Mövzu 1: “Dünya iqtisadiyyatı” fənninin predmeti və vəzifələri, dünya iqtisadiyyatının genezisi və dünya-sistem nəzəriyyələri



Yüklə 421 Kb.
səhifə7/24
tarix07.06.2022
ölçüsü421 Kb.
#88966
1   2   3   4   5   6   7   8   9   10   ...   24
movzu1

Beynəlxalq təşkilatlar
Beynəlxalq təşkilat — müəyyən məqsədlər üçün bağlanmış sazişlərə görə yaradılmış dövlət­lər­arası və qeyri-dövlət xarakterli beynəlxalq birliklər. Bəziləri nizamnaməsiz ( məsələn, ATƏT) fəaliyyət göstərir. Beynəlxalq təşkilatlar beynəlxalq hökumətlərarası təşkilatlara və beynəlxalq qeyri-hökumət təşkilatlara bölünür.

1

.Birləşmiş Millətlər Təşkilatı

2

.Beynəlxalq Valyuta Fondu

3

.Dünya Bankı

4

.Dünya Ticarət Təşkilatı

5

.Beynəlxalq İnkişaf Assosiasiyası

6

.Beynəlxalq Maliyyə Korporasiyası

7

.Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı

8

.Beynəlxalq Əmək Təşkilatı

9

.BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı

10

.Avropa Yenidənqurma və İnkişaf Bankı

11

.Asiya İnkişaf Bankı

12

.İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı

13

.Qara Dəniz Ticarət və İnkişaf Bankı

14

.Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT)

15

.Avropa İttifaqı

16

.Avropa Şurası

Birləşmiş Millətlər Təşkilatı, BMT (ing.United Nations Organization, UNO) — 1945-ci ildə yaradılmış dövlətlərarası beynəlxalq təşkilat. Hal-hazırda 192 ölkə təşkilatın üzvüdür. Müstəqil dövlətlərdən yalnız Vatikan BMT-nin üzvü deyil.
Qərargahı Nyu-York şəhərindədir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir.
Birləşmiş Millətlər Təşkilatı İkinci Dünya müharibəsindən sonra, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqiyyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyə­sinin yüksəldilməsi məqsədilə yaradılmışdır. BMT-nin Nizamnaməsi 1945-ci il iyunun 26-da San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalandı və 1945-ci il oktyabrın 24-də qüvvəyə mindi. BMT-nin əsas orqanları BMT Baş Məclisi, BMT Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir. 1992-ci ildən Azərbaycan Respublikası BMT-nin üzvüdür.
Üzv dövlətlər: 14 iyul2011-ci il tarixinə, Cənubi Sudanın BMT-yə üzv qəbul edilməsi ilə təşkilatın üzvlərinin sayı 193-ə çatdı.
BMT-nin ixtisaslaşmış təşkilatları

  • Beynəlxalq Əmək Təşkilatı (BƏT)

  • BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO)

  • BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı (YUNESKO)

  • Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)

  • Dünya Bankı (DB)

  • Beynəlxalq Valyuta Fondu (BVF)

  • Beynəlxaiq Mülki Aviasiya Təşkilatı (ICAO)

  • Narkotiklər və Cinayətkarlıq üzrə İdarə (UNODC)

  • Ümumdünya Poçt İttifaqı (ÜPİ)

  • Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ)

  • Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT)

  • Beynəlxaq Dənizçilik Təşkilatı (BDT)

  • Beynəlxalq İntellektual Mülkiyyət Təşkilatı (WIPO)

  • Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (IFAD)

  • Sənaye inkişafı üzrə Birləşmiş Millətlərin Təşkilatı (YUNİDO)

  • Qaçqınlar üzrə Ali Komissarlıq (UNHCR)

  • Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE)


Yüklə 421 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə