* işləri İqtisadi və Sosial Şura vasitəsilə BMT-nin fəaliyyəti ilə koordinasiya edilən avtonom
təşkilatlar; ** yalnız Baş Məclisə hesabat verir; Mənbə: BMT-nin rəsmi İnternet saytı –
www.un.org
Maddə 11-ə görə, Baş Məclis beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması
işində əməkdaşlığın ümumi prinsiplərini, o cümlədən tərksilah və silahların tənzimlənməsi
məsələlərini müəyyən edən prinsipləri nəzərdən keçirə bilər və BMT üzvlərinə və ya
Təhlükəsizlik Şurasına və yaxud onların hər ikisinə bu prinsiplərlə bağlı tövsiyələr edə bilər.
Eyni zamanda, Baş Məclis beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanmasına aid
olan BMT-nin hər hansı üzvü, Təhlükəsizlik Şurası və ya BMT üzvü olmayan dövlət tərəfindən
ona təqdim olunmuş istənilən məsələni müzakirə edə bilər və 12-ci maddə ilə nəzərdə tutulmuş
hallardan başqa, hər hansı belə bir məsələ ilə bağlı maraqlı dövlətə və ya dövlətlərə, Təhlükəsizlik
Şurasına və yaxud onların hər ikisinə tövsiyələr edə bilər. Barəsində tədbir görülməli olan hər
hansı belə məsələ Baş Məclis tərəfindən ya müzakirədən qabaq, ya da ondan sonra Təhlükəsizlik
Şurasına verilir.
Baş Məclis Təhlükəsizlik Şurasının diqqətini beynəlxalq sülhü və təhlükəsizliyi təhlükəyə
məruz qoya bilən situasiyalara yönəldə bilər.
Maddə 13-ə əsasən Baş Məclis aşağıdakı məqsədlərlə tədqiqatlar təşkil edir və tövsiyələr
edir:
a.
siyasi sahədə beynəlxalq əməkdaşlığa dəstək vermək və beynəlxalq hüququn mütərəqqi
inkişafını və onun məcəllələşdirilməsini həvəsləndirmək;
b.
iqtisadi, sosial, mədəni sahələrdə, təhsil və səhiyyə sahələrində beynəlxalq əməkdaşlığa
dəstək vermək və irqinə, cinsinə, dilinə və ya dini mənsubiyyətinə fərq qoyulmadan bütün
insanların əsas hüquq və azadlıqlarının həyata keçirilməsinə yardım göstərmək.
Maddə 14-ə görə, 12-ci maddənin göstərişlərini nəzərə almaqla, Baş Məclis, mənşəyindən
asılı olmayaraq, ümumi əmin-amanlığı və millətlər arasındakı dostluq münasibətlərini poza bilən
hər hansı bir situasiyanın, o cümlədən Nizamnamənin, BMT-nin məqsəd və prinsiplərini təsbit
edən müddəalarının pozulması nəticəsində əmələ gələn situasiyaların dinc yolla nizama salınması
üçün tədbirlər tövsiyə edə bilər.
Maddə 15-ə əsasən:
1.
Baş Məclis Təhlükəsizlik Şurasında illik və xüsusi məruzələr qəbul edir və onlara baxır; bu
məruzələr beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması məqsədilə
Təhlükəsizlik Şurası tərəfindən görülməsi qərara alınmış və ya görülmüş tədbirlər
barəsində hesabatı özündə əks etdirməlidir.
2.
Baş Məclis BMT-nin digər orqanlarından məruzələr qəbul edir və onlara baxır.
Maddə 16-ya görə, Baş Məclis beynəlxalq qəyyumluq sistemi ilə əlaqədar ona həvalə
olunmuş funksiyaları, o cümlədən strateji ərazilər kimi müəyyən olunmamış ərazilər üçün
qəyyumluq haqqında sazişlərin təsdiq edilməsi funksiyasını yerinə yetirir.
Maddə 17-də qeyd olunur ki, Baş Məclis Təşkilatın büdcəsini nəzərdən keçirir və təsdiq
edir. Təşkilatın xərcləri onun üzvləri tərəfindən Baş Məclisin müəyyən etdiyi kimi aparılır. Baş
Məclis ixtisaslaşdırılmış təsisatlarla istənilən maliyyə və büdcə sazişlərini nəzərdən keçirir və
təsdiq edir, müvafiq ixtisaslaşdırılmış təsisatlara tövsiyələr etmək məqsədilə onların inzibati
büdcələrini yoxlayır.
Baş Məclisdə səsvermə prosesi 18-19-cu maddələrlə tənzimlənir. Maddə 18-ə görə, Baş
Məclisnın hər bir üzvü bir səsə malikdir. Baş Məclisnın mühüm məsələlər üzrə qərarları onun
sessiyada və səsvermədə iştirak edən üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir. Bu
məsələlərə aşağıdakılar daxildir: beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması ilə
əlaqədar tövsiyələr, Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərinin seçilməsi, İqtisadi və Sosial
Şuranın üzvlərinin seçilməsi, Qəyyumluq Şurasının üzvlərinin seçilməsi, BMT-yə yeni üzvlərin
qəbul olunması, Təşkilat üzvlərinin hüquq və imtiyazlarının müvəqqəti dayandırılması, Üzvlərin
Təşkilatdan çıxarılması, qəyyumluq sisteminin fəaliyyətinə aid olan məsələlər və büdcə
məsələləri. Digər məsələlər üzrə qərarlar (üçdə iki səs çoxluğu ilə qəbul olunmalı olan məsələlərin
əlavə kateqoriyalarının müəyyən edilməsi də daxil olmaqla) sessiyada və səsvermədə iştirak edən
üzv-dövlətlərin sadə səs çoxluğu ilə qəbul edilir.
Maddə 19-da göstərilir ki, Təşkilata üzvlük haqqını ödəməkdə borcu olan üzv-dövlət, əgər
onun borcunun miqdarı iki bundan əvvəlki bütöv il üçün ödəməli olduğu üzvlük haqqına
bərabərdirsə və ya ondan çoxdursa, Baş Məclisdə səsvermə hüququndan məhrum edilir. Lakin
Baş Məclis, üzvlük haqqının üzv-dövlətdən asılı olmayan hallara görə ödənilmədiyi qənaətinə
gələrsə, həmin üzv-dövlətin səsvermədə iştirak etməsinə icazə verə bilər.
Maddə 20-22-də Baş Məclisin iş proseduru öz əksini tapmışdır. Maddə 20-yə görə, Baş
Məclis öz müntəzəm illik sessiyalarına və vəziyyət tələb etdikdə, xüsusi sessiyalara yığışır. Baş
Məclisin müntəzəm illik sessiyaları adətən hər ilin sentyabr ayının üçüncü çərşənbə axşamı açılır
və dekabr ayına qədər davam edir. Xüsusi sessiyalar Baş Katib tərəfindən Təhlükəsizlik Şurasının
və ya Təşkilatın Üzvlərinin əksər hissəsinin tələbi ilə çağırılır. Maddə 21-ə əsasən, Baş Məclis
özünün prosedur qaydalarını müəyyən edir və hər sessiya üçün öz sədrini seçir. Maddə 22-də isə
qeyd olunur ki, Baş Məclis öz funksiyalarını yerinə yetirmək üçün zəruri hesab etdiyi köməkçi
orqanlar yarada bilər.
Hazırda Baş Məclisin strukturu aşağıdakı kimi formalaşmışdır:
1.
Sədr;
2.
Sədrin müavinləri (17);
3.
Əsas komitələr: siyasi və təhlükəsizlik məsələləri üzrə; iqtisadi və maliyyə məsələləri üzrə;
sosial, humanitar və mədəniyyət məsələləri üzrə; hüquqi məsələlr üzrə, qəyyumluq üzrə.
4.
Komitələr: inzibati və büdcə məsələləri üzrə; üzvlük-haqları üzrə; atom enerjisi üzrə; tərk-
silah üzrə, kosmik məkandan istifadə üzrə və s.
5.
Sessiya orqanları: Baş Komitə və Səlahiyyətlərin yoxlanılması üzrə Komitə.
6.
Komissiyalar: təftiş komissiyası; beynəlxalq hüquq komissiyası; insan haqları üzrə
komissiya və s.
Sessiyalar arasında BMT-nin işi Baş Məclisin altı əsas komitəsində, digər köməkçi
orqanlarda və BMT Katibliyində davam etdirilir.
Təhlükəsizlik Şurasının səlahiyyətinə beynəlxalq sülh və təhlükəsizliyin dəstəklənməsi,
mübahisələrin dinc yolla həlli, məcburetmə tədbirlərinin qəbul edilməsi, BMT-yə üzvlüklə və
BMT-dən xaric etməklə bağlı rəy, Beynəlxalq Məhkəmənin üzvlərinin seçimi və s. aiddir.
Təhlükəsizlik Şurasının fəaliyyəti BMT nizamnaməsinin V fəsli ilə tənzimlənir. Maddə 23-
də Şuranın tərkibi barədə müddəalar əks olunmuşdur. Bu maddəyə əsasən, Təhlükəsizlik Şurası
on beş Təşkilat üzvündən ibarətdir. Çin Respublikası, Fransa, Sovet Sosialist Respublikaları
İttifaqı (Rusiya), Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı və Amerika Birləşmiş
Ştatları Təhlükəsizlik Şurasının daimi üzvləridir. Baş Məclis Təşkilatın digər on üzvünü
Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi seçir. Bu zaman ilk növbədə Təşkilatın üzvlərinin
Dostları ilə paylaş: |