Mövzu Konfliktologiya elm və tədris fənni kimi. Fənnin predmeti və vəzifələri


Mövzu 14. Alıcının və satıcının təşəbbüsü ilə kommersiya danışıqlarının aparılması taktikası



Yüklə 1,45 Mb.
səhifə4/5
tarix01.11.2017
ölçüsü1,45 Mb.
#7655
1   2   3   4   5

Mövzu 14. Alıcının və satıcının təşəbbüsü ilə kommersiya danışıqlarının aparılması taktikası

1. Alqı işinin mahiyyəti, rolu və məzmunu

2. Əmtəələrin alqısı üzrə kommersiya partnyorlarının öyrənilməsi

3. Malgöndərənlərlə təsərrüfat əlaqələrinin təşkili

4. Topdan yarmarkaların əhəmiyyəti, rolu və növləri

1. Alqı işinin mahiyyəti, rolu və məzmunu

Alqı işi ticarətdə kommersiya fəaliyyətinin əsasını təşkil edir. Alıcıya əmtəənin satışından mənfəət əldə etmək üçün əmtəələrə malik olmaq lazımdır. Əmtəə tədavülünün əsas funksiyası dəyərin formasının dəyişilməsində öz əksini tapır:

P - ƏI və ƏI – PI

Bu formula ticarətdə kommersiya işinin mahiyyətini açır: Pul vəsaitlərinə malik olan sahibkar əmtəələri alır və sonradan onları sataraq yeni­dən müəyyən artımla (mənfəətlə) pul vəsaitlərinə çevrilir. Belə bir nəti­cəyə gəlmək olar ki, ticarətdə kommersiya işi sonradan satmaq məq­sə­dilə əmtəələrin alışından başlanır.

Ticarət müəssisələri hüquqi və fiziki şəxslər tərəfindən alınmış əmtəə­lərin sonradan satılması məqsədilə həyata keçirilən topdan mal döv­riy­­yəsini təşkil edir. Topdan alış əhalini təchiz etmək üçün pəra­kən­də satış şəbəkəsində zəruri əmtəə çeşidini formalaşdırır. Həmçinin, əmtəə istehsalçılarına təsir etməyə, ticarət müəssisəsinin işinin səmərə­li­li­yini təmin etməyə imkan yaradır.

Respublikada alqı işinin təşkili və texnologiyası köklü dəyişikliklərə səbəb olmuşdur. Keçmiş sosializm dövründəki əmtəələrin fond bölüşdürülməsi, alıcıların malgöndərənlərə mərkəzləşdirilmiş qaydada təhkim olunmasıdır. Bazar iqtisadiyyatı şəraitində bu aşağıdakı kimi xarakterizə olunur:

1. Əmtəələrin alqısı üzrə partnyorun seçilməsində sərbəstlik;

2. alıcı mənbələrinin çoxsaylılığı;

3. partnyorların bərabər hüquqluluğu;

4. əmtəələrin göndərilməsi üzrə müqavilələrin rolunun yüksəl­dil­mə­si;

5. əmtəələrin göndərilməsi proseslərinin dövlət tərəfindən tənzim­lən­mə­si;

6. qiymətin sərbəstliyi;

7. malgöndərənlər və alıcılar arasında rəqabətin olması;

8. tərəflərin iqtisadi məsuliyyəti;

9. əmtəə alışı zamanı kommersantın təşəbbüskarlığının artması.

Topdan alış üzrə kommersiya işi aşağıdakı mərhələlərdən ibarətdir:

1. alıcı tələbatının öyrənilməsi və proqnozlaşdırılması;

2. əmtəələrin daxilolma mənbələrinin öyrənilməsi;

3. malgöndərənlərlə səmərəli təsərrüfat əlaqələrinin təşkili üzrə müqavilələrinhazırlanması və bağlanması;

4. topdan alqı üzrə uçotun və nəzarətin təşkili və s.

Alıcı tələbatının öyrənilməsi və proqnozlaşdırılması əmtəələrin alışı üzrə kommersiya işinin müvəffəqiyyətlə və səmərəli istifadə olunmasının zəruri şərtidir.

2. Əmtəələrin alqısı üzrə kommersiya partnyorlarının öyrənilməsi

Bazar iqtisadiyyatı şəraitində əmtəələrin alqısı üzrə kommersiya əməliyyatlarının müvəffəqiyyətlə yerinə yetirmək üçün, topdan bazalar sistematik olaraq, əmtəələrin alış mənbələri öyrənilməlidir. Kommersiya işçiləri öz iqtisadi rayonlarını və onun təbii sərvətlərini, sənayesini, kənd təsərrüfatını, istehsal imkanlarını yaxşı bilməlidirlər.

Topdan bazaların kommersiya şöbəsi, yeni istehsal növlərinin inkişafı imkanlarını müəyyənləşdirməli, istehsalçılarının uçotunu və gündəlik qeydiyyatını aparmalı, keyfiyyətin yaxşılaşdırılması məsələləri üzrə təkliflər hazırlamalıdırlar.

Belə ki, kənd təsərrüfatı, aqrar-sənaye kompleksinin müəssisələri, yüngül, yeyinti, ət-süd məhsulları müəssisələri, balıqçılıq təsərrüfatları, hərbi-sənaye kompleksi, ağır sənaye sahələri inkişaf etdirilir.

Ümumiyyətlə, bütün malgöndərənləri 2 kateqoriyaya bölmək olar:

1. malgöndərən-istehsalçılar;

2. malgöndərən-topdan müəssisələr.

Malgöndərən-istehsalçılara – alıcıların tələbatını ödəmək məqsədilə, istehlak təyinatlı müxtəlif çeşidli əmtəələr istehsal edən istehsal müəssisələei, firmalar, fərdi sahibkarlar və s. aid edilir. Malgöndərən-topdan müəssisələr əmtəələri malgöndərən-istehsalçılardan, həmçinin topdan vasitəçilərdən alır və onları topdan alıcılara satır.

Mülkiyyət formasına görə malgöndərənlər şəxsi, dövlət, bələdiyyə, kooperativ və digər mülkiyəət formalarına aid ola bilər.

Əmtəələrin alış mənbələrini öyrənərkən, kommersiya işçiləri hər malgöndərən üçün xüsusi vərəqə tərtib edirlər və onları yerli, respublika və respublikadankənar malgöndərənlər üzrə qruplaşdırırlar.



3. Malgöndərənlərlə təsərrüfat əlaqələrinin təşkili

Malgöndərənlərlə səmərəli təsərrüfat əlaqələri qurulmalı və uzun­müd­dətli müqavilə münasibətlərinə üstünlük verilməlidir. Malgön­dərən­lər­lə təsərrüfat əlaqələrinin əsas forması, əmtəə göndərilməsi barədə müqa­vi­lədir. Kənd təsərrüfatı məhsullarının onların istehsalçılardan alın­ma­sı kontraktasiya müqaviləsi əsasında həyata keçirilə bilər. Mal­gön­də­rən­­lərlə qarşılıqlı təsərrüfat münasibətləri sistemində alıcı sifarişlərindən də istifadə edilə bilər.

Topdan alışların uçotunun təşkili və onlara nəzarət-kommersiya işinin mühüm hissəsidir. Topdan ticarətin əsas vəzifəsi əmtəələrin vaxtında və fasiləsiz daxil olmasını təmin etməkdən ibarətdir.

Müasir şəraitdə malgöndərişi müqavilələrinin reallaşdırılması çox vaxt tərəflər obyektiv səbəblər üzündən üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmirlər. Bununla əlaqədar olaraq, ticarət partnyorlarına maddi və mənəvi ziyan vururlar.

İddia – müqavilə şərtlərinin pozulmasının könüllü surətdə aradan qaldırılması barədə yazılı tələbdir. Pozuntuların aşkar edilməsinə isə malgöndərənlər tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsinin təşkilinə kömək edir:

1. malgöndərişi üzrə müqavilələri imzalayarkən, maksimum dərəcədə öz kommersiya maraqlarını qorumalıdır;

2. malgöndərənlərlə yaranmış ziddiyyətlərin həllini məhkəmə (arbitraj) orqanları səviyyəsinə çatdırmamaqdan ibarətdir;

3. iddia sənədlərini həmişə dəqiq və ciddi şəkildə tərtib etmək, iddianın arbitraj məhkəməsində müsbət həllinə nail olunmasına kömək etməkdən ibarətdir.

İddialar malgöndərənlərlə sifarişli və ya qiymətli məktubla göndərilə bilər.

İddialarda aşağıdakılar göstərilir:

1. iddianı irəli sürənmüəssisənin, təşkilatın adı, onların ünvanı, iddianın nömrəsi, təqdim olunma vaxtı;

2. iddia irəli sürməyə əsas verən dəlillər, sübutlar, məbləğ və bu tələblər üzrə hesablaşmalar;

3. normativ aktlara, müqavilə, iddiaçının poçt, ödəniş rekvizitləri.

İddianın bütün sənədləri əsli və onların siyahısı göstərilməlidir. İddia müəssisənin rəhbəri tərəfindən imzalanmalıdır.

İddiaya cavab yazılı formada verilir və müəssisənin, təşkilatın rəhbəri tərəfindən imzalanır.

İddianın cavabında göstərilir: iddianın tam və ya qismən ödənildiyi halda – qəbul olunmuş məbləğin köçürülməsi üçün ödəmə tapşırığının nöm­rəsi və tarixi, iddia pulla qiymətləndirilməsidir. Onun ödəmə müd­də­ti və üsulları, iddiada tam və ya qismən imtina edildiyi halda –müva­fiq qanunvericiliyə əsasən müəyyən edilir. Sübutlara istinad edərək, imtinanı əsaslandıran motivlər, iddia cavabına əlavə olunan sənədlərin, digər sübutların adbaad siyahısı göstərilir.

İddia ərizəsinə görə dövlət rüsumu ödənilməlidir.

4. Topdan yarmarkaların əhəmiyyəti, rolu və növləri

Bazar iqtisadiyyatı şəraitində əmtəələrin göndərilməsi barədə topdan yarmarkalarda müqavilələrin bağlanması topdan alışın ən mütərəqqi formalarından biridir.

Yarmarkalarda əmtəələrin satışı-alışı topdan ticarətin köhnə forma­la­­rından biridir. Respublikamızda topdan yarmarkalar hələ oktyabr inqi­la­bından əvvəlki dövrlərdə keçirilirdi. Mərkəzləşdirilmiş planlı iqtisadiyyat dövründə belə yarmarkaların keçirilməsi 60-cı illərdə geniş yayılmağa başlamışdır.

Bazar iqtisadiyyatı şəraitində beynəlxalq və ümumdövlət miqyaslı, regional (yerli) əhəmiyyətli topdan yarmarkalar geniş yayılmışdır. Beynəlxalq və ya ümumdövlət topdan yarmarkalarda beynəlxalq kampaniyalar (firmalar) iştirak edirlər. Bu yarmarkaları dövlət idarəetmə orqanları və iri kommersiya strukturları təşkil edirlər.

Yarmarka komitəsi aşağıdakı funksuyaları yerinə yetirir:

1. yarmarkaların keçirilməsi müddətlərinin və yerinin təyin edilməsi;

2. yarmarkanın işçi orqanını (direktorluq, arbitraj, mühasibat uçotu üzrə) yaratmaq, onların rəhbərlərinin və tərkibinin təsdiq edilməsi;

3. malgöndərənlərlə alıcıların görüş qrafiklərinin müəyyən edilməsi;

4. yarmarkanın gəlir və xərclər smetasının təsdiq edilməsi;

5. yarmarkanın iş rejimini və qaydalarının müəyyən edilməsi;

6. müqavilələrin bağlanması, dəyişdirilməsi və pozulması zamanı yaranan mübahisələrin həll edilməsi.

Topdan ərzaq bazarlarının əsas funksiyaları aşağıdakılardır:

1. ilboyu əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təchizatının təmin olunması, kənd təsərrüfatı məhsullarının itgisinin azaldılması;

2. iri şəhərlərdə sənaye mərkəzlərində və respublikanın ayrı-ayrı bölgələrində ərzaq məhsulları təchizatının və bölgüsünün səmərəliliyinin artırılması;

3. yeni iş yerlərinin açılması, kənd yerlərindən əhali axınının azaldılması.
Mövzu 15. Beynəlxalq kommersiya


  1. Beynəlxalq ticarətin mahiyyəti, əhəmiyyəti və rolu

  2. İxrac-idxal əməliyyatları haqqında anlayış

  3. İxrac-idxal əməliyyatlarının təşkili

1. Beynəlxalq ticarətin mahiyyəti, əhəmiyyəti və rolu

Azərbaycanda dövlət müstəqilliyinin təmin edilməsi və bazar münasibətlərinin inkişaf etdirilməsi sahəsində aparılan iqtisadi islahatlar, ölkənin iqtisadiyyatının inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiya olunması üçün əlverişli şərait yaratmışdır.

Milli iqtisadiyyatın formalaşması və ölkənin dünya bazarında yerinin müəyyən edilməsi, onun fəaliyyətinin əsas istiqamətlərindən birinə çevrilmişdir.

Azad sahibkarlığın hüquqi təminatın yaradılması və dünya təsərrüfat sisteminə inteqrasiyanın güclənməsi məsələsinə daim diqqət yetirilir.

Azərbaycanda mülkiyyətin formalaşması, daxili bazarın yaranması, biznes və sahibkarlıq fəaliyyətinin inkişafı, özəlləşdirmə proqramının həyata keçirilməsi, xarici iqtisadi əlaqələrin bərpa edilməsi işləri davam etdirilir.

Ölkədə maliyyə, kredit, bank işi, pul tədavülünün yenidən qurulması, əhalinin sosial müdafiəsinin təşkili sahəsində məqsədyönlü iş aparılır.

Beynəlxalq ticarətin üstünlüyü hələ çoxdan məlumdur. 1776-cı ildə Adam Smit göstərmişdir ki, ağıllı ailə başçısı heç vaxt öz ailəsi üçün lazım olan məhsulların hamısını özü istehsal etməyə cəhd etməz.

C.Mill “Siyasi iqtisadın prinsipləri” əsərində göstərmişdir ki, “Beynəl­xalq ticarətin faydası” dünyanın məhsuldar qüvvələrindən daha səmərəli isti­fa­də olunmasındadır.

Ölkələr arasındakı iqtisadi əlaqələrin xarakteri, dünya dövlətlərinin xarıcı tıcarət siyasətini müəyyən edir. Dünya ölkələri arasında azad ticarət siyasəti həyata keçirir.

Azad ticarət siyasəti o deməkdir ki, dövlətlər arasında ticarətin inkişafına heç bir məhdudiyyət qoyulmur.

Beynəlxalq ticarət müxtəlif ölkələrin alıcıları, satıcıları və vasitəçiləri arasında həyata keçirilən alqı-satqı prosesidir.

Beynəlxalq ticarət beynəlxalq əmək bölgüsünün daha da genişlənməsinə, mövcud resurslardan səmərəli istifadə edilməsinə şərait yaradır.

Beynəlxalq ticarət dünya ölkələri arasında elmi-texniki sahədə əməkdaşlığın genişlənməsinə və dünya xalqlarının maddi və mənəvi tə­lə­­batının ödənilməsinə şərait yaradır. Dünya dövlətlərinin təhlükəsiz­li­yi­nin təmin edilməsi beynəlxalq ticarətlə bağlıdır.

Beynəlxalq ticarət dünya dövlətləri arasında yaranan beynəlxalq iqtisadi münasibətlərin ən əsas forması olub, geniş bir struktura malikdir. Beynəlxalq ticarət idarəetmə, maliyyə, kredit, qiymət, informasiya, kommersiya və s. Strukturları özündə birləşdirir.

Beynəlxalq ticarətin şərtlərinə qısa və uzunmüddətli amillər təsir göstərir. Qısa müddətli amillərə xarici ticarət siyasəti, valyuta məzənnəsində baş verən dəyişikliklər aiddir. Uzun müddətli amillərə isə istehsal və istehlakın strukturunda baş verən dəyişikliklər müəyyən edilir.

Beynəlxalq ticarəti şərtləndirən amillər aşağıdakılardan ibarətdir:

1. yerli istehsalın kifayət etməməsi,

2. əmtəələrin qiymətinin beynəlxalq miqyasda fərqlənməsi,

3. müxtəlif ölkələrdə fərqli əmtəələr istehsalı.

Azad ticarət siyasətinin həyata keçirilməsi dünya iqtisadiyyatında iqti­sadi ehtiyatların daha səmərəli yerləşdirilməsinə və maddi rifah səviy­yə­sinin daha da yüksəlməsinə səbəb olur.

Beynəlxalq ticarətin həyata keçirilməsi dünya dövlətləri qarşısında belə bir məsələ qoyulur ki, ölkə daxilində ucuz başa gələn məhsulları istehsal etməli, baha başa gələn məhsulları isə xarıcdən gətirilməlidir.

Beynəlxalq ticarət dünya ölkələrində elə qurulur ki, o, ölkəyə mənfəət gətirmiş olsun.



Milli bazarın xarici rəqiblərin təsirindən qorunmasının əsas yolu, dövlətin yeritdiyi gömrük siyasətidir. Dövlət xaricdən gətirilən məhsulların üzərinə elə gömrük haqqı qoyulur ki, yerli məhsullarla xarici məhsulların qiyməti tarazlaşsın. Dövlət bütün xarici əmtəələrə eyni gömrük haqqı qoya bilməz. Əmtəələrə yüksək gömrük haqqı qoyulur ki, o, yerli məhsulların istehsalına mane olur.

Milli iqtisadiyyatın xarici rəqabətdən qorunmasının dolayı yolları da vardır. Bu, yerli məhsulların qiymətini aşağı salmaqdır.

Azərbaycanda kifayət qədər ixtisaslı kadrların olması, ölkənin böyük enerji, mineral-xammal resursları, nadir iqlim potensialı, ona milli iqtisadiy­ya­tın sürətlə yenidən qurulmasına əlverişli şərait yaradır.

Azərbaycan istehsal etdiyi pambığı, şərab yarımfabrikatlarını, ferment­ləş­dirilmiş tütünü, kimya xammalını, neft məhsulları xammalını, elektron, elekt­ronika, cihazqayırma, sənaye sahələri üzrə yüzlərlə adda məmulatı xaricə göndərməli olur.

Hazırda qarşıda duran problemlərdən biri Azərbaycanın Beynəlxalq Əmək bölgüsündə düzgün olaraq yerini tapması və Ümumdünya Ticarət Təş­ki­latına üzv olmaq məsələsidir.

Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatı ilə əməkdaş­lı­ğı son zamanlar xeyli genişlənmişdir. Belə ki, Azərbaycan Avropa Birliyinin TASİS Proqramı, BMT-nin İnkişaf Proqramı, Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun təmsilçiləri ilə sıx əməkdaşlıq edir.

Müstəqillik yoluna qədəm qoymuş Azərbaycan Respublikası xarici ölkələrlə qarşılıqlı fayda verən əlverişli iqtisadi-siyasi əlaqələri genişləndirməkdədir.



2. İxrac – idxal əməliyyatları haqqında anlayış.

İxrac-idxal əməliyyatları ölkənin xarici ticarət fəaliyyətinin əsasını təşkil edir. Xarici ticarət bir ölkənin başqa ölkələrlə ticarət etməsini nəzərdə tutur. Əmtəələrin ölkədən çıxarılmasından (ixrac) və əmtəənin ölkəyə gətirilmə­sin­dən (idxal) ibarətdir. Əmtəə mübadiləsinin inkişaf etmiş bir sahəsi kimi, xarici ticarətin əsasını beynəlxalq əmək bölgüsü təşkil edir. Beynəlxalq ixtisaslaşdırmanın genişlənməsi, xarici ticarətin liberallaşmasına səbəb olmuşdur. İxrac məhdudiyyətlərinin aradan götürülməsi, gömrük rüsumlarının əhəmiyyətli dərəcədə aşağı düşməsinə gətirib çıxarmışdır.

Bazar iqtisadiyyatına keçməmişdən əvvəl xarici ticarət üzərində dövlət inhisarı mövcud idi. Bu onun sərbəst inkişafını ləngidirdi. Onu qeyd etmək lazımdır ki, Azərbaycan müstəqillik əldə sonra, xarici ticarət fəaliyyətində inhisar ləğv olunmuşdur. Xarici iqtisadi fəaliyyət sahəsində, qəbul edilmiş qanunlar işləyir. Hüquqi – normativ aktlar əsasında, ticarət müəssisələri və təşkilatları dünya bazarına sərbəst çıxmaq hüquqi əldə etmişlər.

Dövlət xarici ticarət üzərində iqtisadi və inzibati nizamlanmanı həyata keçirilmişdir. Xarici ticarət dövriyyəsinin həcminə və quruluşuna təsir göstərir. (bax: cədvəl 1.)

Cədvəl 1.

Xarici ticarət dövriyyəsi

(mlyn.ABŞ dolları)


İllər

Dövriyyə

İdxal

İxrac

Faizlə

Dövriyyə

İdxal

İxrac

2005

8558,2

4211,2

4347,2

120,0

119,8

120,2

2006

11638,9

5266,7

6372,2

136,0

125,1

146,6

2007

11771,7

5713,5

6058,2

101,1

108,5

95,1

2008

54926,0

7170,0

47756,0

466,6

125,5

788,3

2009

20824,5

6123,1

14701,4

37,9

85,4

30,8

2010

33160,7

6600,6

26560,5

106,5

105,0

106,9

2011

44161,7

9756,0

34405,7

104,0

145,3

92,6

2012

43813,2

9652,9

34160,3

103,9

145,3

88,7

Gömrük tarifləri - malların qruplar üzrə sistemləşdirilmiş gömrük rüsumlarının siyahısıdır. Bu rüsumlar müəyyən ölkədə idxal və ixrac edilən mallardan tutulur.

Gömrük rüsumları - vergi funksiyasını yerinə yetirir və əmtəələr gömrük sərhədlərini keçdikdə onların dəyərindən tutulur. Bu da idxal-ixrac olunan əmtəələrin qiymətlərinin yüksəldilməsinə gətirib çıxarır. Bununla da xarici ticarət dövriyyəsinin həcminə və quruluşuna təsir göstərir. Onu da qeyd etmək lazımdır ki, gömrük tarifləri dövlət büdcəsinə vəsaitlərin daxilolma mənbələrindən biridir. (Bax: cədvəl 2.)

Cədvəl 2.



2012-ci ildə Azərbaycanın idxalında əsas tərəfdaşların xüsusi çəkisi.

N

Dövlətlər

Faizlə

Yeri

1.

Türkiyə

15,8

1.

2.

Rusiya Federasiyası

14,3

2.

3.

Almaniya

8,1

3.

4.

ABŞ

7,4

4.

5.

Çin

6,5

5.

6.

Ukrayna

5,6

6.

7.

Böyük Britaniya

5,1

7.

8.

Qazaxstan

3,5

8.

9.

İtaliya

2,7

9.

10.

Yaponiya

2,5

10.

11.

Koreya Respublikası

2,5

11.

12.

Fransa

1,9

12.

13.

Braziliya

1,9

13.

14.

İran İslam Respublikası

1,8

14.

15.

Niderland

1,6

15.

Gömrük rüsumlarının əsas 3 növü vardır:

  1. advalor - əmtəənin qiymətinə görə faizlə tutulur;

  2. spesifik - əmtəənin çəkisinə və həcminə görə pul məbləği şəklində tutulur;

  3. qarışıq - əmtəədən, eyni zamanda, həm advalor, həm də spesifik rüsumlar tutulur.

Lisenziyalaşdırılan - əmtəələrin gətirməsi qaydasıdır ki, bu zaman dövlətin səlahiyyətli idarəsi müəyyən əmtəələri (ixrac və idxal) xarici ticarət əməliyyatları aparılmasına icazə - lisenziya verir. Xarici ticarət əməliyyat­la­rı­nın lisenziyalaşdırılması ayrı- ayrı əmtəələrin ixracına və idxalına miqdar məh­du­diyyətinin – kvatoların tətbiqi ilə sıx əlaqəlidir.

Kvota – müəyyən dövr ərzində (məsələn, rüb) əmtəənin ixracına və idxalına verilmiş icazənin maksimal həcmidir (dəyər və ya fiziki ölcüdə).



3. İxrac-idxal əməliyyatlarının təşkili.

Ticarət təşkilatları və müəssisələri xarici ticarət əməliyyatlarını öz şəxsi təşəbbüsləri ilə xarici firmalarla müqavilələr bağlamaq yolu ilə həyata keçirə bilərlər.



Barter – müəyyən sayda əmtəənin digər bir əmtəəyə dəyişdi­ril­mə­si­ni nəzərdə tutan sövdələşmədir. Barter sövdələşməsi alıcının hesabından satıcının hesabına pul vəsaitlərinin köcürülməsi ilə müşayiət olunmur.

Klirinq – qarşılıqlı tələblərin nəzərə alınmasına əsaslanan nəqdsiz hesablaşma sistemidir.

Ümumiyyətlə, maliyyə hesablaşmaları valyuta ilə hesablaşmalardır.


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə