Mövzu: Mеhmanхana fəaliyyətinin tariхi inkişaf mərhələləri Plan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/49
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8646
1   ...   37   38   39   40   41   42   43   44   ...   49

 
131
Idarəetmə üsulunun məzmunu - müxtəlif spesifik yollar və üsullarla təsiretmə 
birliyidir; 
Idarəetmə  üsulunun  təşkilati  forması  konkret  yaranmış  vəziyyətdə  təsir 
üsullarıdır. Təsir birbaşa və ya dolayı ola bilər. 
Mehmanxana  müəssisələrinin  idarəçiliyində  eyni  zamanda  müxtəlif 
üsullardan  istifadə  olunur  və  onlar  bir-birini  tamamlayır.  Bu  üsulların  istiqaməti 
müxtəlif əmək fəaliyyəti göstərən insanlara yönəlib. 
Idarəetmə  üsulunda,  məzmun,  istiqamət  və  təşkilati  forma  müəyyən  tərzdə 
uyğunlaşır. Bunları nəzərə almaqla aşağıdakı idarəetmə üsullarını göstərmək olar: 
1. Iqtisadi; 2. Təşkilati-inzibati; 3. Sosial-psixoloji. 
Idarəetmənin  iqtisadi  üsulları  idarəetməyə  münasibət  ilk  növbədə  iqtisadi 
münasibətlərlə təyin olunur ki, bunların da əsasını obyektiv tələblər və insanların 
marağı təşkil edir. Idarəetmədə iqtisadi üsul mərkəzi yer tutur. 
Idarəetmədə iqtisadi üsullarla rəhbərlik, planlaşdırma, təhlil, maliyyələşmə və 
s. formalarda özünü göstərir. 
Təşkilati-inzibati  üsuldan  fərqli  olaraq,  idarəetmədə  iqtisadi  üsullarla 
rəhbərlik  ümumi  iqtisadi  göstəriciləri  və  buna  nail  olmaq  yollarının  işlənib 
hazırlanmasını nəzərdə tutur. 
Nəticədə  insanların  səmərəli  işləməsində,  inzibati  təsirlər  deyil,  iqtisadi 
həvəsləndirmə üsulları ön planda durur. 
Idarəetmənin  iqtisadi  üsulları  əsasında  təşkilati-inzibati  və  sosial-psixoloji 
üsullar inkişaf edir, möhkəmlənir və peşəkarlıq artır. 
Idarəetmənin  təşkilati-inzibati  üsulları  birbaşa  direktiv  göstərişlərə  əsaslanır. 
Bu  üsulların  obyektiv  əsasını  təşkilati  münasibətlər  təşkil  edir.  Təşkilati-inzibati 
üsulun vəzifəsi, tabeliyində olan işçilərin işini əlaqələndirməkdən ibarətdir. 
Iqtisadi  üsullar  təşkilati-inzibati  təsirlər  olmadan  fəaliyyət  göstərə  bilməz. 
Təşkilati-inzibati  üsul  dəqiqlik,  nizam-intizam,  işin  qayda  ilə  aparılmasını  təmin 
edir. Təşkilatı-inzibati üsul əsasən rəhbərin səlahiyyətinə və hüququna istinad edir. 
Təşkilati-inzibati  üsul  idarəetmə  obyektinə  əmr,  sərəncam,  operativ  göstəriş, 
bunların yerinə yetirilməsinə nəzarət, əmək intizamını təmin etməyə yönəlib. 


 
132
Bu üsullar əmək və təsərrüfat qanunvericilik hüquqi aktları ilə tənzimlənir. 
Təşkilatı-inzibati üsulların üç forması özünü göstərir: 
1. Məcburi göstəriş (əmr, qadağan və s.); 
2. Saziş formaları (məsləhətləşmə, kompromislərlə həlletmə); 
3. Tövsiyələr, təkliflər (məsləhət, izah etmək və s.);  
Təşkilati-inzibati  üsulların  bütün  formaları  bir  cəhətdə  eynidir  ki,  bunlar  da 
rəhbər  orqanların  tapşırıq,  qanun  və  qərarlarına,  əmr  və  sərəncamlarına  əməl 
olunmasına yönəlib. 
Təşkilati-inzibati   üsulların   digər  üsullardan  fərqi  ondadır  ki, direktivlərin 
dəqiq  ünvanı  göstərilir,  sərəncam  və  göstərişləri  yerinə  yetirmək  məcburidir.  Bu 
sərəncam və göstərişləri yerinə yetirməmək icraçılıq intizamını pozmaq deməkdir. 
Rəhbərlik  üsulları  kollektivdə  müvafiq  tabeçilik  prinsipləri  sistemi  ilə 
formalaşır.  Tabeçilik  formaları  xoşniyyətli  olmalı,  kollektivdə  inkişafa  kömək 
etməli,  təəssüf  hissinə,  əsəbiliyə,  stressə  yol  verilməməlidir,  rəhbərlik  və 
tabeçilikdə olanlarla qarşılıqlı anlaşma olmalıdır. 
Idarəetmə  fəaliyyətində  inzibati  təsir  bir  qayda  olaraq  üç  tip  tabeçiliklə 
ə
laqədardır: 
1. Məcburi və zahirən qəbul olunmuş, xoşagəlməz asılılıq hissi  ilə  müşayiət  
olunan,  yuxarıdan  təzyiq  kimi  başa düşülən tabeçilik; 
2. Müstəqil qərar qəbul etmək iqtidarına malik olmayan passiv tabeçilik; 
3.  Rəhbəri  və  tabeçilikdə  olanları  təmin  edən,  başa  düşülən,  dərk  olunan, 
daxilən əsaslandırılan tabeçilik. 
Təşkilati-inzibati  üsullardan  istifadə  etməklə  idarəetmə  sisteminin  inkişafına 
və idarəetmə obyektinə məqsədyönlü, əlverişli təsir göstərmək olar. Lakin birbaşa 
təsir son nəticədə passiv tabeçiliyə və hətta gizli itaətsizliyə gətirib çıxara bilər. Ən 
səmərəli dolayı təsir üsuludur. 
Bu  zaman  tabeçilikdə  olanların  qarşısına  vəzifə  qoyulur  və  həvəsləndirmə 
şə
raiti yaratmaqla həyata keçirilir. 
Təşkilati-inzibati üsul qanunvericilik (normativ aktlar) aktları sistemi və güclü 
menecerin  səlahiyyətinə  söykənir  və  menecmentin  digər  üsulları  kimi  oxşar 


 
133
vəzifələri  yerinə  yetirir,  lakin  bunu  təşkilati  və  sərəncamlar  vasitəsilə  idarəetmə 
sisteminə təsir göstərməklə həyata keçirir. 
Idarəetmənin  sosial-psixoloji  üsulu  -  Bildiyimiz  kimi,  əməyin  səmərəli 
olması  psixoloji  amillərdən  müəyyən  dərəcədə  asılıdır.  Menecerin  vəzifəsi  ondan 
ibarətdir  ki,  bu  amilləri  təyin  edib,  onlardan  məqsədyönlü  və  səmərəli  istifadə 
edərək vahid və yekdil bir kollektiv yarada bilsin. Menecer hər bir insanın hərəkət 
tərzini,  xarakterini  bilməklə  onun  fəaliyyətini  proqnozlaşdırıb  kollektiv  və  işin 
səmərəsi  üçün  lazım  olan  səmtə  yönəltməlidir.  Bunun  üçün  psixofizioloji 
uyğunlaşma prinsipinə riayət etməklə kollektivdə yaxşı mühit yaratmaq olar. 
Yapon  sosioloqları  iddia  edirlər  ki,  insanın  əhval-ruhiyyəsi,  onun  yaxşı  və 
səmərəli  işləməsi,  kollektivdə  olan  mənəvi-psixoloji  şəraitdən  çox  asılıdır. 
Kollektivə  səmərəli  təsir  göstərmək  üçün  ayrı-ayn  işçilərin  mənəvi  və  psixoloji 
vəziyyətini  öyrənmək  kifayət  deyil,  həm  də  qrupların  sosial-psixoloji 
xarakteristikasını bilmək lazımdır. Bu məqsədlə sosial-psixoloji üsullardan istifadə 
olunur. Bunlar mənəvi həvəsləndirmə və şəxsiyyətə psixoloji təsir yolları ilə həyata 
keçirilir.  Bu  üsulun  əsas  məqsədi  kollektivdə  müsbət  sosial-psixoloji  mühit 
yaratmaqla tərbiyəvi, təşkilati, iqtisadi məsələləri həll etməkdir. 
Menecer təbiətin bioloji və şəxsiyyətin daxili aləmini başa düşərsə, kollektivi 
daha sıx birləşdirə bilər, işçilərin daha fəal və səmərəli işləməsinə nail ola bilər. 
Mehmanxana  idarəçiliyində  sosial-psixoloji  üsullardan  geniş  istifadə 
olunarsa,  işçilərin  fəaliyyəti  və  tələbatı  vaxtında  nəzərə  alınar  və  idarəetmədə 
müvafiq qərarlar qəbul etməyə imkan verər. 
Sosial-psixoloji üsul tələb  edir  ki,  kollektivə  idarəetmənin  müxtəlif  yollarını 
dərindən bilən mahir və çevik menecer rəhbərlik etsin. 
Kollektivə  əsas  təsir  vasitələrindən  biri  də  inandırmaqdır.  Menecer 
inandırarkən  işçilərlə  birgə  iş  fəaliyyəti  zamanı  yaranan  münasibətləri  və  insan 
təbiətini nəzərə almalıdır. 
6. Idarəetmənin üslubu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə