Mübariz yusifov linqviSTİK



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə5/53
tarix19.07.2018
ölçüsü1,16 Mb.
#56632
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   53

Linqvistik  tipologiya
15
çıxarıb. Həyat təcrübəsi artdıqca, insan orqanizminə ziyan  gə-
tirənlər tanındıqca cəmiyyətdə məişət  şəraiti formalaşmağa baş-
lamışdır. İnsanlar  bəlkə də min illər boyu başa gələn həyat təc-
rübəsi əsasında odu kəşf etmiş, daimi yaşayış yerləri yaratmış, 
istidən - soyuqdan qorunmaq üçün geyim əşyaları düzəltmişdir. 
Təbiəti dərk edə-edə insanın dili də formalaşmağa başlamışdır. 
Ona görə  də dili bir anlıq baş verən hadisə kimi yox, min il-
lər  boyu  yaranan  və  formalaşan  bir  proses  kimi  başa  düşmək 
lazımdır. Yəni ki, dildəki sözlər təsadüfən yaranan və ayrı-ayrı 
fərdlərə məxsus  elementlər kimi qəbul edilməməlidir. Unutmaq 
olmaz ki, dil hər şeydən əvvəl sistemdir. Bu sistemi və dil struk-
turlarını təşkil edən vahiddər isə yaxıncinsli elementlərin məc-
musundan ibarətdir. Təfəkkürün inkişafı ilə insanlar kəşflər əldə 
edir, yeniliklər yaradır və bu yeniliklər təsadüfi adlarla yox, dilin 
daxili potensialı bazasında formalaşmış, həm də bir-biri ilə üzvi 
əlaqəsi olan dil vahidləri ilə canlandırılır.
Teoloji  nəzəriyyə
Teologiya  termini  yunan  mənşəlidir.  Mənası  ilahiyyat 
deməkdir. Bu nəzəriyyəni, eyni zamanda, dini nəzəriyyə də ad-
landırmaq olar. Dilin mənşəyi barədə orta əsrlərdə elə bir ciddi 
nəzəriyyə  olmamışdır.  Orta  əsrlərdə  dilin  yaranması  barədəki 
bütün fikir və mülahizələr ilahiyyat alimlərinin dini kitablar əsa-
sındakı  mülahizələri  üzrə  cəmlənmişdir.  Həmin  mülahizələrə 
fikir aydınlığı gətirsək belə çıxır ki, insan yer üzünə Allah dər-
gahındakı qeyri-müəyyən bir məkandan (cənnətdən) gəlmişdir. 
Yəni insan yer üzərində yox, qeyri-müəyyən bir məkanda yer 
maddəsindən yaranıb yerə də qayıtmışdır. Müasir təsəvvürə çe-
virsək insan yer üzünə kosmosdan gəlmiş, dili də özü ilə kos-
mosdan gətirmişdir. Sübutu da budur ki, yer üzündəki dillərin 
arasında genetik qohumluqdan və tipoloji uyğunluqdan asılı ol-
mayan  oxşarlıqlar  mövcuddur.


Mübariz Yusifov
16
Dini  mənbələrdə  göstərildiyinə  görə  Allah  Adəmi  yarat-
dıqdan  sonra  şeylərin  adlarını  da  ona  öyrətmişdir.  Başqa  söz-
lə, Adəm yaradıldığı anda yox, şeytan tərəfindən aldadıldıqdan 
sonra tövbə etmək məqamında kəlmələr öyrənmişdir. “Bəqərə” 
surəsinin 31-ci ayəsində deyilir ki, “(Allah Adəmi yaratdıqdan 
sonra)  Adəmə  bütün  şeylərin  adlarını  öyrətdi”.  “Bəqərə”  (2) 
surəsinin 37-ci ayəsində deyilir ki, “Adəm Rəbbindən (bəzi xü-
susi) kəlmələr öyrənərək (Həvva ilə birlikdə o kəlmələr vasitəsi 
ilə) tövbə etdi”. Buradan belə məlum olur ki, Adəm heç də hazır 
qrammatik quruluşlu bir dil ilə təchiz edilməmişdir. Yalnız tövbə 
üçün lazım olan kəlmələri öyrənmişdir. Təkmil dilə gəlincə, dini 
mənbələrin məntiqi ilə desək, insan (Adəm) Allahın ona verdi-
yi şüurla dünyanı (ətraf aləmi) qavraya-qavraya, dərk edə-edə 
(şüurdan təfəkkürə addımlaya-addımlaya) özünün ünsiyyət-in-
formasiya dilini yaratmağa başlamışdır. Allah Adəmi yaratma-
mışdan əvvəl təbiəti yaratmış və orada insan üçün lazım olan 
vasitələri də yetişdirmişdir. “Bəqərə” (2) surəsinin 36-cı ayə-
sində deyilir ki, “Yerdə sizin üçün müəyyən vaxta qədər (yəqin 
ki, qiyamətə qədər) sığınacaq və yaşayış vasitələri var”-dedik”, 
“Əraf” (7) surəsinin 24-cü ayəsində də belə deyilir: “Yerdə sizin 
üçün bir müddət sığınacaq və dolanacaq vardır”. 
Bu ayələrə görə Allah Adəmə elə bir şüur vermişdir ki, o 
şüur  idraka    keçib  təfəkkürə  çevrilsin.  Təfəkkür  isə  insanda 
ona xidmət edir ki, dilin formalaşmasına və müstəqil yaradıcı-
lığa  təkan  versin.  “Bəqərə”  (2)  surəsinin  31-ci  ayəsinin  şərhi 
ilə  bağlı  “Kitabül-bəyan  fi  təfsiril-Quran”  adlı  kitabda  deyilir 
ki, “Aləmlərin pərvərdigarı Adəmi yaradan zaman ona adların 
hamısını təlim etdi. Yəni dağların, dəryaların, səhraların, əşya-
ların, heyvanatın, nəbatatın adlarını. Bəziləri deyiblər ki, “ad” 
dedikdə dillər nəzərdə tutulur. O (Adəm) övladlarının hər biri ilə 
bir dildə danışırdı. Buradan da dilçilik elminin şərafəti məlum 


Linqvistik  tipologiya
17
olur”.
1
 Bu ayələrdən və şərhdən aydın olur ki, dini ehkamlara 
görə də dil birdən-birə yaranmamışdır. İlk insan ancaq təbiət-
dən müəyyən vacib sözləri öyrənə bilmişdir. Daha sonra şərh-
də deyilir ki, Adəm övladları vahid bir dilə mənsub olmamışlar. 
Ona görə də Adəm onların hər biri ilə ayrı-ayrı dildə danışırmış. 
Dilçilərin də bir çoxunun mövqeyi belədir ki, indiki dillərin ha-
mısı bir-birinin eyni olmadığı kimi ilkin mərhələdə də vahid dil 
məsələsi barədə qəti fikir söyləmək həqiqətə uyğun gəlmir. Bu-
rada bir  məsələ də var ki, insanın nütfəsi (maddəsi) torpaqdır. 
O da bitki kimi və digər məxluqlar kimi torpağın məhsuludur. 
Yaradılışa  gəlincə  insanların,  heyvanların,  bitkilərin  yaranma-
sı ilə məşğul olan elm sahələrinin tədqiqatçıları belə bir suala 
cavab axtarırlar ki, görəsən, bitki əvvəldir yoxsa insan? İnsan 
torpağın məhsuludursa əvvəlcə hansı məkanda yaranıb? İnsan 
eyni məkandamı yaranıb yoxsa müxtəlif məkanlarda? Bu sual-
lara cavab yoxdur. Ancaq Quran ayələrinin şərhinə istinad etsək 
belə düşünməliyik ki, insan yəqin müxtəlif məkanlarda yaranıb 
ki, Adəm onlarla ayrı-ayrı dillərdə danışırmış. Bu məsələdə  dil-
çilərin  də  bir  çoxunun  mövqeyi  üst-üstə  düşür. Artıq,  insanın 
yaranması ilə əlaqədar belə bir fikir daha çox təqdir olunur ki, 
bütün  canlılar  torpağın  məhsuludur.  Ancaq  Darvinin  təkamül 
nəzəriyyəsinə görə insanın yaranması heyvandan keçir və onun 
mənşəyi meymundur. Engels də bu müddəanı təqdir edir. Ancaq 
orası var ki, meymundan insan törəndiyini hələ tarix görməyib. 
Yəni nə meymun genindən insan törəməsi baş verməyib, nə də 
insan genindən meymun. Yaxud heç bir pələng, pişik doğma-
yıb, heç bir pişik də pələng. Darvinin də Engelsin də dedikləri, 
əslində, təkamül deyil, mutasiya təsəvvürüdür, xəyaldır. Darvi-
nin nəzəriyyəsində də əslində əfsanəvi, qeyri-inandırıcı görünən 
1
Şeyxul-İslam Məhəmməd Həsən Mövlazadə Şəkəvi “Kitabül-bəyan fi təfsiril-
Quran” I c., Bakı, “Minarə”, 2001, (296 s.). s. 8.


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə