Мөһсин Гираәти



Yüklə 1,96 Mb.
səhifə30/81
tarix19.10.2018
ölçüsü1,96 Mb.
#75088
1   ...   26   27   28   29   30   31   32   33   ...   81

Nöqtələr


◘Ötən ayədə Zirar məscidi ilə Qoba məscidi müqayisə olundu. Bu ayədə isə hər iki məscidin banilərindən danışılır.

◘“Şəfa” dedikdə bir şeyin ağzı, kənarı, “curuf” dedikdə çay və ya quyunun su ilə altı uçulmuş haşiyəsi nəzərdə tutulur. “Har” sözü isə süst mənasını bildirir.


Bildirişlər


1. İşlərin dəyəri onların zahirində yox, niyyətlərdədir. Qoba məscidi Allahın razılığı məqsədi ilə tikilmişdisə, Zirar məscidinin tikilməsində məqsəd təfriqə yaratmaq idi.

2. Batilin bünövrəsi süstdür.

3. Bəzən məscid baniləri özlərini cəhənnəmin dibinə yuvarladırlar.

4. Məzhəbə aid və xalqın inanc yeri olan mərkəzlərdən sui-istifadə zülmdür.


Ayə 110:

﴿لاَ يَزَالُ بُنْيَانُهُمُ الَّذِي بَنَوْاْ رِيبَةً فِي قُلُوبِهِمْ إِلاَّ أَن تَقَطَّعَ قُلُوبُهُمْ وَاللّهُ عَلِيمٌ حَكِيمٌ﴾

Münafiqlərin qoyduğu bünövrə onların qəlblərində daimi bir tərəddüd səbəbidir. (Onların xilas yolları yoxdur.) Yalnız qəlbləri (nifaqdan) ayrılsa (nicat taparlar). Allah biləndir və hikmət sahibidir.”


Bildirişlər


1. Münafiqlərin etiqadi bünövrələri süstdür.

2. Qəlbin və ruhun xəstəlikləri bəzən möhkəm və dəyişməz şəkil alır.

3. Zahiri dil tövbəsi ilə qəlb və ruh xəstəliklərindən yaxa qurtarmaq olmaz.

4. Nifaq binası uçurulsa da, onun təsirləri qəlblərdə kök atıb qalır və münafiqin ölümünədək yaşayır.

5. Münafiqlərin təşkilat və mərkəzləri var.

6. Münafiqin rahatçılığı yoxdur.

7. Allah münafiqlərin Zirar məscidini tikməkdəki məqsədlərini bilir.
Ayə 111:

﴿إِنَّ اللّهَ اشْتَرَى مِنَ الْمُؤْمِنِينَ أَنفُسَهُمْ وَأَمْوَالَهُم بِأَنَّ لَهُمُ الجَنَّةَ يُقَاتِلُونَ فِي سَبِيلِ اللّهِ فَيَقْتُلُونَ وَيُقْتَلُونَ وَعْدًا عَلَيْهِ حَقًّا فِي التَّوْرَاةِ وَالإِنجِيلِ وَالْقُرْآنِ وَمَنْ أَوْفَى بِعَهْدِهِ مِنَ اللّهِ فَاسْتَبْشِرُواْ بِبَيْعِكُمُ الَّذِي بَايَعْتُم بِهِ وَذَلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ﴾

Həqiqətən, (Allah) möminlərin canlarını və mallarını behişt bahasına onlardan almışdır. Onlar Allah yolunda döyüşürlər ki, öldürsünlər və ya öldürülsünlər. Tövratda, İncildə və Qurandakı haqq vəd Allahın öhdəsinədir. Əhdinə Allahdan da vəfalı olan kimdir?!” Beyət etməyinizə vasitə olan bu müamiləyə görə sizə müjdə olsun. Bu, həmin böyük qurtuluşdur.”


Nöqtələr


◘Dünya bir bazardır, insanlar isə tacir. İnsan satıcıdır, Allah isə alıcı. Satılan şey insanın mal və canıdır. Mal və canın dəyəri isə behiştdir. İnsan canını və malını Allaha satdıqda xeyir tapır, bir başqasına satdıqda zərərə düşür.

◘Allahla müamilənin bir neçə imtiyazı var: özümüz, gücümüz, olanlarımız Allahdandır və bütün bunları Ondan başqasına vermək yaxşı deyil; Allah aza da müştəridir; Allah-təala aldığı malın eybini örtür və insanı rüsvay etmir; Allah insanın malını və canını behişt bahasına alır. Başqa bir qiymətə müamilə etmək axmaqlıq və zərərdir.

◘İmam Sadiq (ə) buyurmuşdur: “Sizin dəyəriniz yalnız behiştdir. Özünüzü behiştdən ucuz satmayın.”1

Bildirişlər


1. Allah kimi alıcı olan yerdə nə üçün başqasının sorağına gedək?

2. Allah münafiqin və kafirin yox, yalnız möminin müştərisidir.

3. Allah üçün canla cihad malla cihaddan öndə gəlir. (Var-dövlət hamıda olmasa da, can hamıda var.)

4. Behişt cihad, qılınc, can və malın Allaha təqdimi sayəsində əldə olunur.

5. Cihadda məqsəd Allaha yaxınlıq olsa, öldürməyin və ya öldürülməyin fərqi olmaz.

6. Mömin cihad səfərinə daim hazırdır.

7. Möminin savaşda məqsədi öncə batili aradan götürmək, sonra şəhadətə çatmaqdır.

8. Allahla müamilədə xeyir mütləqdir. Allahla müamilədə hər şey haqdır və insanın xeyrinədir. Başqaları isə bu işdə ya qeyri-ciddidir, qatqılıdır, ya həvəs, ya da rəqibi aşırmaq üçün addım atır.

9. Cihad, mücahidlər və şəhidlər təkcə İslamda dəyərə malik deyil. Tövrat və İncildə də eyni münasibət mövcuddur. Əgər bu gün həmin kitablarda qeyd olunan məsələ yoxdursa, bunun səbəbi həmin kitabların təhrif olunmasıdır.

10. Haqqımız olmasa da, Allah bizim üçün Öz öhdəsinə bəzi haqlar götürmüşdür.

11. Müamilə zəruri bir əqddir və ona vəfa qılmaq vacibdir.

12. Allah-təala müamilədə mücahidləri Özünə tərəf seçmişdir

13. Ən böyük müjdə fənanın əbədiyyətə, dünyanın axirətə çevrilməsidir. Bundan savay nə varsa, zərərdir.

14. Cihaddan qaçan münafiqləri tənqid etməklə yanaşı, mücahid möminlərə təşəkkür etmək lazımdır.

15. Ən böyük qurtuluş Allahla müamilə sayəsində əldə olunur.
Ayə 112:

﴿التَّائِبُونَ الْعَابِدُونَ الْحَامِدُونَ السَّائِحُونَ الرَّاكِعُونَ السَّاجِدونَ الآمِرُونَ بِالْمَعْرُوفِ وَالنَّاهُونَ عَنِ الْمُنكَرِ وَالْحَافِظُونَ لِحُدُودِ اللّهِ وَبَشِّرِ الْمُؤْمِنِينَ﴾

(Mücahid möminlər) tövbə, ibadət, sitayiş, (haqq yolda) səyahət, rüku, səcdə, əmr be məruf və nəhy əz münkər əhli, ilahi hədləri hifz edəndirlər. Belə möminlərə müjdə ver.”


Nöqtələr


◘Bu ayədə mücahid möminlərin 9 xüsusiyyəti bəyan olunmuşdur: günahlarından tövbə edirlər, ibadət yolunu tuturlar, dilləri həmd deyir, ayaqları hərəkətdədir, rüku edirlər, səcdə qılırlar, özlərini tərbiyələndirirlər, əmr be məruf vasitəsi ilə cəmiyyəti islah edirlər, ilahi qanunlar çərçivəsindən çıxmırlar.

Tövbə ibadət yolunu açır, şükür edən dil hərəkətlə yanaşı rüku və səcdə üçün hazırlıq yaradır, əmr be məruf və nəhy əz münkər cəmiyyətdə ilahi hüdudları hifz edir.

◘“Əttaibun” sözündən məlum olur ki, malını və canını Allaha təqdim edən möminlər daxili bir inqilabla, bəyənilməmiş işlərdən çəkinməklə bu müamilə meydanına daxil ola bilərlər. (Necə ki, Kərbəla macərasında Züheyr və Hürr kimi mənfi keçmişə malik şəxslər Allahla müamilə sayəsində canlarını təslim edib uğur qazandılar.)

◘Ubbad Bəsri Məkkə yolunda imam Səccadı (ə) görüb dedi: “Cihad və çətinliyi qoyub həcc və asanlığımı seçdin?”

Sonra Ubbad “innəllahəştəra...” ayəsini oxudu. Həzrət buyurdu: “Ayənin davamını oxu!” Ubbad “əttaibunə...” ayəsini oxudu. Həzrət buyurdu: “Əgər ardıcıllarımızda bu sifətlər olsaydı, qiyam qaldırmağımız vacib olardı. Bu halda cihad da həcdən üstün olardı.”1

◘Rəvayətlərdə bildirilir ki, “əssaihun” təbiri oruc tutanlara işarədir.2



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə