40
Mirzə Ələkbər Sabir
* * *
Məlikov, o Həsən bəyi-zişan,
O əmini-xəzaneyi-ehsan,
Elmü fəhmü kəmalilən mümtaz,
Sineyi-safı kənzi-lö’löi-raz;
Hünəri fəzldir, ədəb kari,
Əqli pakizə, hüccət iqrari.
Dəxi alicənab komitetlər,
O ədalətməab komitetlər,
Himmətü mərhəmətləri şayan,
Rəhmi-bimüntəhaləri payan.
Barəkallah ki, saf sinələri,
Əlhəq elmü ədəb xəzinələri;
Şamili-hal olub ifadələri,
Mərhəmi-dərdü dil iradələri;
Görmüşük lütfı-binəhayələrin,
Ey xuda, qıl bülənd payələrin!
Xəlqə çox görmə bu cənabləri.
Hifz qıl sən bu müstətabləri!
Bizə çox kişvərü vilayətlər -
Etdilər lütflər, inayətlər.
Ümənayi-əliyyeyi-dövlət,
Rüəsayi-məzahibü millət,
Üləmayi-izami-dinpərvər,
Füqərayi-qəyuri-hər kişvər,
Əhli-Qafqaz göstərib qeyrət,
Əhli-Rusiyyə eylədi himmət.
Leyk bu Badikubə əsnafı,
Xah tüccar, xah əllafı
Etdilər mübtəlalərin dilşad,
Edə həq bu bələdləri abad!
Zövceyi-xan, o banuyi-e’zaz,
Sakini-kişvəri-Vladiqafqaz,
Əbr tək himməti töküb baran,
Seyi tək qeyrəti edib cərəyan,
Gah çadır eyləyib bərat bizə,
Gah pul etdi iltifat bizə;
Mərhəba, qeyrət etdi mərdanə
Sakinani-diyari-Şirvanə!
Ey xuda, lütfıni inayət qıl,
41
Xani-xüldaşiyanə rəhmət qıl!
Sabira, ey əsiri-qeydi-bəla!
Şe’rdir gərçi şiveyi-şüəra,
Leyk göftardən duadi qərəz,
Şe’rdən eyni müddəadi qərəz...
ŞÜKR LİLLAH Kİ,...
Şükr lillah ki, afıtabi-süxən
Şərqi-mə’nadən oldu çöhrənüma;
Çıxdı bir gün ki, təl’ətindən edə
Məşriqü məğrib əhli kəsbi-ziya;
Oldu bir nur sateü lame’,
Ola rövşən bu nur ilə dünya.
O ki, dərgahi-həqqə illər ilə
Gecə-gündüz edərdik istid’a, -
Əhsənülvəch ilə müyəssər olub,
Şükr kim, şamil oldu lütfı-xuda.
İsticabət tapıb dualərimiz,
Şəhri-Tiflisdə olub bərpa
Bir qəzetxanə kim, ifadələri
Hər müəmmayə göstərir mə’na.
Bir qəzetxanə kim, mətalibinə
Hər məmalikdə müştəri peyda.
«Şərqi-Rus» ilə intixab tapıb,
Ta verə gün kimi cəhanə ziya.
«Şərqi-Rus»un yeganə mümtazi
Bəhri-elmü ədəb Məhəmməd ağa;
Mətləbi dilrüba, qəribülfəhm,
Sözləri ruhbəxşü zövqəfza.
Kəlimatı müfıdü müstəhsən,
Hərəkatı həmişə sidqü səfa.
Biz gərəkdir təyəmmünən bu günün
Mislini ildə eyd edək icra.
Var ümidim ki, əxtəri-iqbal
Övci-məqsuddə tuta mə’na;
42
Ola bidar talei-məs’ud,
Aça minbə’d dideyi-şəhla;
Ola kəsbi-ülumə sə’yi-bəliğ,
Qıla təhsili-elm sübhü məsa.
İndi bir əsrdir ki, elm gərək!
Dolub alati-elmlən dünya.
Hansı bir elmdir ki, təhsili
Bizə üsrü hərəc olub, aya?
Mehriban padşahi-adilimiz
Edə həq səltənətdə kami-rəva;
Hər məmalikdə, hər vilayətdə
Qayəti-rəhmü lütfdən həqqa;
Döşəyib kəsbi-elmə bəsti-bəsit
Uşqolalar açıb, qoyub molla
Ki, bizim tək dəni rəiyyətlər,
Hərə bir elmdə olaq dana.
Ah kim, xabi-qəflət ilə bizim
Ömri-pürmayəmiz keçibdi fəna.
Dolub elm ilə sahəti-aləm,
Bizə yox bəhrə elmdən əsla.
Rəmz həl-yəstəvi müdəlləldir,
Bir deyil şəxsi-kurlən bina.
Kəsbi-elmə səbəb fərahəmdir,
Sabira, bir zəman ayıl, yatma!
Qıl dualər ki, «Şərqi-Rus»muzun
TəPətindən ola cəhan beyza.
43
44
45
Mirzə Ələkbər Sabir
MÜSƏLMAN VƏ ERMƏNİ VƏTƏNDAŞLARIMIZA
Əsrimiz xahiş edərkən ittifaqü ittihad,
Cümləmiz əmniyyət içrə almaq istərkən murad,
Beynimizdə yox ikən bir gunə əsbabi-təzad.
Bu vətən övladinə ariz olub büğzü inad,
Müslimanla ermənilər beyninə düşdü fəsad.
Yoxmu bir sahibhidayət, yoxmu bir əhli-rəşad?!
Ey süxəndanan, bu günlər bir hidayət vəqtidir!
Ülfətü ünsiyyətə dair xitabət vəqtidir!
İki yoldaş, iki qonşu bir vətəndə həmdiyar,
Əsrlərcə ömr edib, sülh içrə bulmuşkən qərar,
Fitneyi-iblisi-mərun oldu nagəh aşikar...
Gör cəhalətdən nə şəklə düşdü vəz'i-ruzigar!
Qətli'ı qarət bişümarü şəhrü qəryə tarimar...
Əl'əman, bu fitnəyə çarə qıl. ey pərvərdigar!
Ey süxəndanan, bu günlər bir hidayət vəqtidir!
Ülfətü ünsiyyətə dair xitabət vəqtidir!
Fitnələr kim, faş olur, bilməm nə halətdən törər,
Əql bavər eyləməz kim, adəmiyyətdən törər,
Müslimiyyətdən və yaxud emıəniyyətdən törər,
Şübhə yoxdur, cəhldən, yainki qəflətdən törər.
Bu müsibətlər bütün büğzü ədavətdən törər.
Bu ədavət mütləqa hali-zəlalətdən törər;
Ey süxəndanan, bu günlər bir hidayət vəqtidir!
Ülfətü ünsiyyətə dair xitabət vəqtidir!
Fləqqi xəlqə bildirib dəfi-zəlalət etməli,
Gün kimi taban edib, pamaii-zülmət etməli,
Nabəca bu işlərin dəfində qeyrət etməli,
Xatiri-müğbərrdən rəfi-küdurət etməli,
Çarəsazi-sülh olub dəf i-xüsumət etməli,
Sabira, beynəlmiləl tədbiri-ülfət etməli!
Ey süxəndanan, bu günlər bir hidayət vəqtidir!
Ülfətü ünsiyyətə dair xitabət vəqtidir!
46
Dostları ilə paylaş: |