Mövzu: Mеhmanхana fəaliyyətinin tariхi inkişaf mərhələləri Plan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/49
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8646
1   ...   41   42   43   44   45   46   47   48   49
    Bu səhifədəki naviqasiya:
  • Plan 1.

 
147
və  s.  оlur.  2  və  5  ulduzlu  mеhmаnхаnаlаrdа  mütləq  qidаlаnmа  хidmətləri 
göstərilən yеrlər оlmаlıdır. Iki ulduzludа kаfе və rеstоrаn, 3 ulduzludа rеstоrаn və 
bаr,  4  və  5  ulduzludа  bir  nеçə  rеstоrаn  zаllаrı,  аyrıcа  kаbinеtlər,  bаnkеt  zаllаrı, 
gеcə klublаrı оlur. 
Qidаlаnmа  хidmətlərinin  stаndаrtlаrınа  görə  təklif  оlunаn  qidаlаnmа 
vаriаntlаrındаn birinin (təkcə səhər yеməyi, iki və yа üç dəfəlik qidаlаnmа) sеçim 
imkаnı  -  «2-5  ulduzlu»  nömrələrdə  sutkаbоyu  хidmət  -  ulduzlu  mеhmаnхаnаlаr 
üçün səciyyəvidir. 
Stаndаrt-mеhmаnхаnа pеrsоnаlınа tələbləri və оnlаrın iş bаcаrığını təyin еdir, 
funksiоnаl vəzifələri təsdiq еdir və iş qаydаlаrını təyin еdir. 3-5 ulduzludа pеrsоnаl 
ха
rici dillərin birində sərbəst dаnışmаlı, qəbuldа işləyənlər isə 2-3 dildə dаnışmаğı 
və tərcümə еtməyi bаcаrmаlıdır.  
Qоnаqpərvərlik  sənаyеsində  göstərilən  хidmətlərdən  ən  əsаsı  yеrləşdirmə  və 
qidаlаnmаdır.  UTT  «mеhmаnхаnа»  аnlаyışını  yеrdəyişmə  оbyеkti  kimi  tövsiyə 
е
dir.  О,  hеsаb  еdir  ki,  «mеhmаnхаnа»  yеrdəyişmənin  klаssik  nümunəsi  kimi 
аşаğ
ıdаkı əlаmətləri оlmаlıdır: 
- müəyyən miqdаrdа nömrələri оlmаlıdır (10 yеrdən аz оlmаyаrаq); 
-  müəyyən  хidmətlərin  cəmi  оlmаlıdır  -  оtаğın,  vаnnа  оtаğının  və  yаtаq 
yеrinin gündəlik yığışdırılmаsı və təmizlənməsi; 
-  əlаvə  хidmətlər  fikrincə  bütün  yеrləşdimə  yеrləri  göstərilən  хidmətilərin 
növünə  və  оlаn  аvаdаnlığın  miqdаrı  və  kеyfiyyətinə  görə  qruplаrа  və 
kаtеqоriyаlаrа 
bölünməlidirlər. 
Ümumdünyа 
Turist 
Təşkilаtı 
а
ncаq 
stаndаrtlаşdırılmış yеrdəyişmə yеrlərinə üstünlük vеrir. О yеrlərə ki, dörd qrupdаn 
birini təşkil еtsin. 


 
148
Mövzu:14. Mehmanxana personalının peşə etikası 
Plan 
1. Mehmanxana personalının mənəvi kodeksi  
2. Ədəb və mərifət qaydaları  
3. Mehmanxana personalının xarici görünüşü və nitq mədəniyyəti  
 
1. Etika-mənəvi dəyərlərin və prinsiplərin yığımıdır. 
İ
nsanlara  xidmət  göstərmək  üçün  müəyən  olunmuş  xüsusi  əxlaq  qaydaları 
qədim  zamanlardan  məlumdur.  Məsələn,  Hippokratın  məşhur  andında  həkimin 
peşə etikası öz əksini tapıb. Təbibin insanın sağlamlığını qoruması, hüquqşünasın 
qanunun  aliliyinə  riayət  etməsi,  müəllimin  tələbələrə təlim  və  tərbiyə  verməsi  bu 
peşələrin əsas əxlaq qaydalarıdır. 
Deməli,  müxtəlif  peşə  nümayəndələri  və  onların  obyektləri  arasında 
münasibətlər müxtəlifdir. 
Xidmət  sahəsində,  xüsusilə  mehmanxana  sistemində  peşə  etikası,  müəyyən 
dərəcədə,  digər  peşələrin  etik  normalarını  özündə  cəmləşdirir.  Cornell 
universitetinin  (ABŞ)  professoru  Robert  A.BEN  “Qonaqpərvərlik  sənayesində 
idarəetmə etikası” kitabında bu sahəyə aid müxtəlif məsələləri araşdırır.   
ABŞ-da bir çox mehmanxana müəssisələri öz mənəvi kodekslərini tərtib edib. 
Stiven  S.C.  Holl  ABŞ-da  mehmanxana  sənayesində  mənəvi-etik  baxışların 
öyrənilməsinin  pioneri  sayılır.  Mehmanxana  sahəsində  fəaliyyət  göstərən  bir  çox 
ş
irkətlər  onun  mənəvi  kodeksindən  istifadə  edir.  Kodeks  əsas  on  bir  tezisi  əhatə 
edir: 
1.  Etika və mənəviyyatı biznesin ayrılmaz hissəsi hesab etmək; 
2.  Fərdi  və  kollektiv  əxlaqaımız  qonaqpərvərlik  və  turizmin  nüfuzunun 
yüksəlməsini təmin edir; 
3.  Vəsaitimizi,  vaxtımızı,  enerjimizi  məhsul  və  xidmətlərin  təkmilləşməsinə 
sərf  etməli,  öz  müvəffəqiyyətimiz  naminə  rəqiblərimizə  ləkə  və  böhtan 
atmamalıyıq; 


 
149
4.  Milliyyətindən,  irqindən,  dinindən,  cinsindən  asılı  olmayaraq  bütün 
qonaqlara hörmətlə yanaşmalı və yüksək səviyyəli xidmət göstərilməlidir; 
5.  Mehmanxana müəssisələri yüksək sanitar normalara cavab verməlidir; 
6.  Məhsulun  keyfiyyətini  və  göstərilən  xidməti  yüksək  standartlar 
səviyyəsində saxlamaq; 
7.  Mehmanxananın  qonaqları  və  işçiləri  arasında  qarşılıqlı  inam  və  anlayışı 
yüksək səviyyədə saxlamaq; 
8.  Öz  peşəsini  yüksək  səviyyədə  həyata  keçirmək  üçün  mehmanxana  işçisi 
təlim almalı, zəruri avadanlıqla təchiz olunmalıdır; 
9.  Hər bir işçi peşə vəzifəsini həyata keçirmək üçün bərabər imkanlara malik 
olmalı və rəhbərlik tərəfindən layiq olduğu obyektiv qiyməti almalıdır; 
10. Fəaliyyətimiz  nəticəsində  ətraf  mühitə  dəymiş  zərərin  aradan 
qaldırılmasına səy göstərmək; 
11. Mehmanxana  müəssisəsinin  fəaliyyəti  nəticəsində  gəlir  vicdanlı  və 
ə
dalətli yolla əldə edilməlidir. 
Məlumdur  ki,  mehmanxana  qonaqların  müvəqqəti  yaşaması  üçün  nəzərdə 
tutulan yerdir. 
Mehmanxana  personalının  vəzifəsi  qonağın  nömrədə  yaşaması  üçün  estetik 
şə
rait  yaratmaq,  kompleks  xidmət  göstərmək,  gözəl  mühit  yaratmaqdan  ibarətdir. 
Xüsusiyyət,  məqsəd  və  şəraitdən  asılı  olaraq  mehmanxana  personalının  peşə 
etikası özünü göstərilən xidmətdə əks etdirir. Yüksək mədəniyyətə malik personal 
qəbul olunmuş etiket normalarına riayət edir. 
Daxili  intizam  qaydaları,  vəzifə  təlimatları  mehmanxananın  normativ 
sənədlərində  öz  əksini  tapmalı  və  bu,  xidməti  etiketin  əsasını  təşkil  və  təmin 
etməlidir.  
Mərasimlərin, konfransların, simpoziunların və s. Təşkilində yaxından iştirak 
edən  mehmanxana  personalı  diplomativ  protokolun  əsaslarını  və  xarici  dil 
bilməlidir. 
Nəzakət  məfhumuna  cəmiyyətdə  qəbul  olunmuşədb,  ehtiram,  mərifət 
qaydalarına  riayət  etmək  və  mütxəlif  insanlar  arasında  münasibətlərin  nümunəsi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə