Mövzu liZİnq xiDMƏTLƏRİ bazarinda marketinq fəALİYYƏTİ Lizinq – iqtisadi-hüquqi kateqoriya kimi


Şəkil 6.6.Оpеrаtiv lizinq zаmаnı sövdələşmə iştirакçılаrının fəаliyyət аrdıcıllığı



Yüklə 388,5 Kb.
səhifə6/11
tarix25.04.2023
ölçüsü388,5 Kb.
#106873
1   2   3   4   5   6   7   8   9   10   11
M-vzu-78

Şəkil 6.6.Оpеrаtiv lizinq zаmаnı sövdələşmə iştirакçılаrının fəаliyyət аrdıcıllığı

Operativ lizinqdə müqavilə müddəti avadanlığın normativ həllini nəzərdə tutur. Bu, tam xidmət müddətindən qisa olur və lizinq alan tərəfindən ödənilən amortizasiyanı və mülkiyyət lizinq ödənişləri avadanlığın dəyərini tam əhatə etmir. Lizinq hüququ ilə bağlı risklərin şirkətləri operativ lizinqə verdikləri avadanlıqları ya ikinci dəfə lizinq alanın hesabına lizinqə verməklə, ya da satmaqla avadanlığın tam qiymətini yazılmasını nəzərdə tutmur. Maliyyə lizinqindən fərqli olaraq operativ lizinq sazişləri kreditin alınması vasitəsilə deyil, investisiya edilməsi yolu ilə problemin həllini nəzərdə tutur. Bu, tam amortizasiyanı və mülkiyyət hüququ ilə bağlı risklərin lizinq alanın hesabına yazılmasını nəzərdə tutur. Müəssisələr tərəfindən operativ lizinq əsasən çox sürətlə inkişaf edən texnika vasitələrinin əldə edilməsində istifadə olunur. Belə ki, bəzi avadanlıqların texniki cəhətdən saz vəziyyətdə olmasına baxmayaraq, bazara yeni modellərin təqdim edilməsi ilə bu avadanlıqların mənəvi köhnəlməsi hadisəsi baş verir və nəticədə bir müəssisə üçün istehsal avadanlıqlarının hamısının yenilənməsi böyük ölçüdə maliyyə vəsaitləri tələb edir. Operativ lizinqdə isə bu avadanlıqlar icarəyə götürülərək rahatlıqla belə vəziyyətlərdən çıxış yolu əldə edilir.


Lizinqin digər mühüm növləri isə aşağıdakılardır:
Sublizinq - lizinq müqaviləsi üzrə lizinq verəndən almış olduğu obyektin lizinq alan tərəfindən sublizinq müqaviləsinə əsasən üçüncü şəxsin sahibliyinə və istifadəsinə verilməsidir. Sublizinqin müddəti əsas lizinq müqaviləsi müddətindən çox ola bilməz. Yenə də sərəncam vermək hüququ bir mülkiyyətçi kimi lizinq verəndə qalır və obyektin lizinq alan tərəfindən sublizinqə verilməsinə onun yazılı razılığı olmalıdır.
Qaytarma lizinqi - ikitərəfli münasibətə əsaslanır. Yəni, qaytarılan lizinq növündə lizinq alan həm də satıcı qismində çıxış edir və sanki üçüncü tərəf olur. Beləki, sahibkar istehsal fəaliyyətini davam etdirmək istəyir və onun bu fəaliyyəti davam etdirmək üçün vəsaiti yoxdur. Amma satmaq üçün əsas kapitalı vardır. Bu zaman sahibkar həmin əsas vəsaiti müəyyən bir lizinq şirkətinə satır və yenidən lizinq şirkəti ilə müqavilə bağlayaraq həmin vəsaiti lizinq obyekti kimi istifadə edir. Göründüyü kimi burada maliyyə vəsaiti ilə bağlı çətinliyi olan sahibkar əsas kapitalını satmaqla dövriyyə vəsaitlərinin artırılması üçün pul əldə edir, eyni zamanda lizinq yolu ilə özünün satmış olduğu əsas kapitala yenidən sahib olur .
Ayrıca lizinq və ya əlavə maliyyə vəsaitinin cəlb edilməsi vasitəsilə lizinq. Bu, lizinqin ən mürəkkəb növüdür. Belə ki, o, çoxkanallı maliyyələşdirmə ilə bağlıdır və bir qayda olaraq, bahalı layihələrin gerçəkləşdirilməsi üçün tətbiq olunur. Onun fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, lizinq verən avadanlıq alarkən, öz vəsaitindən onun tam dəyərini deyil, bir hissəsini ödəyir. Qalan məbləği o, bir və ya bir neçə kreditordan borc götürür. Bu halda lizinq şirkəti əmlakın tam dəyəri əsasında hesablanan bütün vergi imtiyazlarından yararlanmaqda davam edir. Bu lizinq növünün daha bir xüsusiyyəti ondan ibarətdir ki, lizinqə verən yerli maliyyə-kredit münasibətləri üçün çox da səciyyəvi olmayan şərtlər əsasında borc götürür. Borc alan lizinq verən borcun qaytarılması üçün kreditorlar qarşısında məsuliyyət daşımır, borc lizinq ödənişlərinin hesabına qaytarılır. Ona görə də, bir qayda olaraq, lizinq verən borc ödənilənədək kreditorların xeyrinə əmlakını girov qoyur və borcun ödənilməsi əvəzinə lizinq ödənişlərinin bir qismini almaq hüququnu onlara güzəştə gedir. Beləliklə, saziş üzrə əsas risk kreditorların- banklar, sığorta şirkətləri, investisiya fondları və ya başqa maliyyə müəssisələrinin üzərinə düşür, borcun qaytarılmasına təminat isə lizinq ödənişləri və lizinqə verilən əmlak olur. Qərbdə lizinq sazişlərinin 85%-dən çoxu ayrıca lizinq əsasında qurulub.
Kompensasiya lizinqi. Bu lizinq növünün əsas xüsusiyyəti lizinq haqqının forması ilə şərtlənir. Belə ki, lizinq alan lizinq haqqını icarəyə götürdüyü avadanlığın tətbiqi nəticəsində əldə etdiyi məhsul formasında ödəyir. Ödəniş lizinq alan tərəfindən xammal və yarımfabrikatlar verməklə də, həyata keçirilə bilər ki, onların lizinq avadanlığının istifadəsi ilə heç bir əlaqəsi yoxdur.
Verilən əmlakın xidmət həcminə görə lizinq “təmiz” və “yaş” lizinqə bölünür: Təmiz lizinqdə əmlaka bütün xidmətlərin göstərilməsini icarəçı öz üzərinə götürür. Ona görə də bu halda avadanığa xidmət göstərmə xərcləri lizinq ödənişlərinə daxil edilmir. Bu lizinq növü maliyyə lizinqi üçün səciyyəvidir. “Yaş” lizinqdə avadanlığa məcburi xidmətin göstərilməsi, onun təmiri, sığortası və lizinqə verənin üzərinə düşən başqa əməliyyatlar nəzərdə tutulur. Bu xidmətlərdən başqa, icarəçilik arzusu ilə icarəyə verən ixtisaslı heyətin hazırlanması, hazır məhsulun marketinq və reklamı, xammalın tədarükü və s. üzrə öhdəlikləri öz üzərinə götürə bilər. Demək olar ki, “yaş” lizinq operativ lizinq üçün səciyyəvidir. Azərbaycanda lizinq xidmətləri bazarı tam formalaşmayıb, lizinq obyektlərinə keyfiyyətli texniki xidmət göstərən lizinq şirkətləri əməli olaraq çox zəifdir. Bununla əlaqədar olaraq, lizinqin daha çox yayılmış növü təmiz lizinqdir.
Lizinq obyektinin “hərəkət edib-etməməsi” əlamətinə görə lizinqin iki növü fərqləndirilir:
a) mobil lizinq daşınan əmlak növlərinin lizinqə verilməsidir.
b) immobil lizinq isə bunun əksinə olaraq daşınmaz əmlakın lizinqə verilməsini nəzərdə tutur.
Lizinq sövdələşmələrinin iştirakçılarının milli mənsubiyyətinə görə lizinq aşağıdakı növlərə bölünür:
1) daxili lizinq- lizinq sövdələşməsinin bütün iştirakçıları bir ölkədəndir.
2) beynəlxalq lizinq- Bu, öz növbəsində aşagıdakı növlərə bölünür:

Yüklə 388,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə