Mövzu Turizm resurslarının öyrənilməsinin elmi-nəzəri əsasları Plan: 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/59
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#6134
1   2   3   4   5   6   7   8   9   ...   59

14 
 
Mövzu: 2. Təbii  rekreasiya-turizm resursları  
Plan: 
1.
 İqlim komfortluğunun turizm resursu kimi  səciyyəsi 
2.
 Komfort hədlərin müəyyənləşməsi  
3. 
Landşaft  ekzotikliyi və təbiət abidələri 
 
1.
  İqlimin  kurort  ehtiyatı  kimi  təsnifatında  əsas  göstəricilərinin 
qruplaşdırılması    istirahət    və    turizmin  təşkili  ilə  yanaşı  aeroterapiya, 
helioterapiya    müalicəsinin    aparılmasında    rolu  ilə  də    bağlıdır.  Buna  görə  də, 
kurortoloqlar  və  iqlimşünaslar  iqlim  ehtiyatlarından  turizm  baxımdan  istifadəsi 
üçün hava siniflərini ayırmışlar. İqlimşünaslar 16 hava sinfini ayırırlar. Bunlardan 
kurort-turizm  baxımından  istifadə imkanlarını  aşağıdakı qruplara  bölmək olar:  
1.  Günəşli  isti-quru  hava  şəraiti.  Əksər  hallarda  temperatur  komfort    
hədlərindən  yüksək  olur,  isti  diskomfort  şərait  tez-tez  təkrarlanır.  Güclü 
hipertemiya  şəraiti  yaransa  da,  qızmar  günəş  iqlimlə  müalicə  imkanlarını   
məhdudlaşdırır. Bununla    yanaşı   səhər   və  axşamüstü  dənizsahili  ərazilərdə  
helioterapiya   müalicəsini  aparmaq mümkündür. 
Qeyd  olunan  iqlim  xüsusiyyətləri  səhra  və  yarımsəhra  rayonları  üçün 
səciyyəvidir. Belə rayonlarda istirahət və turizmin təşkili  üçün  az şərait vardır.  
Bunun  da  səbəbi  mikroiqlim elementlərindən başqa digər turizm   ehtiyatlarının 
olmamasıdır. Digər tərəfdən  mikroiqlim    şəraitindən istifadə edərək  dəniz sahili 
ə
razilərdə  istirahət  və  çimərlik   turizmini  inkişaf etdirmək mümkündür. 
2.  Azbuludlu  mülayim  hava  (III  sinif).  Əvvəlki  hava  sinifindən  fərqi 
quraqlığın az, temperatur  şəraitinin isə istirahət, müalicə və idman turizmi  üçün  
ə
lverişli      olmasıdır.  Bu      hava  sinifində  nisbi    rütubətliliyin      normaya  yaxın 
olması  diskomfort  havaların  tez-tez  təkrarlanmasına  imkan   vermir.  Bununla    
yanaşı      yayda      havanın      mülayim      keçməsi    istirahətin  təşkili  üçün  əlverişli 
şə
rait  yaradır.  Bu  hava  sinifi  mülayim  enliklər  üçün  səciyyəvidir.  Xüsusilə 
Avropanın Atlantik okeanı  sahillərində  daha  çox  müşahidə  edilir. 


15 
 
3.  Azbuludlu,    yayı  quraq  hava  (IV-V  sinif).  Aralıq  dənizi  iqlim  tipi  üçün 
səciyyəvi olmaqla, istirahət və turizmin  təşkili  üçün  əlverişli   şəraitə malikdir.      
Buna     görə  də   turizm və   istirahət    baxımından    intensiv mənimsənilmişdir. 
Bu  hava  siniflərində  rütubətlənmənin  azlığı    və  mövsüm  dövründə  müşahidə  
edilən    isti    quru    iqlim,    komfort        havaların      tez-tez  təkrarlanması  kurort  və 
turizmin inkişafı üçün əlverişli şərait yaradır.  Qeyd olunan hava  sinifləri  Aralıq  
dənizi sahili   kurortlarında,     ABŞ      Kaliforniya  sahili  istirahət  mərkəzləri üçün 
səciyyəvidir.  Alp  və  Qafqaz  dağlarının      bəzi  kurortlarında  yay  aylarında  qeyd 
olunan iqlim sinifi müşahidə edilir. 
4.  Tutqun  və  yağışlı  hava  sinifləri  (VI-VII).  Kurort  və  istirahətin    təşkili 
üçün   az  əlverişlidir.  Bu  hava  sinifində temperatur aşağı, nisbi rütubətlik isə 
yüksək  olur.  Xüsusilə  yayda  müşahidə  olunan    tutqun      buludlu    havalar 
istirahətin  təşkili  üçün  əlverişsiz  şərait  yaradır.  Belə  hava    şəraiti    dağlıq    və 
dağətəyi ərazilərdə, musson iqlimin dəniz sahillərində müşahidə edilir. 
Bununla      yanaşı      qruplaşdırılan    hava    siniflərindən    X-XII  az  şaxtalı  
olmaqla  kurort    və  turizmin  təşkili  üçün    nisbətən    yararlıdır.    Burada  güclü 
ş
axtaların  müşahidə  edilməsi,  yay  mövsümündə  rütubətli  havanın müşahidə 
olunması istirahət və turizmin təşkili üçün əlverişsiz şərait yaradır. 
Digər        hava        sinifləri    də      istirahət    və      turizmin        təşkili    üçün    az   
ə
lverişli şəraitə malikdir. Xüsusilə  XIII, XIV, XV hava sinifləri   çox    şaxtalı  
olduğuna  görə  yay  istirahət  mövsümündə  turizmin  inkişafı      üçün      əlverişsiz 
şə
rait yaradır. 
Bu  baxımdan    ərazinin    iqlim    elementlərinə    görə    öyrənilməsi,  onun 
komfortluq    göstəriciləri  turizm    baxımdan    istifadə   imkanlarına   uyğun 
qiymətləndirilir. 
Turizmin iqlim  komfortluğu  aşağıdakı amillərə əsasən  müəyyənləşdirilir:    
günəşli  və  açıq  havaların  təkrarlanması,  ekvivalent,  effektiv  temperaturun  
dəyişməsi,  günəşli günlərin  sayı və günəşli  saatların  miqdarı, havada  rütubətin 
miqdarı,  sürəti    saniyədə    5m-dən      az    olan      küləkli        günlərin    sayı    və    s.  


16 
 
Həmçinin        diskomfort      şərait    üçün    lazım    olan  mənfi    təsiredici  amillər   
birlikdə    araşdırılır.    Ərazinin      iqlim  komfortluğunun    öyrənilməsində    Ə.  C. 
Ə
yyubovun xidmətlərini göstərmək olar. Ərazi rekreasiya komplekslərində iqlim    
komfortluğunda    əsas  elementlərinə  il  ərzində  fəal  temperatur  cəmi  və  komfort  
hədlərin müəyyənləşdirilməsi ilə birbaşa bağlıdır. 
2.
 Komfort hədlərin müəyyənləşməsi əsasən  temperaturdan  asılı olduguna 
görə  bu da  ərazinin coğrafi mövqeyindən,  relyefindən   və   iqlimin üfüqi  və  
ş
aquli  qurşaqlarından  asılı  olaraq  dəyişir.  Belə  ki,  mülayim  enliklərdə 
məskunlaşmış əhali    üçün   komfort  hədlərin dəyişməsi  15-18
0
,  rütubətlənmə  
60-65%,  gücü  saniyədə  5m-dən    çox  olan    küləkli    günlərin  təkrarlanmasını  
mövsüm dövründə  30-35% - ə qədər olması komfort həddi kimi qəbul edilir. Bu 
göstərici  yarımquraq  və  ya  orta    enliklərdə  müvafiq  olaraq  20-23
0
C  temperatur 
həddi, 55-60%-ə qədər  rütubətlənmə, həmçinin küləkli günlərin nisbətən çoxluğu 
ilə  müəyyənləşir.  Tropikə  yaxın  isti  qurşaqlarda  isə  temperatur    göstəricisi    28-
31
0
C-ə  qədər  çata bilir.   
Effektiv-ekvivalent 
temperatur 
şə
raitində 
insanların 
istirahət 
və 
sağlamlığının  bərpası  üçün  ən  optimal  variant  yarıquraq  ərazilərdə  olan 
temperatur  və    rütubətlənmə  göstəricisi    götürülür.    Belə  ki,    hazırda  turizmin 
daha  çox  inkişaf    etdiyi  Qara  və  Aralıq  dənizi  sahilləri,  Karib  hövzəsi 
bölgələriiqlim   komfortluğunun hədləri  əksər  tədqiqatçılar  tərəfindən  20-23
0

kütləvi  istirahət    mövsümündə  isə  25
0
-yə    qədər  dəyişməsi  optimal  göstərici 
sayılır. 
Bunula 
yanaşı 
mikroiqlim 
şə
raitinin 
turizm 
baxımından 
qiymətləndirilməsi aero və helio    terapiya  müalicələrinin aparılması baxımdan 
da qiymətləndirilir. 
Belə  ki,  diskomfort  temperatur  şəraiti  helioterapiya  müalicəsinin 
aparılmasına  əlverişli  imkanlar    yaratmaqla    yanaşı,    istirahətin  digər növlərinin 
təşkili    üçün      də      nisbətən  məqsədəuyğun  ərazi  sayılır.  Məsələn:  Türkiyənin 
Egey  bölgəsindəki    diskomfort  şərait  temperatur  göstəricilərinə  görə    nisbətən  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə