18
əfəndimizin meraca bədəni və ruhu ilə bərabər aparıldığını inkar edənlər
törədi.
Çox təəccüblüdür ki, zamanımızda da islam alimi olaraq tanınan, la-
kin 72 firqənin ən zərərlisi olan “ İsmailiyyə” mövqeyindən çıxış edən za-
vallılar mövcuddur. Peyğəmbər əfəndimizin (əleyhissəlam) analarının və
atalarının kafir olduğunu və Peyğəmbər əfəndimizin (əleyhissəlam) nü-
büvvəti təbliğ etmədən öncə bütlərə qurban kəsdiyini söyləyərək, dəlil
olaraq da bəzi yalnış kitabları göstərərək, azdıran yazılarla saf gəncləri al-
datmağa, zəhərləməyə çalışırlar. Beləcə, onların məqsədi, islam dinini bal-
talamaq, gənclərin imanını oğurlamaq, onları küfrə batırmaq olduğu aş-
karca anlaşılır. Hədisi-şərifdə: “ Qurani-kərimə öz ağlı ilə məna verən
kafir olur”, buyruldu. Din alimləri ədəbli idilər. Diqqətli danışar və ya-
zardılar. Səhv bir şey söyləmiyim deyə çox düşünürdülər. Düşünmədən
danışmaq, islamiyyəti “ Ədilləi şəriyyə”dən, yəni dörd ana mənbədən qay-
naqlanmayaraq, öz səhv fikirləri ilə anlatmağa cürət etmək nəinki bir is-
lam aliminin, hətta hər hansı bir müsəlmanın belə görəcəyi iş deyil. Pey-
ğəmbərimizin (sallallahü aleyhi və səlləm) və Əshabi-kiramın (rıdvanulla-
hi təala aleyhim əcmain) böyüklüyünü anlamayan cahillərin, etiqadı zədə-
ləyən, dağıdan sözlərini və yazılarını öldürən zəhər bilməliyik.
Farsca misranın tərcüməsi:
İmanıma zərər vuracaqlarından qorxub, söyüd yarpağı kimi tit-
rəyirəm.
Allah (cəllə cələlühü) qəlblərimizdə sevdiklərinin sevgisini artırsın.
Düşmənlərini sevmək fəlakətinə salmasın. Bir qəlbdə iman olmasının əla-
məti, Allahın sevdiklərini sevmək, sevmədiklərini sevməməkdir.
Əməldə məzhəb dörddür: İmamı-azam, imamı-Şafi, imamı-Malik,
imamı-Əhməd ibn Hanbəlin (rahmətullahi aleyhim) məzhəbləri.
Bu dörd məzhəbdən hər hansı birini təqlid etmək lazımdır. Dördünün
də məzhəbi haqdır, doğrudur. Dördü də Əhli-sünnətdir. Biz, İmamı-azam
məzhəbindənik. Bu məzhəbdə olanlara “ Hənəfi” deyilir. İmamı-azam
məzhəbi savabdır, doğrudur. Xəta olması ehtimalı da vardır. Digər üç
məzhəb xətadır. Savab olması ehtimalı da vardır, deyirik.
İMANIN BİZDƏ BAKİ (əbədi) QALİB, ÇİXMAMASININ ŞƏR-
Tİ VƏ SƏBƏBİ ALTIDIR:
1. Biz, qeybə iman etdik. Bizim imanımız qeybədir, zahirə deyildir.
Belə ki, Allahü azım-üş-şanı gözümüzlə görmədik, lakin görmüş kimi
inandıq, iman etdik. Bunda əsla şübhəmiz yoxdur.
2. Yerdə və göydə, insanda, cində, mələklərdə və Peyğəmbərlərdə
(aleyhimüssələvatü vəttəslimat) qeybi bilən yoxdur. Qeybi ancaq Allahü
azım-üş-şan bilir və istədiklərinə bildirir.
Qeyb demək, duyğu orqanları ilə
19
və ya hesab, təcrübə ilə anlaşılmayan deməkdir. Qeybi ancaq Onun bildir-
dikləri bilir.
3. Haramı haram bilib, etiqad etmək.
4. Halalı halal bilib, etiqad etmək.
5. Allahü azım-üş-şanın əzabından əmin olmayıb, daima qorxmaq.
6. Hər nə qədər günahkar olsa da, Allahü azım-üş-şanın rəhmətindən
ümid kəsməmək.
Kimdəsə bu şərtlərdən biri olmayıb, beşi olsa, yaxud beşi olmayıb, bi-
ri olsa, o şəxsin imanı və islamı səhih deyildir.
İNDİ İMANI OLDUĞU HALDA, GƏLƏCƏKDƏ İMANIN
GETMƏSİNƏ SƏBƏB OLAN ŞEYLƏR QIRX ƏDƏDDİR:
1. Bidət sahibi olmaq. Yəni etiqadı səhv olmaq.
Əhli sünnət alimləri-
nin bildirdiyi doğru etiqaddan çox az da olsa ayrılan, yolunu azmış müsəl-
man və ya kafir olar. İnanması zəruri olan şeyə inanmazsa, o an kafir olur.
İnanması zəruri olmayan şeyi inkar etmək “ Bidət” və ya “ Dəlalət”dir.
Son nəfəsdə imansız getməyə səbəb olur.
2. Zəif iman, yəni əməlsiz iman.
3. Doqquz əzasını doğru yoldan çıxarmaq.
4. Böyük günah işləməyə davam etmək .
Bunun üçün, içki içməməli,
müsəlman xanımlar və qızlar başı, saçı, baldır və biləklərini naməhrəm ki-
şilərə göstərməməlidirlər.
5. Neməti-islama şükür etməmək.
6. Axirətə imansız getməkdən qorxmamaq.
7. Zülm etmək.
8 . Sünnət üzrə oxunan azanı-Muhammədiyə qulaq asmamaq.
Bu cür
oxunan azana qiymət verməzsə, o an kafir olar.
9. Ana-ataya asi olmaq. Onların islamiyyətə uyğun olan, mübah olan
əmrlərini sərt sözlə rədd etmək.
10. Doğru olsa belə, çox and içmək.
11. Namazda, rükuda, qiyamda, iki səcdədə və səcdə arası oturuşda
tadili-ərkana əməl etməmək. Tadili-ərkan, tamamən, yəni heç hərəkət et-
mədən sübhanallah deyəcək qədər gözləmək.
12. Namazı əhəmiyyətsiz sayıb, öyrənməyə və övladlarına öyrətməyə
dəyər verməmək və namaz qılanlara mane olmaq.
13. Şərab və çoxu sərxoş edən hər içkini az da olsa içmək.
pivə iç-
mək də haramdır.
14. Möminlərə əziyyət vermək.
15. Yalan yerə övliya kimi görünüb, din bilgiləri satmaq. Əhli sünnət
bilgilərini öyrənməyib, özünü din adamı, xətib olaraq tanıtmaq.
Belə ya-
20
lançıların yazdıqları uydurma din kitablarını oxumaq, nitqlərini və xütbə-
lərini dinləmək olmaz.
16. Günahını unutmaq, ona əhəmiyyət verməmək.
17. Kibirli olmaq, yəni özünü bəyənmək.
18. Ucb - özündən razılıq, yəni elmim və əməlim çoxdur, demək.
19. Münafiqlik, ikiüzlülük.
20. Həsəd etmək, din qardaşını gözü götürməmək.
21. Hökümətin və ustadının islamiyyətə müxalif olmayan sözünə
əməl etməmək. Müxalif olan əmrlərinə qarşı çıxmaq.
22. Bir şəxsi sınaqdan keçirmədən, ona yaxşı demək.
23. Yalanda israr etmək.
24. Din alimlərindən qaçmaq.
Əhli sünnət alimlərinin kitablarını oxumamaq.
25. Bığlarını sünnət miqdarından artıq uzatmaq.
26. Kişilərin ipək geyinməsi. Süni ipək caizdir.
27. Qeybət etməkdə israr etmək.
28. Kafir də olsa, qonşusuna əziyyət vermək.
29. Dünya işləri üçün çox qəzəblənmək.
30. Riba, faiz almaq və vermək.
31. Öyünmək üçün paltarının qollarını və ətəklərini çox uzatmaq.
32. Sehirbazlıq, cadu etmək.
33. Müsəlman və saleh olan məhrəm qohumlarını ziyarət etməmək.
34. Allahın sevdiyi bir insanı sevməmək və islamiyyəti yıxmaq üçün
çalışanları sevmək.
35. Mömin qardaşına üç gündən artıq kin tutmaq.
36. Zinaya davam etmək.
37. Livata edib, tövbə etməmək. Livata, kişinin kişi ilə cinsi əlaqəsi-
dir. Kişilərin cinsi orqanlarına zəkər, qadınların cinsi orqanlarına fərc de-
yilir.
38. Azanı din kitablarının bildirdikləri vaxtlarda, sünnətə uyğun oxu-
mamaq və sünnətə uyğun oxunan azanı eşitdikdə, hörmət etməmək.
39. Münkəri, yəni haram işləyəni görüb, gücü yetdiyi halda şirin dil
ilə mane olmamaq.
40. Xanımın, qızının və nəsihət vermək haqqına sahib olduğu qadın-
ların başı, qolları, ayaqları açıq, bəzəkli, ətirli çölə çıxmasına və pis insan-
larla görüşməsinə razı olmaq.
Peyğəmbərlərin Allahü azım-üş-şandan gətirdiyi şeyləri dil ilə qəbul
və qəlb ilə təsdiq etməyə “ İman” deyilir. Muhamməd əleyhissəlama iman
etməyə və bildirdiklərinə əməl etməyə “ İslamiyyət” deyilir.
Din və Millət, ikisi birdir. Peyğəmbərlərin Allahü azım-üş-şandan
etiqada, yəni inanmağa aid gətirdiyi şeylərə din və millət deyilir.
Dostları ilə paylaş: |