Mövzu Turizm resurslarının öyrənilməsinin elmi-nəzəri əsasları Plan: 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/59
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#6134
1   2   3   4   5   6   7   8   9   ...   59


 
Sahilyanı  rekreasiya  –  turizm  ehtiyyatlarına  isə  abrazion  relyef  formaları, 
dəniz  sahili  meşə  və  cəmənlik  landşaftları,  narın  qumlu  cimərlikləri,  dəniz 
suyunun mövsüm dövründə temperaturu, su hövzələrinin fauna, flora zənginliyi, 
iqlim komfortluğu aid edilir. 
Dağ ekosistemlərinə daxil olan əsas komponentlərə təbiət abidələri, ekzotik 
landşaft, meşəlik əraziləri və s. aiddir. 
Avropa  ölkələridə  turizm  ehtiyyatlarının  öyrənilməsində  ümumiləşdirilmiş 
meyar  resurs  potensialından  turizm  –  istirahət  məqsədilə  maksimum  istifadə 
olunması və ərazi mənisənilməsi ilə bağlıdır. 
Turizm sənayesinin yüksək inkişaf etdiyi cənubi Avropa ölkələrində turizm 
ehtiyyatlarının  tədqiqatı  ərazi  üzrə  təminat  səviyyəsindən,  turizm  mərkəzlərinə 
yaxınlığından, cimərləklərdən istifadə imkanlarından və s. üzrə aparılır. 
3.Turizm  ehtiyyatlarının  təsnifatı  və  bölgü  prinsipi
Turizm  ehtiyyatlarının 
öyrənilməsi  ölkəşünaslığın  tərkib  hissəsi  olduğu  üçün  onun  yayılması,  təsnifatı, 
dinamikliyi və istifadə xüsusiyyətləri əsas tədqiqat mövzularından sayılır. Turizm 
ehtiyyatlarının  öyrənilməsinin  nəzəri  və  metedologi  əsasları  konstruktiv 
coğrafiyanın tərkib hissəsindən sayılır. Turizm ehtiyyatlarının nəzəri, metedoloji 
xüsusiyyətlərinin  öyrənilməsi  Avropa,  Amerika  alimləri  ilə  yanaşı,  Rusiya  və 
Polşa  alimlərinin  də  rolu  olmuşdur.  Turizm  ehtiyyatlarının  nəzəri  əsaslarının 
öyrənilməsi aşağidakı xüsusiyyətləri önə çıxarır: 
1. Ehtiyyatın təsnifatı və ərazi üzrə bölgü prinsipi; 
2. Ehtiyyatın  sosial  –  iqtisadi  baxımından  qiymətləndirilməsi  və  ərazi 
rekreasiya sistemlərinin formalaşmasında rolu; 
3. Ərazinin  təbii  turizm  resursları ilə təminat  səviyyəsi  və  ondan  istifadəni 
xüsusiyyətləri; 
4. Regional  inkişafda  təbii  ehtiyyatlardan  istifadənin  rolu,  həmçinin  ərazi 
mənimsənilməsi üzrə bu ehtiyyatın qiymətləndirilməsi; 
Turizm ehtiyyatlarının təsnifat prinsipində aşağıdakılar əks olunur: 
1. Ehtiyyatın yayıldığı ərzinin coğrafi şəraiti; 



 
2. Ehtiyyatın turizm sənayesində olunması; 
3. Ehtiyyatdan istifadənin iqtisadi qiymətinin müəyyən olunması. 
Turizm  ehtiyyatlarının  yayılması  və  ərazi  üzrə  təminat  səviyyəsi  sosial  - 
iqtisadi  xarakter  daşıdığı  üçün  təbii  antropogen  amillərin  təsirindən  asılıdır. 
Turizm  ehtiyyatlarının  ərazi  üzrə  yayılması  ehtiyyatların  təxmini  hesablanmış 
miqdarı  ilə  müəyyənləşir.  Turizmdə  ehtiyyatlar  inteqral  qiymətləndirmənin  əsas 
göstəricisi sayildığına görə burada riyazi hesablamalar ehtiyyatlardan istifadənin 
müddətinə  görə  aparılır.  Hər  bir  ehtiyyatın  yayıldığı  ərazinin  coğrafi  şəraiti, 
iqtisadiyyatın  digər  sahələri  ilə  birgə  istifadənin  sosial  xarakteri  buraya  daxil 
edilir.  Yəni  hər  bir  təbii,antropogen  komponentin  miqdarı,  dəyəri  onun  digər 
istehsal  sahələrində  istifadə  olunduqdan  sonra  qiymətləndirilməsi  əsasında 
aparılır. 
Ə
gər  turizm  ehtiyatların  da  ərazi  üzrə  təminat  səviyyəsi  onun  digər 
resurslarla  birgə  istifadəsi  ilə  bağlıdırsa,  antropogen  turizm  ehtiyatında  bölgü 
prinsipi  və  təminat  səviyyəsi  ayrı-ayrı  kompanentin  xüsusiyyətlərindən  asılı 
olaraq dəyişir. Turizm ehtiyatının təminat səviyyəsində sosial-iqtisadi göstəricilər 
xidmətlərin  təşkili  ilə  bağlı  olduğuna  görə  istehsalat  və  sosial  obyektlərdən 
turizmdə istifadə olunması mümkündür. 
Kommunal,  məişət,  iaşə  xudmətlərindən  istifadə  birbaşa  turizm 
ehtiyyatlarindan  istifadə  ilə  bağlıdırsa,  turizmdə  təminat  sahələri  maddi  – 
istehsalın  müxtəlif  növləri  ilə  birgə  aparılır.  Iqtisadi  təminant  səviyyəsi 
infrastrukturla  yanaşı  kənd  təsərrüfatı,  tikinti,  yüngül,  yeyinti  sənayesinin 
inkişafına da təsir etmiş olur. 
Turizm  ehtiyyatlarının  öyrənilməsində  digər  xüsusiyyətlərdən  biri  də 
cəmiyyətlə  təbiət  arasındakı  qarşılıqlı  əlaqədən  yaranan  müxtəliflikdir.  Bu  da 
ekoturizmin  inkişafını  təmin  etmiş  olur.  Bu  baxımdan  insanların  təbii  mühitlə 
bağlı olan əlaqəsi aşağıdakı kimi qruplaşdırılır: 
 Turizmin  ətraf  mühitlə  təsiri  müsbət  və  mənfi  mənada  ola  bilər.  Yəni 
ekoloji mühitdə yüklənmə səviyyəsi çox olarsa ətraf mühitə mənfi təsir güclənir. 



 
Bu  da  mövcud  turizm  ehtiyyatlarının  azalmasına  səbəb  olur.  Turizm  sənayesi 
ə
traf  mühitlə  birbaşa  bağlı  olduğuna  görə  onun  dəyişdirilməsi  turizm  tılıbatına 
mənfi təsir göstərir. 
 Xarici  mühitin  insanların  sağlamlığına,  psixoloji  və  fiziki  yorğunluğun 
bərpasına  əsas  təsir  vasitələrindən  olduğuna  görə  ətraf  mühitin  qorunması 
turizmdə mühüm yer tutur. Bütün hallarda ətraf mühütin saflığı turizm tələbatında 
ə
sas yer tutur. 
 Texnoloji inkişaf insanların sağlam ətraf mühütə tələbatını artırır ki, bu da 
turizm vasitəsilə təmin olduğuna görə onun təbiiliyinin qorunması turizmin əsas 
məqsədlərindən  sayılır.  Elmi  –  texniki  inkişafın  sürətlənməsi  insanların  sağlam 
ə
traf mühitə tələbatın artırır. 
  Turizm ehtiyyatlarının öyrənilməsində sosial – iqtisadi xarakter daşıdığına 
görə  ərazinin  mənimsənilmə  səviyyəsi,  infrastruktur  sahələrin  inkişafı 
ehtiyyatlardan istifadənin bazasını təşkil edir. Buna görə də turizm ehtiyyatlarının 
yayıldığı  ərazilərin  infrastruktur,  kommunukasiya,  nəqliyyat  sahələri  inkişaf 
etdikdən sonra mənimsənilməsi aparılır. 
  Turizm  sisteminin  formalaşmasında  mövcud  ehtiyyatlardan  istifadənin 
aşağıdakı xüsusiyyətləri də vardır: 
  1.  Mövcud  ehtiyyatların  turizm  sənayesinin  maddi  bazasını  təşkil  etməsi. 
Burada estetik qavrama və rahatlıq baxımından turistlərin istirahəti üçün mövcud 
təbii  iqlim  elementləri,  memarlıq  abidələrindən  istifadə  olunması  daxildir. 
Rekreasiya  ehtiyyatları  turizm  sənayesinin  maddi  bazasını  təşkil  etdiyinə  görə 
ondan  istifadə  mövcud  tələbatların  təmin  olunmasına  imkan  verir.  Buna  görə 
dəturizm  ehtiyyatlarının  müəyyən  bir  bölgədə  cəmlənməsi  istirahət  və  turizmin 
inkişafında əsas vasitə sayılır. 
  2.  Turizm  ehtiyyatlarının  keyfiyyəti,  qiymətləndirilməsi  və  mövsümi 
differensiyası  tirizm  sistemlərinin  formalaşmasında  əsas  rol  oynayır.  Burada 
keyfiyyət  ətraf  mühitin  sağlamlığı  ilə  yanaşı  turizm  məhsuluna  qatıla  biləcək 
tarixi  mədəniyyət,  etnoqrafik  və  təbiət  abidələri  daxil  edilir.  Burada 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə