Beynəlxalq valyuta-kredit və maliyyə təşkilatlarının kapiatlın beynəlxalq miqrasıyasında payı
2000-ci ilin yekununa görə 12% təşkil etmişdir. Kapital hərəkətinin məhz bu forması daha yüksək
artım tempinə malikdir.
Kapitalın beynəlxalq hərəkətinin əsas formaları sahibkar və borc kapitalının ixracı və idxalıdır
(Sxem 5.1) ki, onların da ayrıca olaraq nəzərdən keçirilməsi zəruridir.
Sxem 5.1. Kapital hərəkətinin sahibkar və borc formalarının məzmunu.
Kapitalın sahibkar formasında hərəkəti üç əlamətin olmasını tələb edir:
xaricdə istehsal prosesinin
təşkili və bu prosesdə iştirak;
xarici kapital qoyuluşunun uzunmüddətli xarakter kəsb etməsi;
digər dövlətin ərazisində ümumilikdə müəssisəyə və ya onun bur hissəsinə sahib olma
hüququ.
Qeyd olunan xüsusiyyətlərin həyata keçirilmə dərəcəsindən və məqsədlərindən asılı olaraq
sahibkar kapitalının hərəkətinin iki formasını – birbaşa xarici investisiyaları (BXİ) və portfel
investisiyalarını (Pİ) fərqləndirirlər. Kapitalın beynəlxalq hərəkətinin təhlili üçün onun bu cür
funksional bölgüsü daha mühüm əhəmiyyət kəsb edir.
Birbaşa xarici investisiyalar uzunmüddətli xarici kapital qoyuluşu olmaqla kapital
ixracatçısı tərəfindən kapital idxalatçısı olan ölkənin ərazisində istehsalın təşkilinin və ya
idarəedilməsini nəzərdə tutur. Birbaşa xarici investisiyalar praktik olaraq özəl sahibkar kapitalının
ixracı ilə əlaqədarıdr.
BVF, İƏİT və BMT-nin Milli Hesablar Sisteminə uyğun olaraq birbaşa xarici
investisiyaların tərkibinə aşağıdakılar daxil edilir:
şirkətlərin öz vəsaitlərini xarici ölkələrin iqtisadiyyatlarına yatırmaları;
birbaşa investor tərəfindən xarici müəssisədə əldə edilmiş mənfəətin həmin müəssisəyə
reinvestisiya edilməsi;
baş firma və onun xarici müəssisələri arasında şirkətdaxili kapital köçürmələri.
Birbaşa xarici investisiyalar kapital resurslarına və qeyri-material aktivlərinə bölünür.
Birinciyə səhmlər, reinvestisiya edilmiş gəlirlər və digər firmalararası uzunmüddətli sazişlər
formasında mövcud olan kapital aiddir. Qeyri-material aktivlərinə isə qeyri-istehsal və qeyri-
maliyyə resursları, mülkiyyət hüquqları (patentlər, ticarət markasından istifadə hüququ, sənaye
dizaynı cə s.), həmçinin bu aktivlərdən lisenziya sazişləri əsasında istifadə edilməsi dazildir.
Portfel investisiyaları kapitalın xarici müəssisələrin qiymətli kağızlarına qoyulması yolu
ilə ixracıdır ki, bu da investorlara həmin müəssisələrin fəaliyyəti üzərində birbaşa nəzarəti həyata
keçirməyə imkan vermir.
Sahibkar kapitalının formalarının xarakterik cəhətləri və fəqli xüsusiyyətləri Cədvəl 5.2-də
göstərilib.
Kapital ixracının sahibkar formasını onun istehsal prosesi ilə birbaşa əlaqədə olması
səbəbindən “ikinci iqtisadiyyat” adlandırırlar. Digər forma – borc kapitalının hərəkəti bu cür
birbaşa əlaqəyə malik deyildir və yalnız dolayı olaraq təkrar istehsal prosesini əks etdirir.
Kapitalın borc formasında hərəkəti dedikdə birbaşa xarici investisiyalar və portfel
investisiyaları istisna olmaqla kapitalın yerdə qalan hərəkəti başa düşülür.
Kapitalın beynəlxalq hərəkətinin borc forması aşağıdakı əməliyyatlar vasitəsilə
reallaşdırılır:
dövlət və borc kreditlərinin verilməsi;
digər ölkələrin istiqrazlarının, qiymətli kağızlarının, veksellərinin, xarici şirkətlərin
trattlarının alınması;
borclar üzrə ödəmələrin
həyata keçirilməsi;
banklarararsı depozitlər;
rəsmi yardımlar və s.
Cədvəl 5.2
Birbaşa və portfel investisiyalarının xarakterik cəhətləri
Əlamətlər
Birbaşa xarici investisiyalar
Portfel investisiyaları
İxracın əsas məqsədi
Xarici firma üzərində nəzarət
Yüksək mənfəətin əldə
edilməsi
Məqsədin əldə edilməsi
yolu
Xaricdə istehsalın təşkili və
idarəedilməsi
Xarici qiymətli kağızların
alınması
Məqsədin əldə edilməsi
metodları
a)
xarici firmaya tam sahib
olma;
b)
səhm-nəzarət paketinin
(şirkətin səhmdar kapitalının
25%-dən az olmayaraq) əldə
edilməsi
Xarici firmanın səhmdar
kapitalının 25%-dən az
hissəsinin əldə edilməsi
(inkişaf etmiş ölkələrdə
10%)
Maliyyələşmə mənbələri
Firmadaxili əlaqələr əsasında
maliyyələşir
Əsasən milli şirkətlər və
banklar tərəfindən təqdim
edilir
Ölkə iqtisadiyyatına təsiri Texnologiya mübadiləsini
stimullaşdırır, investorun daxili
bazara çıxışını genişləndirir, öz
təsirini daha çox mikroiqtisadi
səviyyədə göstərir
Daxili bazarın inkişafını
stimullaşdırır, güclü
makroiqtisadi effekt yaradılr
İnvestisiya qoyuluşu
barədə qərarın verilməsi
Mikroiqtisadi amillərin
qiymətləndirilməsindən asılıdır
Xarici amillərin (ixracatçı
ölkədə maliyyə siyasəti,
beynəlxalq kapital bazarında
likvidliyin səviyyəsi)
qiymətləndirilməsi ilə
əlaqədardır
Gəlir forması
Sahibkarlıq mənfəəti,
dividendlər
Dividendlər, faizlər
Konkret bir ölkə tərəfindən tanınan kapitalın beynəlxalq hərəkəti formaları isə adətən
həmin ölkənin investisiya və bank qanunvericiliyi ilə müəyyən edilir.
Kapitalın beynəlxalq hərəkətinin funksional bölgüsü Cədvəl 5.3-də verilmişdir.
Göründüyü kimi, hər bir kapital qrupu şərti olaraq ixrac (aktivlərin, investisiyaların xaricə
hərəkəti) və idxal (ölkə daxilində passivlər, investisiyalar) altqrupuna bölünür.