Müasir tarixin (1918-1945-ci illər) mövzusunu Avropa və Amerika ölkə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/33
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10451
1   ...   7   8   9   10   11   12   13   14   ...   33

33 
 
başqaları Qərbi  Avropa dövlətlərinin Millətlər Cəmiyyətində aparıcı  mövqelərini 
qəbul etmir,ümumiyyətlə,V.Vilsonun xarici siyasət  xəttini açıqcasına tənqid edir- 
dilər.Eyni  zamanda  ABŞ-ın  beynəlxalq  mövqeyinin  güclənməsinə  nail  olmaq 
istəyirdilər.Beləliklə,siyasi  mübaribə  ABŞ-ın  xeyrinə  olmadı,senat  Versal  müqa- 
viləsinin  şərtlərini qəbul etmədi,ABŞ dövləti isə Millətlər Cəmiyyətinin üzvü ol- 
madı. 
1920-ci  il  seçkilərində  Demokrat  Partiyası  ağır  məğlubiyyətə  uğradı.Ölkə- 
də  iqtisadi  böhran  gücləndi,Vilson  hökuməti  isə  ondan  çıxış  yolu  tapa  bilmədi. 
Digər tərəfdən isə respublikaçılar konstitusiyaya dəyişikliklər edilməsi,21 yaşdan 
yuxarı  qadınlara  seçki  hüququnun  verilməsi  tələbi  ilə  çıxış  etdilər.Nəhayət,seçki 
lərdə  respublikaçılar  parlaq  qələbə  qazanaraq  hakimiyyəti  ələ  keçirdilər.Belə  ki, 
Ohayo  ştatından  olan  senator  Uorren  Hardinq  prezident  seçildi,Massaçuets  şta- 
tının qubernatoru Kalvin Kulic isə vitse-prezident oldu. 
U.Hardinq  hökumətinin  xarici  siyasəti  demokratların  siyasətindən  qismən 
fərqlənirdi.Belə  ki,Sovet  Rusiyasına  qarşı  mübarizə  geniş  xarakter  almışdı.Uzaq 
Şərqdə çətinliklə də olsa ABŞ dövləti Vaşinqton konfransında qüvvələr nisbətini 
öz  xeyrinə  dəyişə  bildi.1921-ci  ilin  avqustunda  Almaniya  ilə  separat  müqavilə 
imzalandı  ki,bununla  Almaniyanın  bir  dövlət  kimi  sıradan  çıxmasının  qarşısı 
alındı. 
ABŞ-ın  Latın  Amerikası  ölkələri  üzərində  təsiri  yenə  də  davam  etdirildi. 
Belə ki,ABŞ Haiti və Dominikan respublikalarının daxili siyasətinə müdaxilə edir 
və  bununla  da  bu  ölkələrdə  hərbi  diktaturaların  möhkəmlənməsində  fəal  iştirak 
edirdi. 
ABŞ kapitalizmin nisbi sabitləşməsi dövründə 
ABŞ  dövlətinin  fərqli  xüsusiyyətlərindən  biri  də  digər  kapitalist  ölkələ- 
rindən daha erkən nisbi sabitləşmə dövrünə daxil olması idi.1922-1929-cu illərdə 
ölkədə sənaye istehsalı kifayət qədər genişləndi.ABŞ sənaye məhsullarının isteh- 
salına görə  İngiltərə,Fransa,Almaniya,İtaliya vəYaponiyanı ötüb keçdi.Sənayenin 
başlıca sahələri olan avtomobil, maşınqayırma, elektrotexnika, kimya, aviasiya və 
digər  sahələri  daha  sürətlə  inkişaf  edirdi.Bu  sahələr  üzərində  3-4  iri  kompaniya 


34 
 
hökmranlığı  qoruyub saxlayırdı.1929-cu  ildə korporasiyalar ölkədə  mövcud olan 
bütün  fabrik  və  zavodların  yarısını  birləşdirdi.ABŞ  fəhlələrinin  90%-i  həmin 
korporasiyalarda çalışırdı.Sənaye məhsullarının 92%-ni həmin korporasiyalar is-  
tehsal edirdi.
 
1921-1929-cu  illərdə  ixrac  və  idxal  əməliyyatlarında  fərq  7,7  mlrd.dollar 
idi.  Kapitalizmin  nisbi  sabitləşməsi  dövründə  sənayenin  ayrı-ayrı  sahələri 
üzərində  köhnə  idarəçilki  metodları  qalırdı.Həmin  dövrdə  ölkədə  2-3  mln  nəfər 
işsiz  vardı.Hardinq  hökumətinin  yeritdiyi  siyasət  böyük  əksəriyyət  tərəfindən 
qəbul  edilmirdi.Onun  üç  naziri  istefaya  göndərməsi  heç  də  vəziyyəti  sabitləşdir- 
mədi.İki  nazir  məhkəməyə  verilsə  də,onlardan  biri  özünə  bəraət  ala  bildi,digəri 
isə həbs edildi. 
1923-cü  ildə  Hardinqin  vəfatından  sonra  prezident  postuna  vitse-prezident 
Kalvin  Kulic  keçdi.1924-cü  ildə  yeni  prezident  seçkiləri  keçirildi.Seçkilərdə  de- 
mokratlarla  yanaşı  respublikaçılar  və  müstəqillərin  nümayəndəsi  Lafollet  də  işti- 
rak edirdi. 
Lafollet seçkilərdə 4,8 mln səs əldə etdi.Ancaq,onu müdafiə edən blok tez- 
liklə  dağıldı.1924-cü  il  seçkilərində  Kommunist  Partiyasının  namizədi  U.Foster 
də iştirak edirdi.Kulic böyük əksəriyyətin sasini qazanaraq ABŞ prezidenti oldu. 
Onun  hökuməti  bəyan  edirdi  ki,Amerikanın  işi  biznesdir.Kulicin  hakimiy- 
yətinin  ilk  dövründə  yeddi  maliyyə  oliqarxiyası  ölkənin  iqtisadi  və  siyasi  həya- 
tında  böyük  rol  oynayırdı.Bunların  arasında  Morqan,Rokfeller,  Dyupen,  Mellon 
və  Kun-Leba,xüsusilə,fərqlənirdi.Kulic  aparıcı  postları  maliyyə  kapitalının 
nümayəndələrinə verirdi.Maliyyə naziri vəzifəsinə “alüminium kral” Endryu Mil- 
lan,ticarət  naziri-Herbert  Huver  təyin  edildi.Həmin  dövr  ABŞ-ın  hakim  dairələ-
rində  “prospreti”,  yaxud  “çiçəklənmə”  adlanır.Ancaq,bu  uzun  müddət  davam  et- 
mədi.1928-ci  il seçkilərində respublikaçılar  yenidən qələbə qazanmasına baxma- 
yaraq,ölkədə sosial-iqtisadi vəziyyət kəskin xarakter almağa başladı. 
Ümumiyyətlə,kapitalizmin  nisbi  sabitləşməsi  dövrandə  ABŞ  beynəlxalq 
arenada ekspansiya siyasətini davam etdirməkdə idi.Belə ki,“Danes planı”nın tət- 
biq edilməsi Almaniyanı dirçəltməklə yanaşı,ABŞ-ın Avropada nüfuzunu güclən- 


35 
 
dirdi.ABŞ  eyni  zamanda  Çində  hegemonluq  siyasəti  həyata  keçirdi,milli-azadlıq 
hərəkatının  qarşısının  alınmasında  fəal  iştirak  etdi.Latın  Amerikası  ölkələri  üzə- 
rində  maliyyə-iqtisadi  hökmranlıqla  yanaşı  regiona  hərbi  müdaxilədə  təşkil 
olundu. ABŞ xalqı 1927-1928-ci illərdə Nikaraqua xalqına qarşı aparılan ekspan- 
sionist siyasətə qarşı fəal mübarizə apardı. 
          Sabitləşmə  illərində  ABŞ  və  İngiltərə  beynəlxalq  bazarlar  üzərində  açıq 
rəqabətə  girdi.ABŞ  monopoliyası  gücləndi,onun  dəniz  qüdrəti  artdı.ABŞ,həm- 
çinin,  SSRİ-ni  tanımaqdan  imtina  etdi.Lakin,respublika  adminstrasiyası  ABŞ-ın 
Sovet  İttifaqı  ilə  münasibətlər  yaratmasında  maraqlı  idi.Buna  baxmayaraq,20-ci  
illərin II yarısında Sovet-ABŞ münasibətləri geniş xarakter almadı. 
“Böyük durğunluq” illərində ABŞ-ın sosial-iqtisadi vəziyyəti 
1929-cu  ilin  oktyabrında  ABŞ-ın  Nyu-York  birjasında  başlanmış  iqtisadi 
böhran  bütün  kapitalizm  dünyasında  özünün  göstərdi.1932-ci  ildə  istehsalın 
səviyyəsi 46% aşağı endi və bu,iqtisadi böhran dövründə ən yüksək böhran həddi 
idi. ABŞ-da 5 minədək bank bağlandı,10 minlərlə kiçik firma sıradan çıxdı.Əmək 
haqqı iki dəfədən çox azaldı,sənaye sahələrində işsizlərin sayı iki dəfəyədək aşağı 
düşdü.1933-cü  ilin  yazında  ABŞ-da  17  mln  işsiz  vardı.Tezliklə,ölkənin  ayrı-ayrı 
şəhərlərində  “Huver  şəhərcikləri”  salınmağa  başladı.Yüz  minlərlə  amerikalı 
ümidsiz  vəziyyətdə  iş  axtarırdı.Belə  mürəkkəb  şəraitdə  ABŞ-da  1930-cu  ilin 
martında  fəhlələrin  beynəlxalq  mübarizə  günü  qeyd  edildi.1931-1932-ci  illərdə 
Vaşinqtonda iki milli “aclıq yürüşü” keçirildi.1932-ci ilin yayında 25 min Birinci 
dünya  müharibəsinin  veteranı  pensiyaların  artırılması  tələbi  ilə  çıxış  etdi.Prezi- 
dent  Huverin  əmrinə  əsasən  Amerika  ordusunun  qərargah  rəisi  general  Makar- 
turun komandanlığı  altında  hərakat  iştirakçılarına qarşı  güc tətbiq edildi.1933-cü 
ildə  1170  nəfər  fəhlə  etiraz  hərəkatına  başladı.Lakin,  hərəkat  çətinliklə  də  olsa 
yatırıldı.Böhran  illərində  ABŞ  və  Almaniya  sənaye  maqnatları  arasında  əlaqə 
möhkəmləndi.Bu, ABŞ-ın Almaniyanı möhkəmləndirmək üçün yardım planlarını 
həyata keçirməsi  ilə  bilavasitə bağlı  idi.ABŞ,həmçinin,faşist  Almaniyasını Sovet 
İttifaqına qarşı qaldırır və beynəlxalq təhlükə artırdı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə