Mövzu: Ünsiyyət prosesində psixoloji təsir məsələləri Plan



Yüklə 21,98 Kb.
tarix31.12.2021
ölçüsü21,98 Kb.
#82428
Ünsiyyət prosesində psixoloji təsir məsələləri


Mövzu: Ünsiyyət prosesində psixoloji təsir məsələləri

Plan;

1)Andlar,alqışlar və qarğışlar.

2)Psixoloji sirayət; hisslərin intellektuallaşması prosesləri.

3)Təlqin və təqlid sosial psixoloji fenomenlər kimi.

4)Şayiə problemi.

5)Moda haqqında.

Ünsiyyət prosesində İnsanlar müxtəlif yollarla bir-birinə psixoloji təsir görstərirlər. Psixoloji təsirin effektləri Güzəran psixologiyasında kəşf olunsa da, onların sistemli təsviri bəddi ədəbiyyatda özünün aydın ifadəsini tapmışdır.

Ünsiyyət prosesində insanlar bir-birlərinə baxıb təskinlik tapırlar, bir-birlərinin sözləri ilə oturub-dururlar, hörmət etdikləri adamların öyüd-nəsihəti ilə pis əməlllərdən çəkinirlər...

Psixoloji təsir vasitələri çoxcəhətlidir. Onlardan aşağıdakılar daha önəmlidir.

ANDLAR.ALQIŞLAR. QARĞIŞLAR. İnsanlar özlərinin güzəran təcrübələ rində bir-birlərinə müxtəlif yollarla təsir göstərirlər. Yalvarıb, yaxarmaq, ağlayıb sızlamaq bunun ilk sadə formasıdır.

Güzəran təcrübəsində tədricən daha mürəkkəb psixoloji təsir vasitələri-and içmə, alqışlar, qarğışlar meydana çıxmışdır.

Andlar - Qəşəmlər. İnsan münasibətlərində andı tutumlu yeri vardır. And yeyil məz, and deyilməz! Dumduru təmiz su təki, ana südü təki içilərmiş, qana hopar, iliyə çilərmiş. Ər igidlər söz verər, and içər, ağsaqqallar, ağbirçəklər el-oba adından söz verər, and içərlər. Andların təsir gücü böyük idi. Axı and içənin and yeri içilən üçün də müqəddəs mənəvi sərvətdir. İnsanların güzəran təcrübəsində and içmə tədricən bu zəmində kütləviləşmiş və geniş yayılmağa başlamışdı.

And içmə və and vermə formaca bir-birindən fərqlənirlər. Onlar məzmunca eyni kökdə yaranmışdı. Adamlar and içəndə də, and verəndə də elatda yüksək dəyərləndirilən eyni mənəvi sərvətlərə söykənirdilər.Güzəran təcrübəsində andın xüsusi formasına da təsadüf olunur.Hər hansı bir adam kiməsə deyil, öz-özünə and içir.Andına da əməl edir.Bu məqamda and psixoloji cəhətdən yeni çalarlar kəsb edir, xüsusilə insanın bilavasitə iradə əzmini əks etdirir.

Əfsun-ofsuna,sözün sehirli qüvvəsinə etiqadın çox güclü-qüvvətli olduğu bir şəraitdə insanlar alqış və qarğışın həyata keçiriləcəyinə inanmış, onun nahaq, ünvansız söylənilməsi isə böyük fəlakətin baş verəcəyi zənnində olmuşlar.Xüsusi lə qağışdan qorxmuş, qarğışın törədə biləcəyi fəsadı qada balanı sovuşdurmağa cəhd etmişlər.

Alqışlar mahiyyətcə konyuktiv, qarğışlar dizyunktiv hissləri ifadə edir.Özü nün bu xüsusiyyətlərinə görə onlar şəxsiyyətlərarası münasibətlərin təkcə affektiv çalarlarını deyil, həm də koqnitiv cəhətlərini şərtləndirir və bilavasitə davranış yönümündə əks olunurlar.

Insanların bir-birini qavraması və anlaması prosesində alqışlar identifikasiyanın təsirli vasitəsi kimi özünü göstərir.Qarğışların təsir sahəsi isə sosial-psixoloji baxımdan daha genişdir.Onlar qarğış edən üçün psixoloji müdafiə, qarğış olunan üçün isə refleksiya və özününqiymətləndirmə vasitəsidir.Alqışlar həmçinin oxşamalar kimi də özünü göstərir. məs:

OĞUL ,AY OĞUL, EVİMİN EŞİYİMİN DİRƏYİ OĞUL,

QIZIMIN, GƏLİNİMİN ÇİÇƏYİ OĞUL.

ON AY DEYƏNDƏ SEVİNDİYİM,

QUMRAL BEŞİKDƏ BƏSLƏDİYİM OĞUL.

Psixoloji yönümdə alqışların və qarğışların 3tipini fərqləndirmək olar a) müx. həyati situasiyalarda rastlaşmış adamların; b) doğma və yaxın adamların 1-1ni məs. Ananın və ya atanın öz övladlarını alqışlaması və ya qarğışlaması, c) ayrı-ayrılıqda adamların özlərini alqışlaması və qarğaması. Güzəran təcrübəsində alqış və qarğışların I-tipi geniş yayılıb. Yaxşılıq edəni alqışlayar, pislik edəni isə qarğayardılar.

2)—Psixoloji sirayət—və ya yoluxma.effekti sosial psixologiyada XIXəsrin sonu XXəsrin əvvəllərində müəy. edilsədə insanlara çoxdan bəlli idi. Müxt.dini ekstaz, kütləvi psixoz hadisələri, ritual rəqslər, idman yarışları və ya panika(küyə düşmə)şəraitində adamların davranış və rəftarı.Bu proses şüursuz,q\ixtiyari xarak ter daşıyır.Psixoloji sirayət halları hər1 şəraitdə deyil,ancaq müəy.şəraitdə özünü göstərir.Bu baxımdan hadisələrin 1dən 1-ə baş verməsini və insan üçün həyati əhəmiyyət kəsb etməsini ayrıca qeyd etmək lazımdır.Belə hallarda baş verən və ya verə biləcək hadisə haqqında informasiyanın olmaması və qəsdən təhrif edilməsi psixoloji sirayətin dinamikasına mühüm təsir göstərir. Çox vaxt insanlarda özünəməxsus şok vəziyyəti yaradan qeyri-adi bir xəbərin çıxması hətta vəlvələ və ya çaxnaşma situasiyasının yaranması ilə nəticələnir.

PSİXOLOJİ SİRAYƏT- dini ekstaz, kütləvi psixoz hadisələri, ritual rəqslər, əhəmiyyətli idman yarışları, və ya panika şəraitində adamların davranış və rəftarı. Bu proses şüursuz, qeyri-ixtiyari xarakter daşıyır. Psixoloji sirayət halları hər hansı bir informasiyanın və ya davranış örnəyini şüurlu surətdə qəbul edilməsi yolu ilə yaranmır. Onun əsas mexanizmini kütlə şəraitində əmələ gələn kütlə şəraitində əmələ gələn müəyyən emosional halətlərin adi zəncirvari reaksiya modeli üzrə bir adamdan başqasına verilməsi təşkil edir.

Psixoloji sirayətin xarakteri və səviyyəsi müxt. amillərlə şərtlənir. Təsadüfi (yanğın zamanı küçəyə yığılmış camaat), ekspressiv (dəfn mərasimi), konvensial (futbol oyunu tamaşaçıları) və ya fəal kütlədə (məs. təbii fəlakət zamanı xilas olan kənd camaatı) psixoloji sirayət spesifik xüsusiyyətlərlə meydana çıxır. Panika halları isə psixoloji cəhətdən kütləvi qorxu halətləri ilə xarakterizə olunur. Qarşılıq lı psixolji sirayət şəraitində q\adi ölçülərlə güclənir. Qrupun üm.məqsədləri aydın olmadıqda, subyektiv baxımdan əhəmiyyətli olmadıqda, qrupun həmrəyliyi və onun liderinin nüfuzu aşağı olanda panikanın təsir sahəsi genişlənir.

Auditoriyanın yaş və cins xarakteristikası psixoloji sirayətin dinamikasına mühüm təsir göstərir. Şəxsiyyətlərin ümumi inkişaf səviyyəsini. Xüsusilə onların mənlik və əxlaqi şüurunun rolunuda bu baxımdan ayrıca qeyd etmək lazımdır.

Insanın ontogenetik xüsusiyyətlərindən biri hisslərin intellektuallaşması prosesi ilə bağlıdır. Yaş artdıqca, idrak fəaliyyəti ink.edir, idrak proseslərinin ink.fı zəminində isə onun emosional həyatında mühüm dəyişikliklər baş verir: uşaq ağlayanda da sevinəndə də hər şeyə tədricən ağlın gözü ilə baxmağa başlayır. Hiss lərin intellektuallaşması dedikdə adətən bu cəhəti nəzərə alırlar. Elmi texniki tərəqqi dövründə insanların məlumatlılıq səviyyəsinin artması, şüurluluq səviyyəsinin yüksəlməsi vəs. Hisslərin intellektuallaşması prosesini daha da intensivləşdirmişdir. Bütün bunlar isə müasir dövrdə psixoloji sirayətin məzmun və formasına köklü təsir göstərmişdir. Bu kökdə də insanların qarşılıqlı münasibətlərində çox vaxt soyuqluq, laqeyidlik halları müşahidə olunur.

Təlqin və təqlid—Təlqin üçün səciyyəvi cəhət hər hansı bir adamın bir nəfərə və ya bir neçə adama verdiyi informasiya onların tərəfindən q\tənqidi qavranılmasıdır.Təlqin şəraitində informasiya bir adamdan başqasına emosional çalarlarla verilir.Bəzi psixoloqlar məs. Parıgin bu cəhəti nəzərə almır və təlqin prosesini adətən verbal proses kimi təhlil edirlər.Lakin bu birtərəfli proses deyildir.Yəni təlqin prosesi nə qədər verbal xarakter daşısa da bu zaman sözlə təsir prosesində paralinqvistik (səsin keyfiyyəti, diapazonu,tonallığı vəs) və ekstralinq vistik (pauza,öskürmək,ağlamaq,gülmək,nitqin tempi)vasitələr mühüm rol oynayır. İnformasiya mübadiləsinin emosional çalarları da mimika, pantomimika və jestikulyasiya ilə yanaşı paralinqvistik və ekstralinqvistik vasitələrlə də ifadə olunur.Suqgerandın informasiya mənbəyinə qeyd şərtsiz inanması,etimad bəsləməsi, hər şeydən öncə bu cəhətlə bağlıdır.Bundan başqa suqgestrin (təlqin edən) nüfuzu mühüm təsir vasitəsi kimi özünü göstərir.Emosional təsir vasitələri ilə yanaşı suqgestorun şəxsiyyəti və onun təmsil etdiyi qrupun nüfuzu təlqin şəraitində “inam effektinin” yaranmasında həlledici rol oynayır.

Şüurlu nəzarətin zəifləməsi də ilk növbədə inam effekti ilə izah olun malıdır. Əgər informasiyanın verilməsi prosesində inam effekti yaranmırsa,adamlar başqalarının onlara göstərdikləri təlqinedici təsirlərə müxt. yollarla müqavimət gös tərirlər. Buna əkssuqgestiya deyilir.

Təlqinin dərəcəsi suqgerandın öznün psixi inkişaf səviyyəsindən də asılıdır. Təlqin şəraitində adamların yaş,cins xüsusiyyətləri zəminində spesifik cəhətlər meydana çıxır. Yaşlılara nisbətən uşaqlar təlqinə asanlıqla qapılması faktından tərbiyə praktikasında geniş istifadə olunur. Yorğun, fiziki cəhətdən zəifləmiş adamlar təlqinə nisbətən asanlıqla qapılırlar.

Təlqin psixoloji sirayət ilə bağlıdır, lakin müəyyən xüs.rinə görə ondan fərqlənir. Burada əsas cəhət ondan ibarətdir ki, psixoloji sirayət zamanı böyük bir insan kütləsi q\mütəşəkkil surətdə eyni emosional halətdə yaşamağa başlayır. Təlqin isə təktərəfli prosesdir. Təlqin şəraitində adamlardan biri digərində müəyyən bir duyğu, təsəvvür, emosional halət, iradi təhrik yaradır. hətta təlqin yolu ilə onun somato-vegetativ funksiyalarına təsir göstərir.

Təlqində inam və inandırmanı fərqləndirmək lazımdır. İnandırma məntiqə əsaslanır. O intellektual təsir vasitəsi kimi informasiyanın müstəqil surətdə təhlil olunmasını nəzərdə tutur. Bu zaman informasiyanı qəbul edən şəxsin bu və ya digər nəticəni nəinki hazır şəkildə qəbul etmir, əksinə onu özü çıxarır. Məhz buna görə də inandırma psixoloji cəhətdən elə qurulur ki, informasiyanı qəbul edən şəxsin bu və ya digər nəticə ilə razılaşması üçün qoyulan məsələ məntiqi surətdə əsaslandırılır. Beləliklə təlqin inandırmadan köklü surətdə fərqlənir; o intellektual təsir vasitəsi kimi deyil, emosional iradi təsir kimi meydana çıxır.

Təlqin nəzəri cəhətdən müxtəlif səpgidə öyrənilir. Son zamanlar sosial persepsiya, qrup həmrəyliyi və s. Ilə əlaqədar olaraq həmin məsələlər diqqəti daha çox cəlb edir.

Təqlid—ictimai təcrübənin mənimsənilməsi yollarından 1dir.O, ontogenetik ink.fın ilk mərhələlərində xüs.ə böyük əhəmiyyət kəsb edir.Ananın körpə uşaqla ilk ünsiyyəti onun təqlid yolu ilə sosial təcrübəni mənimsəməsi üçün əlverişli şərait yaradır. Uşağın yaşı artdıqca sosial təcrübənin mənimsənilməsində təqlidin roluda dəyişilir, uşağın 1şəxsiyyət kimi formalaşması zəminində təqlidin məzmun və formasında mühüm keyfiyyət dəyişiklikləri baş verir.

Təqlid prosesində həm koqnitiv, həm də affektiv cəhətləri fərqləndirmək lazımdır. Onlar təqlid şəraitində özünəməxsus etalon rolunu oynayır. İnsan adətən başqa adamda məhz bu etalonlara müvafiq cəhətləri gördükdə təqlid etməyə başlayır. Koqnitiv və affektiv etalonlar bütövlükdə insanın sərvət meyillərini, məs. ən qiymətli keyfiyyətlər haqqında təsəvvür və anlayışlarını əks etdirir. İnsanda təqlid obyektinə seçici-emosional münasibət məhz bu zəmində formalaşır. Koqnitiv və afffektiv etalonlarda insanın cins-yaş xüsusiyyətləri ilə əlaqədar olaraq həmişə özgün cəhətlər özünü göstərir. Buna müvafiq olaraq bütün hallarda yaş-cins fərqləri təqlidin ən başlıca xarakteristikalarında özünü tam aydılığı ilə büruzə verir.

Müxtəlif yaş qruplarında təqlidin mexanizmləri eyni deyildir. Yaşlı adamlarda təqlid müəy.peşə fəaliyyəti sahələrində ( idmanda,incəsənətdə vəs ) öyrənmənin özgün ünsürü kimi özünü göstərir. Bu baxımdan təqlidin 2səviyyəsini fərqləndirmək məqsədə uyğundur. I-səviyyədə o kor-koranə xarakter daşıyır və daha çox zahiri əlamətlərin təqlid olunması kimi özünü göstərir. yəni yamsılama II səviyyədə təqlidin motivləri köklü surətdə dəyişilir. Onlar insanın bilavasitə sərvət meyillərini ifadə etməyə başlayır, təqlid daxili təhriklə şərtlənir.

Şayiə problemi. Müəyyən bir hadisə haqqında hələ heç nə ilə təsdiq olunmayan, lakin insan kütləsində 1şəxsdən başqasına şifahi surətdə verilən məlumata şayiə--deyilir. İnformasiya və ekspressiv tipli şaiələr fərqləndirilir. İnformasiya tipli şaiələrdə ön plana şaiənin həqiqətə uyğuluq dərəcəsi keçir. Bu nöqteyi nəzərdən:

1) qəti surət də həqiqətə uyğun olmayan;

2) həqiqət ünsürlərinə malik, lakin əslində yalan olan

3) həqiqətə bənzər;

4) həqiqətə bənzəməyən ünsürləri olan inandırıcı şaiələr ola bilər.

Ekspressiv tipli şayiələr—də müxtəlifdir. Onların arasında:

1) qorxu ilə bağlı olan;

2) təcavüz səciyyəli şayiələr daha təhlükəlidir.

Onlar insanların normal fəaliyyətinə xələl gətirir və elə bu niyyətlədə yaradılır. Şayiələr müxtəlif formalarda yayılır. Bir halda onlar sadəcə hər hansı bir hadisə haqqında məlumat kimi əmələ gəlir. Bəzi hallarda isə şayiə müəyyən bir əhvalat və ya xarakteristika kimi meydana çıxır.

Şayiələr müxtəlif formalarda yayılır. Belə halda onlar sadəcə olaraq hər hansı bir hadisı haqqında məlumat kimi əmələ gəlir. Bəzi hallarda isə şayiə müəyyən bir əhvalat və ya xarakteristika kimi meydana çıxır

Şayiələrin xüsusiyyətləri:

1) Onlar sosiumda şifahi surətdə yayılır.

2) Özlərinin mahiyyətcə dəqiq olmaması ilə seçilirlər.

3) Sosial gərginlik şəraitində asanlıqla əmələ gəlir və vüsətlə yayılır. Onlar hamını yaxından maraqlandıran, lakin başqalarında qədərincə konkret və yoxlanılmamış informasiya olmayan hadisələrə və adamlara aid olanda, sosiumda böyük əks-səda doğurur, ağızdan-ağıza gəzir.

4) Şaiyələrin zaman xüs.ti var,bəzilərinin ömrü qısa olur, onları asanlıqlıa unudurlar. Bəzi şaiələr isə müəyyən detalları daha çox əhəmiyyət kəsb edir və diqqəti uzun müddət cəlb edir.

Şayiələrin meydana gəlməsi və yayılması bir sıra səbəblərlə əlaqədardır. Həmin səbələri bilmədən müxtəlif səciyyəli şayiələrə qarşı mübarizə aparmaq çətin olardı. Belə ki adamların vacib hesab etdikləri bu və ya digər məs.barədə səhih məlumat əldə edə bilmədikləri, nə isə anlaşılmaz məsələ ilə qarşılaşdıqda şayiənin yaranmasına əlverişli zəmin olur. Çünki bu halda adamlar həmin məsələ barədə müəyyən məlumat əldə etməyə çalışırlar, bəzən həqiqi informasiya mənbəyi olmadıqda isə onlar təxəyyüllərini işə salırlar, müxtəlif ehtimallar irəli sürürlər. Hətta ayrı-ayrı hallarda bəzi adamlar öz fantaziyalarının köməyi ilə yaratdığı mülahizələrəmüəyyən mənbəyi olan bir informasiya kimi inanırlar ki, bu da hər hansı bir fikrin yayılmasına gətirib çıxarır. Psixoloji cəhətdən bu arzunun gerçəklik kimi qələmə verilməsi məsələsilə əlaqədardır.

Ikinci tərəfdən şayiələr bəzən qəsdən yayılır, şayiənin tez yayılmasının bir əsası odur ki, onlar adamların müəyyən məsələ barədəinformaiyaya olan ehtiyacını təmin edir və onun düzgün olub-olmaması 2-ci plana keçir. Bu cəhətinə görə təbiğat işində,xüsusən psixoloji müharibə şəraitində şayiələrdən geniş istifadə olunur. ( İstər müharibə, istərsə də soyuq müharibə şəraitində bəzi ökələrdə şayiələrin təşkili və yayılması ilə xüsusi qruplar məşğul olur)

Bəzən şayiələrin yayılması adamların bir-birinə həqiqətən kömək etmək niyyəti ilə bağlı olur. Məs. müəyyən təhlükəni (müharibə şəraitində düşmənin yaxınlaşması) xəbər vermək buna misaldır. Lakin bu çox zaman həyəcanlı şayiənin sürətlə yayılmnasına, kütlə arasında vahimə əmələ gəlməsinə səbəb olur.Bu da heç şübhəsiz, ciddi mənfi nəticələrə gətirə bilər. Təhlükəli, pozucu şayiələrin qarşısı tez alınmalıdır. Bunun üçün 2 cür tədbirdən istifadə edirlər. Onlardan biri profilaktik tədbirdir. Bu halda kütlə arasında elə bir emosional zəmin yaradılır ki, şayiələrin yayılmasına imkan qalmır. Bunun üçün kütləvi informasiya sisteminin və təbliğatın çevikliyi, təsirliliyi zəruridir. Yəni şayiənin aid olduğu məsələyə dair inandırıcıəks faktlar gətirmək çox əhəmiyyətlidir. Həm də bu zaman şayiə barədə heç 1şey xatırlamağa lüzum yoxdur. Ən başlıcası isə zəruri informasiyanın kütləyə vaxtında çatdırılmasıdır. Məlumatın rəsmi mənbəələrdən alındığı,dəlil və sübuta əsaslandığı xatırlandıqda şayiənin yayılmasının qarşısı alınır.

Moda—modus-latın sözü olub ölçü, tərz, qayda deməkdir. XVII əsrdən fransız və italyan ədəbiyyatında mode ( fr.ca ) moda, modo (ital) formasında əsasən məişət, geyim, mebel, saçın düzəldilməsi, davranış sahəsində özünü göstərən xüs.sosial psixoloji fenomeni ifadə etməyə başlamışlar. Fashon kimi işlənir.Moda standartlaşmış kütləvi davranışın spesifik və son dərəcə dinamik formasıdır.O cəmiyyətdə üstünlük təşkil edən əhvalların,sürətlə dəyişən zövq və əyləncə vasitələrinin təsiri ilə kortəbii surətdə əm\gəlir. Modanın yayılmasında kinofilmlər, jurnallar, moda festivalları o cümlədən, məşhur aktyorlar, idmançılar və s. mühüm rol oynayır. Bu sahədə reklam vasitələrində geniş istifadə olunur.

Moda universal xarakter daşısa da onun ayrı-ayrı adamlar tərəfindən, hətta kortəbii surətdə mənimsənilməsinin xüsusiyyətlərini yalnız şəxsiyyət psixologiyası baxımından ətraflı təhlil etmək olar. Bu cəhətdən 1-ci növbədə modanın zövqlə qarşılıqlı əlaqəsi diqqəti daha çox cəlb edir.

Zövq psixoloj aspektdə mürəkkəb fenomendir. O nəinki şəxsiyyətin xarici aləmə estetik, həm də etik münasibətini ifadə edir. Bu 2 cəhət həmişə vəhdətdə təzahür etsə də adi şüur səviyyəsində onun etik-mənəvi aspektlərinədaha çox diqqət yetirilir. Mikromühitin moda məsələlərinə adətən konservativ mövqedən yanaşması da məhz bununla bağlıdır. Mikromühit bu sahədə bərqərar olmuş adət və ənənələrə həmişə üstünlük verir. Bu cəhət sosial-psixoloji planda onda ifadə olu nur ki, şəxsiyyət modadan istifadə edəndə mikromühitin mənfi münasibətini müəyyən dərəcədə nəzərə alır, moda ilə adətlər arasında hər hansı 1 nöqtədə isə uyğun çalarlar yaranır. Adət və ənənələr stereotip xarakteri daşıyır, lakin onlarda moda ilə əlaqədar yeni cəhətlər meydana çıxır.

Moda ünsiyyətin spesifik ormasıdır. Özünün bu xüsusiyyətinə görə moda müxtəlif funksiyaları ifadə edir.—Sosializasiya funksiyası; İstər yeniyetməlik, istərsə də gənclik yaşı dövründə oğlan və qızlar moda vasitəsilə müəyyən davranış nümunələrini, məsələn, kişi və qadın etalonlarını mənimsəyirlər.



Modanın kommunikativ funksiyası—o insanlar arasında özünəməxsus informasiya vasitəsinə çevrilir.İnsanlarda bir-biri haqqında ilk təəssüratın yaranmasında moda özünəməxsus rol oynayır. İnsanlar bir-birinin davranışını təhlil edərkən onların modaya münasibətinə də diqqət yetirirlər. Bu baxımdan insan lar özlərinin fizioqnomik maskasını yaratmaq üçün modadan təsirli vasitə kimi istifadə edirlər.

Moda əyləncə vasitəsinə çevrildikdə,özünün bütün estetik və etik məziyyətlə rini itirir. Canlı ünsiyyət prosesində təhlil etdiyimiz psixoloji təsir vasitələri qarşılıqlı əlaqədə meydana çıxırlar. Onlardan biri və bir neçəsi digərinin formalaşmasında bilavasitə iştirak edir.Təqlid və təlqinin rolunu nəzərə almadan psixoloji sirayətin mahiyyətini başa düşmək çətindir. Şaiənin yayılması bu və ya digər dərəcədə psixoloji sirayətlə əlaqədardir. Psixoloji sirayət təqlid və təlqin proseslərindən hər biri modanın mənimsənilməsində özünə məxsus rol oynayır.
Yüklə 21,98 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə