13
Məkandan münəzzihdir (Bir yerdə deyildir).
Kəmal sıfatları vardır.
Nöqsan sıfatlardan təmizdir. Onda yoxdur.
Kəmal sıfatlar Allahü azım-üş-şanda olur.
Nöqsan sıfatlar isə,
bizlərdə olur.
Bizlərdə olan nöqsan sıfatlar əlsiz-ayaqsız, gözsüz olmaq, xəstəlik və
sağlamlıq, yemək, içmək və bunlara oxşar bir çox şeylərdir.
Allahü azım-üş-şanda olan sıfatlar, yeri, göyü, o cümlədən havada,
suda, yer üzündə və torpaq altında yaşamaqda olan müxtəlif məxluqları
yaratması; ağlımıza gələn və acizliyimiz səbəbi ilə bəzilərinin ağlına gəl-
məyən bir çox məxluqları hər an varlıqda saxlaması; bütün məxluqatın ru-
zisini verməsi və başqa kəmal sıfatlardır. Qadiri mütləqdir. Hər varlıq
Allahü azım-üş-şanın kamal sıfatlarından bir əsərdir.
Allahü azım-üş-şan haqqında bilməli olduğumuz vacib sıfatlar iyirmi
ikidir. İyirmi iki də muhal sıfatları vardır.
Vacib-lazım deməkdir. Bu sıfatlar Allahü azım-üş-şanda vardır. Muhal
olanlar isə yoxdur. Muhal – vacibin ziddidir. Var ola bilməz, deməkdir.
Allahü azım-üş-şan haqqında bilməli olduğumuz sıfatı-nəfsiyyə birdir
: Vücud, yəni var olmaqdır.
Allahü azım-üş-şanın var olmasının birbaşa dəlili Allahın (cəllə cələlühü)
“İnnəni ənəllahü” kəlamıdır. Ağıla uyğun dəlil, bu aləmləri xəlq edən (yoxdan
var edən) bir xaliq (yaradan), əlbəttə mövcuddur, əlbəttə vardır. Mövcud olma-
maq muhaldır.
Sıfatı-nəfsiyyə demək – zat, onsuz və O, zatsız təsəvvür oluna və dü-
şünülə bilməz, deməkdir.
SİFATI-ZATİYYƏ (Zatı xüsusiyyətlər)
Allahü azım-üş-şan haqqında bizim bilməli olduğumuz sıfatı-zatiyyə
beşdir. Bunlara “ Üluhiyyət sıfatları” deyilir.
1. Qıdəm. Allahü azım-üş-şanın varlığının əvvəli olmamaq.
2. Bəka. Allahü azım-üş-şanın varlığının sonu olmamaq. Buna vacib-
ül-vücud deyilir. Birbaşa dəlil Allahü azım-üş-şanın Hadid surəsində üçün-
cü ayəti-kəriməsidir. Ağıla uyğun dəlil, varlığının əvvəli və axırı olsa,
sonradan var olmuş olub, aciz və naqis olardı. Aciz və naqis olan başqası-
nı yarada bilməz. Bu, Allahü azım-üş-şan haqqında muhaldır.
3. Qiyam bi-nəfsihi. Allahü azım-üş-şan zatında, sıfatlarında və işlərin-
də heç kimə möhtac deyildir. Birbaşa dəlil Muhamməd (əleyhissəlam) surə-
sinin son ayəti kəriməsidir. Ağıla uyğun dəlil, bu sıfatlar Onda olmamış ol-
sa, aciz və naqis olardı. Bu isə Allahü azım-üş-şan haqqında muhaldır.
4. Müxaləfətün lil-havadis. Allahü azım-üş-şan zatında və sıfatında
heç kimə bənzəməz. Birbaşa dəlil, Allahü azım-üş-şanın Şura surəsindəki
14
on birinci ayəti kəriməsidir. Ağıla uyğun dəlil, bu sıfatlar Onda olmamış
olsa, aciz və naqis olardı. Bu isə Allahü azım-üş-şanın haqqında muhaldır.
5. Vəhdaniyyət. Allahü azım-üş-şanın zatında, sıfatında və işlərində
şəriki və bənzəri yoxdur. Birbaşa dəlil, Allahın İxlas surəsindəki birinci
ayəti kəriməsidir. Ağıla uyğun dəlil, əgər ortağı olsa, aləm yox olardı. Biri
bir şeyi yaratmağı, digəri yaratmamağı istəyərdi.
Alimlərin çoxusuna görə “ Vücud”, yəni var olmaq da ayrıca bir sı-
fatdır. Beləcə, sıfatı-zatiyyə altı olur.
SİFATI-SÜBUTİYYƏ (Sübuti xüsusiyyətlər)
Allahü azım-üş-şan haqqında bizim bilməli olduğumuz sıfatı-sübutiy-
yə səkkizdir: Həyat, elm, səm, basar, iradə, qüdrət, kəlam, təkvin.
1. Həyat. Allahü azım-üş-şan diridir. Birbaşa dəlil, Allahü azım-üş-şa-
nın Bəqərə surəsindəki 255-ci ayəti kəriməsinin baş qismidir. Ağıla uyğun
dəlil, Allahü azım-üş-şan diri olmasa, bu məxluqat vücuda gəlməzdi.
2. Elm. Allahü azım-üş-şanın bilməsi, deməkdir. Birbaşa dəlil, Allahü
azım-üş-şanın Haşr surəsindəki 22-ci ayəti kəriməsidir. Ağıla uyğun dəlil,
Allahü azım-üş-şanın bilməsi olmasa, aciz və naqis olardı. Aciz və naqis
olmaq, Onun haqqında muhaldır.
3. Səm. Allahü azım-üş-şanın eşitməsi, deməkdir. Birbaşa dəlil, Alla-
hü azım-üş-şanın İsra surəsindəki birinci ayəti kəriməsidir. Ağıla uyğun
dəlil, Allahü azım-üş-şanın eşitməsi olmasa, aciz və naqis olardı. Aciz və
naqis olmaq, Onun haqqında muhaldır.
4. Basar. Allahü azım-üş-şanın görməsi deməkdir. Birbaşa dəlil, Al-
lahü azım-üş-şanın yenə İsra surəsindəki birinci ayəti kəriməsidir. Ağıla
uyğun dəlil, Allahü azım-üş-şanın görməsi olmasa, aciz və naqis olardı.
Aciz və naqis olmaq, Onun haqqında muhaldır.
5. İradə. Allahü azım-üş-şanın istəməsi deməkdir. Onun istədiyi olur.
O istəməzsə, heç bir şey olmaz. Varlıqları istəmiş, yaratmışdır. Birbaşa
dəlil, Allahü azım-üş-şanın İbrahim surəsindəki 27-ci ayəti kəriməsidir.
Ağıla uyğun dəlil, Allahü azım-üş-şanın istəməsi olmasa, aciz və naqis
olardı. Aciz və naqis olmaq, Onun haqqında muhaldır.
6. Qüdrət. Allahü azım-üş-şanın hər şeyə gücünün yetməsi deməkdir.
Birbaşa dəlil, Allahü azım-üş-şanın Ali İmran surəsindəki 165-ci ayəti kə-
riməsidir. Ağıla uyğun dəlil, Allahü azım-üş-şanın əgər gücü yetməsə,
aciz və naqis olardı. Aciz və naqis olmaq, Onun haqqında muhaldır.
7. Kəlam. Allahü azım-üş-şanın söyləməsi. Birbaşa dəlil, Allahü
azım-üş-şanın Nisa surəsindəki 164-cü ayəti kəriməsidir. Ağıla uyğun də-
lil, Allahü azım-üş-şanın söyləməsi olmasa, aciz və naqis olardı. Aciz və
naqis olmaq, Onun haqqında muhaldır.
15
8. Təkvin (yaratmaq). Allahü azım-üş-şan xaliqdir, yaradandır. Hər
şeyi yaradan, yoxdan var edən Odur. Ondan qeyri yaradan yoxdur. Birba-
şa dəlil, Allahü azım-üş-şanın Zümər surəsindəki 62-ci ayəti kəriməsidir.
Ağıla uyğun dəlil, yerlərdə və göylərdə qeyri-adi məxluqatı vardır və
cümləsini yaradan odur. Ondan başqası üçün “yaratdı” demək küfrdür. İn-
san heç bir şey yarada bilməz.
Allahü azım-üş-şan haqqında bilməli olduğumuz sıfatı-mənəviyyə
səkkizdir: Hayyün, Alimün, Səmiun, Basirun, Müridün, Qadirün, Mütə-
kəllimün, Mükəvvinün.
Bu sıfatı şəriflərin mənaları bunlardır:
1. Hayyun, Allahü azım-üş-şan diridir.
2. Səmiun, Allahü azım-üş-şan eşidəndir.
3. Basirun, Allahü azım-üş-şan görəndir.
4. Müridün, Allahü azım-üş-şan diləyəndir.
5. Alimün, Allahü azım-üş-şan biləndir.
6. Qadirün, Allahü azım-üş-şan gücü yetəndir.
7. Mütəkəllimün, Allahü azım-üş-şan söyləyəndir.
8. Mükəvvinün, Allah (cəllə cələlühü) hər şeyi xəlq edəndir.
Allahü təala haqqında muhal olan sıfatlar bunların ziddidir.
VƏ MƏLƏİKƏTİHİ: Mən, Allahü azım-üş-şanın mələklərinə inan-
dım, iman etdim. Allahü azım-üş-şanın mələkləri vardır, onları nurdan xəlq
etmişdir. Cisimdirlər (burada cisim demək-fizika kitablarında bildirilən ci-
sim deyildir). Yeməzlər və içməzlər. Onlarda erkəklik və dişilik olmaz.
Göydən yerə enərlər və yerdən göyə qalxarlar. Bir haldan başqa hala girər-
lər. Göz açıb yumacaq qədər Allahü azım-üş-şana asi olmazlar və bizim ki-
mi günah işləməzlər. Onların içində Allahü təalaya yaxın olanlar və Pey-
ğəmbərlər vardır.
Hamısından fəzilətlisi Cəbrail, Mikail, İsrafil, Əzrail aleyhimüssəlam-
dır. Bu dördü, bütün mələklərin Peyğəmbərləridir. Onların hər birini Allahü
azım-üş-şan bir vəzifəyə təyin etmişdir. Qiyamətə qədər başqa bir xidmətə
keçməzlər.
VƏ KÜTÜBİHİ:
Mən, Allahü azım-üş-şanın kitablarına inandım,
iman etdim.
Allahü azım-üş-şanın kitabları vardır. Bunlar, Qurani-kərimdə bildiri-
lən 104 kitabdır. 100-ü kiçik kitabdır. Bunlara “suhuf” deyilir. 4-ü böyük ki-
tabdır. Tövrat, həzrəti Musa “əlehissəlam”a, Zəbur, həzrəti Davud “əley-
hissəlama”, İncil, həzrəti İsa əleyhissəlama, Qurani-kərim bizim Peyğəm-
bərimiz Muhamməd əleyhissəlama nazil olmuşdur. Bu gün yəhudilərin və
xristianların oxuduqları Tövrat və İncil haqqında “ Cavab verə bilmədi”
kitabında geniş məlumat vardır.
Dostları ilə paylaş: |