Mövzu İqtisadi münasibətlər sistemində hüquq plan


Kommersiya hüququnda müqavilə münasibətləri



Yüklə 0,56 Mb.
səhifə7/8
tarix01.11.2017
ölçüsü0,56 Mb.
#7833
1   2   3   4   5   6   7   8

4.Kommersiya hüququnda müqavilə münasibətləri

Kommersiya sahəsində tərəflər arasındakı münasibətlərin tənzimlənməsinin ən operativ və səmərəli vasitəsi məhz müqavilə sayılır. Belə ki, ən sərt inzibati-hüquqi vasitələrlə əldə olunmadıqda belə, əsasında tərəflərin qarşılıqlı maraqları duran müqavilə iqtisadi dövriyyədə qayda və sabitlik yaratmağa qabildir. Müqavilənin müəssisə təşkilatlar arasında hesablaşmaların aparılması, iqtisadi stimullaşdırma, həmçinin istehsal olunan dəyərlərin və göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasında marağın olması üçün böyük əhəmiyyəti vardır. Bu münasibətlərdə müqavilədən istifadə olunması həm də hər bir müəssisənin öz fəaliyyətində maraqlı olması və məsuliyyətin artırılması məqsədinə xidmət edir.

Mülki Məcəllə ilə tənzimlənən müqavilələr içərisində əsasən kommersiya fəaliyyəti sahəsində tətbiq edilən müqavilələr aşağıdakılardır:

Əmlak və digər əmlak hüquqlarının verilməsinə yönəldilmiş müqavilələr:



  • Alqı-satqı müqaviləsi;

  • Göndərmə müqaviləsi;

  • Dəyişdirmə müqaviləsi;

Əşyaların istifadəyə verilməsi ilə bağlı müqavilələr:

  • İcarə müqaviləsi;

  • Lizinq müqaviləsi;

  • Əmlak kirayəsi müqaviləsi;

  • Renta müqaviləsi;

  • Bank əmanəti müqaviləsi;

  • Bank hesabı müqaviləsi.

Xidmət göstərilməsinə dair müqavilələr:

  • Konsesiya müqaviləsi;

  • Saxlama müqaviləsi;

  • Daşıma müqaviləsi;

  • Tapşırıq müqaviləsi;

  • Ticarət nümayəndəsi (agent) müqaviləsi;

  • Komissiya müqaviləsi;

  • Turist xidmətlərinə göstərilməsi müqaviləsi;

  • Sığorta müqaviləsi.

İşlərin görülməsi ilə bağlı müqavilələr:

  • Podrat müqaviləsi.

  1. Məhsul və xidmətlərin keyfiyyətinin hüquqi tənzimlənməsi

Kommersiya fəaliyyəti sahəsində məhsullarının , işlərin və xidmətlərin keyfiyyətinin hüquqi tənzimlənməsində standartlaşdırma fəaliyyəti mühüm rol oynayır. Bu sahədə münasibətlərin tənzimlənməsinin hüquqi əsasları “ Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 16 aprel 1996-cı il tarixli qanununda müəyyənləşdirilmişdir. Qeyd edilən Qanunla yanaşı standartlaşdırma sahəsində münasibətlərin tənzimlənməsində aşağıdakı normativ aktlar da mühüm rol oynayır: “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının 13 iyun 2000-ci il tarixli Qanunu Azərbaycan Respublikası Prezidentinin “Beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, və qaydaların tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi Qaydalarının təsdiq edilməsi barədə” Fərmanı, Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Malın mənşə ölkəsinin təyin edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı Nazirlər Kabinentinin 1iyul 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Milli sertikatlaşdırma sistemi haqqında əsasnamə”, Nazirlər Kabinentinin Azərbaycan Respublikasının qüvvədə olan dövlət standartlarının, standartlaşdırmaya dair digər normativ sənədlərin habelə beynəlxalq (regional) dövlətlərarası standartların, xüsusi dövlət reystrinin və kataloqlarının yaradılması, saxlanılması və aparılması qaydaları haqqında Qərarı vəAzərbaycanRepublikasının Prezidentinin 27 dekabr 2001-ci il tarixli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin səlahiyyətləri daxilində qəbul etdiyi normativ hüquqi aktlarda bu sahədə münasibətlərin tənzimlənməsində böyük əhəmiyyətə malikdir. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 19 noyabr 2008-ci il tarixli sərəncamı ilə bu dövlət agentliyinin əsasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yaradılmışdır.
6.Kommersiya fəaliyyəti sahəsindəki dövlət orqanlarının hüquqi vəziyyəti

Respublikamızda kommersiya fəaliyyəti sahəsində dövlət tənzimlənməsini və nəzarətini reallaşdıran dövlət orqanları müəyyən təkamül yolu keçmişdir. Belə ki, iqtisadi inkişafla əlaqədar olaraq dövlətin strukturunda bir sıra əsaslı islahatlar həyata keçirilmiş, ayrı-ayrı dövlət idarəetmə orqanları arasında yenidən səlahiyyət bölgüsü aparılmışdır. Qeyd edilməlidir ki, bu sahədə fəaliyyəti tənzimləyən ilk orqan Azərbaycan Respublikasının Prezidentinin 24 iyun 1997-ci il tarixli Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Ticarət Nazirliyi olmuşdur. Azərbaycan Respublikasının Prezidentinin 26 iyul 1997-ci il tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının Ticarət Nazirliyi haqqında Əsasnaməsində göstərilirdi ki, Ticarət Nazirliyi Azərbaycan Respublikasında daxili və Xarici ticarət vahid dövlət siyasətinin həyata keçirilməsini, beynəlxalq ticarət təşkilatları ilə əlaqələrin tənzimlənməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Ticarət Nazirliyinin əsas funksiyası dövlətin daxili və xarici ticarətin idarə edilməsindən, digər mərkəzi icra hakimiyyəti orqanlarının bu sahədəki fəaliyyətinin mövcud qanunvericiliyinə uyğun olaraq əlaqələndirilməsindən ibarət olmuşdur. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidentinin 11 iyun 2001-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnaməsi” təsdiq edildikdən sonra Ticarət Nazirliyi ləğv olunaraq bu strukturun hüquq və səlahiyyətlərinin əsas hissəsi yeni yaradılmış mərkəzi icra hakimiyyəti orqanı olan İqtisadi İnkişaf Nazirliyine keçmişdir Hal –hazırda da kommersiya fəaliyyəti sahəsində tənzimləmə fəaliyyətini həyata keçirən əsas orqan kimi İqtisadi İnkişaf Nazirliyi çıxış edir. “ Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamə” 28 dekabr 2006-ci il tarixdə yeni əsasnamənin təsdiqi ilə qüvvədən düşmüş elan edilmişdir.

“Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamədə” göstərilir ki, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi xarici iqtisadi və ticarət əlaqələri, investisiya fəaliyyəti, investisiyaların cəlb edilməsi, qoyulması və təşviqi, daxili ticarət sahibkarlığın inkişafı və sahibkarlığa dövlət yardımı, rəqabətin inkişafı və təşviqi,o cümlədən haqsız rəqabətin aradan qaldırılması, istehlakçılarının hüquqlarının qorunması sahəsində dövlət siyasətini işləyib hazırlayan və həyata keçirən, fəaliyyət dairəsinə aid olan məsələlər üzrə normativ hüquqi tənzimlənməni və müvafiq fəaliyyət sahələri üzrə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

MÖVZU 12.İNFORMASİYA HÜQUQU
PLAN
1.İnformasiya sferası hüquqi tənzimləmənin obyekti kimi.

2.Azərbaycan Respublikasında informasiya cəmiyyətinin formalaşması istiqamətində dövlət siyasətinin hüquqi təminatı.

3. Elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi.

4.İnformasiya təhlükəsizliyi sidtemi və onun formalaşdırılması mexanizmi.

5.İnformasiya cəmiyyətinin formalaşması istiqamətində dövlət orqanlarının hüquqi vəziyyəti.
ƏDƏBİYYAT SİYAHISI


  1. “Dövlət sirri haqqında” Azərbaycan Respublikası qanunu

  2. “Elektron sənəd və elektron imza haqqında” Azərbaycan Respublikası qanunu

  3. “Elektron ticarət haqqında” Azərbaycan Respublikası qanunu

  4. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası qanunu

  5. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası qanunu “ Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli strategiyanın” təsdiq edilməsi haqqında 17 fevral 2003-cü il 1146 nömrəli sərancam

  6. “Məlumat azadlığı” haqqında Azərbaycan Respublikası qanunu (19 iyun 1198-ci il)

  1. İnformasiya sferası hüquqi tənzimlənmənin obyekti kimi.

Məlum olduğu kimi, iqtisadi paradiqma dedikdə, sosial dəyərlər; o cümlədən istehsal , bölgü, maddi nemətlərin mənimsənilməsi və istehlakının xarakteri və strukturu da daxil olmaqla, cəmiyyətin iqtisadi sisteminin fəaliyyət qanunları və kateqoriyaları; ictimai və iqtisadi institutlar; iqtisadi proseslərin idarə olunmasının təsərrüfat mexanizmi əhatə edən əsas prinsiplər başa düşülür. Bu baxımdan informasiya paradiqması sosial dəyərlər sırasında təhsil və biliklərə malik olmanı ön cərgəyə çıxarır və bununla, Frensis Bekonun məhşur “ Kim informasiyaya malikdirsə, dünyaya malikdir” fikri bir daha təsdiqlənir.

Mahiyyət etibarı ilə informasiya iqtisadiyyatı bazar iqtisadiyyatı xüsusiyyətlərinə malikdir. Yəni burada istehlakçının müstəsna səlahiyyətləri təmin edilir, bazarda rəqabət mövcuddur, “görünməz əl” prinsipi işləyir və dövlət bazarın fəaliyyətinə müdaxilə etmir. Lakin sadalanan xüsusiyyətlərin reallaşdırılması özəlliklərə malikdir. Bu baxımdan ən vacibi istehlakçının sərbəstliyinin təmin olunması hesab edilməlidir. Müvafiq bazarın xüsusiyyətləri baxımından istehlakçının sərbəstliyinin təmin olunmasında əsas məqam onun məhsul və bazar, həmçinin firmaların davranışı haqqında məlumatlığıdır.

Azərbaycan Respublikasının ali qanunu olan kontitusiyamızın 50.1-ci maddəsində əsasən hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və ya yaymaq azadlığı vardır. Ən ali səviyyədə informasiya azadlığının təmin olunmasına baxmayaraq ölkəmizin yeni-informasiya iqtisadiyyatına keçidilə əlaqədar olaraq bu sahədəki münasibətləri nizama salmaq və tənzimləmək üçün dövlətimiz tərəfindən bir sıra normativ-hüquqi qəbul olunmuşdur. Azərbaycanda bu sahədəki əsas normativ-hüquqi aktlara misal olaraq aşağıdakıları göstərə bilərik:


  1. “ Məlum azadlığı” haqqında Azərbaycan Respublikasının qanunu (19iyun 1998-ci il)

  2. “İnformasiya azadlığı” haqqında Azərbaycan Respublikası qanunu (13 fevral 2010-cu il)

  3. “İnformasiya əldə etmək” haqqında Azərbaycan Respublikasının qanunu (16iyun 2007-ci il qanununa əsasən əlavələrlə) (24.01.2010)




  1. Azərbaycan Respublikasında informasiya cəmiyyətinin formalaşması istiqamətində dövlət siyasətinin hüquqi təminatı.

İnformasiya və kommunikasiya texnologiyaların tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın və demokratiyanın inkişafının əsas göstəricilərindəndir. Dünya bazarında elektron ticarətin rolunun artdığı müşahidə olunur və ümumiyyətlə, gələcəkdə ölkələrin rəqabət aparmaq qabiliyyəti onların informasiya və kommunikasiya texnologiyalarından səmərəli istifadəsindən asılı olacaqdır.

Milli Strategiyasının əsas məqsəd və vəzifələri. Milli strategiya informasiya və kommunikasiya texnologiyalarından istifadə və onun genişləndirilməsi sahəsində dövlətin siyasətini əks etdirir, əsas məqsəd və vəzifələri, prioritetləri sahəsində fəaliyyətin əsas istiqamətlərini müəyyən edir. Strategiya cəmiyyətin tələblərini, quruculuğa, Azərbaycan beynəlxalq aləmə inteqrasiya olunmasına xidmət edir. Milli Strategiyanın əsas məqsədi informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə etməklə ölkənin demokratik inkişafına kömək etmək və informasiya cəmiyyətinə keçidi təmin etməkdir.

İnformasiya cəmiyyətinin formalaşmasında dövlətin rolu.

Müasir tələblər baxımından ölkədə informasiya və kommunikasiya texnologiyalarının inkişaf səviyyəsi bütövlükdə dövlətin hərbi-siyasi və sosial-iqtisasdi potensialının göstəricilərindəndir. Azərbaycan bu mənada istisna hal təşkil etmir və informasiya cəmiyyətinə keçid üçün ölkədə əlverişli şəraitin yaradılması Azərbaycan dövlətinin siyası məqsədlərindən biridir. Ölkənin informasiyalaşdırılması yolu ilə informasiya cəmiyyətinin formalaşdırılması təşkilati, sosial-iqtisadi, elmi-texniki, texnoloji və ən başlıca, siyasi amillərə malik olan mürəkkəb prosesidir, onun müvəffəqiyətlə həyata keçirilməsinə cəlb olunan siyasi- inzibati, maliyyə, insan, texniki və s. resurslardan səmərəli istifadə olunmasını, prioritetlərin və fəaliyyət istiqamətlərinin düzgün müəyyən edilməsini görülən işlərin tənzimlənməsini və əlaqələndirilməsi tələb edir. Bu səbəbdən informasiya və kommunikasiya texnoligiyalarının tətbiqi və inkişaf etdirilməsi sahəsində “ İnformasiya informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş dövlət siyasətinin həyata keçirilməsi üzrə milli strategiya və fəaliyyət planının olması cox vacibdir. İnformasiya cəmiyyətinə keçid üçün əlverişli şəraitin yaradılmasında dövlət aparıcı rol oynayır və onun fəaliyyəti əsasən aşağıdakıları əhatə edir.



İnformasiyalaşdırmanın əsas prinsipləri. Cəmiyyətin informasiyalaşdırılmasına yönəlmiş Milli Strategiya ayrı-ayrı sahələr üçün yaradılan ənənəvi konsepsiya və proqramlardan fərqli olaraq çoxaspektlidir və onun əhatə dairəsinə dövlət siyasəti, sosial iqtisadi sfera, texnika və texnologiyalar, elm və mədəniyyət daxildir. Strategiya və onun həyata keçirilməsi ilə bağlı fəaliyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğundur, milli maraqların qorunmasına xidmət edir, beynəlxalq qurumların BMT-nin Avropa Şurasının müvafiq standartlarını, tələb və tövsüyələrini, baxılan sahə üçün mühüm olan və Azərbaycan Respublikası tərəfindən qəbul olunmuş digər beynəlxalq aktların müddəalarını nəzərə alır. Milli Strategiya Azərbaycan Respublikasında informasiya və kommunikasiya texnologiyalarının tətbiqi və inkişaf etdirilməsinin səmərəliliyinin təmin etmək və prosesdə bütün maraqlı tərəflərin (dövlət strukturları elm və tədris müəssisələri, özəl qurumlar, qeyri- hökümət təşkilatları, ictimai təşkilatlar və vətəndaşlar iştirakı üçün bərabər şərait yaratmaq məqsədilə aşağıdakı əsas prinsipləri müəyyən edir.

Elektron hökümət. İnformasiya iqtisadiyyatının “_” cəhətlərindən biri də bu sahəni əhatə edən və mahiyyətcə yeni məzmun kəsb edən cinayətkarlıq hallarının artmasıdır. Bu təhdidlərlə əlaqədar olaraq e-dövlətin informasiya təhlükəsizliyi ön plana çıxır, milli və beynəlxalq təhlükəsizliyin getdikcə daha vacib komponentinə çevirilir. E-dövlət ideyasının həyata keçirilməsində müəyyən mərhələləri arxadaqoymuş ölkələrintəcrübəsi sübut edir ki, e-dövlət quruculuğunda qarşıya çıxan əsas və ən çətin məsələlərdən biri yeni şəraitdə fəaliyyət göstərən dövlətin etibarlı informasiya təhlükəsizliyinin təmin edilməsidir.

E-dövlətin informasiya təhlükəsizliyini sosiumun elə vəziyyəti kimi müəyyən etmək olar ki, bu zaman şəxsiyyət cəmiyyət və dövlət təbii və suni meydana çıxan, informasiya və kommunikasiya axınları şəklində çıxış edən , ictimai və fərdişüurun qəsdən deformasiya olunmasına, şəxsiyyətin, cəmiyyətin və dövlətin varlığı üçün vacib əhəmiyyəti olan infrastrukturun məhv edilməsinə yönəlmiş təhdidlərdən fasiləsiz olaraq etibarlı və hərtərəfli qorunsun. Araşdırmalar göstərir ki, e- dövlətin informasiya təhlükəsizliyinin komponentləri aşağıdakılardır:



  • Informasiya fəzasının təhlükəsizlik vəziyyəti-bu zaman vətəndaşların, təşkilatların və dövlətin maraqları naminə informasiya fəzasının formalaşması və inkişafı təmin edilir;




  1. Elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi.

Elektron ticarət “Elektron Ticarət” haqqında Azərbaycan Respublikası qanunu ilə tənzimlənir. Qanuna əsasən elektron ticarət dedikdə- informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə həyata keçirilən fəaliyyət nəzərdə tutulur. Maliyyə bazarında , o cümlədən sığorta və qiymətli kağızlar bazarında elektron ticarətlə bağlı münasibətlər Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir.

Elektron ticarətin təşkili. Elektron ticarətin həyata keçirilməsində bir sıra prinsiplərindən istifadə olunur. Azərbaycan Respublikasında elektron ticarətin hüquqi tənzimlənməsi aşağıdakı prinsiplərə əsaslanır:

1.iştirakçıların hüquq bərabərliyi;

2.iştirakçıların iradə sərbəstliyi;

3.iştirakçıların əmlak müstəqilliyi;

4. mülkiyyətin toxunulmazlığı;

5.müqavilə azadlığı;

6. sahibkarlıq fəaliyyətinin maneəsiz həyata keçirilməsi;

7. azad və ədalətli rəqabət;

8. malların, xidmətlərin və maliyyə vəasitələrininsərbəst hərəkəti;

9. hüquqların məhkəmədə müdafiəsinə təminat verilməsi.

Hüquqi və fiziki şəxslərin elektron ticarət sahəsində hüquq və vəzifələr əldə etməsinə və keçirməsinə yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhdudiyyətlər qoyula bilər. Elektron ticarətin həyata keçirilməsinə xüsusi razılıq tələb olunmur. Xüsusi razılıq tələb olunan fəaliyyət sahələrində elektron ticarət aparıldıqda satıcı qanunvericilikdə müəyyən edilmiş qaydada həmin fəaliyyətə xüsusi razılıq almalıdır. Hüquqi və fiziki şəxslər elektron ticarət sahəsində hüquq və vəzifələrini qanunvericiliyə və bağlandıqları müqavilələrə əsasən əldə edir və həyata keçirirlər.


MÖVZU 13. NƏQLİYYAT HÜQUQU
PLAN
1.Nəqliyyat hüququ və onun hüquq sistemində yeri

2.Nəqliyyat hüququ sahə strukturu

3.Azərbaycan Respublikasında nəqliyyat sferasının fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar

4.Azərbaycan Respublikasında nəqliyyat fəaliyyətinin lisenziyalaşdırılmasının hüquqi təminatı

5.Dövlət nəqliyyat orqanlarının hüquqi vəziyyəti
ƏDƏBİYYAT SİYAHISI
1.E.Əliyev “ Azərbaycan Respublikasında nəqliyyat hüququ” Bakı, 2005

2.F.Bağırov “ Ölkənin sosial-iqtisadi inkişafında nəqliyyatın rolunun yüksəldilməsi istiqamətləri” Bakı,2009

3.Z.Qafarov, E.Əliyev “Müasir beynəlxalq nəqliyyat hüququnun Azərbaycan Respublikasında tətbiqi” Bakı,2002

4. “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanunu

5. “ Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanunu

6. “ Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanunu

7. “Aviasiya haqqında” Azərbaycan Respublikasının qanunu

8. “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında” Əsasnamə

9.Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsi
1.Nəqliyyat hüququ və onun hüquq sistemində yeri

Nəqliyyat ölkənin müxtəlif iqtisadi sahələri arasındakı əlaqələri təmin edir vəhəmin sahələr üzrə müdafiə qabiliyyətinin möhkəmləndirilməsində mühüm rol oynayır. Nəqliyyat ölkə iqtisadiyyatını vahid kompleks şəklində birləşdirən bir halqadır.

Müasir dövrdə nəqliyyat Azərbaycanın iqtisadi infrastrutrunun əsas tərkib hissəsinə çevrilmişdir. Onun səmərəli fəaliyyəti bir tərəfdən iqtisadiyyatın təşkilində və sosial sahənin işində vacib şərt hesab edilir, digər tərəfdən iqtisadiyyat və cəmiyyət nəqliyyat sistemi üçün “ictimai sifarişi” formalaşdırır. Belə ki nəqliyyat sektoru müştərilərin tələb və təkliflərinə uyğun xidmət göstərmək xüsusiyyətlərinə malik olmalıdır.

Nəqliyyat inkişaf səviyyəsi ölkədə müəyyən dərəcədə sivilizasiyanın onkişafını müəyyənləşdirir. Nəqliyyat iqtisadiyyatın çox sahələri ilə bilavasitə əlaqəlidir. Nəqliyyat əməyin məhsuldarlığını yüksəltmək və yüklərin çatdırılmasına sərf olunan vaxtı azaltmaqla iqtisadiyyatın inkişafına təsir edən mühüm amil hesab olunur. Dünyada baş verən qloballaşma dövründə nəqliyyat ölkəmizin milli sərvətlərinin səmərəli istifadəsi və dünya iqtisadi sisteminə inteqrasiya prosesində açar rol oynayır.

Nəqliyyat sisteminin əsas funksiyası dəyişməzdir: nəqliyyat vahid milli əmtəə bazarını təmin edir, regionlarla qarşılıqlı əlaqə yaradır, vətəndaşların həyat tərzində hərəkətlilik yaradır. Nəqliyyat strategiyası və inkişafı bütövlükdə ölkənin sosial –iqtisadi inkişaf səviyyəsindən asılıdır. Müasir dövrdə nəqliyyat sisteminin inkişafının məqsədi birmənalı olaraq dövlətin əsas istiqaməti və geosiyası məqsədlərlə uzlaşır. Bütöv iqtisadi sahənin inkişafı , əmtəə hərəkətinin sürətləndirilməsi, müxtəlif regionlar arasında nəqliyyat sisteminin inkişafı bu məqsədlərə nail olmaq üçün önəmli rol oynayır.

Avtomobil nəqliyyatı

Avtomobil nəqliyyatı müəssisəsi və təşkilatının əsas funksiyası bilavasitə nəqliyyat fəaliyyətini – daşımanı həyata keçirməkdən ibarətdir. Daşıma prosesinin yerinə yetirilməsi zamanı o, müştərilərə əmlak münasibətinə girir.Belə ki avtonəqliyyat müəssisəsi müştərilərə daşıma xidməti göstərir və onun əvəzində müştərilərdən daşıma haqqı alir. Bunula avtonəqliyyat müəssisəsi ilə müştəri arasında əmlak münasibətləri yaranır.

Avtomobil hüququ dedikdə, daşıma prosesini həyata keçirilməsi zamanı avtomobil nəqliyyatı müəssisəsi, yəni daşıyıcı ilə müştərilər arasında yaranan əmlak münasibətlərini tənzimləyən hüquq normalarının məcmusu başa düşülür. Avtomobil hüququnun predmeti daşıma prosesində avtomobil nəqliyyatı müştərisi ilə müştərilər arasında yaranan əmlak xarakterli daşıma münasibətlərindən ibarətdir.

Avtonəqliyyat qanunvericiliyinə ham qanunlar, həm də qanunqüvvəli aktlar (Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinentinin qərarları), həm də mərkəzi icra hakimiyyəti orqanının (Nəqliyyat Nazirliyinin) normativ hüquqi aktları daxildir. O,kompleks xarakterə malikdir. Belə ki avtonəqliyyat qanunvericiliyinə, həm mülki-hüquqi xarakterli, həm inzibati-hüquqi xarakterli, həm əmlak-hüquqi xarakterli, həm də maliyyə-hüquqi xarakterli aktlar daxil ola bilər.

Avtomobil nəqliyyatı ilə danışmanın obyektinə görə 3növə bölünür:


  • Avtomobillə yük daşınması müqaviləsi;

  • Avtomobillə sərnişin daşınması müqaviləsi;

  • Avtomobillə baqaj daşınması müqaviləsi.

Avtomobillə yük daşınması müqaviləsi göstərilən müqavilələrə münasibətdə əsas rol oynayır. Avtonəqliyyat təşkilatı yükü təyinat yerinə çatdırmaq üçün yükgöndərəndən müəyyən haqq alır.

Avtomobillə yükdaşımalar müxtəlifdir. Ərazi əlamətinə görə onların 2 növü fərqləndirilir.



  • Daxili yükdaşıma

  • Beynəlxalq yükdaşıma



Dəmiryolu nəqliyyatı

Dəmiryolu nəqliyyatı iqtisadi-texniki üstünlüyə malikdir.Bu nıqliyyat növünün əsas cəhətlərini yüksək daşıma qabiliyyəti,universallıq,manevr etmək imkanı,coğrafi-iqlim şəraitindənasılı olmaması kimi amillər təşkil edir.Buna görə də həm daxili,həm də beynəlxalq nəqliyyat bazarında dəmir yolu nəqliyyatına olan tələbat hər zaman yüksəkdir.Dəmiryolu nəqliyyatı,demək olar ki,istənilən ölkənin yük dövriyyəsinin xeyli hissəsini təmin edir.Sərnişin daşımalarının həyata keçirilməsində onun rolu böyükdür.Dəmiryolu nəqliyyatının əsas fəaliyyəti və işi yüklərin,sərnişinlərin və baqajın daşınmasından,yəni onların təyinat yerinə çatdırılmasından ibarətdir.

Dəmiryolu hüququ dedikdə,daşıma prosesini həyata keçirmək məqsədilə dəmiryolu nəqliyyatı vasitələrindən istifadə edilməsi üzrə nəqliyyat xidməti göstərilməsi ilə bağlı olaraq dəmiryolu nəqliyyatı müəssisəsi ilə müştərilər arasında yaranan ictimai münasibətləri tənzimləyən hüquq normalarının sistemi başa düşülür.

Məkan baxımından dəmiryolu ilə daşınm iki yerə bölünür:

-daxili daşıma;

-beynəlxalq daşıma

Yalnız eyni bir dövlətin ərazisində həyata keçirilən daşınmaya daxili daşınma deyilir. Əgər daşınma xarici dövlətin ərazisi ilə bağlı olarsa, ona beynəlxaıq daşınma deyilir.

Beynəlxalq daşınma zamanı dəmiryol nəqliyyatı ilə yük və sərnişin daşınmalarına nəzarət və rəsmiləşdirmə əməliyyatlatı üzrə standartlar nəzərə alınmaqla ,tərəflər məlumatların dəqiqliyinə nail olmaq məqsədilə əsas bəyənnamənin təqdim edilməsini tələb edirlər.



Dəniz nəqliyyatı

Dəniz nəqliyyatının xidmət göstərməsi ilə əlaqədar olaraq nəqliyyat müəssisəsi ilə müştərilər arasında müəyyən ictimai münasibətlər əmələ gəlir.Bu münasibətlər mülki hüquq normaları ilə tənzimlənir.Həmin normalar sistemi isə dəniz hüququnu əmələ gətirir.Dəniz hüququ dedikdə, dəniz nəqliyyatının göstərdiyi xidmətdən istifadə edilməsi ilə bağlı olaraq nəqliyyat müəssisələri ilə müştərilər arasında yaranan ictimai münasibətləri tənzimləyən hüquq normalarının sistemi başa düşülür.


Daxili su(çay)nəqliyyatı

Daxili su (çay) nəqliyyatı nəqliyyatın ən vacib sahələrindən biridir.O,nəqliyyatındigər növləri ilə birlikdə sənaye və kənd təsərrüfatı məhsullarının normal istehsalını vəmübadiləsini təmin edir,ölkə iqtisadiyyatının yükdaşımalarına olan tələbatını ödəyir.Daxili su nəqliyyatına çay nəqliyyatı deyilir.

Hər bir nəqliyyat növü kimi daxili su (çay) nəqliyyatının da öz üstünlükləri var.Təbii su yollarına malik olması,az enerji sərf etməsi işlətməsi,daşıma vasitələrinin yük götürmə qabiliyyətlərinde məhdudiyyət olmaması daxili su(çay) nəqliyyatının da əsas və başlıca üsyün cəhətləri sayılır.Bununla belə daxili su çay nəqliyyatının işinin mövsümi olması,suyun dərinliyinin tələb edilən səviyyədə olmasının təminatı, çay yollarının əyriliyi kimi məhdud xüsusiyyətləri də vardır.

Daxili su çay nəqliyyatı hüququ dedikdə, daşımların həyata keçirilməsi prosesində su çay nəqliyytının xidmətindən istifadə olunması ilə bağlı olaraq daşıyıcı və müştəri arasında yaranan ictimai münasibətləri tənzimləyən hüquq normalarının məcmusu başa düşülür.



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə