Mövzu İqtisadi fikir tarixi fənninin predmeti, metodu və strukturu



Yüklə 312,77 Kb.
Pdf görüntüsü
səhifə6/15
tarix24.03.2022
ölçüsü312,77 Kb.
#84679
1   2   3   4   5   6   7   8   9   ...   15
Mövzu 1. İqtisadi fikir tarixi fənninin predmeti, metodu və strukturu - DGKA

 

 

İqtisadi fikir tarixi fənninin predmeti və tədqiqat obyekti. İqtisadi fikir tarixi kursunun 

quruluşu və məzmunu 

İqtisadi  fikir  tarixinin  predmeti  ayrı-ayrı  iqtisadçıların,  nəzəri  məktəblərin,  cərəyan  və 

istiqamətlərin iqtisadi ideyalarının, konsepsiyalarının meydana gəlməsi,  inkişafı, bir-birini əvəz 

etməsi  proseslərinin  tarixi  gedişatının  öyrənilməsi  hesab  edilir.  İqtisadi  fikir  tarixi  iqtisadi 

biliklərin  özünün  tarixi  inkişafının  mahiyyətini  əks  etdirir.  Bu  onun  dünya  iqtisad  elmi-nin 

təkamülünün  ilkin  mərhələlərini  və  qanunauyğunluqlarını  müəyyən  edir,  iqtisadi  bilikləri 

sistemləşdirir.  İqtisadi  fikir  tarixi  nəzəriyyənin  bütün  mövcudluğu  ərzində  yaranmış  iqtisadi 

ideyaları, konsepsiyaları və nəzəriyyələri öyrənir. Bir çox görkəmli iqtisadçılar və tarixi cərəyanlar 

özlərindən əvvəlkilərə tənqidi yanaşır və özünəməxsus konsepsiyaları və ideyaları irəli sürürlər.  

İqtisadi  fikirlərin  tarixi  insan  yarandığı  andan  başlasa  da,  iqtisadi  nəzəriyyələr  sonralar 

yaranmışdır.  İqtisad  elmi  isə  iqtisadi  nəzəriyyələrin  inkişafının  ən  son  pilləsində  meydana 

çıxmışdır. 

İqtisadi  fikir  tarixinin  başlıca  mərhələləri  Azərbaycanın  əvəzolunmaz  iqtisadçı  alimi 

M.X.Meybullayevin



 

ümumi elmi redaktəsi ilə çap olunmuş "İqtisadi təlimlər tarixi" dərsliyində 

aşağıdakı kimi verilmişdir:  

1) Qədim dövrün iqtisadi təlimi;  

2) Orta dövrdə Şərqdə və Orta Avropada iqtisadi təlimlər;  

3) Bazar sisteminin qərarlaşması dövründə iqtisadi təlim;  

4) Müxtəlif iqtisadi inkişaf modelləri şəraitində iqtisadi təlim;  

5) Müasir və ya yüksək sənayeləşmiş dövrün iqtisadi təlimi. 

Bəzi  xarici  ədəbiyyatda  iqtisadi  fikrin  inkişafının  üç mərhələ  üzrə  öyrənilməsi  də tövsiyə 

edilir: 


1) Bazar iqtisadiyyatı mərhələsinə qədərki iqtisadi təlimlər (Qədim və Orta əsrlər);  

2) Tənzimlənməyən bazar iqtisadiyyatı mərhələsindəki iqtisadi təlimlər (mikroiqtisadiyyat - 

A.Smit və D.Rikardo);  

3)  Tənzimlənən  (sosial  yönümlü)  bazar  iqtisadiyyatı  mərhələsinin  iqtisadi  təlimi 

(makroiqtisadiyyat - C.M.Keyns). 


Yüklə 312,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə