20
Mirzə Ələkbər Sabir
Qəflət yuxusundan ayılmaqdansa, «balışa baş qoyub», «səhneyi-röyadə» şirin- şirin
xəyallara dalmağı üstün tutan, başqa xalqların elm, texnikanın sirlərinə yiyələnmələrini
özlüklərində xamlıq, ağılsızlıq hesab edən düşüncə sahiblərinin çürük fəlsəfələri belədir:
Qoy olar kəşfi-bədaye ’ eləsin sə ’nəl ilə,
Paraxod, ya vaqon icad eləsin zə/ırnət ilə,
Biz verib pul minərik, yol gedərik rahət ilə,
Nə münasib ki, rəqabət edək hər millət ilə?!
Bizə ağalıq edən əhlə qulam olmalıyız!
Yaşamaq istər isək, sufi əvam olmalıyız!
Bu hal Sabirin şair-vətəndaş ürəyini həm də ona görə dağlayırdı ki, həmin çürük fikir
və xülyalarla yaşayan kütlənin mənsub olduğu xalq şöhrətli keçmişə, tarixən əldə etdiyi
parlaq uğurlara malikdir. Hazırda isə həmin nəslin övladları xalqı firqələrə bölüb
parçalamaqda, digər xalqlar, xüsusən xristianlar inkişaf etdikləri halda bunlar yenə öz
ətalət və cəhalət yataqlarında «ağır yatmaqda», üstlərindəki yorğanı belə
tərpətməməkdədirlər.
Şair dərin təəssüf və kədər hissi ilə həm də Balaxanı məktəbi ətrafında baş verən
hadisələrdən birini nəzərdə tutaraq bildirirdi ki, şimdi hər millət öz nəfsini elmə, irfana
qurban etdiyi halda, bizdəki qara məxluq bir yana dursun, ariflər də vətən övladınm
mənafeyini öz cibinin xeyrinə güdaza verir. Sabiri ən çox təəccübləndirərək onun
qəzəbinə səbəb olan cəhətlərdən biri də bu idi ki:
Başqa millətdən hüquq almaq üçün hər zaman
İnqilabiyyun, səlahiyyun, rəşadiyyun çıxar!
Bizdən isə satmağa namusü irzü-milləti
Etidaliyyun, himariyyun, fiəsadiyyun çıxar!
Bütün bu nizamsızlığın, sosial-siyasi şüurun, mənəvi-əxlaqi naqisliyinin nəticəsi idi
ki, cəmiyyətdə varlı kasıbı, oxumuş savadsızı bəyənməyib, ona həqarətlə baxırdı. «Fə’lə,
özünü sən də...», «Əkinçi», «Dilənçi» və s. satiralarda bu acınacaqlı vəziyyətin ayrı-ayrı
mənzərələri ilə tanış oluruq. Fəhləni, pulsuz olduğu üçün, insan hesab etməyən, kəndliyə:
Verdin keçən il borcuna yorğanını neynim?
Ol indi palaz satmağa amadə, əkinçi!
Lal ol, a balam, başlama fiəryadə, əkinçi!
deyə onu soymaq, özünün və əhli-əyalının acından gəbərməsini belə vecinə almayıb ona
hədə-qorxu gələn varlı təbəqə nümayəndələri bütün bu zülm və qansızlıqlar nəticəsində
dilənçi vəziyyətinə düşən həmvətəninin üzünü belə görmək istəmir. Bir parça çörək
vermək əvəzinə, qəzəblə onun üzünə bu sözləri söyləyir:
21
Hophopnamə
Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!
Vaqqıldama bayquş kimi, idbar dilənçi!
...Dəxli bizə nə boşda qalıb dəsti-süalın?!
Yainki acından mələşir əhlin, əyalın?!
Bax, bax, necə çirkindir o mənhus cəmalın!
Hax-tüf üzünə, surəti murdar dilənçi!
Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!
Belə bir düşüncə və münasibətin nəticəsində varlılar özlərini bir insan kimi
kasıblarla yanaşı görməyi heç təsəvvürlərinə de gətirmirlər. Onların həyata, cəmiyyətə
baxış və münasibətləri aşağıdakı kimidir:
Fəqr əhli qənilərlə mülaqat edə bilməz,
Dövlətliyə insanlığın isbat edə bilməz,
Dövlətli fəqir ilə müsavat edə bilməz,
Nöqsan gətirər şə ’ninə bu kar, dilənçi!
Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!
Sabir cəmiyyətdəki ayrı-ayn təbəqə və qruplar arasındakı bu cür ayn-seçkiliyin və
qarşıdurmanın olduğu bir şəraitdə millətin istiqbala gedən yolunu qaranlıq görürdü. O,
«Təhəssür» şeirində cəmiyyətdə hökm sürən ayrı-seçkilikdən dərin təəssüf və kədər hissi
ilə yazırdı:
Olsaydı səfa zümreyi-irfan arasında,
Qalsaydı vəfadan əsər əyan arasında,
Dursaydı sədaqət bəy ilə xan arasında,
Qalmazdı kədər zərrəcə insan arasında!
Burada Sabirin milli-dini təəssüb və özünüdərkdən doğan vətəndaş kədəri son-
suzdur. Bu azmış kimi, xalqın canına zəli kimi daraşan başqa bir qrupun işi-peşəsi
cəmiyyətdaxili sabitliyi pozmaq, hər hansı yeniliyin qarşısını cürbəcür çirkin əməllərlə
almaqdır. «Dini-müsəlmanı öz malı bilən bu şələsaqqal, yalı ağarm.ış» «mö- münləD)
törətdikləri əməllərin müqabilində çatacaqlan cənnət xülyası ilə keflənirlər. Onlar
özlərini satiranın əvvəlində əsl simalarına uyğun olaraq, belə təqdim edirlər:
Bir bölük boşboğazıq, heyvərəlik adətimiz,
Doludur lə 'nət ilə, qeybət ilə söhbətimiz,
Oxumaqdan payımız yox, yazıdan qismətimiz,
Bu əvamlıqla belə hər sözü təfsir edərik!
Mümkün olduqca müsəlmanları təkfır edərik!
Hər sözə çulğaşarıq, hər bir işi qurdalarıq,
Harda bir nur görürsək, ona qarşı olarıq,
Bəzinə diş qıcadıb, bəzinə quyruq bularıq,
Bizə hər kəs çörək alsa, onu təqdir edərik!
Mümkün olduqca müsəlmanları təkfır edərik!
22
Mirzə Ələkbər Sabir
Əlbəttə, Sabir bu sifətlərlə təqdim olunan və öz mənhus keyfiyyətləri (diş qıcadıb,
quyruq bulamaq, çörək atana yalmanmaq və s.) fəxr edən qaragüruhu insanlığa ləkə,
cəmiyyətə dözülməz ağrılı yara hesab edir. İslam xalqlarının, o cümlədən soydaşlarının ta
qədimdən özlərinə qənim kəsilib bir-birinin qanına susamalarını «Fəxriyyə» satirasında
bir daha və geniş şəkildə diqqətə çatdıraraq həmin düşün- cəsizliklərin törətdiyi qanlı
faciələri, nəticə olaraq bütün bunların milli və dini tənəzzülümüzə bais olmasını tarixi
ardıcıllıqla, həm də yüksək poetik pafos və şair- vətəndaş yanğısı ilə qələmə almışdır. Şair
kədərlə bizim yerimizdə saydığımızı, «əwəl nə idiksə, yenə biz şimdi həman» olaraq
qaldığımızı, bizim bir-birimizə qənim kəsilməyimizdən istifadə edən düşmənin
taxt-tacımızı qarət etdiyini bildirirdi. Gah təriqətlərə, gah da tayfa və dövlətlərə bölünüb
qanlı müharibələrə qoşulma- ğımızı nəzərə belə çatdırır:
... Bir vəqt dəxi Qaraqoyun, Ağqoyun olduq,
Azərbaycana, həm də Anadoluya dolduq.
Ol qədər qırıb bir-birimizdən ki, yorulduq.
Qırdıqca yorulduq və yorulduqca qırıldıq...
Turarililarız, adiyi-şiiğli-sələfız biz!
Öz qövmümüzün başına əngəlkələfız biz!
Bununla Sabir xalqın milli-tarixi yaddaşım oyatmağa, soydaşlarının tarixin
dərslərindən ibrət alıb nəticə çıxarmasına çalışırdı. O, bütün bu bəlalardan xilas olmağın
yeganə yolunu cəmiyyətin, xalqın ümummilli təlim və tərbiyəsində görərək yazırdı:
Ümmətin rəhnüması tərbiyədir,
Millətin pişvası tərbiyədir.
Tərbiyətlə keçir ümuri-cəhan.
Hər işin ibtidası tərbiyədir.
Sabirə görə, hər bir tərbiyənin elmi və əxlaqi əsası olmalıdır. Çünki sistemsiz, elmi
cəhətdən əsaslandırılmamış hər hansı təşəbbüs və işdən istənilən sonluğu gözləmək
mənasızdır.
Sabir dünyada, o cümlədən Avropa ölkələrində, Azərbaycanda, İranda və Türkiyədə
(Osmanlıda) gedən proseslərə də ayıq siyasi və elmi bir nəzərlə baxırdı. Ona görə də onun
həmin hadisə və proseslər haqqında gəldiyi nəticələr, söylədiyi qənaətlər öz obyktivliyi və
sərrastlığı ilə digər müasirlərindən, o cümlədən alovlu romantik şair Məhəmməd Hadidən
seçilir. Əgər qeyd etdiyimiz kimi, M.Hadi çox zaman hadisə və proseslərin zahiri
cazibəsinə aldanaraq, şövqə gəlib «İstiqbalımız parlaqdır!», «Bariqeyi-zəfər parlayır,
istiqbal bizimdir» deyirdisə, Sabir dostunun bu sadəlövhlüyünə gülərək, onu hadisələrin
mahiyyətinə varmağa, obyektiv nəticələr çıxarmağa çağırırdı. Odur ki, M.Hadinin bu
mövzuda yazdığı şeirlərini və məqaləsini təhzil edərək, onlara cavab şəklində qələmə
aldığı «İstiqbalımız