MiRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 12,74 Mb.
Pdf görüntüsü
səhifə6/138
tarix11.07.2018
ölçüsü12,74 Mb.
#54986
1   2   3   4   5   6   7   8   9   ...   138

16

Mirzə Ələkbər Sabir 

maariflənməsində, onların əqli, siyasi və milli-mənəvi şüurunun inkişafında, cəmiyyətin 

saflaşdınlmasında görürdü. Odur ki, övladını məktəblərdə «Oxutmuram, əl çəkin!» deyən 

valideynləri,  «Vah!..  Bu  imiş  dərsi-üsuli-cədid?!»  -  deyə  yeni  tipli  məktəblərin 

yaranmasından darılıb «Səs ucalaşdı, qoymayın! Millət oyaşdı, qoymayın!» harayı ilə özü 

kimi  köhnəfıkirliləri  imdada  çağıran  ictimai  tipləri  tənqid  və  ifşa  edir,  gənc  nəsli  isə 

«Mənim bağım-baharım, fikri ziyalı oğlum, Məktəb zamanı gəldi, Dur, ey vəfalı oğlum!» 

- deyə elm, təhsil öyrənməyə səsləyirdi. Sabir ziyalı, alim şəxsiyyətləri, vətən və  millət 

yolunda təqdirəlayiq xidmətlər göstərən ictimai xadimləri vəsf edir, onların əməllərinin 

yaşadılıb,  inkişaf  etdirilməsini,  xatirələrinin  daim  əziz  tutulmasını,  bir  tərbiyə  örnəyi 

kimi,  vacib  sayırdı.  Məsələn,  o,  məşhur  Şa

  maxı  qazisi  Hacı  Məcid  əfəndinin  vəfatı 

münasibəti  ilə  yazdığı  növhələrin  birində  onun  alimliyinə  işarə  ilə  alimi  tanrının  xalqa 

bəxş etdiyi bir nemət kimi qiymətləndirirdi: 

Çünki vücudi-alim bir ne ’məti-xudadır, 

Ne 'mət ki getdi əldən qan ağlamaq rəvadır! 

Eynilə də Həsən bəy Zərdabinin xatirəsinə, onun xidmətlərinin və xeyirli əməllərinin 

təbliğinə həsr etdiyi əsərlərində bu böyük millət xadiminin xatirəsi önündə özünün sonsuz 

ehtiramını  bildirirdi.  Həsən  bəyin  xidmətlərini  birbəbir  nəzərə  çatdıran  şair 

millətdaşlarının  onun  xatirəsinin  əbədiləşdirilməsinə  yadigarlıq  ola  biləcək  işlər 

görmələrini vacib hesab edərək yazırdı: 

... Leyk millət fəqət sifalın üçün, 

Mütəzəkkir nüuti-zalın üçün, 

Əsəfa, bir bina şimalın üçün 

Yadigar olmasın da səndənmi? 

Bütün bu əsərlər sadəcə təbliği xarakter daşımırdı. Sabir, əslində, xalqı, gənc nəsli 

elmin, maarifin qədrini bilməyə çağırır, həmvətənlərini millət yolunda tərəqqi və inkişafa 

xidmət edən işlər görməyə təşviq edirdi. Eyni zamanda övladının tüfeyli həyat sürüb, hətta 

quldurluq edib qarşısına çıxan qoca bir saili vurub qan qusdurmasmdan fərəhlənən nadan 

valideynləri, pulu hər cür müqəddəslərdən də müqəddəs bilib ona səcdə qılan var-dövlət 

hərislərinin  dargözlüklərinin  və  nəfısgirliyinin  törətdiyi  fəsadlar,  milli  inkişafa  mane 

olmaq,  milli birliyin yaranmasına rəvac verməmək üçün dəridən-qabıqdan çıxan din və 

məzhəb  dəllallarının  insanlığa,  tərəqqiyə  zidd  əməllərini  tənqid  atəşinə  tutub,  onların 

islahına  çalışırdı.  «Adəmi  adəm  eyləyən  paradır»  prinsipi  ilə  yaşayanların  mənəvi 

kasıblıqlarını  və  gələcək  faciələrini  «Xəsisin  heyfi,  varisin  keyfı»  satirasında  açıb 

göstərirdi. 

«Nəfsin  qərəzi,  əqlin  mərəzi»  satirasında  millət  rəislərinin  şəxsi  təkəbbürlük, 

dargözlük,  eqoistlikləri  ucbatından  hər  hansı  tərəqqi  işartısının  qarşılaşdığı  dəhşətli 

mənəvi-psixoloji maneə və təzyiqin şahidi oluruq. «Gər olmasam bir işdə rəis - eylərəm 

fəsad» iddiası ilə meydan sulayan satirik tip açıq-açığına bildirir ki: 




17 

Hophopnamə 



Bir şəxsin olsa əqli əgər mənim qədər -  

Heç olmaram riza ola təhsin mənim qədər! 

Görsəm ki, xəlq edir onu təyin mənim qədər

Bir hiylə eylərəm, edəməz cin mənim qədər... 

Sanma ki, məkrii hiylədə nöqsanın eylərəm, 

Məndən əmin ol, aləmi qurbanın eylərəm! 

Ancaq bu satirik tiplər, millətin başbilənləri yox, başbölənləri olan «millət rəisləri» 

təşviş  və  həyəcan  içindədirlər;  qorxu  içində  bir  gün  onların  milli  xəyanətlərinin  faş 

olacağı və onda başlarına qiyamət qopacağını da səksəkə ilə gözləyirlər. 

Sabir  dərin  təəssüf  və  kədər  hissi  ilə  göstərirdi  ki,  insanların,  «millət  rəislərinin

», 


özünü zahirdə din və millət təəssübkeşi kimi qələmə verənlərin nəfs aclığı, var-dövlət 

hərisliyi  aradan  qalxmayınca  həlli  vacib  ümummilli  problemlərin  həyatda  istənilən 

səviyyədə tikiş  tutması  mümkün deyil. O, elm  və  maarif qədri bilən  millət rəislərinin 

varlığından razı qalsa da, kədərlə bildirirdi ki, «ancaq bu aralıq bəzi ərbabi-qərəzlər, yəni 

kisədustlar,  xudpərəstlər  -  məktəb  açılır  isə  kisələrindən  pul  alınır  -  qorxusundan 

üsuli-cədidəni  evamünnasın  nəzərlərinə  bir  əmri-  qəbih  və  bir  əməli-naməşru  kimi 

göstərirlər)).  Bu  tiplər  «...  öz  kisələrini  mühafizə  etmək  üçün  övladi-vəteni,  elm  və 

tərbiyə aclan olan övladi-vətəni acından öldürüb məhv və nabud etmək istəyirlər. Bu da 

insafmı?..» 

Sabir  vətəndaş  yanğısı,  publisist  qələmin  gücü  ilə  belələrini  qəzəblə  lənətləməklə 

yanaşı, ümidvar olduğunu bildirirdi ki, açıqgözlü, qeyrətli həmvətənləri onun arzularının 

çin olacağında mühüm rol oynayacaqlar. Odur ki, sözünə belə davam edirdi: 

«İndi  mənim  kisədustlara  deyəcək  bir  sözüm  yoxdur.  Qoy  onlar  bu  ləamət  ilə 

mühafizə  etdikləri  kisələrin  qəbirlərinə  aparsınlar.  Qoy  onlar  millət  övladı  deyil,  öz 

övladların da oxutmasınlar. Mənim bir təvəqqəm, bir xahişim var isə - islamiyyət qədri, 

insaniyyət  rütbəsi,  milliyyət  şəni,  maarif  dərəcəsi  tanıyan  qeyrətmənda- 

ni-vətənimizdəndir». 

Sabir pul kisələrini öz övladlarından belə üstün tutan dargöz, nəfsgirləri sonra- lar 

qələmə aldığı «Pula təvəccöh» satirasında da onların öz dilləri ilə ifşa edərək yazırdı: 

Nuri-ceşmanımmısan, ey pul, ya canımmısan? 

İsmətim, namusum, irzim, qeyrətim, qanımmısan? 

Hörmətim, fəxrim, cəlalım, şövkətim, şaııımmısan? 

Müshəfmı, Məkkəm, Mədinəm, qibləm, ərkanımmısan? 

Məzhəbim, dinimmi, ayinimmi, imanımmısan? 

Bu satirik tipin həyatda amalı pul toplamaqdır. Ancaq o, pulu hansısa işdən və ya 

probleminin həllindən ötrü toplamır. Sadəcə olaraq, pulu qatbaqat sandığa yığmaqdan, 

onun getdikcə çoxalmasından şövqə gəldiyi üçün belə edir. Bununla belə, həmin 




Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə