Mövzu №20. Savad təliminə hazırlıq anlayışı. Plan



Yüklə 21,6 Kb.
səhifə4/5
tarix08.01.2022
ölçüsü21,6 Kb.
#82713
növüYazı
1   2   3   4   5
Mövzu20.Nitq ink.metodikası

İkinci mərhələ sait fonemlər sisteminin mənimsənilməsi, onların hərflərlə ifadə olunması, sait hərflərlə və fonemlərə ümumi bələdləşmə mərhələsidir.

Üçüncü mərhələ samit fonemlər sisteminin mənimsənilməsi, onların hərflərlə ifadəsi və oxunun səs mexanizminin mənimsənilməsi mərhələsidir. Birinci mərhələ nəinki savad təliminin öyrədilməsi, nəinki məktəb təlimi, həmçinin bütövlükdə uşağın əqli inkişafı üçün fövqəladə əhəmiyyətə malikdir.

Uşaqlarda sözün səs cəhətinə düzgün münasibət 5 yaşında yaranır. Hazırlıq qrupunda uşaqlarda belə işə maraq azalır, onlar artıq oxumaq istəyirlər. Əlifbanın öyrədilməsinə, oxu texnikası üzrə işin aparılmasına tələsmək lazım deyil. Axtarışlar göstərir ki, oxu təliminə altıyaşlılar daha tez yiyələnirlər. Ona görə də bir çox hallarda beşyaşlılarla işi yalnız savad təliminə hazırlıqla məhdudlaşdırmaq lazımdır.

Savad təliminə hazırlıq dövründə fonematik eşitmənin inkişafına böyüyk yer ayrılır. Fonematik eşitmə üzrə işi düzgün təşkil etmək üçün tərbiyəçi Azərbaycan dilinin fonetik sistemini öyrənməlidir. Tərbiyəçi bilməlidir ki, dilimizdə foenmlərin sayı hərflərin sayından çoxdur (40-dır. Onlann 15 sait 25-i samitdir).2

Uşaq bağçası şəraitində uşaq körpəlik dövründən ana dilindən praktik şəkildə istifadə etməyə başlayır, lakin o, nitqinin köməyi ilə həyata keçirildiyi qaydaları dərk etmir.

Fonematik eşitmə müxtəlif uşaqlarda müxtəlif vaxtda başa çatır. Bunu nəzərə alaraq cümlə və söz üzərində təhlil-tərkib işi il boyu aparılmalıdır. Hər bir məşğələdə 3-5 sözdən ibarət cümlə sözlərə ayrılmalı, sözlərin sayı və yeri (ardıcıllığı) xəbər alınmalıdır. Uşaqlar bu vərdişə yiyələndikdən sonra hər hansı oyuncaq, quş, meyvə, heyvan haqqında iki-üç sözdən ibarət cümlə qurmaq təklif olunmalıdır.

Bu dövrdə sözün hecalara ayrılması, ondakı hecaların sayı və ardıcıllığını müəyyənləşdirmək üzrə də iş getməçlidir. Bu zaman tərbiyəçi diqqətli olmalı, təhlil

üçün a-na, nə-nə, Tu-tu, nu-ru, lə-la və s. kimi iki açıqhecadan ibarət sözlər seçməlidir.Uşaqlar hər hansı yanlış, qeyri-dəqiq cavabına dərhaldüzəliş verilməlidir. Yaxşı olar ki, uşaqlar öz səhvlərinitapmalarına kömək göstərilsin.Oxu texnikasına yiyələnməyin ilk addımları sxemlər və kartoçkalarla oyun xarakterli məşqlər hesab olunur.Tərbiyəçi uşaqları cümlələri, sözləri, hecaları və səsləri ifadə edən sxemlərlə tanış etməlidir. Onlar öyrənməlidirlər ki, cümlədəki bitmiş fikir sözlərin düzgün sıralanması ilə bildirilir. Ona görə də cümlədə necə söz varsa,onun sxemində o qədər də sözü əks etdirən işarəolur.


Yüklə 21,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə