Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə14/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   10   11   12   13   14   15   16   17   ...   74

 
34
Onlara iman ediləcək şeyləri öyrədib, sonra nikahlarını yenidən bağlasa-
lar, nikahları səhih olar. (Əlli dörd fərz bölməsinə baxın!) 
Bir şəxs bığlarını qırxdıqda, yanındakı, bir işə yaramadı desə, deyənin 
küfründən qorxulur. Belə ki, bığları qısaltmaq sünnətdir. Sünnətə qiymət 
verməmiş olur. 
Bir şəxs, başdan ayağa ipək geyinsə, başqa biri bu halına mübarək ol-
sun, desə, küfründən qorxulur. 
Bir şəxs, qibləyə qarşı ayağını uzadıb yatmaq, tüpürmək və ya qiblə-
yə qarşı sidiyə getmək kimi bir məkruh iş görsə, ona, bu etdiklərin mək-
ruhdur, etmə, desələr, o isə, hər günahımız bu qədər olsaydı, desə, məkru-
hu önəmsiz bir şey saydığı üçün küfründən qorxulur.  
Bir  şəxsin xidmətçisi qapıdan içəri girərkən  əfəndisinə salam versə, 
başqa biri ona, “sus, ədəbsiz, əfəndiyə salam vermək olarmı?!”, desə, de-
yən şəxs kafir olur. Amma məqsədi, ədəb qaydalarını öyrətmək və “salamı 
qəlbən vermək lazımdır”, deməkdirsə, küfr olmadığı aydın görünür. 
Bir şəxs digərinin iştirakı olmadan bir söz desə, yanındakı, qeybət et-
mə desə, həmin şəxs də, bu elə bir şey deyil ki, desə, bu hərəkəti ilə hara-
mı bəyəndiyi, pisləmədiyi üçün kafir olur. 
Allah mənə  Cənnət verərsə, sənsiz Cənnətə girmərəm; filan şəxslə 
Cənnətə girməyim əmr olunsa, girmərəm; Allah mənə Cənnət verərsə, is-
təmərəm, lakin üzünü görməyi istəyərəm, kimi sözlər küfrdür. Kimsə 
iman artar və azalar desə, küfrdür. Birgivi buyurur ki, “Mümənün bih” 
etibarıyla artar və azalar desə, küfrdür. Amma yakin, sidq etibarıyla desə 
küfr olmaz. Çünki Müctəhidlərdən bir çoxu imanın ziyadə və nöqsan ol-
masını söyləmişdirlər. 
Qiblə ikidir, biri Kəbə, digəri Qüdsdür, demək küfrdür. Birgivi buyu-
rur ki, Hal-hazırda belə söyləmək küfrdür. Amma əvvəl Beyti müqəddəs 
qiblə idi, sonra qiblə Kəbə oldu, demək küfr deyil. 
Bir  şəxs bir alimi söysə, bu hərəkəti səbəbsizdirsə, onun küfründən 
qorxulur. 
Kafirlərin ibadətlərinə, islamiyyətə uymayan işlərinə gözəl demək, bu 
cür etiqad etmək küfrdür. 
Yemək yeyərkən danışmamaq atəşpərəstlərin gözəl adətlərindəndir, de-
yən və ya qadının adət halında onunla yaxınlıq etməmək məcusilərin yaxşı 
adətidir, deyən kafir olur. 
Bir  şəxsdən, sən möminsən, deyə soruşulsa, o da, inşaallah desə  və 
məqsədini açıqlaya bilməsə, küfrdür. 
Övladı ölən şəxsə, Allahü təalaya sənin oğlun gərək idi, deyən kafir olur. 
Qadın belinə qara ip bağlasa, soruşanlara, bu zünnardır desə, kafir olur, 
ərinə haram olur. 


 
35
Haram təam yedikdə Bismillah deyən kafir olur. Birgivi həzrətləri bu-
yurur ki, “Haram li-aynihi olarsa 
şərab, murdar, ölmüş heyvan əti və ya o 
heyvanın yağı kimi
 kafir olur. Çünki bunların özləri haramdır. İsmullahı, 
yəni, Allahın adını kiçiltmiş olur. Amma haram li-aynihi olduğunu bilmə-
si lazımdır. İmamlarımızdan rəvayət olunmuşdur ki, bir şəxs təam oğrayıb 
yeyərkən, Bismillah desə, kafir olmaz. Çünki təamın özü haram deyil, 
oğurlamaq haramdır”. 
Bir şəxs digərinə bəddua edərək, Allahü təala sənin canını küfr ilə al-
sın desə, kafir olmasında alimlər ixtilaf etmişlər. Belə ki, öz küfrünə razı 
olmaq, söz birliyi ilə küfrdür. Amma başqasının küfrünə razı olmaq bəzi-
lərinə görə küfrdür. Bəzilərinə görə isə kafir olmasını istəyərək söyləmək 
küfrdür, lakin zülm və günahlarından ötrü, əzabı daimi və  şiddətli olsun 
deyə söyləmək küfr deyil. Birgivi (rahimə hullahü təala) buyurur ki, bu 
söz daha doğrudur. Belə ki, Qurani azımda Həzrəti Musa əleyhissəlamın 
hekayəsində buna dəlil vardır. 
Bir şəxs, Allah bilir ki, filan işi görmədim, desə, halbuki o işi gördü-
yünü bilsə, kafir olur. Haqq təala həzrətlərinə cehli mürekkəb (Allaha ca-
hil yerinə qoymaq olur) isnad etmiş olur. 
Bir şəxs bir qadını 
şahidsiz nikahlasa, o ər və arvad, Allah və Pey-
ğəmbər şahidimizdir desələr, hər ikisi kafir olur. Belə ki, Peyğəmbərimiz 
(sallallahü təala aleyhi və səlləm) diri ikən qeybi bilməzdi. Qeybi bilir de-
mək, küfrdür. 
Mən, oğurlananları və qeyb olanları bilirəm, deyən və ona inanan ka-
fir olur. Mənə cin xəbər verir desə, yenə kafir olur. Peyğəmbərlər və cinlər 
qeybi bilməzlər. Qeybi ancaq Allahü təala və Onun bildirdikləri bilir. 
Allaha and içmək istəyən birinə, mən sənin Allaha and içməyini istə-
mirəm. Talaqa (boşanma), şərəfə, namusa and verməyini istəyirəm deyən, 
kafir olar. 
Bir şəxsə, sənin üzün mənə can alıcı kimidir deyən kafir olur. Belə ki, 
can alıcı bir ulu mələkdir. 
Namaz qılmamaq xoş  işdir deyən, kafir olur. Birinə namaz qılmaq 
təklif olunsa, o da, namaz qılmaq mənə çətindir desə, kafir olur. 
Allah göydə mənim şahidimdir deyən, kafir olur. Belə ki, Allahü tə-
alaya məkan istinad etmiş olur. Allahü təala, məkandan münəzzəhdir. Al-
lah baba deyən də kafir olur. 
Bir şəxs, Rəsulullah (sallallahü təala aleyhi və səlləm) yemək yedik-
dən sonra mübarək barmağını yalardı desə, digəri, bu iş  tərbiyəsizlikdir 
desə, kafir olur. 
Ruzi Allahdandır, lakin quldan da hərəkət gərəkdir demək,  şirkdir. 
Belə ki, qulun hərəkəti də Allahdandır. 


 
36
İki kafir müqayisə edildiyi zaman bu kafir digər kafirdən yaxşıdır demək, 
küfr olar. Buna yol verməmək üçün bu kafir digər kafirdən pisdir demək la-
zımdır.  
Kafir olmaq, xəyanət etməkdən yaxşıdır, deyən kafir olur. 
Bir şəxs haram maldan sədəqə verib, savab umsa, alan kasıb haram ol-
duğunu bilərək, Allah qəbul etsin desə, verən də amin desə, hər ikisi də ka-
fir olur. 
“Elm məclisində nə işim var; alimlərin dediyini eləməyə kimin gücü 
çatar?”, deyən və ya fitvanı yerə atan, din adamlarının sözü nəyə yarar de-
yən, kafir olur. 
Bir şəxs, düşməninə qazıya gedək desə, o isə, polis aparmasa getmə-
rəm və ya mən islamiyyəti nə bilim, desə kafir olur. 
Bir şəxs küfr söyləsə, bir başqası da gülsə, gülən də kafir olur. Gül-
məyi zəruri olarsa, kafir olmaz. 
Bir şəxs, Allahdan boş yer yoxdur (yəni hər yer Allahla doludur) və 
ya Allahü təala göydədir desə, kafir olur. 
Şeyxlərin ruhları həmişə hazırdır, bilirlər deyən, kafir olur. Hazır olar 
desə, küfr olmaz. 
İslamiyyəti bilmirəm və ya istəmirəm deyən kafir olur. 
Bir şəxs, Adəm əleyhissəlam buğda yeməsəydi, biz Cəhənnəmlik ol-
mazdıq, deyən kafir olur. Amma biz dünyada olmazdıq desə, küfründə ix-
tilaf edilmişdir. 
Adəm  əleyhissəlam parça toxuyurdu, deyildikdə, bir şəxs, onda biz 
çuvalçı oğullarıyıq desə, kafir olur. 
Kiçik günah işləyən birinə tövbə et deyilsə, o da nə etdim ki, tövbə 
edim desə, kafir olur. 
Bir şəxsə, gəl islam aliminə gedək, fiqh, elmihal kitabını oxuyub öy-
rənək desə, o da mən elmi neyləyirəm desə, kafir olur. Belə ki, elmə dəyər 
vermir. Təfsir və fiqh kitablarına hörmətsizlik edən, bunları bəyənməyən, 
pisləyən  şəxs kafir olur. Dörd məzhəbdən birinin alimlərinin yazmış ol-
duqları bu qiymətli kitabları təhqir edən azğın kafirlərə “fənn fırıldağı” və 
“zındık” deyilir. 
Kimin zürriyyətindənsən, kimin millətindənsən, etiqadda məzhəbinin 
imamı kimdir, əməldə  məzhəbinin imamı kimdir, suallarına cavab verə 
bilməyən kafir olur. 
Bir qəti harama,- şərab, donuz əti kimi - halaldır deyən və ya qəti ha-
lala haramdır deyən kafir olur. 
Tütünə haram demək təhlükəlidir. 
Bütün dinlərdə haram olan, halal edilməsi hikmətə zidd olan bir şeyin 
halal olmasını arzu etmək küfrdür. Məsələn, zina, livata (insanla arxadan əla-
qə), qarnı doyduqdan sonra təam yemək, faiz almaq və vermək belə haramlar-
dandır.  Şərabın halal olmasını istəmək küfr deyildir. Çünki şərab hər dində 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə