Mövzu liZİnq xiDMƏTLƏRİ bazarinda marketinq fəALİYYƏTİ Lizinq – iqtisadi-hüquqi kateqoriya kimi



Yüklə 388,5 Kb.
səhifə1/11
tarix25.04.2023
ölçüsü388,5 Kb.
#106873
  1   2   3   4   5   6   7   8   9   10   11
M-vzu-78


MÖVZU - 7. LİZİNQ XİDMƏTLƏRİ BAZARINDA MARKETİNQ FƏALİYYƏTİ


1. Lizinq – iqtisadi-hüquqi kateqoriya kimi
2. Lizinqin fərqli xüsusiyyətləri və üstünlükləri
3. Lizinq sövdələşmələrinin həyаtа кеçirilməsi qаydаları
4. Lizinqin təsnifləşdirilməsi əlamətləri və növləri
5. Lizinq xidmətlri bazarında marketinqin xüsusiyyətləri və əsas funksiyaları
6. Azərbaycanda lizinq bazarının inkişafının əsas xüsusiyyətləri, inkişaf istiqamətləri və mövcud problemlər


1. Lizinq – iqtisadi-hüquqi kateqoriya kimi
Lizinq sövdələşmələri hələ eramızdan əvvəl qədim Şumerdə tətbiq olunmuşdur. Tarixçilər bilidirirlər ki, Aristotel e.ə. 350-ci ilidə yazdığı "Sərvət - mülkiyyət hüququnda deyil, ondan istifadədədir" adlı əsərində bu fikrə toxunmuşdur. Venesiyada XI əsrdə lizinq sövdələşmələrinə bənzər sövdələşmələr olunmuşdur. Belə ki, venesiyalılar ticarət gəmilərinin sahiblərinə o zamanlar bahalı sayılan lövbərlərini icarəyə verirdilər. Səyahət başa çatdıqdan sonra isə lövbərlər sahiblərinə geri qaytarılırdı və yenidən icarəyə verilirdi.
İqtisadi leksikona lizinq (ingiliscə "lease" – icarəyə vermək) sözünün daxil olması Bell telefon şirkətinin fəaliyyəti ilə bağlıdır. Şirkət rəhbərliyi 1877-ci ildə öz telefonlarını satmaq əvəzinə, onları icarəyə vermək qərarına gəldi. Lakin əsas fəaliyyəti lizinq əməliyyatları olan ilk cəmiyyət 1952-ci ildə San-Fransisko şəhərində yaranmış "United States Leasing Corporation" olmuşdur. Beləliklə, Amerika Birləşmiş Ştatları yeni bir biznes növünün vətəni oldu.
Amerika Birləşmiş Ştatlarında lizinq biznes növləri arasında xüsusi yer tutur. Müxtəlif xidmətlər təklif edən lizinq şirkətlərinin sürətli artımı və lizinq sövdələşmələrinin şərtlərinin modifikasiyası müxtəlif iqtisadi sferalardan olan sahibkarlar tərəfindən investisiya vəsaitlərinin alınmasının müxtəlif yollarını müəyyən etdi. Sonradan lizinq şirkətləri maliyyə-lizinq cəmiyyəti adını aldılar. Onlar istehsalçıya onun malını icarəyə vermək yolu ilə satışda kömək edir, sövdələşmələrin maliyyələşdirilməsi və onlarla bağlı risklərin bölünməsini təşkil edirdilər.
Qərbi Avropada ilk maliyyə-lizinq cəmiyyətləri XX-ci əsrin 50-ci illərinin sonu, 60-cı illərinin əvvəllərində yaranıb. Lakin lizinq əməliyyatlarının inkişafının qarşısını onların statuslarının vergi və vətəndaş qanunvericiliyində qeyri-müəyyən olması alırdı. Yalnız vergi qanunvericiliyində lizinq müqavilələri öz əksini tapdıqdan sonra, lizinq əməliyyatlarının inkişafı tempi artmışdır. Məsələn: birinci lizinq şirkəti olan "Lokafrans" 1982-ci ildə yaradılıb, 4 il sonra isə onların sayı 30-dan çox idi. 1987-ci ildə Fransada illik müqavilə dövriyyəsi 57 milyard frank olan daşınan əmlakla bağlı əməliyyatlar aparan 56 lizinq şirkəti və daşınmaz əmlakla bağlı əməliyyatlar aparan 94 lizinq şirkəti fəaliyyət göstərirdi. Bu şirkətlər ölkənin iqtisadi cəhətdən geridə qalmış regionlarının inkişafına təkan verdi. Fransa hökuməti yerlərdə sahibkarlığın inkişafı planının bir hissəsi kimi bu şirkətlərin fəaliyyətini genişləndirir. Lizinq şirkətlərinin stimullaşdırılması, vergidən azad edilməsi, itkiləri kompensasiya edən xüsusi fondların yaradılması və s. vasitəsilə həyata keçirilir. Fransanın ən böyük lizinq şirkətləri "Lokfrans", "Slibay", "Lokabay", "Sofimoboy", "Sliminiko" və başqaları sayılırlar.
İtaliyada ilk lizinq şirkəti 1963-cü ildə yaradılıb, bu növ şirkətlərin sürətli artımı isə 1970-1980-ci illərə təsadüf edir. 1980-ci illərdə ölkədə mövcud olan lizinq şirkətlərinin böyük hissəsi xırda və orta tipli idilər. Onların arasında "Assimo" milli assosiasiyasının üzvü olan 50 böyük lizinq şirkəti var idi. Bu dövrdə 10 daha böyük lizinq şirkətinin payına bütün əməliyyatların 80%-i düşürdü. Ölkənin "Lokafit", "Gentrolizinq", "Savay zinq", "Lokat" kimi şirkətləri 30 min müəssiəyə xidmət göstərirdi.
Lizinq özündə bank krediti, icarə, investisiya elementlərini cəmləşdirən münasibətlər kompleksidir. Lizinq, lizinq verənlə lizinq alan arasında əksər hallarda uzunmüddətli xarakter daşıyan maliyyə sazişidir. Lizinq müqaviləsinə görə lizinq verən lizinq alana lazım olan əmlakı satıcıdan mülkiyyət hüququ ilə əldə etməli və lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməlidir. Lizinq - sənaye avadanlıqlarının, maşınların, yeni texnologiyaların, istehsal təyinatlı bina və tikililərin istifadəsinin xüsusi sahibkarlıq fəaliyyəti formasıdır. Hal-hazırda lizinq ixtiyari istehsalın inkişafı üçün kapital qoyuluşlarının edilməsində əsas maliyyə mənbəyidir. Lizinqin bir sıra üstün cəhətləri vardır, onlara aşağıdakıları nümunə göstərə bilərik:
Lizinq üzrə maliyyələşdirmə bank kreditlərindən daha uzunmüddətlidir. Belə ki, Azərbaycan banklarında 18 aydan artıq olan müddət üçün kredit verilmir, lakin lizinq üzrə kreditlərin verilməsində ən azı üç illik müddət nəzərdə tutulur, maliyyə lizinqi sürətli amortizasiya hesabına, kredit alana onun öz vergi borcları yükünü yüngülləşdirməyə imkan verir.Vergiyə cəlb edilmə məqsədilə lizinq üzrə ödəmələr lizinqə vəsaiti hesabına əldə olunmuş əmlakın dəyərinin ödəniş kimi qəbul edilir və vergiyə cəlb olunan mənfəətin məbləğindən çıxılır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə müvafiq olaraq, lizinqə alınmış əmlakın dəyərinin ölçülməsi üçün ammortizasiya xərcləri sürətli hesablana bilər. Lizinq üzrə öhdəliklər maliyyə-kredit təşkilatlarından yeni kreditlərin alınmasının qarşısını almır və s.
Artıq 80-ci illərin əvvəllərindən lizinq fenomeni sadə uzunmüddətli icarə kimi deyil, özündə icarə münasibətləri, təminatlı kredit maliyyələşdirilməsi elementlərini, borc öhdəlikləri üzrə hesablaşmaları və digər maliyyə mexanizmlərini birləşdirən əlavə perspektivli maliyyələşdirmə sistemi kimi qəbul olunur. Lizinq əməliyyatları bank strukuturları ilə sahibkarları istehsalın maliyyələşdirilməsi üçün əməkdaşlıq etməyə sövq edir.
Lizinq biznesi sahibkarlıq fəaliyyətinin xüsusi sferası kimi fəaliyyət göstərir. Əgər lizinqdən geniş surətdə istifadə olunarsa, o istehsalın texniki təchizatının, Azərbaycan iqtisadiyyatının yenidən təşkilinin və bazarın yüksək keyfiyyətli mallarla doldurulmasının güclü impulsu kimi çıxış edə bilər. Lizinq sövdələşmələrinin effektivliyi özünü investisiya prosesinin aktivləşdirilməsində, lizinqalan müəssisənin maliyyə durumunun yaxşılaşmasında, xırda və orta biznesin rəqabət qabiliyyətliliyinin artırılmasında göstərir.
Ümumiyyətlə qeyd etmək lazımdır ki, inflyasiyanın yüksək templərində, qeyri-stabil vergi qanunvericiliyi, lizinq əməliyyatlarını tənzimləyə biləcək normativ aktların yoxluğu zamanı lizinq əməliyyatlarının həyata keçirilməsi riskli olur. Bir çox kommersiya bankları yüksək mənfəətli malların (EHM, videotexnika, avtonəqliyyat vasitələri) satışı üzrə müqavilələri lizinq müqaviləsi adı altında gizlədirlər. Bəzən də elə olur ki, kommersiya bankları lizinq əməliyyatları üzrə az biliyə malik olduqlarından bir çox digər xidmətləri də lizinq əməliyyatlarına daxil edirlər.
Lizinq – ixtisaslaşmış lizinq şirkətinin, firmasının, bank şöbəsinin lizinqalan üçün əmlak olaraq, həmin əmlakın müəyyən müddətə icarəyə verilməsi ilə əlaqədar olaraq əsas vəsaitlərə investisiya qoyuluşunun maliyyələşdirilməsidir. Müddətindən asılı olaraq 3 növ icarə müqaviləsi mövcuddur:
1. Qısamüddətli icarə (rentinq, ing: renting) – 1 gündən 1 ilə qədər müddətə;
2. Ortamüddətli icarə (hayrinq, ing: hiring) – 1 ildən 3 ilə qədər müddətə;
3. Uzunmüdəətli icarə (lizinq, ing: leasing) – 3 ildən 20 ilə qədər.
Lizinq dedikdə, maşın və avadanlıqların uzunmüddətli icarəsi başa düşülür. Bu zaman istehsal məqsədilə avadanlıq və maşınlar icarəçi tərəfindən icarədara verilir. Müqavilənin bütün müddəti ərzində mülkiyyət hüququ icarəçidə qalır.Bundan başqa, lizinqə üçüncü şəxs üçün əmlak əldə edib, bu əmlakı ona uzunmüddətli icarəyə verən, əsas fondlara edilən qoyuluşları maliyyələşdirmənin xüsusi formasında vasitəçilik edən ixtisaslaşmış şirkət kimi də nəzərdən keçirmək olar. Beləliklə, lizinq şirkəti icarədara kredit verir. Buna görə də, lizinqə bəzən "kredi-bay" (fransızcadan tərcümədə - kredit-icarə) deyirlər. Mülkiyyət hüququnun satıcıdan alıcıya keçdiyi alqı-satqı müqvilələrindən fərqli olaraq lizinq müqvilələrində mülkiyyət hüququna icarəçi sahib olur. İcarədar isə, onun müvəqqəti sahibi olur. Lizinq müqaviləsinin müddəti bitdikdən sonra lizinq alan müqvilə obyektini razılaşdırılmış qiymətlə əldə edə, lizinq müqviləsinin vaxtını uzada və ya avadanlığı və ya maşını sahibinə geri qaytara bilər.



Yüklə 388,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə