Mövzu İqtisadi fikir tarixi fənninin predmeti, metodu və strukturu



Yüklə 312,77 Kb.
Pdf görüntüsü
səhifə7/15
tarix24.03.2022
ölçüsü312,77 Kb.
#84679
1   2   3   4   5   6   7   8   9   10   ...   15
Mövzu 1. İqtisadi fikir tarixi fənninin predmeti, metodu və strukturu - DGKA

    Bu səhifədəki naviqasiya:
  • Metod
 

 

İqtisadi fikir tarixinin təhlilinə metodoloji yanaşmalar 

İqtisadi  fikirlərin  tədqiqi  zamanı  həm  iqtisad,  həm  də  tarix  elminin  metod  və 

metodologiyalarından istifadə edilir.

  

Hər hansı sahədə elmi biliklər əldə etmək üçün elmi cəhətdən 




əsaslandırılmış  tədqiqat  metodlarından  (ing. 

research  methods

)  istifadə  olunması  son  dərəcə 

vacibdir. 

Metod 

(lat. 


methodus  –  meta  –  arasında,  yaxud  sonra,  hodus  –  yol  –  tədqiqat  yolu

tədqiqat üsulu sayılır. 



 

Hər bir elm öz predmetini tədqiq etmək üçün metod adlanan müəyyən üsul və vasitələrdən 

istifadə  edir.  Hər  bir  elm  sahəsinin  özünə  məxsus  dili  və  düşüncə  tərzi  vardır.  Riyaziyyatçılar  

aksiomlar,  inteqrallar  və  vektor  sahələri  barəsində;  psixoloqlar  eqo,  şəxsiyyət  və  xarakter 

barəsində;  hüquqşünaslar  isə  məhkəmə  yeri,  mülki  cinayət  və  verilmiş  vəd  əsasında  etiraz 

hüququndan məhrum edilmə barəsində danışırlar. 

İqtisadi  nəzəriyyə  də  bu  baxımdan  digər  elmlərdən  heç  də  fərqli  deyil.  Təklif,  tələb, 

elastiklik, nisbi üstünlük, alternativ xərclər, inflyasiya, işsizlik, rifah və bu kimi terminlər iqtisadi 

nəzəriyyənin ayrılmaz hissələridir. İqtisadçılar öz öyrəndikləri iqtisadiyyata alim obyektivliyi ilə 

yanaşmağa çalışırlar. İqtisadçıların iqtisadiyyatı öyrənmə tərzi fiziklərin maddəni və bioloqların 

həyatı  öyrənmə  tərzinə  bənzərdir:  Onlar  fərziyyələr  irəli  sürür,  məlumatlar  toplayır  və  öz 

nəzəriyyələrini təsdiq və ya inkar etmək üçün məlumatları təhlil edirlər. 

Bir sıra başqa elmlərdən fərqli olaraq, iqtisadi nəzəriyyə elminin predmetinin xüsusiyyəti 

elədir ki, onun problemlərini laboratoriya və texniki vasitələrlə öyrənmək mümkün deyildir. Çünki 

iqtisadiyyat ictimai elmdir və onun predmeti insan davranışlarıdır.  

Ümumilikdə metodlar iki qrupa bölünür: ümumi metodlar (metodologiya) və xüsusi tədqiqat 

metodları.  

Xüsusi tədqiqat metodlarına ən əsas universal metodlar aiddir: formal məntiq qaydaları; elmi 

abstraksiya  (əql  ilə  mücərrədləşdirmə);  təhlil  (analiz)  və  tərkib  (sintez)  induksiya  (yönəlmə); 

deduksiya  (hasiletmə);  analogiya  (müqayisə);  müşahidə  (hiss  üzvləri  ilə  görmək);  təcrübə 

(eksperiment).  İqtisadi  fikir  tarixinin  özünə  məxsus  spesifik  metodlarına  misal  kimi  isə  tarixi-

məntiqi, mətnlərin təhlili, tarixi-genetik, tarixi-müqayisəli, tarixi-tipoloji və tarixi-sistemli və s. 

metodlar göstərilə bilər. 

 


Yüklə 312,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə