MiSİr səFƏrov azərbaycan diLİ



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə83/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   78   79   80   81   82   83   84   85   86

Misir S
əfərov 
 
 
274 
ill
ərində  cəbhəyə  gedən  əsgərlər top, mina səsindən
bomba  partlayışlarından,  bəzən səksənir, cəbhə  şəraitinə 
uyğunlaşa  bilmirdilər. Təbiidir ki, bəzən qorxurdular da. 
Lakin döy
üşməkdən,  vətəni  düşməndən qorumaq üçün 
ölüm
ə getməkdən belə çəkinmirdilər. Cəbhəyə təzə gələn  
Abbas  Talıbov  top  atılarkən qorxusundan  qaçıb  gizlənir. 
Yoldaşlarının onu danlaması Abbasa pis təsir edir. O, sakit 
bir yer
ə  çəkilib fikirləşir:  Axı  mən nədən qorxuram? 
Ölm
ək ölməkdir, xırıldamaq nə deməkdir? (I, 117). 
“Ac  qulağım,  dinc  qulağım”  atalar  sözü  də  Səlmi 
arvadın  səciyyəsinin  açılmasına  yaxından  kömək edir. 
T
əbiətən qorxaq olan bu arvad müharibənin ilk illərində 
Bakıdan  qaçaraq  ucqar bir kənddə  yaşamağı  qərara  alır. 

əllif surətin  bu  böhranlı  vəziyyətini  yuxarıda  xatır-
latdığımız atalar sözü vasitəsilə dəqiq verə bilmişdir. 
Atalar sözl
əri və  məsəllər surətin mənəvi aləmini 
açmaq, onun h
əyatda nə  axtardığını  müəyyənləşdirmək 
üçün  d
ə tutarlı ifadə vasitələridir. Cuma  İmanzadə müha-
rib
əyə  gəlməmişdən qabaq ticarətdə işləyirmiş. Ticarətdə 
bir  ad  çıxara  bilmədiyi üçün hərbi  qulluğa  girir.  Lakin 
burada da arzu etdiyi mövqey
ə yüksələ bilmir və nəhayət, 
muharib
ə  başlanır.  Cuma  cəbhəyə  Vətəni qorumaq üçün 
yox
,  yalnız  ad  çıxarmaq,  tez  şöhrətlənmək üçün gedir. 
Əlindən yatmaq və boş-boş xülyalara dalmaqdan başqa bir 
iş  gəlməyən Cuma görün öz  lovğa    təbiətini necə 
xarakteriz
ə  edir: O, Kəyanla söhbətlərinin birində  deyir:  
Cüc
əni  payızda    sanarlar. Mən elə  iş  görüm  ki, bütün 
c
əbhə: “Afərin” desin (I, 194).  Belə təşəxxüslə danışsa da, 
n
əticə  etibarilə  xalqın  xeyrinə  heç  bir  iş  görə  bilmir və 
düşmən tərəfə keçərək vətən xaininə çevrilir. 


Az
ərbaycan dili məsələləri 
 
275 
Atalar sözl
əri və  məsəllərdən surətin nitqini fərdi-
l
əşdirmək, onun təfəkkür tərzini, həyata, insanlara müna-
sib
ətini müəyyənləşdirmək üçün də  romanda  ustalıqla 
istifad
ə  olunmuşdur.  Göyçək ilə  Gövhərin həyat hadisə-
l
ərinə  baxışı  müxtəlifdir. Eyni hadisəyə  hərə  bir cür 
qiym
ət verir. Gövhər cəbhədə  olarkən bir təsadüf nəti-
c
əsində  yoldaşları  ilə  düşmən tərəfə  keçir. Lakin çox 
ç
əkmir ki, sovet əsgərlərinə qoşulur. Bu  məsələdən danı-
şarkən o, nikbinliklə deyir ki, hər şey yaxşı olacaq, haqqı 
nahaqdan ayıracaqlar. Göyçək isə ona cavabında deyir: 

Ayıracaqlar!  Tülkü tülkülüyünü sübut eləyincə 
d
ərisini boğazından çıxardarlar (IV, 95). 
Ədib Göyçəyin öz dili ilə onun naqis dünyagörüşünü 
olduqca d
əqiq xarakterizə  etmişdir.  Habelə  ədib “əkəndə 
yox, biç
əndə  yox, yeyəndə  ortaq  qardaş”,  “Azacıq  aşın 
duzu deyil”, “Hamam suyu il
ə  dost  tutmaq”,  “Qonşuya 
ümid  olan  şamsız  yatar”,  “Eyibsiz  gözəl  olmaz”,  “İlan 
vuran ala çatıdan qorxar” və s. kimi dəyişiklik edilmədən 
işlədilən atalar sözləri və  məsəllər vasitəsilə  əsərin dilini 
daha canlı, oxunaqlı etmiş, obrazın nitqini fərdiləşdirmiş, 
hadis
ələrin real təsvirinə nail olmuşdur. 
Dil
ə  yaradıcı  şəkildə  yanaşan  sənətkar dövrün, 
zamanın  sınağından  çıxaraq  bu  günümüzə  qədər gələn 
atalar sözl
əri və  məsəllərə özü də  yaradıcılıqla  yanaşmış, 
onların üzərində ustalıqla, zərgər dəqiqliyi ilə iş  aparmış, 
onları obrazın təfəkkür tərzinə, həyatda tutduğu  mövqeyə, 
söyl
əyəcəyi fikrə, mühit və şəraitə uyğunlaşdıraraq yaradı-
cılıq süzgəcindən keçirmiş, məhz bu prosesdən sonra əsərə 
daxil  etm
əyi  məqsədəuyğun  bilmişdir.  Sənətkarın  atalar 
sözl
əri və  məsəllər üzərində  apardığı  bu  yaradıcılıq 
əməliyyatı hər şeydən əvvəl, əsərin ideyasının açılmasına, 
fikrin oxucuya tez v
ə aydın çatmasına, əsərin dilində milli 


Misir S
əfərov 
 
 
276 
koloritin verilm
əsinə  və  s. xidmət  edir.  Burası  da  var  ki, 
atalar sözl
əri və  məsəlləri dəyişmədən  işlətdikdə  bunlar 
özl
ərinə  məxsus xüsusiyyətlərdən  savayı  heç  bir 
ekspressiv-üslubi xüsusiyy
ət  daşımır.  Lakin  atalar  sözləri 
v
ə  məsəllərin  quruluşunda  müəyyən  dəyişiklik  edilərək 
işlədildikdə bu birləşmələr özündəkindən əlavə, yeni məna 
çalarlığı  da  kəsb edir.  Atalar sözləri və  məsəllərin quru-
luşunda  dəyişiklik  edilərək    işlədilməsi bu və  ya digər 
b
ədii-üslubi məqsədlərlə  bağlı  olub,  həm müəllifin, həm 
d
ə  surətin  nitqini  emosionallaşdırıb,  təsir gücünü qat-qat 
artırır. 
Ə.Əbülhəsən atalar sözləri və məsəllərin quruluşunda 
əsasən aşağıdakı formalarda dəyişiklik aparmışdır:  
1. Atalar sözl
əri və məsəllərin məzmunu olduğu kimi 
saxlanmış,  lakin  söz  sırasında  bir  və  ya bir neçə  söz 
d
əyişdirilmişdir. Xalq bir işi axıra kimi görüb qurtarmayan, 
yarımçıq qoyan adamlar haqqında yığcam, obrazlı şəkildə 
“soyub, soyub quyruğunda sındırdı”
96
 
deyir. Yazıçı həmin 
m
əsəlin məzmununu  olduğu  kimi  saxlamış,  ancaq  quru-
luşunda, ifadə tərzində müəyyən dəyişiklik etmişdir: Cuma 
m
əqsədə yetişmək ümidinin artdığını duyub  düşündükcə, 
daha çox qorxmağa başlayır;  soyub,  soyub  quyruğunda 
yarımçıq  qoymaqdan  ehtiyat edirdi (III, 128). Müəllif 
əsərin  dilini  canlı  danışıq  dilinə  yaxınlaşdırmaq  məqsədi 
il
ə “sındırdı” sözünü “yarımçıq qoymaq”  ifadəsi  ilə əvəz 
etmişdir.  Bu  çevrilmə  ifadənin mənasında  yerinə  görə 
konkret d
əyişiklik  yaratmamışdır.  Belə  ki, surətin daxili-
psixoloji g
ərginliyini    açmaq,  obrazın  ümumiləşmiş 
xarakterini, real v
əziyyətini  oxucuya  çatdırmaq  üçün 
mühüm rol oynamışdır. 
                                                 
96
 A
talar sözü. Bakı, 1949, səh.195. 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə