Monqollarin



Yüklə 339,08 Kb.
Pdf görüntüsü
səhifə14/109
tarix15.03.2018
ölçüsü339,08 Kb.
#32399
1   ...   10   11   12   13   14   15   16   17   ...   109

Мonqolların gizli tarixи 
 
41
 
Çin işarələrilə transkripsiya halında yazılması idi. Bu kimi yazıların 
yanına çincə tərcüməsi əlavə edilir, başına bir sərlövhə qoyulub so-
nunda çincə olaraq xülasəsi də verilirdi. Bu surətlə qasid götürdüyü 
yazıdan heç bir şey anlamasa dəxi onu olduğu kimi oxuya bilirdi. 
Ondan sonra Çində qurulan minq sülaləsi də XIV-XV əsrlərdə 
monqolcanı bu şəkildə Çin işarələriylə yazmaq surətilə steplərdəki 
monqol liderlərilə  xəbərləşmişlər. Belə  sənədlərin bəziləri zama-
nımıza qədər gəlib çıxmışdır. 
Monqolların gizli tarixi adı altında tanınan, 12 kitab və 282 § ha-
lında tərtib edilən bu əsər eyni tərzdə monqolca mətnin - monqol 
sülaləsinin son dövrlərində - Çin işarələriylə yazılmış bir transkrip-
siyasından ibarət olub, burada da hər sözün çincə tərcüməsi və çincə 
olmaq üzrə  hər qismin xülasəsi verilmişdir.  Əsər bu şəkildə  məhv 
olmaqdan qurtulmuşdur. Çünki monqol sülaləsinin yıxılmasından 
sonra monqol əlifbasıyla yazılmış bütün ədəbiyyat Çin milli təxriba-
tının qurbanı olmuşdur. Daş kitabələr qurtulmamış olsaydı, monqol 
kvadrat yazısı ilə XIII-XIV əsrlər monqol ədəbiyyatı haqqındakı 
məlumatimiz da ancaq söyləntilərdən ibarət olacaqdı. 
XIII  əsrin bənzərsiz bir monqolca əsəri olan bu Gizli tarixin 
başına çox hadisələr gəlmişdir: dediyimiz kimi, Çin qılığına bürü-
nərək sülalənin yıxılmasından sonra da yaşaya bilmiş  və  hətta min 
sülaləsinin ilk zamanlarında basılmaq  şərəfinə belə nail olmuşdur. 
Əsər o zaman hər halda yalnız arxiv və tarixçilər üçün basılmış ol-
malıdır, çünki xülasəsindən başqa qismi anlaşıla biləcək vəziyyətdə 
deyildi. Bundan 6 il öncə, bu çapın Pekin dövlət müşavirləri (mi-
koh) kitabxanasında, təəssüf ki, yalnız 45 vərəqlik bir qismi tapıl-
mış, lakin digər parçalarına rastlanılmamışdır. Bununla bərabər əsər 
bu çapından və ya surəti köçürüldükdən sonra (1410-cu illərdə) 
Yunq-loh hökumətinin böyük əlyazma kitabxanasına alınmışdır. 
Sonralar burada toplanan əsərlərin çoxu itsə də, bir qisminin əsli, bir 
qisminin də surəti qurtarıla bilmişdir ki, önümüzdəki Gizli tarix də 
məhz bunlardan biridir. Bir neçə surət halında mövcud olan bu əsəri 
kimsə anlayıb istifadə edə bilmədiyi üçün alimlər uzun zaman bunu 
antikvariat kimi mühafizə etmişlər. 


Monqolların gizli tarixi 
 
 
42
 
Əsərin cinlilər tərəfindən anlaşılması mümkün olan çincə xü-
lasəsi hər halda böyük kitabxanada ikən bir araya toplanaraq çincə 
ayrı bir ədəbi əsər halında basılıb nəşr olunmuşdur. Çindəki monqol 
sülaləsinə Yüan deyildiyi üçün bu məcmuəyə  də Yüan chao pi-
shi=«Yüan sülaləsinin gizli tarix» adı verilmiş və bu ünvan altında 
1847-ci ildə  şərhsiz, 1903-cü ildə isə  şərhli olmaq üzrə iki dəfə 
basılmışdır. Avropalılar əsəri öncə bu şəkildə və bu ad altında tanı-
dılar.  Şərhli basqılarından birinin başlığı altına naşir  əlindəki  əsas 
nüsxədən iki sətir daha əlavə etmiş və bunu əsəri yazan monqolun 
adı zənn etmişdi. Lakin bu sözlər müəllifin adı olmayıb əsərin mon-
qolca gerçək adı idi. Bunu Avropada 1913-cü ildə P.Pelliot və on-
dan  əvvəl 1907-ci ildə yapon alimi Naka göstərmişlər. Nakanın 
əlində əsərin Çin işarələriylə yazılmış monqolca mətni var idi. Be-
ləliklə, həqiqi adın  Mañğol-un ni'uça tobça'an -  Monqolların gizli 
tarixi  şəklində olduğu və Yüan-chao pi-shi-Yüan sülaləsinin gizli 
tarixi başlığının isə əsərin çincə qısaldılmış tərcüməsini ifadə etdiyi 
anlaşılmışdır. Çində  təbii olaraq maraq doğurmayan bu əsər ancaq 
Avropa elmi vasitəsilə tanıdılmışdır. Bu xüsusda ən başda adı  çə-
kiləsi şəxs Pekində yaşamış rus alimi, keşiş və tanınmış sinoloq Pal-
ladiusdur. O, 1866-cı ildə çincə  mətni ruscaya çevirmişdi. Bu əsər 
indiyə  qədər daim Yüan chao pi-shi adlandırıldı. Lakin bunu da 
qeyd etməliyik ki, bu başlıq ancaq onun çincə xülasəsinə aiddir. 
Halbuki bu xülasədə çinli mütərcimin nəzərində əhəmiyyətsiz görü-
nən və ya anlaşılması mümkün olmayan bir çox vaqeə  və isimlər 
zikr edilməmiş və bir çox qisimlər da ancaq bir neçə sətirlık bir xü-
lasə ilə ifadə olunmuşdur. 
«Əsərin içindəkilər Palladiusun tərcüməsiylə meydana çıxmış-
dır» deyə düşünmək tamamilə yanlışdır. Bundan 30 il öncə bu sətir-
lərin müəllifi də eyni çincə xülasəni almancaya çevirmiş, lakin mət-
nin əsli meydana çıxana qədər bunun nəşrini gecikdirmişdi. Bu qis-
min ancaq ədəbi bir dəyəri vardır. Palladius daimi bir araşdırma so-
nunda, nəhayət,  əsərin Çin işarələriylə yazılı monqolca mətnini də 
əldə etməyə müvəffəq olmuşdu. Bu mətn sözlərin çincə tərcüməsini 
və hər qismin çincə xülasəsini də əhatə edirdi. Bretschneider P nüs-


Мonqolların gizli tarixи 
 
43
 
xəsinin minq çapından bir surət olduğunu desə də, bu, doğru deyil-
dir. Bu yazma nüsxə başlığı ilə  də minq çapından ayrılmaqdadır. 
Palladius bu nüsxəni tapınca çincə transkripsiyadan monqolca mətni 
əldə etmək üçün dərhal işə başlamışdır. Bretschneider bu məsələ 
haqqında mülahizə yürüdərkən çincə və monqolca bilən bir adamın 
çincə lüğət və xülasədən istifadə edərək bu işi asanca bacara biləcə-
yini deyir. Bir çox kimsələr də məsələnin transkripsiya ilə çözülə bi-
ləcəyini sanırdı. Bu işin heç də belə olmadığı anlaşılmışdır. Söylən-
diyinə görə, Palladius 1878-ci ildə bu işi tamamlamış  və  bəlkə  də 
əsərini nəşr etmək məqsədilə məmləkətinə doğru yola çıxmış, lakin 
Marseldə ölmüşdür. Hazırladığı əsaslar heç bir iz qoymadan itdiyinə 
görə bunu ancaq bu şəkildə izah edə bilərik: ya Palladius başladığı 
işi bitirə bilməmiş və ya onun əsərini tamamlayıb çap etdirə biləcək 
bir kimsə çıxmamışdır
1

Bu hadisədən ancaq 30 il sonra Çində elmin ilk tələbi yerinə ye-
tirilə bildi: bu da Çin alimi və kitab dostu Ye Teh-huinin əsəri əski 
bir yazma nüsxə  əsasında nəşr etməsiylə oldu. Bu çap şərhsiz və 
başqa yazma nüsxələrlə qarşılaşdırılmadan nəşr olunsa da, mətnin 
meydana çıxması baxımından böyük önəmi vardı. Ondan bir il öncə 
yapon tarixçisi Naka da əlinə keçən bir yazma nüsxəni yaponcaya 
çevirmiş, Çin əsərlərindən aldığı  zəngin və qiymətli izahlarla nəşr 
etmişdi. Lakin o, monqolca mətnin transkripsiyasını  və  əlyazması-
nın  əslini nəşr etmədiyi üçün yanlış yoldan getmişdi. Bu surətlə 
əsəri oxuyanlar tədqiq və müqayisə imkanlarından məhrum qalmış-
dı. Nakanın əsəri çıxdı, lakin ondan istifadə etmək mümkün deyildi. 
Çin inqilabının doğurduğu qarışıqlıq və dünya müharibəsi üzündən 
Ye Teh-huinin çapı da uzun müddət məchul qaldı. Bu əsər üzərində 
ilk çalışma  şərəfi Palladiusa, ikincisi isə Ye Teh-huiyə aiddirsə
üçüncü olaraq parisli şərqşünas Paul Pelliot zikr edilməlidir. Pelliot 
                                                           
1
  Kozinin ön sözündən belə çıxır ki, (Kozin, s.10) Palladiusun transkripsiyası 
Rusiya Elmlər Akademiyası  Şərqşünaslıq  İnstitutunda (Mus. As. Sect. III, 
966), çincə yazma nüsxəsi isə Leninqrad Universiteti əlyazmalar fondunda 
mühafizə edilir. Kozin öz tərcüməsini məhz bunların  əsasında hazırlamışdır. 
Təfsilat üçün «Giriş»ə bax (çevirən). 


Yüklə 339,08 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə