Мөһсин Гираәти



Yüklə 1,96 Mb.
səhifə22/81
tarix19.10.2018
ölçüsü1,96 Mb.
#75088
1   ...   18   19   20   21   22   23   24   25   ...   81

Nöqtələr


◘66-cı ayədə peyğəmbərin dili ilə münafiqlərə belə deyildi: “İman gətirdikdən sonra kafir oldunuz.” Bu ayədə isə Allah-təala belə buyurur: “Onlar İslamı qəbul etdikdən sonra kafir oldular.” Peyğəmbər “iman”, Allah isə “İslam” təbirlərini işlətmişdir. Çünki peyğəmbər onları zahirən mömin sayırdı. Amma Allah onların içindən xəbərdar olduğu üçün öz buyruğunda həmin tərəfi “mömin” yox, “müsəlman kimi təqdim edir.

◘Ayədə münafiqlərin peyğəmbər və İslam ziddinə yönəlmiş bütün fitnələri nəzərdə tutulur. Amma əksər şiə və sünni təfsirlərində “ləylətul-əqəbə” fitnəsi yada salınır. Münafiqlər həmin plana əsasən peyğəmbərin dəvəsini hürkütməklə onu aşırıma yuvarladıb qətlə yetirməli idilər. Amma onların qurğuları faş oldu və öz məqsədlərinə çata bilmədilər.

◘Nəql edirlər ki, Təbuk savaşında həzrət Peyğəmbər (s) çıxış etdiyi vaxt Həllas adlı bir münafiq dedi: “Əgər peyğəmbərin dedikləri düzdürsə, biz ulaqdan da pisik.” Amir ibn Qeys adlı səhabə onun sözlərini Peyğəmbərə (s) çatdırdı. Həzrət Peyğəmbər (s) münafiqi bu məsələ ilə bağlı sorğuya çəkdikdə, o, Amirin sözlərini inkar etdi. Peyğəmbərin göstərişi ilə hər iki şəxs minbərə yaxınlaşıb and içdi. Amma ayə nazil oldu və münafiqin yalanı üzə çıxdı.1

Bildirişlər


1. Yalan və yalan and münafiqlik nişanələrindəndir.

2. Münafiqlər naşükürdürlər. Onlar İslam sayəsində xoş günə çatsalar da, eyb axtarmaqdan əl çəkmirlər.

3. Allahla yanaşı peyğəmbərin adını çəkib, hər hansı işi onların ikisinə də aid etmək şirk deyil.

4. Fəzilət qaynağı yalnız Allahdır. (62-ci ayədə də deyildiyi kimi.)

5. İslam ideoloji və əxlaqi tərbiyə ilə yanaşı maddi durumu da yaxşılaşdırdı.

6. Hətta peyğəmbəri qətlə yetirmək istəyənlər üçün də tövbə yolu açıqdır.

7. Münafiqlərin dünya həyatı da əzab içində keçir. Çünki yaranış nizamı sədaqət üzərində qurulmuşdur.

8. Münafiqlərin dünya əzabı onları daim iztirabda saxlayan himayəsizlik və mövqesizlikdir.1

9. Münafiqlər işin sonunda tənha qalar, onların təşkilatları dağılar. Onları nə xalq, nə də hakimiyyətlər himayə edər.
Ayə 75:

﴿وَمِنْهُم مَّنْ عَاهَدَ اللّهَ لَئِنْ آتَانَا مِن فَضْلِهِ لَنَصَّدَّقَنَّ وَلَنَكُونَنَّ مِنَ الصَّالِحِينَ﴾

Onlardan bəziləri Allahla belə bir peyman bağlamışdılar: Əgər Allah Öz fəzlindən bizə əta etsə, hökmən sədəqə verəcək və salehlərdən olacağıq.”


Ayə 76:

﴿فَلَمَّا آتَاهُم مِّن فَضْلِهِ بَخِلُواْ بِهِ وَتَوَلَّواْ وَّهُم مُّعْرِضُونَ﴾

Elə ki, Allah onlara Öz fəzlindən əta etdi, xəsislik göstərdilər, arxa çevirib üz döndərdilər.”


Nöqtələr


◘Mədinədən olan yoxsul bir müsəlman (Sələbə ibn Hatəb) var-dövlət sahibi olmaq üçün Peyğəmbərdən (s) dua istədi. Həzrət buyurdu: “Şükrünü yerinə yetirə biləcəyin az mal, şükrünü yerinə yetirə bilməyəcəyin çox maldan üstündür. “Sələbə dedi: “Əgər Allah əta etsə, bütün vacib haqları ödəyəcəyəm.” Həzrət Peyğəmbər (s) həmin şəxs üçün dua etdi və o, var-dövlət sahibi oldu. Onun işi o qədər artdı ki, hətta cümə və cəmiyyət namazına gələ bilmədi. Zəkat yığan məmur onun yanına gedib müraciət etdikdə belə dedi: “Biz müsəlman olmuşuq ki, cizyə ödəməyək!”2

Fəxr-Razi deyir: “Sələbə öz əməlindən peşman oldu və öhdəsinə düşən zəkatı həzrət Peyğəmbərin (s) hüzuruna gətirdi. Amma həzrət bu zəkatı qəbul etmədi.

Bəli, insan bilmir ki, onun məsləhəti, xeyiri haradadır. Bu səbəbdən də bəzən öz zərərinə olan bir şey istəyir. Agah insan isə Allahın verdikləri ilə kifayətlənir.

◘Bu ayənin Allahla peymana əməl etməmək mövzusu ilə bağlı oxşarı “Əraf” surəsindədir: “Onlar hər ikisi Allaha dua etdilər ki, əgər onlara layiqli bir övlad verilərsə, Allaha şükür edərlər. Elə ki, saleh övlad verildi, Allaha şərik qoşdular, peymanı yaddan çıxardılar.”3


Bildirişlər


1. İnsan naşükür və vəfasızdır.

2. Fəqirlik və sıxıntı halında edilən əhdə və verilən sözə bir o qədər də etibar yoxdur.

3. Ləyaqət və tutum olmadıqda ilahi nemətlər insan üçün bədbəxtlik gətirir. Yalnız insanı süquta uğratmayan var-dövlət dəyərlidir.

4. Dünyaya bağlılıq insanı bədbəxt edir. Zəkat və sədəqə ödəməkdə xəsislik göstərən kəs addım-addım dindən uzaqlaşır.


Ayə 77:

﴿فَأَعْقَبَهُمْ نِفَاقًا فِي قُلُوبِهِمْ إِلَى يَوْمِ يَلْقَوْنَهُ بِمَا أَخْلَفُواْ اللّهَ مَا وَعَدُوهُ وَبِمَا كَانُواْ يَكْذِبُونَ﴾

Nəhayət, Allahla bağladıqları əhdin ardınca vədlərinə xilaf çıxdılar. Yalan danışdıqlarından (Allah) Onun görüşünə yetişənədək qəlblərində nifaq ruhu qərar verdi.”


Bildirişlər


1. Allahla bağlanmış peymana vəfasızlıq və məhrumlara münasibətdə xəsislik insanı bədbəxt edir.

2. Nifaqın dərəcələri var: dil nifaqı, rəftar nifaqı, qəlb nifaqı.

3. Nifaq bəzən müvəqqəti, bəzən daimi olur. (Həzrət Əli (ə) “yəvmi yəlqəvnəhu” təbirinin qiyamətə işarə olduğunu bildirmişdir.1

4. Əhdə vəfasızlıq və yalan insanda nifaq ruhiyyəsi yaradır. Günah, günah gətirir.

5. Bədbəxtliklərin qaynağı insan özüdür.

Ayə 78:

﴿أَلَمْ يَعْلَمُواْ أَنَّ اللّهَ يَعْلَمُ سِرَّهُمْ وَنَجْوَاهُمْ وَأَنَّ اللّهَ عَلاَّمُ الْغُيُوبِ﴾

Bilmədilərmi ki, Allah onların sirlərini və gizli söhbətlərini bilir və Allah bütün qeyblərdən xəbərdardır?!”


Nöqtələr


◘Ola bilsin ki, “sirr” dedikdə münafiqlərin batini küfrü nəzərdə tutulmuşdur. “Nəcva” həmin dəstənin qurğusuna, “ğuyub” onların məqsədlərinə işarədir.2

Bildirişlər


1. Münafiqlər öz qurğularını gizli saxlamağa çalışırlar, amma Allah onlara sirləri barədə xəbərdarlıq edir.

2. Nöqsanlı bilik nöqsanlı əmələ səbəb olur. Bəli, əgər insan Allahın gizli işlərdən agah olduğunu bilsə, daha təqvalı olar və nöqsana yol verib məzəmmət edilməz.


Ayə 79:

﴿الَّذِينَ يَلْمِزُونَ الْمُطَّوِّعِينَ مِنَ الْمُؤْمِنِينَ فِي الصَّدَقَاتِ وَالَّذِينَ لاَ يَجِدُونَ إِلاَّ جُهْدَهُمْ فَيَسْخَرُونَ مِنْهُمْ سَخِرَ اللّهُ مِنْهُمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ﴾

Münafiqlər könüllü olaraq müstəhəb sədəqə verən, eləcə də, gücündən artıq bir şey tapmayan möminlərə eyb tutur, onları məsxərəyə qoyurlar. (Bilsinlər ki,) Allah onlara rişxənd edər və onlar üçün ağrılı əzab var.”



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə