Mübariz yusifov linqviSTİK



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə3/53
tarix19.07.2018
ölçüsü1,16 Mb.
#56632
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   53

Linqvistik  tipologiya
9
Dil  tipologiyasına  görə  isə  bütün  dillərin,  dil  ailələrinin 
və qruplarının öz daxili quruluşunda fərqlənmələr mövcuddur. 
Deməli,  genealogiyada  və  tipologiyada  ayırıcılıq  əsas  əlamət 
kimi qəbul edilir. Dil faktlarında aşkar edilən müştərəkliklər isə, 
əksinə, dillərarası yaxınlıqların mövcudluğunu sübuta yetirmək 
üçün  əsaslar  verir.  Bəs  necə  olmuşdur?  Dillər  ayrı-ayrımı  ya-
ranmışdır? Dil ailələri bir kökdənmi törənmişdir? Tədqiqatçıları 
heyrətə gətirən və onları daha çox təəcübləndirən bu kimi prob-
lemlər bir-biri ilə uyğun gəlməyən müxtəlif-müxtəlif baxışların 
ortaya çıxmasına səbəb olmuşdur. Dillərin mənşəyi ilə əlaqədar 
yaranan nəzəriyyələrin başlıcaları aşağıdakılardan ibarətdir:
Təbiət nəzəriyyəsi
Təbiət nəzəriyyəsinin yaranmasının bazası insanın təbiətlə 
bağlı olması barədəki düşüncələrlə əlaqədardır.
Təbiət nəzəriyyəsinə görə ətraf aləmdə mövcud olan bütün 
varlıqlar təbiətin məhsuludur və onun bir tərkib hissəsidir. İn-
san da təbiətin bir üzvü hesab edildiyindən dilin yaranmasında 
təbiətin  rolunun  aparıcı  olduğu  barədə  fikirlər  irəli  sürülmüş-
dür.  Bu  fikirlərin  istinadgah  nöqtəsi  təbiətin Allah  tərəfindən 
yaradılması barəsindəki ilahiyyat kitablarında verilən hökmlər 
olmuşdur.  Təbiət  nəzəriyyəsinin  banisi  qədim  Yunan  filosofu 
Platondur  (eradan  əvvəl  427-347).  Qədim  dünyanın  müdrik-
lərindən  olan  Platona  görə  təbiət Allah  tərəfindən  yaradılmış-
sa təbiətin ayrılmaz bir üzvü kimi insanı da Allah yaratmışdır. 
Bu mənada Platon dilin yaranmasını da təbiətlə bağlı bir hadisə 
kimi təsəvvür edirdi. Platona görə söz əşya və hadisələrin in-
san tərəfindən instinktiv olaraq qavranılması nəticəsində yaran-
mışdır. Dilin cəmiyyətdəki rolu məsələsinə gəlincə Platon onu 
insanların fərdi ideyasının məhsulu hesab edirdi. Dilin təbiətlə 
bağlı olması barəsində Platonun təsəvvürü real həqiqəti əks et-


Mübariz Yusifov
10
dirsə də bu fikir və düşüncələr adi bir intuitiv həssaslıqdan irəli 
getmirdi. Bununla belə, Platonun təsəvvürü dilin yaranmasının 
təməli barədə çox qiymətli istiqamət idi. Ancaq bu istiqamət nə 
Platonun özü tərəfindən, nə də onun ardıcılları tərəfindən axıra-
dək davam etdirilmədi. “Kratil” əsərində Hermogen və Sokra-
tın dialoqu üzərində qurulan mühakimələr üzrə irəli sürülən dil 
haqqındakı düşüncələr də elə sübuta yetirilməmiş fərziyyə kimi 
həmin mükalimələrin daxilində qaldı.
Cəmiyyət nəzəriyyəsi
Dilin yaranması barədə Demokritin fikirləri (eradan əvvəl 
460-370-ci illər) isə Platonun baxışlarının əksinə idi. Demok-
ritin  fikrincə  dil  təbiətdən  hazır  şəkildə  gəlməmişdir.  Demok-
ritə görə əşyanın adı ilə onun təbiəti arasında heç bir üzvi əlaqə 
mövcud deyildir. Bununla, Demokrit dilin təbiətlə bağlılığından 
bir qədər də irəli gedərək onun hər hansı bir fövqəltəbii qüv-
və tərəfindən yaradılması fikrinin əleyhinə çıxırdı. Demokritin 
fikirləri materialist filosofların təsəvvürləri ilə üst –üstə düşür-
dü. Demokritə görə dil təbiətdən hazır şəkildə gəlmir. Əgər dil 
təbiətdən hazır şəkildə gəlmiş olsaydı sözlə onun adı arasında 
bir üzvi əlaqə olardı. Belə isə onda gərək eyni əşya və hadisə-
nin adı dünyanın bütün dillərində eyni olaydı. Demokritə görə 
sözlər, adlar insanların (cəmiyyətin) özü tərəfindən yaradıldığı 
üçün dillər də bir-birindən fərqli şəkildə yaranmış və formalaş-
mışdır. Ancaq Demokrit, əlbəttə ki, dilçilik üzrə mütəxəssis ol-
mayıb maddi aləmin yaranması və cəmiyyət hadisələrinin daxili 
əlaqələri barədə öz mülahizələrini söyləyən dahi bir mütəfəkkir 
filosof  idi. 
Demokrit dünya dillərinin genetik tərkibində oxşar və müş-
tərək elementlərin mövcudluğunu təsdiq edən faktlarla rastlaş-
mış olsaydı və onları qarşılaşdırıb araşdırsa idi yəqin ki, söylədi-


Linqvistik  tipologiya
11
yi fikirlərə bəzi pozitiv mülahizələr əlavə etməkdən çəkinməzdi. 
Demokrit dillərarası müştərək elementləri araşdırmadığına görə
 
belə güman edirdi ki, sözlər, adlar insanların (cəmiyyətin) özü 
tərəfindən yaradıldığı üçün dillər də bir-birindən fərqli şəkildə 
yaranmış və formalaşmışdır. Burada Demokriti həmin fikirlərə 
görə günahlandırmaq doğru olmazdı, çünki onun dövründə dil-
lərin  genetikası  və  tipologiyası  barədə  tədqiqatlar  da  mövcud 
deyildi.  Dillərin  mənşəyi  və  quruluşu  barəsindəki  müqayisəli 
tədqiqatların tarixi 200 ildən də artıq olmayan bir müddəti əhatə 
edir. Ancaq hələ də dillərin mənşəyi və strukturu barədə qaranlıq 
qalan bir çox məqamlar mütəxəssisləri düşündürməkdədir. Hələ 
də bu suallara dəqiq və tam cavab tapılmır ki, dillərin mənşəyi 
necə olmuşdur? Onların arasında əlaqə var, yoxsa yox? Varsa 
nəyə görə, yoxsa səbəb nədir?
Demokritin  fikirləri  onun  ardıcılı  olan  Diodor  tərəfindən 
(eramızdan əvvəl 90-30-cu illər) davam etdirilmişdir. Diodor da 
dilin insanların (cəmiyyətin) özü tərəfindən yaradılması fikrinə 
tərəfdardır. Ancaq Diodor məsələni əfsanələşdirir. Diodor belə 
təsəvvür edir ki, insanlar əvvəlcə sürü halında heyvan kimi yur-
dsuz-yuvasız  yaşamışlar.  Onlar  təbiət  hadisələrindən  və  vəhşi 
heyvanlardan qorunmaq üçün bir yerə yığışmış, bir-birlərini ta-
nımağa başlamış, zəruri informasiyaları çatdırmaq üçün üzvlən-
məyən səslər çıxarmış, tədricən üzvlənməyən səslər üzvlənməyə 
doğru inkişaf etməyə başlamış, insanlar simvollarla nəyisə başa 
salmağa çalışmışlar. Bu proses dünyanın hər yerində baş verdiyi 
üçün müxtəlif dillər yaranmışdır. Elə buradaca demək lazımdır 
ki, Diodor insanı şüurdan, şüuru isə təfəkkürdən ayırır. Əgər ilk 
insanda şüur yox idisə onda sonralar necə oldu ki, şüur forma-
laşmağa  başladı  və  təfəkkürə  çevrildi.  Daha  sonrası  axı  hey-
vanlar və instinktlə həyat sürən başqa canlılar da üzvlənməyən 
səslər çıxarır. Nə üçün onların çıxardığı diffuz səslər nitq səslə-


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə