Ailə büdjəsinin bölüşdürülməsi. Müxtəlif istehlakçılar müxtəlif amillərdən (məsələn, sta-tusundan, hansı sosial qrupa aid olmasından, mədəni səviyyəsindən və s.) asılı olaraq öz gəlirlərini müxtəlif məhsulların alınmasına yönəldirlər, yəni onu müxtəlif jür bölüşdürürlər. Başqa sözlə desək, ailə büdjəsinin bölüşdürülməsi ailənin istehlak strukturunu xarakterizə edir.
Sosial siniflər. Sosial siniflər oxşar dəyərlər sisteminə, maraqlara və davranışa malik olan nisbətən stabil ijtimai qruplardır. Ölkə əhalisi peşə fəaliyyətinə, təhsil səviyyəsinə, maddi rifah halına və s. xüsusiyyətlərinə görə sosial siniflərə bölünürlər. Konkret sosial sinifə daxil olan hər bir alıjının davranışı və məhsula münasibəti həllediji dərəjədə həmin sosial sinfin davranışı və münasibətilə müəyyənləşir, onlar bu və ya digər məhsulun satın alınmasına dair qərar qəbul edərkən həmin sosial sinfə daxil olan digər şəxslərin rəyini nəzərə alırlar. Buna görə də bir çox müəssisələr məh-sulların hazırlanmasında konkret sosial sinfin davranışını, tələbatlarını və digər xüsusiyyətlərini nəzərə alır və buna uyğun olaraq öz məhsullarını differensiallaşdı-rırlar.
Dostları ilə paylaş: |