Mövzu liZİnq xiDMƏTLƏRİ bazarinda marketinq fəALİYYƏTİ Lizinq – iqtisadi-hüquqi kateqoriya kimi


Cədvəl 6.2 Azərbaycanda fəaliyyət göstərən əsas lizinq şirkətlərinin təsisçiləri



Yüklə 388,5 Kb.
səhifə10/11
tarix25.04.2023
ölçüsü388,5 Kb.
#106873
1   2   3   4   5   6   7   8   9   10   11
M-vzu-78

Cədvəl 6.2
Azərbaycanda fəaliyyət göstərən əsas lizinq şirkətlərinin təsisçiləri



Şirkətin adı

Təsisçilər



Ansar Leasing

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (100%)

Qafqaz Lizinq MMC

Türkiyənin NAB şirkətlər qrupu (100%)

Joint Leasing Company

BB-nın DH Leasing LTD (52,4%) Azərbaycan Beynəlxalq Bankı (47,6%)

AG Leasing

AG Bank (35%) İngilis şirkəti Hiperion Capital Managemnet (30%) Amerikan şirkəti Delta Trans LTC (25%) İngilis firması Milio Leasing Limited (10%)

Unileasing QSC

Unibank (66,67%) AYİB (33,33%)

Parex Leasing&Factoring

Latviyanın Parex Bankı (əvvəl) Hollandiyanın SWITLAR Investments (indi)

MCB Lizinq QSC

Pakistanın MCB Bank Limited, Yerli resident

Mənbə: Şirkətlərin rəsmi saytları

Bəzi yerli bankların lizinq xidməti göstərməsi lizinq şirkətlərinin inkişafına mane olur. Bankların daha çox pul kapitalına malik olması onları bazarda lizinq şirkətlərinin güclü rəqiblərinə çevirir. Zəif inkişaf edən lizinq şirkətləri isə bu rəqabət mühitində tab gətirə bilmirlər. Nəticədə ölkədə lizinq portfelinin həcmi aşağı olur.


Bu gün kənd təsərrüfatı sektorunda rəqibsiz lider lizinq şirkəti “Aqrolizinq ASC”dir. Kənd təssərrüfatının inkişafı ilə bağlı olan dövlət sifarişləri yalnız bu şirkətə verilməkdədir. Aqrolizinq ASC-yə həvalə edilmiş tədbirlərin yerinə yetirilməsi üçün 2005-2012-ci illər üzrə dövlət büdcəsindən və digər mənbələrdən 370,63 milyon manat maliyyə vəsaiti ayrılmışdır.
Azərbaycanda (2012- ci il) lizinq bazarının strukturunda 37%-lə tikinti sektoru ilk sırada, 5%- lə isə yüngül və yeyinti sənayesi son sıradadır.
Azərbaycanda lizinq bazarı üçün geniş perspektivlər vardır: qeyri-neft sektorunun inkişafı, kiçik və orta sahibkarlığın stimullaşdırılması, ölkədə dünya səviyyəli yarışların, tədbirlərin həyata keçirilməsi üçün tikinti və yenidənqurma işlərinin artması bunun üçün real faktdır.
Bundan başqa Azərbaycanda lizinq bazarının inkişafı üçün lizinq şirkətlərinin istiqrazlar buraxılmasına da şərait yaradılmışdır. Məsələn, bu il (2013-cü il) Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Finans Lizinq" ASC-nin ümumi dəyəri 500 min manat olan təmin edilməmiş, faizli, sənədsiz, adlı istiqrazlarının emissiya prospektini qeydiyyata almışdır. Emissiya çərçivəsində hər birinin nominal dəyəri 500 manat olan 1000 istiqraz buraxılıb. İstiqrazların tədavül müddəti illik 14 faiz gəlirlik və faiz ödənişinin müddəti 90 gün olmaqla 720 gün təşkil edir. Yerləşdirmənin anderrayteri qismində "Texnika Kapital Menecment" MMC çıxış edir. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası tərəfindən keçiriləcək.
Azərbaycanda İslam lizinqini (İcara) təmsil edən yeganə şirkət Ansar Lizinqdir. Ansar Lizinq Şəriətin haram buyurduğu sahalərə (spirtli içki istehsalı, qumar oyunları və s.) xidmət göstərmir. Maraqlıdır ki, həmin şirkət ölkəmizdə tibb sektoruna investisiya qoymur. Bunun səbəbi tibb sektorunun qeyri-likvid olması ilə əlaqələndirilir. Bu, icaranın tətbiqində əsaslı səbəbdir. Çünki ənənəvi lizinqdən fərqli olaraq İslam lizinqində faiz olmur və ödənişlərin gecikdirilməsi zamanı əldə olunan cərimələr (cərimələr günə 1%-dir, cəmi bir ay davam edir bu proses, bir aydan sonra dayandırılır və müştəri cəmi 30% cərimə olunur.) gəlir kimi istifadə olunmur. Həmin vəsait xeyriyyə məqsədilə istifadə olunur. Lakin buna baxmayaraq, Azərbaycan Respublikasının Vergi qanunvericiliyinə əsasən həmin məbləğ gəlir şəklində vergiyə cəlb olunur. Bu da icara fəaliyyəti göstərən şirkət üçün xərc deməkdir ki, onun üçün bir çətinlik yaradır.
Hazırda Azərbaycanın lizinq bazarında yaranmış heç də sadə olmayan vəziyyət şirkətləri öz faiz dərəcələrini aşağı salmaq haqqında fikirləşməyə vadar edir. Ekspertlərin fikrincə, bazar iştirakçılarının qiymət siyasəti artıq 2014-cü ildə dəyişməyə başlayacaqdır. Bu gün üçün lizinq üzrə orta faiz dərəcəsi məhsuldan asılı olaraq ildə 18-22% civarındadır. Ona görə də digər bir sıra göstəricilərə görə hazırda lizinq öz başlıca rəqibindən - bank kreditləşməsindən geri qalır. Qeyd etmək lazımdır ki, Azərbaycan iqtisadiyyatının beynəlxalq bazarlara inteqrasiyası, ölkənin maliyyə vəsaitlərinin artması, əhalinin gəlirlərinin yüksəlməsi və digər amillər lizinq üzrə faizlərə təsir göstərirlər. Hesab edirik ki, 2013-2015-ci illərdə də çox olmayacaq. Belə ki, bu prosesin tədriclə gedəcəyi proqnozlaşdırılır. Lizinq sferasında faiz dərəcəsinin daha çox aşağı salınması yalnız dövlətin müdaxiləsi və yaxud da çox iri investorun bu bazara gəlişi sayəsində mümkün olacaqdır.
Bazarda lizinqin digər maliyyə xidmətlərinə nisbətən daha çox rəqabət qabiliyyətliliyi ola bilməsini ləngidən bir sıra maneələr heç son illərdə də (2010-2012-ci illərdə) aradan qaldırıla bilməmişdir. Bazar üçün ən ağrılı məsələ əlavə dəyər vergisinin (ƏDV-nin) ödənilməsi problemidir ki, bu da lizinq əməliyyatlarının imkanlarını ciddi surətdə məhdudlaşdırır. Mövcud qanunvericiliyə görə indiki vəziyyətdə lizinq verilməsi üçün əldə edilən əsas vəsaitlər ƏDV-yə cəlb olunur, lakin digər tərəfdən, lizinq əməliyyatları bu vergidən azad olunmuşdur. Belə olan halda lizinqalan lizinqverən tərəfindən mal alışı zamanı ödənilmiş ƏDV üzrə qarşılıqlı hesablaşma etmək imkanına malik olmur. Nəticədə lizinqalan ikiqat ƏDV ödəmək məcburiyyətində qalır. Əgər bu vəziyyəti istisna etsək, onda belə alınacaqdır ki, lizinq şirkətlərinin xidmətləri ƏDV-yə cəlb olunacaq və 18% baha olacaqdır. Bununla yanaşı qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 31 yanvar 2005-ci ildə qəbul olunmuş 12 saylı qərarın icrası mümkün deyildir. Həmin qərar lizinq sektorunun stimullaşdırılması məqsədilə qəbul olunmuş və burada ölkəyə mal idxalı zamanı ƏDV-də azad olunmuş bir sıra əsas vəsait növlərinin siyahısı öz əksini tapmışdı. Lakin təəssüflər olsun ki, həmin qərarın heç bir işçi mexanizmi yoxdur. Nəticədə çox böyük vergi yükü işləyən şirkətlərin çiynində ağır yük kimi oturur və bu bazara yeni oyunçuların daxil olmaq arzusunu ürəyində qoyur. Bununla yanaşı, lizinq predmetinə sürətləndirilmiş amortizasiyanın tətbiqi üzrə mövcud imtiyazların ləğvi əsas vəsaitlərin modernləşdirilməsinə mənfi təsir göstərir.
İqtisadiyyatın qeyri-neft sektorunun inkişafını stimullaşdıran lizinq sferasının inkişafı üçün ƏDV məsələsinin həlli daha böyük səmərə verə bilərdi. Bu, avadanlıq və digər əsas vasitələrin təzələnməsi əməliyyatları üzrə lizinq sövdələşmələri həcminin və sayının xeyli artımına, sahibkarlığın inkişafına gətirib çıxaracaqdır ki, bu da nəticədə dövlət büdcəsinə vergi daxilolmalarının artımında özünü göstərəcəkdir.
Bununla yanaşı, hər bir şirkətin nəqliyyat vasitələrinin qeydiyyatı, avadanlığın qaytarılması, qaytarma lizinq ilə bağlı öz problemləri vardır. Mövcud qanunvericilik aktlarına görə, vergi orqanları lizinq predmetinin yeni lizinqalana təkrar lizinq şirkətləri üçün çox böyük problem yaradır. Lizinqalanın defoltu halında lizinq şirkətlərinin mövcud problemlərinə lizinq predmetinin təkrar satışı zamanı meydana çıxan vergi yükü də əlavə olunur.
Bundan başqa, şirkətlər hüquqi xarakterli, xüsusilə də məhkəmələrdə məsələlərin həlli ilə bağlı problemlərlə üzləşirlər. Elə hallar olur ki, bəzən şirkətlər müştəri tərəfindən haqqı ödənilməmiş avadanlığı geri götürməyə cəhd edərkən problemlə qarşılaşırlar. Məhkəmələr isə təəssüf ki, Mülki Məcəllədə və digər qanunvericilik aktlarındakı müddəalara istinad edərək heç də həmişə obyektiv qərarlar qəbul etmirlər. Həqiqətən də bu gün şirkət tərəfindən bazarın təhlilinin çatışmazlığı hiss olunur. Lizinq bazarı bu gün kifayət qədər tədqiq olunmur ki, bu da bazarda trendlərin tapılmasına və yeni məhsulların inkişafına mane olur. Şirkətlər daha çox bu günlə yaşayırlar. Onlar bu və ya digər səbəbdən hazırda yaxşı satılan məhsullarla işləyir və portfellərinin diversifikasiyası haqqında fikirləşmirlər. Bunun nəticəsi bazarda trendlərinə uyğun yeni məhsulların olmaması sayılır. Şirkətlərin işində başqa bir problem onların öz müştərilərini kifayət qədər öyrənməməsi hesab olunur. Onlar müştərilərin ödəniş qabiliyyətini pis yoxlayırlar. Bu sahədə mükəmməl tədqiqatların olmaması gələcəkdə bir sıra problemlərin yaranmasına səbəb olur.
Hesab edirik ki, əgər nəzarət orqanının şəxsində dəstək qazanmış olarsa, dövlət tənzimlənməsi yuxarıda sadalanan problemlərin həlli prosesinin katalizatoru ola bilər. Fikrimizcə, məhz nəzarət orqanının olmaması üzündən kapitallaşdırmaya yönəldilmiş mənfəət vergisi ödənişindən azad etmə üzrə 2009-cu ildən tətbiq olunmuş vergi güzəştlərindən yalnız banklar və sığortaçılar bəhrələnmişdir.
Fikrimizcə, qanunvericilikdə bəzi boşluqlar vardır. Belə ki, burada təkrar və əməliyyat kimi lizinq növlərinin əks olunması lizinq şirkətlərinin əməliyyat meydançasını kiçildir və ikili şərh olunur.
Keçən dövrdə bazarın bütün əsas problemlərinin qalmasına baxmayaraq, onun müəyyən dərəcədə inkişafı müşayət olunmaqdadır. Ölkə iqtisadiyyatının bir çox sahələr üzrə inkişafı, xüsusilə də infrastruktur quruculuğunun genişləndirilməsi şirkətlərin portfellərinin inkişafı üçün şərait yaratmışdır. Bununla yanaşı, şirkətlərin əksəriyyəti öz köhnə borclarının ödənilməsi ilə,problemli kreditlərin, problemli lizinqlərin qaytarılması ilə məşğul olmuşlar.
Hesablamalar göstərir ki, Azərbaycanın lizinq bazarının potensialı mövcud bazar həcmini 7 dəfədən çox ötür. Bazar üçün onun ölkənin ÜDM-də payının 2%-ə qədər məqbul saymaq olar (2011-ci ildə Azərbaycanda ÜDM-in həcmi 63,7 mlrd. dollar təşkil etmişdir). Belə olan halda bu gün lizinq şirkətlərinin portfelinin ümumi həcmi 1,3 mlrd.dollara qədər təşkil etməlidir, halbuki o, bu gün 170-180 mln. dollardan yuxarı deyildir.
Ölkənin İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanmış Azərbaycanın 2011-2025-ci illərdə uzunmüddətli iqtisadi inkişaf strategiyasında ölkənin ümumi daxili məhsulunda lizinq portfelinin xüsusi çəkisinin 2009-cu ildəki 0,5%-dən 2025-ci ildə minimum 3%-ə çatdırılması nəzərdə tutulur. Strategiyaya əsasən 2009-cu ildə ölkənin lizinq bazarının həcmi 215 mln. dollar təşkil etmişdirsə, 2025-ci ildə 3,108 mlrd. dollar portfelin əldə olunması proqnozlaşdırılır.
Bu məqsədlərə nail olunması üçün lizinq təşkilatlarını uzunmüddətli maliyyə vəsaitləri ilə təmin etmək, lizinq obyektlərində sürətləndirilmiş amortizasiya mexanizminin tətbiqinə icazə vermək, ixtisaslaşdırılmış lizinq fondu yaratmaq planlaşdırılır. Həmçinin ölkədə iri infrastruktur və investisiya layihələrinin icrasında mühüm maliyyə mənbəyi kimi lizinqin payının artırılması üzrə tədbirlərinin həyata keçirilməsi kənd təsərrüfatının texniki təminatının yaxşılaşdırılması planlaşdırılır.
Ölkənin lizinq bazarının vəziyyəti göstərir ki, artıq bu gün həmin tədbirlərin reallaşdırılmasına böyük tələbat vardır. Hesab edirik ki, məhz dövlət lizinq sektorunun inkişafına impuls verəcək və respublika iqtisadiyyatının inkişafına pozitiv təsir göstərəcəkdir.

Yüklə 388,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə