MiSİr səFƏrov azərbaycan diLİ



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə81/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   78   79   80   81   82   83   84   85   86

Misir S
əfərov 
 
 
268 
qoşalıqdan,  həm də  sadə  danışıq  dilinə  məxsus antonim-
l
ərdən  istifadə etmişdir:  
H
ətta on yeddi yaşlı sütül və qırx beş yaşlı ahıl əsgər 
d
ə  qaşığını  buraxıb  samoqon  söhbətinin nə  ilə 
qurtaracağını gözləyirdilər (IV, 243). 
Bel
əliklə, fikrimizi ümumiləşdirsək, deməliyik ki, 
Ə.Əbülhəsən  dilimizin  lüğət tərkibində  olan antonim 
sözl
ərdən  “Dostluq  qalası”  romanının  dilində  əsərin 
mövzusuna, m
əzmununa, tiplərin xarakterinə uyğun olaraq 
müxt
əlif üslubi məqamlarda, yeni məna  çalarlıqları  ilə  
istifad
ə  etmişdir.  Yazıçı  antonim  sözlər vasitəsilə  əsərin 
lüğət  tərkibini zənginləşdirmiş, yeni ifadə tərzləri  yarat-
mış,  antonim  cərgələri  genişləndirmişdir.  Ədib  antonim-
l
ərdən təsirli üslubi vasitə  kimi faydalanaraq, sözlər, 
hadis
ələr  arasındakı  zidd  cəhətləri  daha  qabarıq    vermiş, 
q
əhrəmanların  daxili  aləminin  açılmasına,  təsvir olunan 
hadis
ənin oxucuya  hərtərəfli çatdırılmasına  nail olmuşdur. 
Habel
ə canlı xalq dilindən  bəhrələnərək, özü yeni antonim 
qoşalıqları (dubletləri) yaratmışdır. 
Frazeoloji vasit
ələr. Bədii  əsərin  dilində  leksik 
materiallarla  yanaşı,  frazeoloji  vasitələr də  mühüm yer 
tutur.  Əsərdə  bədiilik,  obrazlılıq,  emosionallıq,  ekspres-
sivlik kimi keyfiyy
ətlərin verilməsində  frazeoloji vasi-
t
ələrin – atalar sözləri və məsəllərin, hikmətli ifadələrin – 
atalar sözl
əri və  məsəllərin, hikmətli  ifadələrin, 
aforizml
ərin və bu bölgüyə daxil olan digər söz qruplarının 
rolu 
əvəzsizdir. 
Dig
ər tərəfdən,  əsərdə  surətin dilinin fərdiləşdirilib 
tipikl
əşdirilməsində, tipin, portretin mənəvi keyfiyyətinin 
açılıb  üzə  çıxarılmasında,  surətin daxili həyəcanının, 
psixolojig
ərginliyinin  dolğun  əks etdirilməsində,  əsərdə 


Az
ərbaycan dili məsələləri 
 
269 
maraqlı  süjet  xətti  yaradılmasında,  milli  koloritin  veril-
m
əsində, təsvir  olunan  şəraitin  canlı,  əlvan boyalarla əks 
etdirilm
əsində,  yazıçının  xalq  dilindən istifadə  etmək 
bacarığının  üzə  çıxarılmasında,  onun  təhkiyə  dilinin 
ümumxalq dilin
ə  yaxınlaşdırılmasında,  əsərin  ideyasının 
oxucuya tez v
ə  aydın  çatmasında  frazeoloji  vasitələr 
böyük rol oynayır. 
Frazeoloji vasit
ələri  xalq  yaradır.  Doğrudur,  sənət-
karlar özl
əri də bəzən frazeoloji vasitələr yaradırlar ki, bu 
da f
ərdi-üslubi frazeoloji  vasitələr  adlanır.  Lakin  sənət-
karların müraciət etdiyi əsas mənbə ümumxalq dili, onun 
söz s
ərvətidir. “Sənətkarın  ustalığı  da  məhz belə  bir 
m
ənbədən necə istifadə etməsi, ümumxalq dili ifadələrini 
b
ədii əsərin dilində işlədə bilmə bacarığı ilə ölçülür. Çünki 
ümumxalq dili el
ə  tükənməz imkanlara malikdir ki, onu 
heç bir f
ərdi yaradıcılıq məhsulu əvəz edə bilməz”
93

Ə.Əbülhəsən ümumxalq dilindən, onun folklorundan, 
xalqın  sınanmış  çoxəsrlik həyat təcrübəsinin dildə  təsbit 
olunmuş,  sabitləşmiş  gerçəkliyindən, bu təcrübəyə  istina-
d
ən təşəkkül  tapmış  müdrik  deyim  və  yozumlarından 
s
ənətkarlıqla istifadə etmişdir. Belə bir istifadənin əhəmiy-
y
əti bir də  burasındadır  ki,  o,  fitrətən xəlqi  olan  bir 
s
ənətkarın  fərdi    nasir dəst-xətti  timsalında    xalq  dilinin 
tük
ənməz potensial imkanlarını, bu dilin ən dərin və incə 
m
ənaları  ifadə  edə  bilmək qüdrətini  bütün  parlaqlığı  ilə 
nümayiş    etdirir.  Digər tərəfdən,  ədibin özünü də  səciy-
y
ələndirmək  onun    nasir  kimi  orijinallığını  və  novator-
luğunu üzə çıxarmaq üçün də yaxşı bir fürsət yaratmış olur. 
Materialın  zənginliyi,  əslində,  onu  ayrıca  bir  araşdırma 
                                                 
93
  Q
əzənfər  Kazımov.  Komik-bədii vasitələr.  Bakı,  “Yazıçı”  nəşriyyatı, 
1983, s
əh.157. 


Misir S
əfərov 
 
 
270 
mövzusu edir. lakin apardığımız tədqiqatın tələbinə uyğun 
olaraq, xüsusil
ə,  romanın  bədii  semanrikası  baxımından 
burada h
əmin mövzu ilə  əlaqədar bir cəhətin  –  yazıçının 
atalar sözl
əri və  məsəllərdən istifadənin üslubi imkanları, 
bu xalq incil
ərini öz yaradıcılıq laboratoriyasında sınaqdan 
keçirib öz sözün, fikrin
ə hansı yolla, üsulla və necə qaynaq 
etm
əsi üzərində dayanacağıq. 
Şifahi  xalq  ədəbiyyatının  qədim  janrlarından  olan 
atalar sözl
əri və  məsəldə  xalqın  adət-ənənəsi, həyata və 
insanlara  münasib
əti , psixologiyası, düşüncəsi və s. əhya 
olunmuşdur. Atalar sözləri və məsəllər əsrlərin sırasından 
keç
ərək bu günümüzə  qədər gəlmiş  və  yaradıcısı  olduğu 
xalqın  ictimai-tarixi həyat mübarizəsinin tərənnümü, 
t
ərcümanı  kimi  müasirimiz  üçün  böyük  qiymət kəsb 
etmişdir.  Onlarda  dövrün,  zamanın,  müəyyən ictimai 
quruluşun,  xalqın  həyat tərzinin  inikası,  xalqın  fəlsəfəsi, 
düşüncəsi, zəkası  və  bundan  doğan  xalq  dilinin  milli 
koloriti dolğun və yığcam bir şəkildə əks olunur. 
H
əcmcə  kiçik, mənaca dərin və  təsirli olan atalar 
sözl
əri və  məsəllər  dolğun,  obrazlı  ifadə  vasitəsidir. 
“M
əsəllər və atalar sözləri mükəmməl bədii-poetik nümu-
n
ələr kimi məişət və  cəmiyyətin  ən müxtəlif sahələrini 
əhatə  edərək eyibləri  açır,  yaraları  neştərləyir... Cəmi bir 
neç
ə  sözdən, bir cümlədən ibarət olan atalar sözü və  ya 
m
əsəl yazılı ədəbiyyatın böyük həcmli əsərlərinin siqlətini 
özünd
ə  təcəssüm etdirir”
94
. Bu s
əbəbdəndir ki, surəti 
düzgün s
əciyyələndirmək, hadisələri obrazlı, canlı vermək, 
əsərin  dilini xəlqiləşdirmək  və s. üçün zəngin və rənga-
r
əng üslubi imkanlara malik olan atalar sözü və  məsəl-
l
ərdən bədii söz ustaları geniş istifadə edirlər. 
                                                 
94
 
Tofiq Hacıyev. Sabir: qaynaqlar və sələflər. Bakl, Yazıçı, 1980, səh.11. 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə