydalanm  nəzərdə 

tutmuşdur.  Həmin  qaydalar  sübutlann  vaxtında  və  lazımi  həcmdə 

toplanmasına və rəsmiləşdirilməsinə imkan verir (ll. 

s.25-26).

 

Beləliklə,  Azərbaycan  Respublikasının  1  sentyabr  2000-ci  il 



tarixdən  qüvvəyə  minmiş  Cinayət-Prosessual  Məcəlləsinin  yuxanda 

göstərilmiş,  habelə  göstərilməmiş  digər  yenilikləri  ölkəmizdə  həyata 

keçirilən  cinayət  mühakimə  icraatının  tamamilə  fərqli  prinsip  və 

ideyalar  üzərində  qurulduğunu,  bu  mühüm  fəaliyyət  sahəsinin  yeni 

məzmun kəsb etdiyini göstərir. 

Azərbaycan  Respublikasının  Cinayət-Prosessual  Məcəlləsi  iki 

hissədən: Ümumi və Xüsusi hissədən və on bir bölmədən ibarətdir. 

Ümumi hissə (6 bölmə) iyirmi dörd fəsli əhatə edir. Burada cinayət 

işləri  üzrə  mühakimə  icraatının  əsas  prinsiplərindən;  məhkəmə, 

prokuror,  müstəntiq  və  təhqiqat  aparan  şəxsin  cinayət-prosessual 

fəaliyyətin  subyektləri  kimi  səlahiyyətlərindən  və  vəzifələrindən; 

prosesin  iştirakçılarından  və  onların  hüquq  və  vəzifələrindən;  cinayət 

işləri üzrə sübutlardan və sübutetmədən; qətimkan tədbirləri, müddətlər 

və məhkəmə məsrəflərindən bəhs edilir. 




IIFƏSİL CİNAYƏT-PROSESSUAL QANUNVERİCİLİK VƏ ONUN TƏYİNATI 

Yuxarıda göstərilən məsələlərin Məcəllənin Ümumi hissəsində əks 

etdirilməsi  onunla  izah  edilir  ki,  bu  məsələlər  iş  üzrə  icraatın  bütün 

mərhələlərində həm cinayət prosesini həyata  keçirən dövlət orqanları, 

həm  də  proses  iştirakçıları  üçün  mühüm  əhəmiyyətə  malik  olan 

qaydaları və halları müəyyən edir. 

Sonrakı bölmələr, yeddinci bölmədən başlayaraq, beş bölmə də daxil 

olmaqla Məcəllənin Xüsusi hissəsini təşkil edir. 

Bütün  bu  bölmələrdə  cinayət  işi  üzrə  icraatın  prosesin  müxtəlif 

mərhələlərdə həyata keçirilməsi qaydalarından bəhs edilir. Daha sonra, 

burada  prosesin  ayrı-ayrı  mərhələlərində  və  iş  üzrə  bu  və  ya  digər 

istintaq, prokurorluq və məhkəmə orqanlarının fəaliyyəti, icraat zamanı 

meydana  çıxan  məsələlərin  həllində  müvafiq  orqanların  və  vəzifəli 

şəxslərin  hüquqları  və  səlahiyyəti,  habelə  işdə  iştirak  edən  bütün 

şəxslərin hüquq və vəzifələri tənzim edilir. 

Məcəllənin Xüsusi hissəsi aşağıdakı bölmələri əhatə edir: 



1.

 

Cinayət təqibi üzrə məhkəməyədək icraat. Bura daxildir: 

XXV


 

fəsil 


XXVI

 

fəsil 



XXVII

 

fəsil 



XXVIII

 

fəsil 



XXIX

 

fəsil 



XXX

 

fəsil 



XXXI

 

fəsil 



XXXII

 

fəsil 



XXXIII

 

fəsil 



XXXIV

 

fəsil 



XXXV

 

fəsil 



XXXVI

 

fəsil 



-

 

cinayət işinin başlanması; 

-

 

ibtidai araşdırmanın ümumi şərtləri



-

 

təqsirləndirilən şəxs qismində 



cəlb etmə; 

-

 



dindirmə və üzləşdirmə; 

-

 



baxış, meyitin qəbirdən çıxaniması 

və şəxsi müayinə; 

-

 



şəxsin və əşyaların tanınması; 

-

 



axtarış və götürmə; 

-

 



əmlak üzərinə həbs qoyulması; 

-

 



poçt, teleqraf və digər göndərişlərin üzərinə 

həbs qoyulması, telefon və digər qurğularla 

apanlan danışıqların, rabitə və digər texniki 

vasitələrlə ötürülən məlumatların və başqa 

məlumatların ələ keçirilməsi; 

-

 



ifadələrin yerində yoxlanılması və istintaq 

eksperimenti; 

-

 



ekspertizanın apanlması; 

-

 



tədqiqat üçün nümunələrin götürülməsi; 


Mirağa Cəfərquliyev 

XXXVII fəsil 

XXXVIII fəsil 

XXXIX fəsil 

-

 

cinayət  işi  üzrə  icraatın  dayandıniması  və  ona 



xitam verilməsi; 

-

 



ittiham  aktının  tərtib  edilməsi  və  cinayət  işinin 

məhkəməyə göndərilməsi; 

-

 

böyük  ictimai  təhlükə  törətməyən  aşkar  cinayət 



üzrə məhkəməyədək sadələşdirilmiş icraat; 

2.

 

Birinci instansiya məhkəməsində icraat: 

XL fəsil 

XLI fəsil 

XLII fəsil 

XLIII fəsil 

XLIV fəsil 

XLV fəsil 

XLVI fəsil 

-

 

cinayət işlərinə, məhkəməyədək 



sadələşdirilmiş 

icraat üzrə materiallara və xüsusi ittiham 

qaydasında şikayətlərə ilkin baxılması; 

-

 



məhkəmə baxışının ümumi şərtləri; 

-

 



məhkəmə baxışının açılışı; 

-

 



məhkəmə istintaqı; 

~ məhkəmə çıxışlan və təqsirləndirilən şəxsin 

son sözü; 

-

 



yekun məhkəmə qərannm çıxaniması; 

-

 



andlı iclasçılarının iştirakı ilə birinci instansiya 

məhkəməsində icraatın xüsusiyyətləri



3.

 

Apellyasiya  və  kassasıya  instansiyaları  məhkəmələrində 

icraat: 

XLVII fəsil - məhkəmələrin hökm və qərarlanna apellyasiya 

qaydasında yenidən baxılması; 

XLVIII fəsil - məhkəmələrin hökm və ya qərarlanna kassasiya 

qaydasında yenidən baxılması; 

XLIX fəsil - məhkəmələrin hökm və ya qərarlanna əlavə kassasiya 

qaydasında yenidən baxılması. 

4.

 

Bəzi kateqoriyalı şəxslər barəsində icraatın xüsusiyyətləri: 

L fəsil 


- yetkinlik yaşına çatmayanlar barəsində 

icraatın xüsusiyyətləri; 

LI fəsil 

- beynəlxalq müqavilələrlə müəyyən edilmiş 

imtiyaz və immunitetə malik olan şəxslər 

barəsində icraatın xüsusiyyətləri; 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə