24
Antihərbi əhval-ruhiyyənin genişlənməsi 1934-cü ildə leyboristlər tərə-
findən “Sülh paktı”nın qəbul olunmasına səbəb oldu.Proqramın “Sülh və Sosia-
lizm“ adlandırılan bölməsi kapitalizm quruluşunun möhkəmləndirilməsinə xidmət
edirdi.
1935-ci ildə keçirilmiş parlament seçkilərində mühafizəkarlar kollektiv təh-
lükəsizlik şüarı ilə çıxış etdilər.Onlar seçkilərdə qalib gəldi və Bolduin yeni höku-
mətkabineti formalaşdırdı.Bolduin hökuməti faşist təsavüzünün güclənməsini,Al-
maniya,İtaliya və Yaponiyanın işğalçılıq hərəkətlərini alqışlayırdı.Eyni zamanda
Almaniyadan Sovet İttifaqına qarşı mübarizə kimi istifadə etməyə çalışırdı.
1937-ci ildə Nevil Çemberlen tərəfindən yeni mühafizəkar hökumət
kabineti təşkil edildi.İngiltərənin xarici siyasətində aparıcırol oynayan Astor,
Halifaks,Saymon,Xor və başqaları faşistpərəst siyasət yeritmək istəyirdilər.1938-
ci ildə A.İdenin istefa verməsindən sonra N.Çemberlen xarici siyasət idarəsinə
faşistpərəst Halifakası təyin etdi.
N.Çemberlen hökuməti Hitlerin Avstriya və Çexoslovakiyanı işğal etmə-
sini müsbət qarşılaşdı.Eyni zamanda İngiltərə 1938-ci ilin martında anşülüstə qaşı
heç bir reaksiya vermədi.Mühafizəkar hökumət 1938-ci ilin sentyabrında Çexos-
lovakiya ölüm hökmü oxuyan tərəflərdən biri oldu.Bununla ingilislər ümid edir-
dilər ki, alman faşistlərindən yaxa qurtara biləcəklər və onun şərqə doğru hərəkəti
təmin ediləcəkdir.
1937-ci ilin ortalarında İngiltərə yenidən iqtisadi böhran bürüdü.Köhnə
sənaye sahələri sıradan çıxdı,onların yeniləri ilə əvəz olunması zərurəti yaran-
dı.1939-cu ilin əvvəllərində ölkədə 2 mln-dək işsiz vardı.İngiltərənin kapitalizm
dünyasında mövqeyi zəiflədi vəbunun əsas səbəbi isə sənayedə yeni texniki qur-
ğulardan az istifadə olunması idi.
N.Çemberlen hökuməti İngiltərənin hərbi qüvvələrini gücləndirmək niyyə-
tindədeyildi.Faşist ordusunun Avropa,Asiya və Afrikada işğalları Britaniya impe-
riyasının təhlükəsizliyinə heç bir təminat verməməsinə baxmayaraq,N.Çemberlen
buna əhəmiyyət vermədi.1939-cu ilin əvvəllərində İngiltərə və Fransa hökuməti
Sovet İttifaqı ilə danışıqlara başladı.Ancaq,bu danışıqlar saziş bağlamağı nəzərdə
25
tutmamışdı.Eyni vaxtda İngiltərə hökuməti Londonda Almaniya ilə SSRİ-yə qarşı
birgə əməliyyataparmaq üçün danışıqlar aparırdı.
Fransa 1918-1939-cu illərdə
Birinci dünya müharibəsinin
Fransanın iqtisadi və siyasi vəziyyətinə təsiri
Birinci dünya müharibəsi Fransanın sosial-iqtisadi inkişafına və digər kapi-
talist dövlətləri arasında vəziyyətinə böyük təsir göstərdi.Belə ki,müharibədən
sonrakı ilk illərdə ölkənin iqtisadi və siyasi quruluşunda dərin dəyişikliklər baş
verdi.
Fransa müharibənin gedişində 1,3 mln nəfər itirdi.Bundan başqa 750 min
nəfər şikəst oldu.Ölkənin 6 min km dəmir yolu və 52 min km şosse yolu sıradan
çıxdı.Almanlar Fransanın 23min fabrik və zavodunu,550 min isə yaşayış binasını
dağıtdı.Onun hərbi xərcləri 62 mlrd farnka çatdı.Fransanın ümumi dövlət borcu
isə 300 mlrd frank oldu.Ancaq, Elzas və Lotaringiyanın tutulması,Saar kömür
hövzəsi üzərində nüfuz əldə edilməsi ölkənin metallurgiya sənayesini gücləndirdi.
Xalq təsərrüfatının strukturunda müəyyən dəyişikliklər baş verdi,Fransa sənaye-
aqrar ölkəsinə çevrildi.Buna görə də Fransada sənaye sahələrinin sayı əhəmiyyətli
dərəcədə artdı.Lakin,20-ci illərin əvvəllərində Fransa fəhlələrinin əksəriyyəti xır-
da və orta müəssisələrdə çalışırdı.Fəhlələrin 32,5 %-i iri müəssisələrdə,45,6%-i
xırda müəssisələrdə,21,9%-i isə orta müəssisələrdə işləyirdi.Ölkə əhalisinin
53,6%-ni kənd əhalisi təşkil edirdi.Maliyyə öliqarxiyasının möhkəmlənməsi
özünü təkcə iqtisadiyyatda deyil,habelə,siyasi sistemdə də göstərməkdə idi.
Bundan başqa katolik kilsəsi də fövqəladə hökmranlığını qoruyub saxla-
yırdı.Müharibədən sonrakı illərdə Fransada siyasi partiyalar üç qrupa bölünür-
dü:1) Sağ burjua partiyalar,2)Mərkəzçilər,3)Sol burjua partiyaları.Üçünçü qrupa
daxil olan siyasi partiyalar arasında radikallar, xüsusilə, radikal respublika par-
tiyası və radikal sosialistlər böyük nüfuza malik idi.Bu partiyalar XX əsrin əvvəl-
lərində yaranmış xırda və orta burjuaziyanın maraqlarını müdafiə edirdilər.
1917-ci ilin noyabrında hakimyyətə gələn Jorj Klemanso daha çox millət-
çiliyi və irticaçı hərəkətləri fərqlənirdi.Dekabr ayında O,İngiltərə ilə Rusiyaya
26
qarşı mübarizə aparmaq üçün saziş bağladı.Fransa qoşunları Murmanska və
Rusiyanın cənubuna çıxarıldı.Qara dənizdə Fransanın hərbi-dəniz donanması
yerləşdı.
Müharibədən sonra fəhlə sinfi özünün siyasi hüquqları uğrunda mübarizəni
genişləndirdi.Fəhlələr 8 saatlıq iş günü,əmək haqqının artırılması və sosial müda-
fiənin gücləndirilməsini tələb edirdilər.Fransanın hakim dairələri məcburiyyət
qarşısında qalaraq fəhlələrə güzəştə getdilər.1919-cu ilin aprelində isə 8 saatlıq iş
günü haqqında qanun qəbul olundu.
1919-cu ilin fevralında fransızların 58-ci piyada polkunun əsgərləri qırmızı
orduya qarşı vuruşmaqdan imtina etdi.Aprel ayında isə VII piyada polku Odessa
fəhlələri ilə həmrəylik nümayişi keçirdilər.Mayın əvvəllərində 167-cı polkun
əksəriyyəti vuruşmaqdan imtina etdi.Eyni zamanda Fransa hərbi gəmilərində
inqilabi əhval-ruhiyyə gücləndi.Bununla antisovet müdaxilə baş tutmadı.
“Milli blok” hökumətinin daxili və xarici siyasəti
1919-cu iln noyabrında Fransada parlament seçkiləri keçirildi.Seçkilərdə
Milli Respublika Hərəkatı Partiyası,Respublika Demokratik Partiyası və digər
siyasi partiyalar ”Milli blok“ adı altında birləşdilər.“Milli blok” seçkilərdə böyük
qələbə qazandı və 625 yerdən 400 yer əldə etdi.1920-ci yanvarında keçirilmiş
prezident seçkilərində Jorj Klemanso məğlubiyyətə uğradı.Onun məğlubiyyətinə
təsir göstərən başlıca amil Versal sülh müqaviləsinə əsasən Almaniyanı tamamilə
zəiflədə bilməməsi və Sovet Rusiyasına qarşı müdaxilədə müvəffəqiyyət qazan
maması idi.Yeni hökumət kabinetini keçmiş sosialist Aleksandr Milyeran təşkil
etdi.
Milyeran hökuməti 8 saatlıq iş gününü tətbiq etməyə çalışdı.Ancaq,xarici
siyasətdə antisovet müdaxiləni gücləndirdi.O,eyni zamanda burjua mülkədar
Polşasının Sovet Rusiyasına qarşı hücumuna kömək etdi.1920-ci ilin fevralında
dəmiryolçuların tətili başlandı.Tətilçilər 8 saatlıq iş günü, həmkarlar ittifaqlarının
hüquqlarının tanınması və əmək haqlarının artırılmasını tələb edirdilər.Aprelin
26-da də- miryolçuların fövqəladə qurultayı keçirildi və mayın 1-dən etbarən
dəmiryolçuların yeni ümumi tətili başlandı.Bu tətil hərəkatında 250 minədək
Dostları ilə paylaş: |