Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə13/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   9   10   11   12   13   14   15   16   ...   198

yenə do 24 saal ərzində müvafiq məhkəməyə xəbər verilməlidir. 

O da nəzərə alınmalıdır ki, yuxarıda göstərilən qaydalara riayət 

olunmadıqda  əldə  edilmiş  sübutlar  ədalət  mühakiməsinin 

hansısa  aktının  əsası  kimi  istifadə  oluna  bilməz.  Onlardan 

istifadə olunduğu halda məhkəmənin qərarı ləğv olunmalıdır. 

3.5.

 

Məlıkənıənin qamıııniyinin, səlahiyyətli və 

qərəzsiz olmasıııın təminatı prinsipi 

Bu prinsipin əsas mənası ondan ibarətdir ki, cinayət, mülki, 

iqtisadi  mübahisələrdən  irəli  gələn  məsələlərə  dair,  inzibati 

xətalara  dair  işlərə  baxan  məhkəmə  yalnız  o.  şərtlə  ədalət 

mühakiməsini həyata keçirə bilər ki, o özü qanuni, səlahiyyətli 

və ədalətli olsun. 

Məhkəmənin  bu  xüsusiyyətlərinin  təmin  edilməsi  üçün 

qanunla müəyyən edilmiş bir çox vasitələr vardır. Bu vasitələri 

üç qrupa bölmək olar: 

hakimlərə,  andh  iclasçılara,  o  cümlədən  namizədlərə  dair 

tələblər  də  daxil  olmaqla  müvafiq  səlahiyyətlərin  verilməsini 

müəyyən edən qaydalar

məhkəmənin  aidiyyətinin,  habelə  tərkibinin  müəyyən 

edilməsi qaydası; 

iş  üzrə  baxılan  məsələlərə  dair  qərarı  qəbul  edərkən 

hakimlərin  qeyri-obyektiv,  yaxud  ədalətsiz  olmasının  qarşısını 

alan qaydalar. 

Birinci 

qrup 

qaydalar 

Azərbaycan 

Respublikası 

Konstitusiyasının,  «Məhkəmələr  və  hakimlər  haqqında», 

«Konstitusiya Məhkəməsi haqqında» Qanunların müddəaları ilə 

müəyyən edilir. 

Belə ki. Konstitusiyanın 126-cı maddəsində hakimlərə dair 

tələblər,  onların  siyasi  bitərəfliyi  müəyyən  edilmişdir.  Yaşı 

30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüqu- 

 ------------  

 ---------- 



41 ======^= 


quna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 

ildən  artıq  işləyən  Azərbaycan  Respublikası  vətəndaşları  hakim 

ola bilərlər. Hakimlər heç bir başqa seçkili və təyinatlı vəzifə tuta 

bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç 

bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə, siyasi 

fəaliyyətlə  məşğul  ola  bilməz  və  siyasi  partiyalara  üzv  ola 

bilməzlər, vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq 

fəaliyyətinə  görə  aldığı  vəsaitdən  başqa  məvacib  ala  bilməzlər. 

Hakim vəzifəsinə tə'yin olunmuş şəxslər andiçmədən qabaq siyasi 

partiyanın  va  ya  digər  siyasi  təşkilatların  üzvlüyündən 

çıxmalıdırlar. 

Bu qaydalara riayət edilməsi elə bir «süzgəc» yaradır ki, onun 

köməyi  ilə  məhkəmə  funksiyalarının  icrasından  onları  yerinə 

yetirə  bilməyən  (lazımi  ixtisası,  pe.şə  və  məişət  təcrübəsi 

olmayan,  yüksək  əxlaqi  tələblərə  cavab  verməyən)  adamlar 

uzaqlaşırlar. 

İkinci 

qrup 


qaydalar 

Azərbaycan 

Respublikası 

Konstitusiyasının, 

Cinayət-Prosessual 

Məcəlləsinin, 

Mülki-Prosessual Məcəlləsinin müddəalarından irəli gəlir. 

Belə  ki,  Konstitusiyanın  62-ci  maddəsində  hər  kəsin  onun 

işinə  qanunla  müəyyən  edilmiş  məhkəmədə  baxılması  hüququ 

vurğulanmışdır.  Şəxsin  razılığı  olmadan  onun  işinə  başqa 

məhkəmədə  baxılmasına  yol  verilmir.  Bundan  ba.şqa,  mövcud 

qanunvericiliyə  əsasən,  yuxarıda  duran  məhkəmə  tərəfindən 

konkret  işin  aşağıdakı  məhkəmədən  öz  icraatına  alması  yalnız 

apellyasiya və ya kassasiya qaydasında mümkündür. 

Bir  məhkəmənin  aidiyyətinə  aid  işin  eyni  səviyyəli  digər 

məhkəməyə  özbaşına  verilməsi  də  yolverilməzdir.  Belə  bir 

zərurət  yarandıqda  (məsələn,  hakim  -  təkdir  və  o  uzun  müddət 

xəstədir;  onun  sağalmasını  gözləmək  o  deməkdir  ki,  ittiham 

olunan  şəxs  hökm  çıxarılanadək  qeyri-müəyyən  müddətə  qədər 

həbsdə  qalmalıdır),  yuxarı  məhkəmə  sədrinin  qoran  ilə  ittiham 

olunan şəxsə mütləq xəbər verilməklə işi başqa məhkəməyə verilə 

bilər.  Bu  xəbərdarlıq  ona  qərarla  razılaşmadığı  halda  şikayətlə 

müraciət etmək imkanı yaradır. 



42

 




Mohkomonin 

qanuniliyinin, 

səlahiyyətləri, 

qərəzsiz 

olmasının  təminatı  üçün  onun  müvafiq  instansiyada  baxılması 

və  tərkibinin  düzgün  müəyyən  edilməsi  vacib  əhəmiyyət  kəsb 

edir. 

«Məhkəmələr  və  hakimlər  haqqında»  Qanunun  4-cü 



maddəsinə  əsasən,  məhkəmələrdə  işlərə  üç  instansiya  üzrə  - 

birinci  instansiya,  apellyasiya  və  kassasiya  instansiyalarında 

baxılır. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada 

məhkəmələrdə  işlərə  kollegial  və  hakim  tərəfindən  təkbaşına: 

birinci  instansiya  məhkəməsində  işlərə  təkbaşına  və  ya  üç 

hakimdən  ibarət  tərkibdə,  yaxud  andh  iclasçılardan  ibarət 

tərkibdə,  habelə  apellyasiya  və  kassasiya  instansiyası 

məhkəməsində  üç  və  ya  daha  çox  hakimdən  ibarət  tərkibdə 

baxılır. 

Üçüncü qrup qaydalara əsasən məhkəmə tərəfindən işlərə 

qərəzsiz baxılması təmin edilir. Bunlar Cinayət-Prosessual 

Məcəlləsində, Mülki-Prosessual Məcəlləsində əks olunmuşdur. Bu 

qaydalara əsasən hakim və andh iclasçılar aşağıdakı hallarda 

konkret işin baxılmasından uzaqla.şdırıla bilərlər: əgər onlar işin 

icraatı ilə bağlı hansısa funksiyaları yerinə yetiriblərsə (şahid və ya 

zərərçəkən olublar, ekspert rəyi veriblər, iddiaçıya və ya cavabdehə 

hüquqi kömək göstəriblər və s.); 

əgər  hakimin  və  ya  andh  iclasçının  işin  nəticəsində  şəxsi 

maraqları varsa (hansısa tərəfin qohumudur, bu iş üzrə bir dəfə 

hakim kimi  iştirak edib) və qanunvericilikdə müəyyən edilmiş 

digər hallarda. (CPM, m. 109). 

Cinayət mühakimə icraatını həyala keçirərkən məhkəmələr 

aşağıdakı vəzifələri yerinə yetirməlidirlər; 

cinayət prosesində tərəflərə cinayət tə'qibi ilə əlaqədar bütün 

halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri 

şəraiti tə'min etmək; 

şübhəli  və  ya  təqsirləndirilən  şəxsi  həm  ifşa  edən,  həm  də 

ona bəraət verən halları, habelə məs'uliyyəti yüngülləşdirən və 

ağırlaşdıran halları nəzərə almaq

= - 




43

 

—=■




= -------------  




Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə