Mövzu 11. Peşəkar “yanma” fenomeni, onu yaradan səbəblər və qarşısının alınması yolları Peşəkar yanma



Yüklə 28,53 Kb.
səhifə2/4
tarix28.12.2022
ölçüsü28,53 Kb.
#97968
1   2   3   4
Müh. 11

Peşəkar yanmanın mərhələləri
Sözü gedən fenomenin profilaktikası və araşdırılması problemlərinin öyrənən əksər müəlliflər, adətən «peşəkar yanma sindromunun» əsas üç mərhələsinin olduğunu qeyd edir.
1.  Birinci mərhələ -vəzifələrin yerinə yetirilməsi zamanı, qeyri iradi davranış: hansı isə məqamları unutmaq (məsələn, sənədlərə lazımı qeydlər edilibmi, planlaşdırılmış suallar verilibmi, bəs hansı cavab alınmışdı), hər hansı bir hərəkət verici fəaliyyətlərin həyata keçirilməsində nöqsanla, sıradan çıxmalar və s. Adətən bu ilkin simptomlara çox az adam diqqət yetirir, bir birinə hətta deyir: «huşsuz, yaddaşı quş yaddaşdır elə bil», «skleroz olub getmişəm». Fəaliyyət xarakterindən, iş yükünün böyüklüyündən və mütəxəssisin şəxsi xüsusiyyətlərindən asılı olaraq, ilk mərhələ üç-beş il çəkə bilər.
2. İkinci mərhələdə işə marağın azalması, ünsiyyətə olan tələbatın aşağı düşməsi (həmçinin də evdə və ya dostlar ilə müşahidə olunur: fəaliyyət istiqaməti üzrə mütəxəssis ünsiyyətdə olmalı olduğu adamları (müştərilər, həmkarlar, rəhbərlər) «görmək istəmir», dördüncü gün özünü elə hiss edir ki, sanki artıq beşinci gündür, bu həftə heç bitmək bilmir kimi fikirlər gəlir, insanda həftə sonuna qarşı apatiya, acıq hissləri yaranmağa başlayır, davamlı somatik simptomların yaranması (güc, enerji yoxluğu, xüsusən də həftə sonuna yaxın, axşam tərəfi baş ağrıları, «ölü yuxu, heç bir yuxu görmədən», xəstəliklərə meyliyin artması, normadan yüksək qıcıqlanma, həssaslıq. Bu mərhələnin davamiyyət müddəti-orta hesabla beş ildən 15 ilə qədər çəkə bilər.
3.  Üçüncü mərhələ- tam şəxsi yanma. Bu mərhələ nəinki işə, həm də bütünlüklə həyata qarşı bütünlüklə marağın azalması ilə xarakterikdir. Insan emosional etinasızlıq, kütləşmə, daima gücsüzlük hiss edir. Özünü təcrid etməyə, tənhalığa can atır. Bu mərhələdə heyvanlar və canlı təbiət ilə ünsiyyətdə olmaq, ona daha rahat və xoş gəlir, nəinki insanlar ilə. Bu mərhələ on ildən iyirmi ilə qədər davam edə bilər
Emosional tükənmə sindromunun fazaları

Yüklə 28,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə