Mövzu 1: “Dünya iqtisadiyyatı” fənninin predmeti və vəzifələri, dünya iqtisadiyyatının genezisi və dünya-sistem nəzəriyyələri



Yüklə 421 Kb.
səhifə8/24
tarix07.06.2022
ölçüsü421 Kb.
#88966
1   ...   4   5   6   7   8   9   10   11   ...   24
movzu1

AvropaBirliyi və ya Avropaİttifaqı (ing.EuropeanUnion) — 27 dövləti birləşdirən dövlətlərüstü və eyni zamanda dövlətlərarası iqtisadi və siyasi təşkilat. Formal olaraq 1 noyabr 1993-cü ildə Maastrixt sazişi ilə təsis edilmiş bu ittifaqın təməli18 aprel 1951-ci il tarixli Paris Müqaviləsinə əsasən, Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya tərəfindən Avropa Kömür və Polad Birliyinin (AKPB) yaradılması ilə qoyulub. Təşkilatın mənzil qərargahı Brüsseldə yerləşir.
Avropa İttifaqının genişlənməsi. 1957-2007
Genişlənmə XXI əsrə hazırlaşan Avropa Birliyi üçün ən vacib fürsətlərdən biri idi. Yeni üzvlərə bir sabitlik və rifah bölgəsi təqdim edərək, qitənin sülh yolları ilə bütünləşməsini daha irəliyə götürmək üçün bənzərsiz tarixi bir vəzifədir. AB indidən uğurlu bir genişlənmə keçmişinə sahibdir. Avropa Kömür və Polad İttifaqının qurulmasına aid Paris Anlaşması (1951) ilə Avropa İqtisadi Birliyinin və EURATOMun qurulmasına aid Roma Anlaşması (1957) altı qurucu üzv tərəfindən imzalanmışdır: Belçika, Fransa, Almaniya, İtaliya, Lüksemburq və Hollandiya. AB bundan sonra dalbadal dörd genişlənmə müddətindən keçmişdir:

  • 1957 Belçika, Fransa, Almaniya, İtaliya, Lüksemburq və Hollandiya (qurucu üzvlər)

  • 1973 Danimarka, İrlandiya və İngiltərə

  • 1981 Yunanıstan

  • 1986 Portuqaliya və İspaniya

  • 1995 Avstriya, Finlandiya və İsveç

  • 2004 Estoniya, Litva, Latviya, Çex Respublikası, Polşa, Kipr, Slovakiya, Sloveniya, Malta və Macarıstan

  • 2007 Rumıniya, Bolqarıstan.

Avropa Birliyinin qurumları: Avropa Kömür və Polad Birliyidir;Avropa İqtisadi Birliyi və Avropa Atom Enerjisi Birliyi (EURATOM) Avropa Pul İnstitutu, Mərkəzi Avropa Bankı.
Beynəlxalq Valyuta Fondu - Beynəlxalq maliyyə təşkilatlarından biri. Əsası 1944-cü ildə ABŞ-ın Hempşir ştatının Bretton-Vuds ayalətində BMT-nin valyuta konfransında qoyulan, valyuta-maliyyə sferasında beynəlxalq əməkdaşlığı təmin etmək, beynəlxalq ticarətin genişlənməsinə və tarazlı inkişafa şərait yaratmaq, bunula da üzv ölkələrin iqtisadi yüksəlişinə yardımçı olmaq, üzv ölkələrin valyuta stabilliyinə xidmət etmək, üzv ölkələrin tədiyyə balansındakı qeyri-tarzalıqları aradan qaldırmaq məqsədi ilə onlara kreditlər vermək, bununla da beynəlxalq iqtisadi əlaqələrin qarşısını alan maneələri aradan qaldırmaq, beynəlxalq ticarət münasibətlərinə maneçilik törədən valyuta idxalı məhdudiyyətlərinin aradan qaldırılmasına kömək məqsədi ilə yaradılan beynəlxalq maliyyə inistitutudur.

Yüklə 421 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə