Müasir tarixin (1918-1945-ci illər) mövzusunu Avropa və Amerika ölkə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/33
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10451
1   2   3   4   5   6   7   8   9   ...   33

18 
 
 
1933-1939-cu illərdə ölkənin hərbi xərçləri 10 dəfə artmış və 1938-1939-cu 
illərdə  illik büdcənin 58%-i  həcmində olmuşdur.Bu  illərdə  Almaniyada 300  yeni 
hərbi  zavod  tikilmişdi  ki,onlardan  60-ı  aviasiya,45-i  avtomobil  və  tank,70-i  isə 
kimya tipli idi. 
 
1935-ci ilin martında faşist hökuməti “ Ümumi hərbi mükəlləfiyyət keçiril- 
məsi haqqında “ qərar verdi və bununla alman ordusuna qoyulan məhdudiyyətlər 
aradan  qaldırıldı.1935-1939-cu  illərdə  orduda  əsgər  və  zabitlərin  sayı  5  mln. 
nəfərə  çatdırıldı.Bu  dövrdə  Almaniyada  yaşayan  yəhudilərə  qarşı  məhdudiyyət 
gücləndi-rildi.1936-cı ildə qəbul olunmuş qanunla yəhudilərə vətəndaşlıq hüququ 
verilməsindən imtina olundu.”Büllur gecəsi” adını almış hadisə isə 1938-ci il no- 
yabrın 9-da baş verdi.Kütləvi şəkildə yəhudilərə qarşı qırğınlar törədildi. 
 
Üçüncü reyx xarici siyasətdə fəal mövqe tutdu.1936-1937-ci illərdə Berlin-
Roma-Tokio  oxu  yaradıldı.1936-cı  ilin  iyulunda  Almaniya  İtaliya  ilə  birlikdə 
İspaniya Respublikasına qarşı hərbi əməliyyata başladı.1938-ci ilin martında Avs- 
triyanı işğal edən faşist Almaniyası 1939-cu ildə Çexoslovakiyanı ələ keçirdi.Al- 
man  qoşunlarının  təcavüzkar  hərəkətləri  ABŞ,İngiltərə  və  Fransa  dövlətləri  tərə- 
findən müdafiə edilirdi.Həmin dövlətlər faşist Almaniyasını Sovet İttifaqına qarşı 
açıq şəkildə təhrik etməklə beynəlxalq gərginliyi daha da kəskinləşdirdilər. 
 
    İngiltərə 1918-1939-cu illərdə Birinci dünya müharibəsinin 
        İngiltərənin sosial-iqtisadi və siyasi vəziyyətinə təsiri 
Birinci dünya müharibəsi Böyük Britaniya imperiyasının gələcək inkişafına 
ciddi  təsir  göstərdi.İngiltərə  müharibədən  qalib  çıxmasına  baxmayaraq,onun  ma- 
liyyə-iqtisadi  vəziyyəti  xeyli  zəiflədi.Ölkənin  sənaye  istehsalı  20%  aşağı  düşdü. 
İngiltərənin müharibə dövründə ixracatı 2 dəfə azaldı,idxalatı isə bir o qədər artdı. 
Onun başlıca rəqibləri Avropada Fransa,Asiyada isə Yaponiya oldu. 
Birinci dünya müharibəsində 743 min nəfərİngiltərə vətəndaşı  həlak oldu, 
1693  min  nəfər  isə  yaralandı.Bununla  belə  əsas  düşmən  olan  Almaniya  impe- 
riyası  sıradan  çıxmışdı.Onun  Afrikadakı  mülkləri  Böyük  Britaniyanın  koloni- 


19 
 
yasına  çevrilmişdi.Bu  torpaqların  hesabına  imperiyanın  ərazisi  2,6  mln.km
2
 
olmuş,əhalisi isə9 mln nəfəri keçmişdi.Bundan başqa İngiltərə Fransa ilə birlikdə 
Millətlər Cəmiyyətində mövqeyini  möhkəmləndirmiş və mandatlıq əldə etmişdi. 
1918-ci  ilin  əvvəllərində  seçki  islahatı  keçirildi  ki,buna  əsasən  21  mln-a 
dək  vətəndaş  seçki  hüququ  qazandı.30  yaşından  yuxarı  qadınlara,21  yaşından 
yuxarı  isə  kişilərə  seçki  hüququ  verildi.1918-ci  il  dekabrın  14-də  parlament  seç- 
kiləri  keçirildi.Mühafizəkarlar  484  yer,liberallar  isə  136  yerə  sahib  oldular.Ley- 
boristlər  partiyası  isə  2,2  mln  səs,yaxud  60  deputat  mandatı  aldı.Mühafizəkarlar 
yenidən  liberal  lider  Lloyd  Corcun  başçılığı  altında  koalision  hökumət  yaradıl- 
masının  tərəfdarı  kimi  çıxış  etdilər.Həmin  dövrdə  ölkədə  fəhlə  hərəkatı  geniş 
xarakteraldı.1920-ci il 31 iyul-1 avqustda Komunist Pariyasının qurultayı keçiril- 
di.Qurultayda  müxtəlif  kommunist  qruplarından  və  sosialist  təşkilatlarından  152 
nümayəndə  iştirak edirdi.Beləliklə,Britaniyada yeni siyasi partiya  Komunist Par- 
tiyası formalaşdı. 
1919-20-ci  illərdə  İngiltərə  imperiyasında  milli-azadlıq  hərəkatı  da  geniş 
vüsət  almışdı.Hindistanda  başlanan  azadlıq  hərəkatı,xüsusilə,fərqlənirdi.1919-cu 
ildə Amritsarda nümayişlər başlandı.Ancaq,ingilis hökuməti hərəkata qarşı güc  
tətbiq etdi. 
1921-ci ilin dekabrında Misirdə ingilis hökmranlığına qarşı başlanan müba-  
mübarizə ölkənin formal müstəqil elan edilməsi ilə nəticələndi.Misir xalqı müstə- 
qillik qazanmadı və ingilislərə qarşı mübarizəni davam etdirdi. 
Bu  dövrdə  müstəqillik  uğrunda  mübarizə  aparan  xalqlardan  biri  də  İrlan- 
diya xalqı idi.Azadlıq mübarizəsinə Şinfeyn partiyası rəhbərlik edirdi.1918-ci ilin 
parla-  ment  seçkilərində  İrlandiya  respublikaçıları  deputat  mandatlarının  ¾-nü 
aldılar.  Ancaq,onların  İngiltərə  parlamentində  təmsil  olunması  mümkün  olmadı. 
Buna  görə  də  Dublində  milli  parlament  yaradıldı  və  1919-cu  ilin  yanvarında 
İrlandiya  Respublikası  elan  edildi.Respublikanın  prezidenti  şinfeynçilərin  lideri 
de-Valera  oldu.Nəticə  etibarilə  1921-ci  il  dekabrın  6-da  Londonda  ingilis  höku- 
məti  ilə  müqavilə  imzalandı.Ölkənin  26  qraflıqdabirləşən  cənub  hissəsi  domini-
onluq  hüququ  əsasında  ”Azad  İrlandiya  dövləti  “  adlandırıldı.Şimal-şərq  qraflığı 


20 
 
isə Böyük Brtianiyaya birləşdirildi.İngiltərə dövləti İrlandiyada quru qoşunları və 
hərbi  dəniz  donanması  saxlamaq  və  ölkənin  xarici  siyasətini  istiqamətləndirmək 
hüququnu əldə etdi. 
Lloyd  Corc  hökuməti  daxili  siyasətdə  olduğu  kimi,beynəlxalq  münasibət- 
lərdə  də  çoxlu  çətinliklərlə  qarşılaşırdı.İmperiyanın  Sovet    Rusiyasına  qarşı  mü- 
daxiləsiuğursuzluqla  nəticələndiyinə  görə  1921-ci  il  martın  16-da  iki  dövlət  ara- 
sında  müqavilə  imzalandı.Bununla  İngiltərə  Sovet  dövlətini  de-fakto  tanıdığını 
bildirdi.Ancaq,bu  addımlar  hökumət  böhranının  qarşısını  ala  bilmədi.Belə  ki, 
1922-ci  il  seçkiləri  ərəfəsində  mühafizəkarlar  koalisiyanı  müdafiə  etməkdən 
imtina  etdilər.Bu,1922-ci  il  oktyabrın  19-da  Lloyd  Corc  hökumətinin  istefa  ver- 
məsinə səbəb oldu.Yeni hökumət kabinetini mühafizəkarların nümayəndələrindən 
olan  Endryu  Bona  Lou  təşkil  etdi.Tezliklə,Sovet  Rusiyası  ilə  münasibətlər  kəs- 
kinləşdi. 
Mühafizəkarlar  ölkədə  sabitlik  yaratmaq  məqsədilə  proteksionizm  siyasəti 
yeritməyə  cəhd  etdilər.1923-cü  ilin  mayında  Bona  Lounu  Stenli  Bolduin  əvəz 
etdi.  
Həmin  ilin  dekabrın  6-da  isə  mühafizəkarlar  seçkilərdə  məğlub  oldular. 
Bu,ölkədəyeni  ictimai-siyasi  dəyişikliklərin  başlanğıcını  qoydu,mühafizəkarların 
siyasi nüfuzdan düşdüyünü göstərdi.Bundan sonra xalq kütlələri arasında demok- 
ratik azadlıqlara meyl genişlənməyə başladı.  
Kapitalizmin nisbi sabitləşməsi illərində  
İngiltərənin daxili və beynəlxalq vəziyyəti 
1924-cü  il  yanvarın  23-də  Ramsey  Makdonaldın  başçılığı  altında  birinci 
leyborist  hökuməti  təşkil  olundu.Leyboristlər  bir  sıra  islahatlar  həyata  keçirə 
bildilər.Belə  ki,yaşayış  binaları  üçün  dövlət  subsidiyaları  ayrıldı,əlilliyə  görə 
pensiya  müəyyən  edildi,çay,qənd  və  digər  mallar  üzərinə  qoyulmuş  aksiz  vergi- 
ləri  aşağı  salındı.Ancaq,leyboristlər  seçkiqabağı  vədlərini  tamamilə  yerinə  yetirə 
bilmədilər.  Belə  ki,işsizlik  aradan  qaldırılmadı,şaxtalar,elektrostansiyalar,dəmir 
yolları  milliləşdirilmədi.1924-cü  il  fevralın  1-də  leyborist  hökuməti  Sovet  döv- 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə