Mövzu İqtisadi fikir tarixi fənninin predmeti, metodu və strukturu


tarixi  tərəqqinin  əsasım  əxlaqi  prinsiplərdə  görürdü



Yüklə 312,77 Kb.
Pdf görüntüsü
səhifə5/15
tarix24.03.2022
ölçüsü312,77 Kb.
#84679
1   2   3   4   5   6   7   8   9   ...   15
Mövzu 1. İqtisadi fikir tarixi fənninin predmeti, metodu və strukturu - DGKA

 

tarixi 


tərəqqinin  əsasım  əxlaqi  prinsiplərdə  görürdü.

 

Onun  fikrincə  tarixin  təkamülü,  təbiətin 

təkamülündən  məhz  bununla  fərqlənir.  O  göstərirdi  ki,  cəmiyyətdə  azadlıq,  ədalət  və  əxlaqi 

mükəmməlliyin təminatçısı hüquqi dövlət olmalıdır. Bu fikri ilə də Kant klassik alman fəlsəfəsinin 

başlıca nailiyyəti olan tarix fəlsəfəsinin əsasını qoydu. 

 

Marksist  yanaşma  belə  bir  mövqedən  çıxış  edir  ki,  tarixin  müəyyənləşmiş  məqsədi  və 



deməli, mənası var: məqsəd – “azadlığın hökmranlığına” nail olmaqdır ki, bunun üçün də xüsusi 

mülkiyyət aradan qaldırılmalı və sinifsiz cəmiyyət qurulmalıdır. A.Toynbi marksist ruhu... yəhudi 

ruhu  adlandırır.  Belə  ki,  ...  Marks  Yahvanın  (yəhudi  Allahı)  yerinə  “tarixi  zərurət”  ilahəsini, 



yəhudilərin  yerinə  -  müasir  proletariatı  qoymuş,  peyğəmbərin  hakimiyyətini  isə  proletariat 

diktaturası kimi təsvir etmişdir. 

Karl  Popperə  görə  tarix  –  sadəcə  olaraq,  “hadisələrin  ardıcıllığıdır”.  Vahid  bəşər  tarixi 

yoxdur. Yalnız sonsuz sayda tarixlər məcmusu mövcuddur. K.Popper tarixin elmi statusunu inkar 

edir. Hal-hazırda qeyd edilən yanaşma kifayət qədər populyarlaşmağa başlamışdır. 

K.Popper  tarixin  obyektiv  qanunlarının  olmadığını  və  buna  görə  də  sosial 

proqnozlaşdırmanın mümkünsüzlüyünü irəli sürürdü. Onun fikrincə, tarixi zərurətə inam keçmişin 

qalığıdır  və  bəşər  tarixinin  gedişini  elmi  metodlarla  əvvəlcədən  müəyyənləşdirmək  mümkün 

deyildir.  Beləliklə,  müasir  filosofların  böyük  əksəriyyəti  hesab  edir  ki,  tarixi  prosesin  məqsədi 

yoxdur və ola da bilməz. Məqsədi – həm özü, həm də cəmiyyət qarşısında insan müəyyənləşdirir. 

Bu məqsədə adekvat olaraq tarixin mənası formalaşır. K.Popper tarixi tərəqqini inkar edir. Tərəqqi 

– hansısa bir məqsədə doğru hərəkətdir, məqsəd – yalnız insana aiddir, tarix üçün bu, sadəcə olaraq 

mümkünsüzdür. Buna görə də, K.Popper hesab edirdi ki, yalnız insan inkişaf eləyə bilər. Beləliklə, 

tarix fəlsəfəsinin bir-biri ilə rəqabət aparan iki konsepsiyası meydana çıxır: “tarixin heç bir mənası 

yoxdur,  tarixdə  sadəcə  olaraq  eyni  şeyin  fasiləsiz  təkrarlanması  mövcuddur.  Məna  var  və  tarix 

yüksələn xətlə gedən fasiləsiz hərəkətdir. Birinci konsepsiya – dövriyyə nəzəriyyəsi, ikinci isə - 

tərəqqi nəzəriyyəsidir. Və, hər iki nəzəriyyə tənqid olunur”. 

Tarix olanı, elm ola biləni, fəlsəfə olmalı olanı öyrənir. Tarix hadisələr səviyyəsində qərar 

tutur, elm hadisələrdən mahiyyətə 

gedir

, fəlsəfə isə mahiyyətdən 



başlayır

.  



Yüklə 312,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə