Mövzu №20. Savad təliminə hazırlıq anlayışı. Plan


Yazı təliminə hazırlıq üzrə işin məzmunu



Yüklə 21,6 Kb.
səhifə5/5
tarix08.01.2022
ölçüsü21,6 Kb.
#82713
növüYazı
1   2   3   4   5
Mövzu20.Nitq ink.metodikası

Yazı təliminə hazırlıq üzrə işin məzmunu
Bəs uşaqların yazıya hazırlanması üzrə hansı işlər görülür? Səliqəli, gözəl yazı vərdişlərinə yiyələnmək üçün əlin yazıya hazırlanması vacibdir. Uşaqlara ilkin tanışlıq göstərir ki, onların bir qisimi məktəbə gələnədək əlinə karandaş almamış olur. Qələmi tutmaq, dəftəri qoymaq, partada əyləşmək qaydasını bilməmək bir yana, ümumiyyətlə, uşaqların bir çoxunun bilək əzələləri möhkəmlənməmiş olur. Valideynlər «Çəkici yerinə qoy, barmağını əzərsənw, «Bıçağı götürmə, əlini kəsərsənw, «Qayçını yerinə qoy, gözünə batarw, «baltanı yerinə at ayağına vu- rarsanw kimi qayğıkeşliyi ilə uşağın bilək əzələlərini inkişafdan saxlayırlar. Bunu nəzərə alaraq bağçada, xüsusilə məktəbdə hazırhq qrupunda bilək, əl hərəkətləri etdirmək, bilək əzələlərinin, barmaqların inkişafına kömək edən hərəkətlərə üstünlük vermək lazımdır.

Uşaqların karandaşla müstəqil məşqləri göstərir ki, onlar çəmbər, müxtəlif xətlər, naxışlar və sadə əşya şəkilləri çəkirlər. Tərbiyəçi bu fəaliyyətə düşünülmüş istiqamət verməklə, tədricən hərflərin elementlərini (

) və s. yazmağı öyrətməlidir. Bu məqsədlə məşğələlərə elementləri xatırladan əşya şəkillərindən başlamaq olar: məsələn, kirpi, müxtəlif növ şotka, daraq şəkilləri kiçik və böyük düz xətti; qarmaq, asqı yuxandan dairələnən düz xətti; yumurta, kartof, şar ovalı, aypara, qarpız dilimi yarımovalı yazmağa hazırlıq vəzifəsini görür. Oxu və yazıya belə hazırlıq sonralar uşaqların ilkin oxu və yazı texnikasına asanlıqla yiyələnmələrinə imkan verir.

Savad təlimi dövründə oxu və yazı texnikası üzrə məşğələlərin cansıxıcı xarakter daşımasının qarşısını almaq məqsədilə uşaqları məktəbəqədərki oyun və əyləncə aləmindən ayırmamaq lazımdır. Hər beş-on dəqiqədən bir yumoristik əhvalat, lətifə danışmaq, tapmaca, yanıltmac, düzgü, sayaçı sözlər, oyun-nəğmələr, kiçikhəcmli şeir, hekayə, təmsil və nağılların oxunması uşaqların marağını artırır, diqqətini daim oyaq saxlayır. Tərbiyəçi uşaqlarla dialoqa geniş yer verməli, onlarda sual vermək, suala cavab vermək, dialoqa qoşulmaq bacarığını inkişaf etdirməlidir. Bu məqsədlə seriya, süjetli şəkillərdən, uşaqların ekskursiya, gəzinti, oyun və əyləncələrdə gördüklərindən istifadə etmək mümkündür.
Yüklə 21,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə