Müasir tarixin (1918-1945-ci illər) mövzusunu Avropa və Amerika ölkə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/33
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10451
1   ...   6   7   8   9   10   11   12   13   ...   33

30 
 
E.Errio  hökuməti  1934-cü  ilin  fevralınadək  hakimiyyətdə  qaldı,fevralın  7-
də  isə  Daladyeni  Q.Dumerq  əvəz  etdi.1934-cü  il  fevralın  9-da  Parisdə  antifaşist 
nümayişlər  keçirildi.Bu  nümayişlərdə  50  minədək  fəhlə  iştirak  edirdi.Tezliklə, 
polis  nümayişçilərə  qarşı  hücuma  keçdi.Belə  şəraitdə  1934-cü  il  fevralın  12-də 
Fransada  faşizmə  qarşı  və  republikanın  müdafiəsi  uğrunda  tətil  elan  edildi.Çox 
keçmədən  hərəkata  4,5  mln  nəfər qoşuldu.1934-cü  il  iyulun  27-də sosialistlər  və 
kommunistlər faşizm və müharibə əleyhinə pakt imzaladılar. 
Tezliklə,yeni  hökumət  təşkil  edildi.1935-ci  ilin  mayında  Fransa  ilə  Sovet 
İttifaqı arasında “Qarşılıqlı yardım haqqında” pakt bağlandı. 
     
II dünya müharibəi ərəfəsində Fransanın daxili və xarici siyasəti
 
1935-ci  il  iyulun  14-də  Parisdə  Xalq  Cəbhəsinin  yaradılması  uğrunda 
nüma- yiş keçirildi.Hərəkatda 500 mindən çox şəxs iştirak edirdi.Mitinqdə iştirak 
edən sosialistlər,kommunistlər,radikalar sülh  və demokratiya,faşist təşkilatlarının 
qadağan edilməsi tələbi ilə çıxış etdilər. 
1936-cı ilin yanvarında sosialistlər, kommunistlər,radikallar,Ümumi  Əmək 
Konfederasiyası  və  Unitar  Əmək  Konfederasiyası  Xalq  Cəbhəsinin  yaradıldığını 
bəyan  etdilər.Onlar  siyasi  aministiya,faşist  təşkilatlarının  buraxılması,  kollektiv 
təhlükəsizlik sisteminin  yaradlması,milli  hərbi sənayenintəşil edilməsi,iri banklar 
üzərində nəzarət,40 saatlıq  iş həftəsi,işsizlərə və kəndlilərə kömək  məqsədilə  və- 
saitlərin  ayrılmasını  tələb  edirdilər.Bu  proqram  Fransanın  bütün  təşkilatlarının 
müzakirəsinə verildi və qəbul olundu. 
1936-cı  ilin  aprelin  sonu-mayın  əvvəllərində  Fransada  parlament  seçkiləri 
keçirildi.Seçkilərdə  Xalq  Cəbhəsi  sağ  partiyalar  üzərində  qələbə  qazandı.Xalq 
Cəbhəsində birləşmiş üç siyasi partiya sosialistlər,kommunistlər və radikallar 4,9  
mln səs aldı.Deputatlar palatasında isə sağ partiyaların 237 yerinə qarşı 381 depu- 
tat  mandatı  əldə  edildi.1936-cı  il  iyunun  4-də  sosialist  partiyasının  lideri  Leon 
Blüm  Xalq  Cəbhəsi  hökuməti  təşkil  etdi.Onun  təşkil  etdiyi  hökumətin  tərkibinə 
12 sosialist,9 radikal və xırda respublikaçı qrupların rəhbərləri daxil idi. 
Mayın sonu-iyunun əvvəllərində ölkədə yeni tətil hərəkatı başlandı.Belə ki, 
bu  hərəkatda  2  mln-dək  vətəndaş  iştirak  edirdi.Hərəkat  iştirakçıları  40  saatlıq  iş 


31 
 
həftəsi,əmək haqlarının artırılması və məzuniyyətlərin verilməsini tələb edirdilər. 
Hökumətməcburiyyət qarşısında qalıb güzəştə getdi.1936-cı il iyunu 7-də Parisin 
Motinyon otelində “Motinyon sazişi” bağland.Sazişə əsasən 40 saatlıq  iş  həftəsi, 
ikihəftəlik məzuniyyət elan edildi.Həmçinin,əmək haqlarının artırılması da nəzər- 
də tutulurdu. 
Xalq Cəbhəsinin tərkbində fəhlələr,kəndlilər və şəhər xırda burjuaziyası nü 
mayəndələrinin birləşməsi və onların fəaliyyəti Fransada faşist diktatrasının qu- 
rulmasına imkan vermədi. 
1937-ci  ildə  sənaye  məhsullarının  istehsalı  82,8%  təşkil  edirdi.Leon  Blüm 
hökumətinin  xarici  siyasətində  müstəqil  xətt  özünü  aydın  şəkildə  göstərdi.Belə 
ki,1936-cı  ilin  yayında  İspaniyada  faşist  qiyamı  baş  verdi  və  italiyan-alman 
qoşunları  müdaxiləyə  başladı.Tezliklə,Leon  Blüm  hökuməti  İngiltərə  ilə  saziş 
bağladı və “qarışmamaq” siyasəti yeritdi.  
1937-ci  ilin  fevralında  L.Blüm  Xalq  Cəbhəsinin  proqramının  həyata  keçi- 
rilməsində  fasilə elan etdi.İyun ayında  isə  Blüm  istefa  verdi.Yeni  hökumət kabi- 
netini sağ radikal K.Şotanın başçılığı altında radikalar və sosialistlər təşkil etdilər. 
Ancaq,1938-ci ilin  martında Blüm sosialistlər vəradikallardan ibarət ikinci höku 
mət  kabinetini  formalaşdırır.Lakin,bu  kabinet  uzun  müddətli  olmadı.1938-ci  ilin 
aprelin də onu sağ radikal Daladye əvəz etdi. 
E.Daladye  ölkədə  irticaçı  siyasət  yeritməyə  başladı.Belə  ki,1938-ci  il  no-
yabrın 15-də 40 saatlıq iş həftəisi ləğv edildi.Buna cavba olaraq 1938-ci il noyab- 
rın 30-da 24 saatlıq tətil elan edildi.Bu  hərəkatda 4 mln nəfər iştirak etdi. 
Daladyenin   yeritdiyi   xarici siyasət  isə  ölkəyə  faşizmin axınına səbəb ol- 
du.1938-ci ilin sentyabrında Daladye hökuməti  Münhen sazişinə imza atdı. 1939-
cu  ilin  martında  isə  ingilis-fransız-sovet  danışıqları  başlandı.Lakin,bu  danışıqlar 
avqustun əvvəllərində dayandırıldı  və  heç bir  nəticə  vermədi.Avqustun 25-də isə 
“Humanite” qəzetinin nəşri qadağan edildi. 
 
 
 


32 
 
 
 
ABŞ 1918-1939-cu illərdə 
Birinci dünya müharibəsindən sonra ABŞ-ın                         
beynəlxalq, iqtisadi və siyasi vəziyyəti
 
 
Birinci  dünya  müharibəsi  ABŞ-ın  beynəlxalq,  iqtisadi  və  siyasi  nüfuzunu 
artırdı.Belə  ki,1914-1919-cu  illərdə  ölkənin  sənaye  kompaniyalarının  gəliri  35 
mlrd.dollara  çatmışdı.Müharibə  dövründə  ABŞ  ərazisinə  bomba  zərbəsi  endiril- 
mədi,ölkə  dağıntılara  məruz  qalmadı.ABŞ  xalqı  müharibədə  53,4  min  nəfər 
itirdi,204  min  nəfər  isə  yaralandı.ABŞ-ın  müharibə  xərci  isə  25,7  mlrd.dollar 
oldu.  Müharibənin  gedişində  ABŞ  kifayət  qədər  böyük  hərbi  əməliyyatlar  apar- 
masa da,beynəlxalq konfranslarda mühüm rol oynadı. 
1920-ci  ildə  ABŞ-ın  müxtəlif  sahələr  üzrə  göstəricisi  aşağıdakı  kimi  idi: 
avtomobil  istehsalı  85%,  neft  67%,qara  metal 60%-dən çox olmuşdu.ABŞ  isteh- 
salın  həcminə  görə  İngiltərədən  4,5  dəfə,Fransadan  isə  14  dəfə  artıq  məhsul 
istesal  etmişdi.1914-1920-ci  illərdə  ABŞ  xalqının  milli  gəliri  2,5  dəfə  yüksəl- 
mişdi.Milli  gəlirin  60%-i amerikalıların  2%-nə  məxsusu  idi.ABŞ  vətəndaşlarının 
2/3 hissəsi isə milli gəlirin 5%-nə sahib idi. 
Müharibə dövründə  ABŞ  müttəfiqlərinə  11  mlrd.dollar  vermiş,İngiltərə  və 
Fransanın  da  daxil  olduğu  20  ölkə  ABŞ-dan  asılı  vəziyyətə  düşdü.Ancaq,ABŞ 
Paris sülh konfransında kifayət qədər böyük nailiyyətlər əldə edə bilmədi. Çünki, 
ABŞ  prezidenti  V.Vilsonun  yeritdiyi  siyasət  İngiltərə  və  Fransa  rəhbərlərinin 
müqavimətinə  rast  gəldi.Bu,ABŞ-ın  Avropada  hegemonluq,Uzaq  Şərqdə  qüv- 
vələr  nisbətini  öz  xeyrinə  dəyişmək  və  Sovet  Rusiyasında  ağqvardiyaçıların 
hakimiyyətini bərpa etmək niyyətini puça çıxardı.Digər tərəfdən isə ölkədə siyasi 
qarşıdurma  gücləndi.Demokratlar  partiyası  nüfuzunu  itirdi,1920-ci  il  prezident  
seçkilərində respublikaçıların qələbəsi təmin edıldi. 
Ölkədə Versal qərarlarının yerinə yetirilməsi ətrafında siyasi mübarizə kəs- 
kinləşdi.Respublikaçılar  partiyasının  görkəmli  liderləri  senator  Q.Loc,U.Bor  və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə