Mövzu №20. Savad təliminə hazırlıq anlayışı. Plan


Bağçada uşaqların savad təliminə hazırlanmalarıüzrə işin vəzifələri



Yüklə 21,6 Kb.
səhifə2/5
tarix08.01.2022
ölçüsü21,6 Kb.
#82713
növüYazı
1   2   3   4   5
Mövzu20.Nitq ink.metodikası

Bağçada uşaqların savad təliminə hazırlanmalarıüzrə işin vəzifələri
Mövcud şəraitdə savad təliminin tam təşkili məktəbin vəzifəsidir, lakin uşaq bağçası bu istiqamətdə müəyyən hazırlıq işini öz üzərinə götürür. Bununla əlaqədar tərbiyəçi I sinifdə uşaqların nələri öyrənəcəklərini bilməli və onları proqram materialını müvəffəqiyyətlə mənimsəməyə hazırlamalıdır.

Qarşıya belə bir sual çıxır: Uşaqları savad təliminə neçə yaşından hazırlamaq lazımdır? Təcrübə göstərir ki, uşaqların bir qismi üç yaşından oxumağa maraq göstərirlər, lakin onların sözləri düzgün tələffüz edə bilmədikləri dövrdə səs təhlili təliminə başlamaq məsləhət görülmür, çünki məhz sözlərin aydın tələffüzü prosesində onların səs strukturunu müəyyən etmək mümkündür. Bu dövrdə məqsədinə nail olmaq üçün elə şeirlər oxunmalı və əzbərləndirilməlidir ki, uşaqlar hər hansı səsi xüsusi vurğu altında tələffüz etsin, təkrarlasınlar. Ayrı-ayrı heyvan, quş, cücü, əşya səslərini (qarrr, cırrr, zınqqq, məəə, fışşş, fısss, vızzz və s.) təkrarlayan parçalar üzrə məşqlər bu baxımdan faydalıdır.

Beləliklə, uşaqların diqqəti sözün məna tərəfindən onun formal cəhətinə, səs cəhətinə yönəldilir. Bu dövrdə uşaqları tələsdirib, artikulyasiyasını dəyişdirməyə məcbur etmək olmaz. Çalışmaq lazımdır ki, onlar tərbiyəçini yamsılamaq, dəfələrlə təkrarlamaq yolu ilə, düzgün tələffüzə alışsınlar. Məşğələ üçün şeir seçərkən çalışmaq lazımdır ki, uşaqlar eyni səsin ayrılması üzrə eyni şeri və ya bənzər şeirləri dalbadal oxumasınlar.

Dilimizdəki səslərin hamısı eyni cür ayrılmır. Uzadılması mümkün olan səsləri (sonorlar, fışıltılı samitlər) intonasiya ilə ayırmaq asandır. Dodaq samitləri, part- layışlı samitləri, ani tələffüz olunan samitləri ayırmaq xeyli çətindir. Elə şeirlər seçilməlidir ki, bu cür səslərin tələffüzü növbələşsin. Əks halda uşaqlar bir tələffüz tərzinə alışar və digərinə keçməkdə çətinlik çəkərlər.

Şeir elə olmahdır ki, ayrılmalı səs müxtəlif mövqelərdə (sözün əvvəlində, ortasında və axırında, müxtəlif səslərlə yanaşı işlənsin). Ayırmaq üçün yalnız samit səslər götürülməlidir, çünki məhz samitlərin adət edilmiş artikulyasiyasının dəyişilməsi tələb olunur.

Şeirlərin oxunması, əzbərlənməsi ilə yanaşı, uşaqların sözdə səsi ayırmaları üzrə onların əqli fəallığını təmin edən əlavə tapşırıqlar da verilməlidir. Şəkillərə və əşyalara baxıb, adının əvvəlində, ortasında və axırında müəyyən səsin işlənməsinə dair misallar demək belə çalışmalardır.

Böyük qrupda məşğələlər elə təşkil olunmalıdır ki, uşaqlar məktəbə hazırlıq qrupuna keçənədək aşağıdakı vərdişlərə yiyələnsinlər: a) hər hansı sözün səs təhlilini aparmaq; b) sözdə səsin yerini müəyyənləşdirmək; c) qalın və incə saitləri ayırmaq; ç) sözün səs strukturuna bələdləşmək və təklif olunan modelə uyğun söz seçmək; d) bütün saitlərin böyük çap şəklini tanımaq və yazmaq.

Beləliklə, dördüncü yaşdan beşinci yaşadək, əsasən, savad təliminə hazırlıq işi gedirsə, beşinci yaşdan (məktəbə hazırlıq qrupunda) əlifba təliminə hazırlıq üzrə iş gedir. Bu dövrdə ətraf aləmlə tanışlıq, uşağın nitqinin inkişaf etdirilməsi üzrə işə geniş yer verilməli, məktəblə, onun rejimi ilə, orada davranış qaydaları ilə tanışlıq, məktəbə psixoloji hazırlıq üzrə iş aparılmalı, lakin başlıca diqqət onların oxu və yazı texnikasına hazırlanmalarına yönəldilməlidir.

Yüklə 21,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə