Mövzu Konfliktologiya elm və tədris fənni kimi. Fənnin predmeti və vəzifələri


Мювзу 11. Təşkilatlarda münaqişələrin həllinin diaqnostikası və vasitələri



Yüklə 1,45 Mb.
səhifə3/5
tarix01.11.2017
ölçüsü1,45 Mb.
#7655
1   2   3   4   5

Мювзу 11. Təşkilatlarda münaqişələrin həllinin diaqnostikası və vasitələri

1. Тяшкилати мцнагишянин спесификасы.

2. Тяшкилати мцнагишялярин сябябляри вя davam etmə шяртляри.

3. Тяшкилати мцнагишялярин функсийалары, мярщяляляри, типляри.

4. Мцнагишянин баша чатмаsı просеси.

1. Тяшкилати мцнагишянин спесификасы.

Тяшкилати мцнагишя kimi тяшкилатın daxilində баш верян спесифик хцсусиййятляри, диэяр тяшкилатларdа гаршылыглы ялагяляри nəticəsində баш верян мцнагишяlər başa düşülür.

Təşkilati münaqişələri müxtəlif cür izah edirlər. Елми менеъментin вя инзибати мяктяб нязяриййячиляри (Тейлор, Вебер вя başqaları) мцнагишяləri arzu olunmaz bir hal кими hesab edirlər. Bu мцяллифляря görə тяшкилатда мцнагишяləri dərhal щялл етмяк лазымдыр.

«Инсан мцнасибятляри» мяктябинə aid олан мцяллифляр belə щесаб едирляр ки, мцнагишяlərдян yayınmaq lazımdır. Онлар тяшкилат дахилиндя зиддиййятляри гябул едирlər, лакин, мцнагишяlərи тяшкилатын гейри-сямяряли işinin və pis идаря olunmasının nəticəsi kimi qəbul edirlər. Онu qeyd etmək lazımdır ki, тяшкилатда йахшы qarşılıqlı мцнасибятляр мцнагишянин йаранмасыны aradan qaldıra биляр.



2. Тяшкилати мцнагишялярин сябябляри вя davam etmə шяртляри.

Tяшкилати мцнагишяnин ясас мянбяйи kimi формал вя гейри-формал ялагяляр арасында olan əsaslı зиддиййятляр qəbul olunur.

Тяшкилати мцнагишяnин конкрет сябябляри kimi ашаьыдакылар гəbul olunur:

1. Qайдаларын, rегламентлярin дягиг olmaması.

2. Ишчилярин вя тяшкилатın мцхтялиф бюлмяляринin мягсяд вя мараглары­нын bir-birindən фярглянмяси.

3. Субйектив характер дашыйан сябябляр qrupu:

a) Tяшкилати – идаряеtmə-təşkilati, sərəncamverici, idarəetmə функсийа­ла­­ры­ны йериня йетирмяklə rəhbər işçilərin qüsurları;

b) Щцгуги – həm rəhbər, щям дя коллектив тяряфиндян ганунларын, щцгугларын, малиййя intizamının позулмасы;

c) Психоложи – психоложи уйуşmazlıq, негатив qoyuluşun olması. Tяшкилати мцнагишяlər даимидирlər, чцнки, elə бир иътимаи систем йарадылмаq мцмкцн deyildir. Burada hamının tələbatlarını tam ödəmək də mümkün deyildir.

Конфликтолог М. Дойч мцнагишянин davamiyyətinə тясир эюс­тя­­рян ашаьыдакы сосиал-психоложи шяртляри гейд едир:

1. Mцнагишядя олан тяряфлярин хassəляр: онların физики, əqli вя сосиал имканлары, мцнагишя щаггында olan тясяввцрляри;

2. Tяряфлярин мцнагишядян əvvəlки мцнасибятляри: тяряфлярин бир-бирlərи haqqında формалашмыш тясяввцрляри;

3. Mцнагишяйя сябяб олан мяркязи проблем: онун ящямиййяти, проблемин дярк едилмя dərəcəsi;

4. Mцнагишянин davam etməsinin сосиал mühiti: имканлар вя мящдудиййятляр, ялверишли шяраитlər вя maneələr, oнларын мцнагишянин nizamlaması;

5. Mцнагишя тяряфлярляrinin истифадя етдиklərи стратеэийа вя тактика: мцвяfфягиййятin субйектив шансынın гиймятляндирилмяси.

Мцнагишянин иштиракчыларa вя диэяр мараглы тяряфляр цчцн nəticələri мцхтялиф ола биляр.



3. Тяшкилати мцнагишялярин функсийалары, мярщяляляри, типляри.

Тяшкилати мцнагишяnин функсийаларына ашаьыдакылары аид етмяк олар:

1. Групдахили вя групларарасы мцнаqиşялярин сабит quruluşunun qurulması və saxlanılması.

2. Sosiallaşdırma və fярдlərin və qrupların тяшкилати нормалара uyğunlaşması.

3. Hям шагули, щям дя üfüqi мцнагишяlər nəticəsində yaranan дисфунксийаların диагностикасы.

4. Ətraf mühit haqqında informasiyanın əldə olunması.

5. Норма йараdıcılığı (bu zaman мцнагишялярин aradan qaldırılması цчцн йени вязифя тялиматлары hazırlanır)

6. Прогностик, çünki, мцнагишя гаршыdurması заманы sonrakı мягсядqoyma щяйата кечирилир.

7. Юзцнц йениляшдирмя.

Мцнагишянин нязяри olaraq təhlili üçün онун инкишаф мярщя­ля­ля­риni ayırmaq lazımdır. Mцнагишяnin динамикасы цч мярщяляni özündə əks etdirir:



  • мцнагишядян qabaqkı mərhələ;

  • мцнагишя mərhələsi;

  • мцнагишядян сонракы мярщяля.

Birinci мярщяля шяхслярарасы мцнаqиşяляр системиндя зиддиййят­ляр иля характеризя едилир.

Икинъи мярщяля ики фазайа бюлцнцр. Bиринъи fazada əhalinin qarşılıqlı мцнасибятлярi негатив və гярязlilikdən açıq дцшмянчилийя doğru тякамцл yolunu keçir. Икинъи фазада тяряфлярдян бири мцнагишя mənşəли зиддиййятlərи щялл етмяк юз рягибинin üzərinə щцъума кечир, лакин буну аçıq гаршыдурма васитясиля həyata keçirir.

Цчцнъц мярщяля бир нечя фазаdan ibarətdir. Onu qeyd etmək lazımdır ki, яввялcə мцнагишянин нормаллашдырылмасы вя onun ləğv edilməsi məsələsi nəzərdə tutulur. Мцнагишя субйектляри istər-istəməz qarşılıqlı kompromis (qarşılıqlı razılaşma) ilə юз араларында, йаxud цчцнъц тяряфин кюмяйиля данышыглар aparmaq щаггында düşünməli olurlar. Лакин tərəflər bir neçə vaxt buna hazır olmurlar.

Тяшкилатlarда мцнагишяни 4 типə ayırmaq olar:

1) Qрупларарасы münaqişələr;

2) Şяхсiyyətlərля груп арасында мцнагишяляр;

3) Şяхслярарасы мцнагишяляр;

4) Şяхсdaxilи мцнагишяляр.

Ümumiyyətlə, тяшкилатда групларарасы мцнагишя kimi сянайе мцнагишяляри (tətillər) başa düşülür.

Групларарасы мцнагишяляр gizli характер дашыйa bilər. Шяхсiyyətля груп арасында мцнагишя, ayrıca бир шяхс тяряфиндян групvari нормаларын позулмасы zamanı yarana биляр. Шяхслярарасы мцнагишя – тяшкилатда эениш йайылмыш мцнагишя tipidir. Daha tez resursların çatışmazlığı заманı baş verir. Bu münaqişə şəxslərin toqquşması zamanı da baş verir.

Şəxsdaxili münaqişə müxtəlif formalarda baş verir. Daha geniş yayılması bir nəfər tərəfindən eyni zamanda iki rolun oynamasıdır ki, bunlar da ona qarşı bir-birinə uyğun gəlməyən tələblər qoyurlar. Bu münaqişələr işindən razı olmadıqda, stress zamanı baş verir.

Тяшкилатдаkı бцтцн мцнагишяляр son nəticədə ики нювя бюлцнцр:

- шагули münaqişələr;


  • üfüqi münaqişələr.

Üfüqi мцнагишяляр o zaman yaranır ki, ямякдашлар бир-бирlərinə табе deyildirlər. Шагули münaqişənin иштиракчыларı щакимиййятlя мцнасибятдя – табеçiлик vəziyətindədirlər. Rящбяр – табеdə olan formada мяъбурetmə мцнасибятляри мювъуддур ki, bu da rəhbərlə tabedə olan məqsədlərin üst-üstə düşməməsinə və münaqişə vəziyyətinin yaranmasına səbəb olur.

4. Мцнагишянин баша чатмаsı просеси.

Müasir şəraitdə mцнагишя нязяриййяси sahəsindəki мцтяхяссисляр мцнагишянин баша чатмасынын iki бир-бириня əks duran просесиni гейд едилирlər:

1. Münaqişənin nizamlanması;

2. Münaqişənin щялл olunması.

Биринъи üsul рягиб tərəfindən биринин диэяр тяряф üçün əlverişli щярякятя sövq едилмясиндян ибарятдир. Бу йолла ялдя едилмиш “сцлщ” çox da узун çəkmir. Мцнагишянин başa çatmasının əsl yolu oнун щялл едилмясидир. Бу da мцбащисянин мянбяйинин вя məzmununun hər iki rəqib tərəfindən təhlil prosesində əldə olunur. Тяряфлярин dayanıqlı таразлыьы o zaman yaranır ki, onlar мцнагишяni yaradan шяртляри aradan qaldıra bilmişlər.

Odur ki, мцнагишяnин баша чатмасыnın методларыna aшаьыдакыларı aid etmək olar:



  • мцнагишянин yatırılması – səmərəsiz методдур, çünki, мцвяггяти фасиля yaranır, сонра ися мцнагишя даща да güclənir;

  • мцнагишянин “ляьв” edilməsi – бу метод алтында зиддиййят­lərи кюкцндян ləğv etmə cəhdləri başa düşülür ki, bu da təbiətən mümkün deyildir;

  • мцнагишянин щялл едилмяси – müvəffəqiyyət vəd edən йеэаня методдур, çünki, сосиал реаллыьa daha uyğun gəlir.

Beləliklə, mцнагишянин щяллinin формалары ашаьыдакылар da ола билярlər:

- данышыглар – бирбаша диалог;

- васитячилик – цчцнъц тяряфя мцраъият;

- арбитраж – цчцнъц тяряфя кюнцллц qaydada мцраъият. Бу мцраъият заманы онун гярарlarынын icrası məcburidir.

- мəcburi арбитраж – бу щалда иштиракчылар цчцн йалныз цчцнъц тяряфя мцраъият, щям дя онун гярарларынын гябул едилмяси мцтлягдир. Бу, мцнагишянин nizamlanması vя ləğvinin sərhədləridir.

Мцasir ядябиййатlarда мцнагишяниn щяллi ясас əhali тялябатларынын юдянилмяси baxımından öyrənilir.




Mövzu 12. Kommersiya münaqişələrin həllində müqavilələrin rolu və hüquqi əsasları

  1. Malların alışının həyata keçirilməsi

  2. Alış – müqavilə fəaliyyətinin təşkil olunmasının hüquqi əsasları

  3. Malın keyfiyyəti – kommersiya münaqişəsinin həllində onun rolu

1. Malların alışının həyata keçirilməsi

Kommersiyanı həyata keçirmək üçün, ilk növbədə mala malik olmaq, ikincisi isə - onu ucuz alıb baha satmaq imkanına malik olmaq istəyirlər. Ancaq bu halda mənfəət etmək olar.

Malların alışını ticarət müəssisələri – topdansatış mal dövriyyəsinin həyata keçirilməsi prosesini hüquqi və fiziki şəxslər yerinə yetirilir.

Alışın planlaşdırılması və həyata keçirilməsi zərurəti aşağıdakılardan ibarətdir:



  • alınan mallara alıcılıq tələbini nəzərə almaq;

  • satıcıların mallara olan təklifini nəzərə almaq;

  • malın real bazar konyukturuna uyğun gələn qiymətinə istiqamətləndirmək;

  • mal istehsalçılarına alıcılıq tələbinin daha yaxşı nəzərə alınmasına təsir edir;

  • ticarət müəssisələrinin mənfəətli təklifini nəzərə almalı;

  • malların çeşidinin formalaşdırılması zəruriyyətinin nəzərə alınması;

  • qabaqcadan işlənilmiş kommersiya strategiyasına əsasən hərəkət etmək;

Mal alışı fəaliyyəti aşağıdakı şərtlərə riayət edilməlidir:

  • mal göndərənlərin rəqabəti;

  • mal göndərənlərin sərbəst olaraq seçilməsi;

  • qiymətin sərbəst olaraq seçilməsi;

  • mülkiyyət formasından, asılı olmayaraq alqı-satqı sövdələşmələri zamanı tərəf- müqabilərin (partnyorların) bərabərliyi;

  • sövdələşmə üzrə tərəf-müqabilələrin bir-birləri qarşısında maddi və mənəvi (etik), hüquqi məsuliyyəti;

  • malın alışını həyata keçirən kommersiya işinin müstəqilliyi.

Malların alışı aşağıdakı kommersiya işinin aparılmasını tələb edir:

  • alıcılıq tələbinin tədqiq olunması və proqnozlaşdırılması;

  • əsas malgöndərənlərin axtarılıb tapılması və öyrənilməsi, onlarla əlaqədar olan mal təklifinin müəyyən olunması;

  • malgöndərənlərlə imkan daxilində daimi əlaqələri sahmana salmaq və ziddiyyətlərə yol verməmək;

  • malgöndərənlərə sifarişlərin və tələbnamələrin rəsmiləşdirilməsi;

  • mal göndərilməsi üzrə müqavilələrin hazırlanması, bağlanması və münaqişələrə yol verməməli;

  • malların istehsalçılardan, topdan mal satanlardan və digər mal­gön­dərənlərdən alışının təşkil olunması;

  • mal alışı fəaliyyətinə nəzarət, uçotun təhlilinin təşkili və ziddiy­yət­lərə yol verməməli.

Malgöndərənlərlə sıx əlaqələrin yaradılması uzunmüddətli müqavilə öhdəliklərin formalaşmasını, birbaşa əlaqələrin həyata keçirilməsini, nəzərdə tutur. Müqavilələrin şərtlərini pozmamaqla, münaqişələrə yol verməməlidir.

Pərakəndə ticarət müəssisələri tərəfindən malgöndərənlərə ilkin sifarişlərin verilməsi mal alışı fəaliyyətinin sabitləşdirilməsi formala­rın­dan biridir.

Tələbnamə - ticarət müəssisəsinin malgöndərənə ünvanlandığı və müəssisənin konkret dövr üçün mala olan tələbatı haqqında məlumatdır.

Sifariş, tələbnamədən fərqli olaraq, ticarət müəssisəsinin malgön­də­rə­nə ünvanladığı malların siyahısını özündə cəmləşdirən rəsmi tələbdir.

Tələbnamələr və sifarişlər yazılı formada verilir və uçota alın­ma­lı­dır. Ayrı-ayrı hallarda, məsələn, sadə çeşidli malların satışı, telefon və teleqraf (faks) üzrə sifarişlə yerinə yetirilə bilər.

Mal göndərişi müqaviləsinin hazırlanması və bağlanması, müxtəlif növ malgöndərənlərdən mal alışının həyata keçirilməsi nəzərdə tutul­muşdur.

Alış fəaliyyətinin təhlili, uçotu və ona nəzarət operativ olaraq yerinə yetirilməlidir:


  • tərəflərin mal alışı müqaviləsinə uyğun olaraq ödənilməsi;

  • göndərilən malların miqdarının və çeşidinin yoxlanılması;

  • göndərilən malların keyfiyyətinin, xüsusilə uzaq yerlərdən nəql olunmasının yoxlanılması;

  • göndərilən malların göndəriş müddətinə uyğun gəlmədiyinə görə iddiaların verilməsi;

  • uğursuz mal göndərişinin təcrübəsində kommersiya fəaliyyətinin dəqiqləşdirilməsi üçün əsaslandırılmış tövsiyələrin verilməsi.

Bütün hallarda alış fəaliyyətinin nəzarəti, uçotu və təhlili ancaq o, kommersiya fəaliyyətinin effektivliyinin və mənfəətin artmasına səbəb olur.

2. Alış- müqavilə fəaliyyətinin təşkil olunmasının hüquqi əsasları

Ticarət müəssisəsi tərəfindən malların alışını əmtəəşünaslar aparırlar. Malın satışını həyata keçirən ticarət zalının işçiləri də iştirak edirlər.

Malların alışı-satışı zamanı komissiya müqaviləsi bağlanılır. Müqa­vi­lələr ölkədə fəaliyyət göstərən qanunvericiliyə uyğun gəlməlidir. Mü­qa­vi­lələr o zaman bağlanılmış hesab edilir ki, tərəflər bütün əhəmiyyətli möv­qelər üzrə razılığa gəlmiş olsunlar. Bunlara əməl olunarsa, tərəflər arasında münaqişələr də olmaz.

Müqavilələr, bir qayda olaraq, iştirakçı-müəssisələrin birinci şəxsləri və yaxud onların səlahiyyətli müavinləri tərəfindən imzalanır.

Mal göndərişi müqaviləsində, sahibkarlıq fəaliyyətini həyata keçirən malgöndərən, özünün istehsal etdiyi və yaxud aldığı malı müəyyən olunmuş müddətdə alıcının sərəncamına verməyi öz öhdəsinə götürür.

Mal göndərişi müqaviləsində aşağıdakı məsələlər öz əksini tapmalıdır:



  • malın göndərilmə müddəti;

  • göndərilmə qaydası;

  • göndərişin təşkil;

  • tam göndərilmənin yerinin müəyyənləşdirilməsi;

  • malın alıcı tərəfindən qəbul olunması;

  • alıcı tərəfindən qəbul olunmayan malın saxlanılmaya qəbul edilməsi;

  • tara və qablaşdırma; hesablaşma qaydası;

  • lazımi keyfiyyətdə və tam dəstləşdirilməmiş malların göndərişi zamanı iddiaların müəyyənləşdirilməsi;

  • malların göndərilməsinin gecikdirilməsi və yaxud göndərilməməsi zamanı dəbbələmə pulu (cərimə);

  • müqavilənin yerinə yetirilməsindən birtərəfli qaydada imtina edilməsi və bu zaman yaranan zərərlərin hesablanması qaydası;

  • ziddiyyətlərin yoluna qoyulması qaydası.

Ümumiyyətlə, kommersiya təcrübəsində alqı – satqı müqaviləsi kontrakt adlandırırlar. Kontraktda aşağıdakı məsələlər öz əksini tapır:

  • malın adı; bu alqı – satqı müqaviləsinin predmetini təşkil edir;

  • malın miqdarı; bu göndərişin ölçüsünü təşkil edir;

  • malın keyfiyyəti; onun müəyyən edilməsi üsulları nəzərdə tutulur;

  • malın qiyməti;

  • göndəriş şərtləri; kontraktın ümumi dəyəri;

  • ödəniş şərtləri və formaları;

  • göndəriş müddəti;

  • qablaşdırma və maskalanma;

  • malın qəbul edilib təhvil verilməsi;

  • malların daşınması şərtləri;

  • tərəflərin ünvanları;

  • tərəflərin imzaları.

Alqı-satqı müqaviləsini (kontraktı) öyrənən zaman kommersiya işçisi diqqəti göndərişin şərtlərinə yetirilməlidir. Bu şərtlər satıcı və alıcının malların çatdırılması öhdəliklərini müəyyən edir.

Kontraktı satıcı kimi hazırlayarkən sahibkar öz üzərinə bir sıra öhdəlikləri götürülməlidir:



  • Mal, müqavilənin bütün şərtlərinə uyğun olaraq göndərilməli;

  • Malın vəzifəli şəxslər tərəfindən yoxlanılması üzrə xərcləri öz hesabına ödəməli;

  • Malın qablaşdırılmasını, gömrük rüsumlarını və vergilərini ödəməli;

  • İxracat lisenziyasını almalı və onun haqqını ödəməli;

  • Kontraktda müəyyən edilmiş müddətdə mal alıcıya çatdırılmalı.

Kontraktı hazırlayarkən sahibkar öz üzvinə öhdəlikləri götürməli və əks etdirməlidir:

  • mal kontrakt üzrə müəyyən edilmiş yerdə və müddətdə qəbul etməli;

  • malın hərəkəti prosesində sənədlərin alınması zamanı yaranan rüsumları və xərcləri ödəməli;

  • malın xaricə göndərilməsi üçün lazım olan lisenziyanın və digər sənədlərin alınmasını təmin etməli.

Komissiya üzrə müqavilələrin bağlanması zamanı satan tərəf komitent, alan tərəf isə - komissioner kimi çıxış edirlər.

Komissioner öz öhdəsinə götürür ki, komitentin tapşırığına əsasən müqavilə üzrə müəyyən edilir. Bağlanmış müqavilələr məcburi qeydiyyata və uçota alınmalıdır. Müqavilələr və malların alışı ilə bağlı olan digər sənədlər onların müddətləri qurtardıqdan sonra üç il ərzində saxlanılmalıdır. Münaqişələrin olmaması üçün müqavilələrin bütün şərtlərinə əməl olunmalıdır.



3 . Malın keyfiyyəti – kommersiya münaqişəsinin həllində onun rolu

Kommersiya fəaliyyətinin sonrakı istiqaməti mənfəətin artırılmasının əsas mənbələrindən biri məhsulun keyfiyyətinin yaxşılaşdırılmasıdır.

Keyfiyyətin hərtərəfli qiymətləndirilməsi üçün elmi-Tədqiqat Standartlaşdırılma İnstitutu tərəfindən göstəricilər sistemi işlənib hazırlanmışdır. Bu sistemə aşağıdakılar aiddir:


  • təyinatlılıq göstəricisi;

  • etibarlılıq göstəricisi;

  • təhlükəsizlik göstəricisi;

  • texnoloji göstərici;

  • estetik göstərici;

  • zərərlilik dərəcəsi (saxlama zamanı ətraf mühitə təsiri);

  • iqtisadi göstəriciləri ( maya dəyəri, məmulatın qiyməti və s.);

Ümumiləşdirilmiş göstəricilərlə yanaşı keyfiyyətin nisbi göstəricisindən də istifadə edilir. Bu göstərici malın baza modelləri ilə müqayisısi nəticəsində əldə olunur.

Keyfiyyətin qiymətləndirilməsində ekspert qiymətləndirilməsi xüsusi yer tutur. Ən çox istifadə edilən ekspert qiymətləndirilməsi metodlarından istifadə olunur.

Malın keyfiyyətsiz olması – kommersiya münaqişələrinin yaranmasına səbəb olur.

Mövzu 13. Ticarət sövdələşmələrinin bağlanmasında kommersiya danışıqlarının aparılması qaydaları.

Kommersiya sövdələşmələri biznes fəaliyyətinin müvəffəqiy­yət­lə­ri­nin əsasını təşkil edir. Bazar iqtisadiyyatı şəraitində sövdələşmə mühüm şərtlər­dən biridir. sövdələşmə prosesində tərəflər bir-birinin məqsəd­lə­ri­ni və niyyətlərini aşkarlayıb sövdələşmə predmetinin kommersiya həl­li­nin yollarını və əldə edilərək nəticələrin faydalılıq dərəcəsini müəyyən edir­lər. Ümumiyyətlə, sövdələşmə biznesin, və kommersiya fəaliyyətinə girişdir.

Bazar iqtisadiyyatı şəraitində kommersiya sövdələşməsi dedikdə tərəflər arasında alqı-satqı məsələləri, malgöndərmə, iş və xidmətlər üzə razılaşmaların nəticələrinə uyğun surətdə razılığa kəlmə başa düşülür. Kommersiya sövdələşmələri kommersiya əməliyyatları kimidə istifadə oluna bilər. Kommersiya sövdələşmələrini iki qrupa ayırmaq olar: əsas kommersiya sövdələşmələri və yardımçı sövdələşmələr. Sövdələşmələr münaqişələrə gətirib çıxartmamalıdır.

Malların alqı-satqısı, texniki xidmətlər, yeni texnologiyanın tətbiqi üzrə alqı-satqı aktları, malların, iş və xidmətlərin icra olunması beynəl­xalq turizmin təşkili əsas kommersiya sövdələşməsinə aid edilir.

Bunlardan birinci vəsiqə almış sövdələşmə növü malların alqı-satqısı üzrə kommersiya əməliyyatlarıdır, sövdələşmələridir. ərzaq və qeyri ərzaq məhsulları bəşəri aləmin yarandığı gündən yaşayış üçün zərurət olmuş və mübadilə qaydası ilə bölüşdürülmüşdür. Müasir şəraitdə hər bir müəssisənin, firmanın müvəffəqiyyəti istehsal etdiyi məhsula olan tələbatı ödəməkdən ibarətdir.

Əsas kommersiya sövdələşməsinin ikinci növü olan elmi-texniki biliklərin “alqı-satqısı”, keçmiş SSRİ dövründə həmin biliklərin müəllif­lə­rinin maddi maraqlarından uzaq olan ədalətsiz bölgü prinsipi əsasında həyata keçirilirdi. Şəxsi və kollektiv ixtiralardan, elmi-texniki nailiyyət­lər­dən istifadə olunması hüququnun əldə edilməsi üçün lisenziyalar verilməsi ilə kifayətlənirdi. Onların müəlliflərinə cüzi həcmdə pul mükafatından ibarət olurdu. Bazar iqtisadiyyatı bu ədalətsiz bölgü prinsiplərindən uzaqdır. Bütün bunlar əsasən istər milli bazar daxilində, istərsədə onun hüdudlarından kənarda kommersiya sövdələşmələri vasitəsilə həyata keçirilir.

Bununla yanaşı, təcrübədə barter kommersiya sövdələşmələrinə də tez-tez rast gəlinir. Bu növ sövdələşmələr pulun iştirakı olmadan, bilava­si­tə mal mübadiləsi, yəni “baş-başa dəyişmək” qaydası ilə həyata keçirilir. Sövdələşmə proseslərində münaqişələrə yol verilməməlidir.

Kommersiya sövdələşmələrinin həyata keçirilməsinin müəyyən əsas­ları və metodları vardır. Bunun əsasını hüquqi və iqtisadi sənədləş­mə­lər təşkil edir.

Həmin sənədlər müqavilələrdən, sazişlərdən və kontraktlardan iba­rət­­dir. Bu sənədlərdə kommersiya sövdələşmələrinin şərtləri müəy­yən­­ləş­dirilir və konkretləşdirilir. Müqavilələr, sazişlər və kontraktlar, əsa­sən, alqı-satqı aktları, icarə, sığorta, yükdaşıma, mal göndərmə və bu kimi kommersiya əməliyyatları keçirildikdə hazırlanır və bağlanır. Kommersiya riski istər acıq, istərsə də gizli olsun, dövlətin və xalqın mənafeyini güdməlidir.

Kommersiya sövdələşmələri metodlarının iki əsas növü vardır:

1) İstehsal ilə sövdələşmələr,

2) vasitəçilərin iştirakı ilə sövdələşmələr.

Ümumiyyətlə, ən əlverişli sövdələşmə metodu, istehsal ilə istehlakçı arasındakı kommersiya sövdələşməsidir. Buna ticarət sövdələşməsi də deyilir. Ona görə ki, bu ticarət – kommersiya münasibətləri ilə bağlıdır. Ticarət sövdələşmələri aşağıdakı üstünlüklərə malikdir.


  1. Alıcının istədiyi malları alması;

  2. Alıcı və satıcı arasında əlaqələrin bilavasitə elmi-tədqiqat işləri yaradılması imkanı.

  3. Alıcı sifarişlər verərkən, malgöndərənlərlə (istehsal ilə) birbaşa əlaqələr yaratmaq imkanı olur;

  4. Birbaşa sövdələşmələrin çox vaxt uzunmüddətli əməkdaşlığa və birgə istehsal etmək fəaliyyətinə keçməsi üçün imkan yarat­malıdır.

Kommersiya sövdələşmələri funksional baxımdan iki qrupa ayrılır: 1) Vasitəçilik sövdələşmə, 2) Ticarət vasitəçiləri.

Vasitəçilik sövdələşməsi dedikdə, satıcılardan (istehsal müəssisəsi) və alıcılardan (ticarət müəssisəsi) acılı olmayan, lakin onların sifarişləri ilə malların alqı-satqı əməliyyatlarının müstəqil vasitəçilərin iştirakı ilə yerinə yetirilməsi başa düşülür.

Ticarət vasitəçisi isə o, müstəqil kommersiya müəssisəsi (firması) sifətində çıxış edən satıcı (istehsal) və alıcı arasında hüquqi şəxs statusu olan vasitəçidir.

İstər vasitəçilik sövdələşməsilə məşğul olan, istərsə də müstəqil vasitəçilər olsun, onların hər ikisi bazar iqtisadiyyatı şəraitində kommer­siya fəaliyyətinin canlandırılması üçün gərəkli partnyorlar hesab olunur.

Son illərdə Qərbin iri ölkələrində kommersiya sövdələşmələrinin təqribən 60%-i birbaşa əlaqələrin payına düşürdü. Həmçinin, ticarət vasitəçilərinin iştirakı ilə həyata keçirilən kommersiya əməliyyatlarının payı da artmaqdadır.

Kommersiya sövdələşmələrinin özünə xas texnologiyası vardır. Ölkəmiz müstəqillik əldə etdikdən sonra ölkə daxilində xarici iqtisadi əlaqələr sistemində sərbəst kommersiya sövdələşmələri genişlənməyə başladı.

Bu proseslərin çoxlu çətinliklərlə bağlı olmasına baxmayaraq, kommersiya sövdələşmələri axını tədricən öz axarına düşməyə başladı. Kommersant, biznes sahibkar kommersiya sövdələşmələrinin texnologiyasını dərindən öyrənib mənimsənilməlidir.

1. Kommersiya sövdələşmələrinin birinci mərhələsi kontragentin axtarıb tapılması və seçilməsindən ibarətdir. Kommersiya sövdələşmə­si­nin keyfiyyəti bu mərhələdən asılıdır. İstehsalçı bilməlidir ki, o nə qədər məhsul emal etməlidir, istehsal gücü nəzərə alınmaqla hansı avadanlıq­dan (maşın, dəzgah və s) satın alınmalıdır. Satın alınacaq qurğu necə istismar olunacaqdır, hansı yanacaqdan istifadə edilməsi zəruridir. Satın alınan malın (avadanlığın, maşının) qablaşdırılması üçün hansı növ taralardan istifadə edilməsi məqsədəuyğundur. Sövdələşmədə maliyyə­ləş­dirmə məsələsi, kredit hesabınamı, nəqd pullamı və s. nəzərə alın­ma­lıdır ki, sonrakı mərhələlərdə ziddiyyətlərə gətirib çıxartmamalıdır.

2. Kommersiya sövdələşməsi texnologiyasının ikinci mərhələsi – sövdələşmə üzrə sazişin bağlanmasına hazırlıq – mümkün tərəf – müqabilə razılıq cavabının alınması anından başlanır.

3. Kommersiya sövdələşmənin üçüncü mərhələsi alqı-satqı müqa­vi­lə­­­sinin (kontraktının) bağlanmasına hazırlıqdır. Həmin mərhələdə məh­su­­lun satın alınması, məhsulun maya dəyərindən başlamış bütün məsrəf­lər, özünün mənfəəti də daxil edilməklə bazar qiymətinədək iqtisadi hesab­lamalar aparılır.

4. Kommersiya sövdələşməsi texnologiyasının dördüncü mərhələsi mü­qavilənin (kontraktın, sazişin) imzalanması ilə tamamlanır. Bu pro­ses­də müqavilənin hər bir maddəsi paralaşdırılır.

5. Müqaviləyə (sazişə) imzalar atıldıqdan sonra onun qüvvəyə mindiyi andan kommersiya sövdələşməsi texnologiyasının sonuncu beşinci mərhələsi – müqavilənin realizə edilməsi dövrü başlanır. Bu dövrdə tərəflər arasında əlavə işgüzar danışıqlar, bank əməliyyatları, nəqletmə, sığorta və s. tədbirlər həyata keçirilir.

Müqavilə (kontrakt, saziş) sərbəstlik, azadlıq prinsipinə əsaslanır.

Sövdələşmələrdə bağlanmış müqavilələrin bütün şərtlərinə əməl olunmalıdır. Müqavilələrin şərtləri pozularsa, münaqişələrin yaranma­sı­na səbəb olar.


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə